Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

lədən  ibarət  fikirini  gözəl,  rəvan,  səlis  dillə  ifadə  etməkdə  çətinlik 
çəkirlər,  yüksək  idman  nəticələri  ilə  bütün  dünyanı  heyran  qəymuş 
çempiənlanmız  öz  rabitəsiz  və  sönük  çıxışları  ilə  dinləyiciləri  çox 
təəccübləndirirlər.  Dəğrudanmı  səlis,  rəvan,  gözəl  danışmağı 
bacarmaq  belə  çətindir?  Axı  gözəl  danışığa  yiyələnmək  həyatda 
qazanılır və hər kəsin özündən asılıdır. 
Hələ  eramızdan  əvvəl  yunan  və  Rəma  natiqlik  məktəblərinin 
görkəmli nümayəndələri Diogen və Demetriy nitqin beş keyfiyyətini - 
təmizliyini,  aydınlığı,  yığcamlığı,  məqsədəuyğunluğu  və  gözəlliyini 
əsas  sayaraq  mədəni  nitqi  müəyyənləşdirən  məziyyətlərin  həlledici 
əlduğunu önə çəkirdilər. 
NİTQİN  DÜZGÜNLÜYÜ.  Nitqin  düzgünlüyü  eyni  dərəcədə 
onun forması və məzmununa hesablanmış anlayışdır, yəni fər- maca 
və  məzmunca  düzgün  qurulmuş  nitqdir.  Düzgün  nitqə  yiyələnmək 
üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər 
normalan  da  nəzərdə  saxlamimahdır.  İlk  növbədə  cümlələr  məntiqi 
cəhətdən  düzgün  qurulmalı,  dilin  fənetik,  leksik  və  qrammatik 
nərmalan  pəzulmamahdır.  Hadisələr,  faktlar,  onlann  səbəb-nəticə 
əlaqələri  bilərəkdən  təhrif  olunmuş  şəkildə  dilə  gətirilməməli, 
reallıqdan  uzaqlaşma  hallarına,  yalan  məlumatlara,  layiq  olmayan 
təriflərə,  nöqsanlann  ört-basdır  edilməsinə  yol  verilməməlidir. 
Deməli,  düzgün  nitq  ifadə  əlunan  fikrin  həqiqiliyindən, 
doğru-dürüstlüyündən  çəx  asılıdır.  Tarixi  reallığı  düzgün 
qiymətləndirə  bilməyən  natiqin,  mühazirəçi,  məruzəçi,  icmalçının 
çıxışı  dil  normalanna  cavab  versə  də,  düzgün  nitq  sayıla  bilməz. 
Nitqin düzgünlüyü yalmz ə zaman təmin əlu- na bilər ki, nitq söyləyən 
şəxs  bədii  təsvir  vasitələrindən,  sinonimlərdən,  obrazlı  ifadələrdən, 
yeri  gəldikcə  atalar  sözləri,  zərb-  məsəllərdən,  aforizmlərdən 
məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi 
və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə 
ədəbi tələffüz qaydaları gözlənilməli, nərmal diksiya, nitq fasilələri, 
məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Nitqi ağırlaşdıran, məzmunun 
dinləyicilərə  çatdmlmasım  çətinləşdirən,  həcmcə  böyük,  dolaşıq, 
təm-ta- 
 


raqlı  cümlələr  işlədilməməlidir.  Nitqin  düzgünlüyü  natiqlə 
dinləyicilər arasında qarşılıqlı anlaşmanı təmin edir. 
Nitqin  düzgünlüyü  ədəbi  dil  normalan  daxilində  mümkündür. 
Kommunikativ keyfiyyətə xidmət edən düzgünlük gerçəklik haqqında 
verdiyi  məlumata  düz  mütənasibdir.  Düzgünlük  anlayışı,  əsasən, 
mövzuya aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini 
dəqiq  və  yığcam  qura  bilər.  Deməli,  nitqin  düzgünlüyü  dedikdə 
cümlələrin  qrammatik  cəhətdən  düzgün  qurulması,  sözlərin 
yerli-yerində  işlədilməsi,  fikrin  aydın,  dəqiq,  məntiqi  ardıcıllıqla  və 
ədəbi tələffüz normalanna uyğun ifadə olunması başa düşülür. 
NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin 
aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin 
əsas  məziyyətləri  kimi  zəngin  söz  ehtiyatı  hesabına  başa  gəlir.  Söz 
ehtiyatı  zəngin  olan  adamın  nitqi  dəqiq  ola  bilər.  Dəqiq  nitq 
deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar 
nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks 
etdirməsinə  şərt  sayılır.  Dəqiqlik,  bir  tərəfdən,  nitqin  gerçəklik  və 
təfəkkürlə  əlaqəsinin,  digər  tərəfdən,  fikrin  dil  vasitələri ilə  düzgün 
verilməsinin göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır 
və fikir ifadə edir. Əlbəttə, 0, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin 
məntiqliyi,  ardıcıllığı,  izahın  uyarlığı  fikrin  aydın  ifadəsinə 
köklənmişdir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin 
semantik  mənasını,  sinonimliyi,  çoxmənalığı,  terminləri,  müxtəlif 
funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. 
Dilin  sinonimlik  imkanlarından  istifadə  edərək  lazım  olan  sözün 
seçilib işlədilməsi nitq üçün çox vacibdir. 
Dilimiz  respublikamızın  müstəqillik  qazananması  ilə,  həqiqi 
mənada dövlət statusu almasından, bütün sahələrdə qeyd- şərtsiz tam 
və yeganə ünsiyyət vasitəsi kimi hərtərəfli işlənməyə başlamasından 
bəri  bədii,  elmi  və  publisistik  yazıların,  mətbu  orqanların  dili  də, 
radio-televiziya  verilişlərində,  teatr  tamaşalarında  aktyor  və 
diktorların, müəllim, şagird və tələbə 
76 


lərin  nitqi  də  dəqiqləşmiş,  düzgün  işlədilməkdə  sistem  şəklini 
almışdır. 
NİTQİN  AYDINLIĞI.  Aydınlıq  ifadə  üsuludur,  ifadə  olunan 
fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq 
üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Bunların 
içərisində  aydınlıq  ən  vacib  üslubi  keyfiyyət  kimi  ön  sırada  durur. 
Nitqin  düzgünlüyü  fikrin  aydın  ifadəsinin  ilkin  şərti  sayılır.  İnsan 
ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu 
dərindən  və  yaxşı  bilirsə,  müvafiq  dil  vasitələri  hesabına  nitqində 
sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, 
sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar. 
Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura 
danışanın  sözlərin  mənasını,  işlənmə  məqamlanm  yaxşı  bilməməsi, 
zəngin  söz  ehtiyatına  mükəmməl  yiyələnməməsi  daxildir.  Məsələn, 
danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında 
yaxşı  atlar  vardı.  Sənə  müvəffəqiyyət  uğur-  lan  arzulayıram.  Biz 
bunlara müdaxilə göstərməyə çalışmq və s. 
"Aydın  nitq  aydın  təfəkkürün,  düşüncənin  məhsuludur",  "Dili 
dolaşıq  şəxsin  fikri  də  dolaşıq  olur"  -  cümlələrinin  təsdiqinə 
Ü.Hacıbəyovun  "O  olmasın,  bu  olsun"  musiqili  komediyasında 
Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: - "A 
kişi,  sən  elə  qəliz  danışırsan  ki,  "Tarixi  -  Nadiri"  yarıya  qədər 
oxumuşam,  mən  başa  düşə  bilmirəm.  Bu  yazıqlar  haradan  başa 
düşsünlər?" 
Biz  tələbələri  ixtisaslarına  aid  idman  ədəbiyyatını  oxuyub 
öyrənməklə,  izah  edib  misallar  gətirməklə  məhdudlaşmamağa 
çağınrıq.  Onlar  siyasi,  sosial,  elmi,  iqtisadi  yenilikləri  özündə  əks 
etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da 
oxuyub  təhlil  etməli,  biliklərini  artırmağa  xidmət  edən  bədii 
ədəbiyyatla,  oçerklərlə,  həyatın  hər  sahəsinə  aid  müxtəlif 
materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar. 
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində 
deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasi 
77 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə