Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

44 
 
Bu  halda  Rəhim  bəy  ayıya  diqqət  ilə  baxdıqdan  sonra 
dedi: 
-
 
Yenə,  Hüseynqulu  ağa,  öz  fikrimdə  möhkəm  durmu-
şam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. 
-
 
Öylə iş ola bilməz! Onu haradan bildin? 
-
 
Budur bax, ayının boynunun tüklərini zəncir  aparmış-
dır, Səlim bəy, gör doğru diyorum, ya yox.?! 
Səlim  bəy  baxıb  Rəhim  bəyin  sözünü  təsdiq  etdi.  Bun-
dan  sonra  bəylərin  hər  ikisi  qaqqıltı  ilə  gülməyə  başıladı. 
Hüseynqulu  ağa  əvvəl  dostlarının  sözünü  zərafət  hesab  etdi, 
amma  sonra  özü  də  diqqət  ilə  baxıb  şəkkə  düşdü.  Bu  halda 
həvəslənib av itlərinə qoşulan Hüseynqulu ağanın Qara köpə-
yi  mağaraya  girdi,  bunun  dalınca  başqa  itlər  də  getdilər  və 
yenə  içəridə  hürüşmə  başladı.  Bunu  gördükdə  Hüseynqulu 
ağa dedi:  
-
 
Deyəsən, mağarada yenə ayı var?  
Bəylər  tüfənglərini  hazırlayıb  mağaranın  ağzını  kəsdir-
dilər.  Bu  halda  Qara  köpək  Qaraca  qızın  ayağından  dutub 
itlərin  arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxart-
dı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. 
Qara  köpək  Qaraca  qızı  buraxdı,  amma  o,  hərəkətsiz 
qalıb ayağa qalxmadı. Bəylər dərhal Qaraca qızın üstünü aldı-
lar.  Hüseynqulu  ağa  Qaraca  qızı  qaldırıb  qucağına  aldı. 
Qaraca qız zəif hal ilə gözlərini açdı. Hüseynqulu ağa ondan 
soruşdu: 
-
 
Qız,  sən  kimsən?  Bu  mağarada  nə  qayırırdın?  Qaraca 
qız bu suallara cavab vermədi. Rəhim bəy dedi: 
-
 
 Hüseynqulu  ağa,  görməyirsənmi,  yazıq  qız  hələ  la-
zımınca  özünə  gəlməmişdir?  Nə  sual  edirsən?  Bən  əhvalatı 
onsuz da anlayıram. Qızın sifətindən və libasından görməyir-
sənmi  qaraçı  qızıdır?  Bu  av  etdiyimiz  ayı  da  əldə  bəslənmiş 
qaraçı ayısıdır. Ancaq sahibi haradadır? Yalnız burası benim 
üçün aşkar deyildir.  


45 
 
Rəhim bəyin fikrinə Səlim bəy dəxi şərik oldu. 
Bəylər  Qaraca  qızı  nökərlərinə  tapşırıb  yenə  av  etməyə 
başladılar,  amma  dörd  saata  qədər  meşəni  dolanıb,  bir  tülkü 
və iki dovşandan başqa əllərinə bir av keçirə bilmədilər. Buna 
görə  avı  tərk  edibmənzillərinə  tərəf  qayıtdılar.  Qaraca  qız 
özünə gəlib yol uzunu başına gələn əhvalatı alayarımçıq nəql 
elədi.  Hüseynqulu  ağa  Qaraca  qızın  ata-anasız  bir  yetim 
olduğunu bilibonu özü lə evinə saxlamağa apardı.  
 
                                     *** 
Hüseynqulu  ağa  qırx  yaşında  böyük  bir  mülkədar  idi. 
On  üç  yaşında  ikən  atası  Megdi  ağa  onu  bir  növ  ilə  edadi 
“realni” məktəbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın 
fikri  həmişə  at  binmədə,  ava  çıxmada  olub,  oxumaq  ilə  əsla 
arası yox idi. Hər il o sinifdə, bu sinifdə qala-qala bir növ ilə 
dördüncü  sinfə  çıxa  bilmişdi.  Daha  bundan  yuxarı  bir  sinfə 
keçə  bilməyib  məktəbdən  xaric  oldu.  Atası  bu  işə  çox  da 
qəmgin olmadı, çünki onun çox dövləti və varı var idi. Edadi 
məktəbini  qurtarandan  sonra  atası  oğlunu  oxutmaq  fikrində 
yox idi. Mehdi ağanın Hüsenqulu ağadan başqa bir oğlu  yox 
idi.  Hüseynqulu  ağa  oxumağa  fikir  verməyir  idisə  də,  çöl 
işlərində çox qoçaq idi; odur ki, atası onu daha oxutmaq fik-
rində  olmayıb  çöl  işlərinə  onu  mühəvvəl  etdi.  Azuqətdə 
Hüseynqulu ağa yaşının azlığına baxmayıb çöl işlərini parlaq 
bir surətdə əmələ gətirirdi. Atası oğlunun bu məharətini görüb 
bütün  işlərini  idarə  etməyi  ona  tapşırdı.  Hüseynqulu  ağadan 
bütün qulluqçuları və rəiyyətləri qorxur idi. Çünki o, çox tünd 
adam idi, amma bunun  ilə böylə Hüseynqulu ağa çox rəhm-
dil  idi.  Hüseynqulu  ağa  zəhməti  çox  sevdiyi  kibi,  yoldaşları 
ilə keyf çəkməyi də çox sevərdi. Atası Hüseynqulu ağanın kef 
çəkməyindən xoşlanmayırdı, çünki qorxur idi ki, bunun axırı 
çox  fəna  bir  surətdə  nəticə  versin;  ona  görə  də  Mehdi  ağa 
oğlunu evləndirmək fikrinə düşdü.  


46 
 
Bu fikrini Mehdi ağa tez əmələ gətirdi. Edadi məktəbini 
qurtarmış, gözəl bir tərbiyə görmüş, bir bəy qızını oğlu üçün 
aldı. Mehdi ağanın fikri düz də çıxdı. Hüseynqulu ağa evlən-
dikdən sonra artıq  yoldaşları ilə həva-həvəs  və keyfə  məşğul 
olmayırdı.  Ancaq  yoldaşlarını  öz  evinə  çağırıb  qonaqlıqlar 
edərdi.  
 
                                       *** 
Mehdi ağa Hüseynqulu ağanı evləndirdikdən bir il sonra 
vəfat  etdi.    Hüseynqulu  ağa  ilə  arvadı  Pəricahan  xanımın 
xasiyyətləri  biri-birinə  dutmayırdı.  Pəricahan  xanım  gimna-
ziya təhsilində cəmi Avropa adətlərini götürüb öz milli adət-
ləri  xoşuna  gəlməyirdi.  Hətta  öz  ana  dilindən  öylə  ikrah  et-
mişdi  ki,  bu  dil  ilə  danışmaq  da  istəməyirdi  və  labüd  qalıb 
danışanda da yarı rus, yarı türki kəlimələrini qarışdırıb danış-
maqla qulaq asanları özünə güldürürdü.  
Hüseynqulu  ağa  isə  Avropa  qaydalarını  sevməyib,  öz 
ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə 
qədər çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa li-
bası  geyindirə  bilmədi.  Pəricahan  xanım  Hüseynqulu  ağanın 
evinə  gələndən  sonra  köhnə  qulluqçuları  dəyişdirib  evin  hər 
bir qaydasını Avropa səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə 
qaydaları  sevmədiyi  üçün  vaxtının  çoxunu  kənddə  qalıb  şə-
hərdə az-az görünürdü. Çox danışıqdan sonra axırda Pəricahan 
xanımı razı edib kənddə öz mülklərinə köçürtdü. Bunun üçün 
də  Hüseynqulu  ağa  nəhayət  dərəcədə  şad  oldu,  çünki  şəhər 
yaşayışını o, əsla sevməyirdi.  
Hüseynqulu  ağanın  mülkündəki  evi  qayət  basəfa  bir 
yerdə idi. Bu evin yanından çay axırdı və meşə də çox yaxın 
idi,  dəmir  yolu  isə  mülkün  bir  verstliyində  idi.  Burada  da 
Pəricahan  xanım  şəhərdəki  kibi,  tazə  qaydalar  qoymağa  baş-
ladı.  Hüseynqulu  ağa  səhərdən  axşama  qədər  mülk  işləri  ilə 
məşğul olub, onun işlərinə qarışmayırdı. Bu tövr ilə hər ikisi 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə