Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   2   3   4   5   6   7   8   9   ...   48

12 
 
təcrübəli  müəllim  bu  aksioma  qarşısında  yeni  bir  sualla  müraciət 
edər, ilk növbədə, özünə: “Qaraca qız” əsəri bu gün niyə də tədris 
olunmasın? Göründüyü kimi, ilk qoyduğumuz sualın cavabı məhz 
ona  alternativ  sualla  tapıla  bilər.  Nəinki  hər  bir  orta  məktəb  ədə-
biyyat  müəllimi,  hətta  Azərbaycanın  geniş  ictimaiyyəti  “Qaraca 
qız”ın məzmunu ilə yaxından tanışdır. Əsəri tam olaraq və sözün 
həqiqi  mənasında  oxuyan  oxucu  faizi  çox  olmasa  da,  eyni  adlı 
kinofilmin ssenarisi (1966-cı il) əsərin məzmununa kiçik fərqlərlə 
yaxın olduğundan bu fikri qətiyyətlə söyləyə bilirik. Hər bir oxu-
cuya və izləyiciyə məlumdur ki, əsərin məzmunu idealoji xarakter 
daşıyır  və  bu  yanaşma  sovet  ədəbiyyatının  sosial  bərabərsizlik 
kimi mühim ideya istiqamətlərindən birini xarakterizə edir. Elə isə 
qarşımıza daha bir sual çıxır: Sosial bərabərsizliyin təbliği gələcək 
nəslin  yetişməsində  nə  qədər  “əhəmiyyətlidir”?!  Bu  sualın  cavabı 
artıq özündədir və buna ritorik sual deyilir... 
Sovet  ədəbiyyatının  ilk  quruculuq  dönəmində  əsas  strateji 
vəzifələrindən  biri  Azərbaycan  xalqını  öz  milli-tarixi  kimliyindən 
imtina  etdirməsi,  ona  nifrət  ruhu  aşılaması  idi.  “Qaraca  qız”  əsə-
rində  bəyliyin,  mülkədarlığın  “ifşası”  orta  məktəb  dərsliklərinə 
əsərdən  ixtisar  edilərək  daxil  edilmiş  hissələrlə  uzun  müddət 
“uğurla” həyata keçirilirdi. Bəs bu gün necə? Öz milli-tarixi keç-
mişimizə  nifrət  ruhunu  şüursuz  surətdə  gələcək  nəslə  “aşılamaq” 
təhsilimizin  qarşısında  duran  mühüm  məsələlərdəndirmi?  Düşün-
dükcə bu kimi kəskin suallar qarşımıza çıxacaqdır və nəticədə bizi 
çıxılmazlıqla üz-üzə qoya bilər. Çünki Süleyman Sani Axundovun 
“Qaraca  qız”  və  yaxud  digər  “qorxulu  nağıllar”ının  orta  məktəb 
dərsliklərindən  çıxarılması  Azərbaycan  uşaq  ədəbiyyatının  tədrisi 
sahəsində  böyük bir boşluqla nəticələnər. Elə isə  nə  etməli? Uşaq 
ədəbiyyatı  tariximizin  nadir  əsərlər  fonduna  daxil  olan  belə  bir 
bədii  sənət  nümunəsindən  imtinamı  etməli  və  ya,  bu  bir  mükəm-
məl  sənət  nümunəmizdir  deyə,  düşmən  idealogiyayamı  övladları-
mızın  ruhunu  təslim  etməli?    Bu  sualların  cavabını  tapmaq  üçün 
əlimizdə  olan  əsərlə  kifayətlənə  bilməyəcəyik  deyə,  onun  tarixi-
ədəbi həyatına nəzər salmaq  artıq qaçılmaz, hətta deyə bilərik ki, 
gecikmiş zərurətə çevrildi. 


13 
 
“Qaraca  qız”  kimi  “qorxulu  nağıl”da  kiçik  oxucunun 
psixi təhlükəsizliyi: əsərin ilk çap variantı əsasında 
Süleyman Sani  Axundovun “Qorxulu  nağıllar” seriyasından 
olan  əsərlər  haqqında  düşünərkən  belə  bir  paradoksla  qarşılaşırıq: 
bu  əsərlərin  dərc  edildiyi  ümumi  başlıqla  (“Qorxulu  nağıllar”)  
məzmunu arasındakı təzad həmin əsərlərə qorxunun deyil, ümidin, 
işığın hakim olmasıdır. Amma bu paradoks bu günə qədər ədəbiy-
yat tariximizə  məlum olan “Qaraca qız”  əzərində  itir, “Nurəddin” 
əsərində  zəifləyir...  Bu  fərqin  səbəbi  isə  artıq  araşdırmamızı  izlə-
yən  oxucuya  məlumdur:  “Qaraca  qız”  əsərinin  kompozisiyasında, 
süjet  və  fabulasında    ciddi  dəyişikliklər  aparılmış,  “Nurəddin” 
əsərində  isə  mühüm  bir  motivasiya  (Allaha  inam  və  çətinliklri 
qədər  kimi  qəbul  edib  səbir  göstərmək)  aradan  qaldırılmışdır.  Bu 
dəyişikliklərin nəticəsi isə həmin əsərlərin  şagirdlərin yaddaşında 
öz  dəhşətləri  ilə  (xüsusilə  ölüm  faktorunun  çılpaq  həqiqət  forma-
sında fiktiv dünyaya köçürülməsi ilə) silinməz iz salmasıdır.  
Əslində  isə,  S.S.Axundov  yazıçı,  pedaqoq  olmaqla  yanaşı, 
həm  də  təcrübəli  bir  psixoloq  idi.  Uşaq  ədəbiyyatının  əsas  krite-
riyalarından  da  öz  iradəsincə  çıxmamışdır.  Fikirlərimizi  “Qaraca 
qız”ın  1913-cü  ildə  “Məktəb”  jurnalında  dərc  edilmiş  nüsxəsi 
əsasında izah edəcəyik.  
“Qaraca  qız”  hissə-hissə    “Məktəb”  dərgisininn  hər  nömrə-
sində  “Qorxulu  nağıllar”  adlı  ümumi  başlıq  altında  dərc  edilirdi. 
Bu,  müəllifin  kiçik  oxucusunu  mütaliəyə  cəlb  etmək  fəndi  idi. 
Məlumdur  ki,  kiçik  yaşlı  uşaqların  diqqətini  ibrətamiz  hekayə-
lərdən daha çox həyəcanlandırıcı əsərlər çəkir. Zəlzələ, Yasəmənin 
ölümü,  Yusifin  ayının  pəncəsində  həlakı  kimi  qorxulu  səhnələrin 
kiçik  dostlarına  ağır  zərbələr  vurmasını  önləmək  üçün  müəllif 
əsərin  ekspozisiyasında  bunun  bir  hekayə  olmasına  oxucusunu 
inandırmaq üçün hadisəni Hacı Salehin dilindən nağıl edir.   
“Qaraca  qız”  əsərində  diqqətə  alınmalı  əsas  psixoloji  mə-
qamlardan biri də ailədaxili münasibətlərdir. Burada yazıçı ailəda-
xili  uyumsuzluğun  təsvirinin  uşağın  tərbiyəsinə  mənfi  təsir 
göstərməsinə qarşı bütün qüvvəsini səfərbər edirdi: 
  “Hüseynqulu ağa ilə arvadı Pəricahan xanımın xasiyyətləri 
biri-birinə dutmayırdı. Pəricahan xanım gimnaziya təhsilində cəmi 


14 
 
Avropa  adətlərini  götürüb  öz  milli  adətləri  xoşuna  gəlməyirdi. 
Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da 
istəməyirdi və labüd qalıb danışanda da yarı rus, yarı türki kəlimə-
lərini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü.  
Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və 
baba  adətlərini  çox  istəyirdi;  hətta  Pəricahan  xanım  nə  qədər 
çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa libası geyin-
dirə bilmədi. Pəricahan xanım Hüseynqulu ağanın evinə gələndən 
sonra köhnə qulluqçuları dəyişdirib evin hər bir qaydasını Avropa 
səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə qaydaları sevmədiyi üçün 
vaxtının çoxunu kənddə qalıb şəhərdə az-az görünürdü. Çox danı-
şıqdan sonra  axırda  Pəricahan xanımı  razı edib kənddə öz  mülk-
lərinə köçürtdü. Bunun üçün də Hüseynqulu ağa nəhayət dərəcədə 
şad oldu, çünki şəhər yaşayışını o, əsla sevməyirdi” 
Ailənin  belə  bir  uyumsuzluğuna  baxmayaraq,  Hüseynqulu 
ağanın qadının hörmətini əsərin sonuna qədər qoruyub saxladığını, 
hər tərs gələn münasibətlərdə ona imkan olduğu qədər güzəştə get-
diyini  müşahidə  edirik.  Gələcək  nəslin  ailəyə,  böyüyə  hörmət 
çərçivələrində  yetişməsi  üçün    ailədaxili  münaqişələrin  həllini  
romantik  üslubla  verən  yazıçı  kiçik  oxucusunun  saf  zehniyyətini 
də  zədələməsin  deyə  həyat  gerçəklərindən  qaçmağa  çalışmışdır.  
Lakin Hüseynqulu ağanın nəzərində ailəyə hörmətdən daha yuxa-
rıda  duran  yeganə  bir    prinsip  insan  haqqını  tapdamamaqdır. 
Qaraca qızın sığınacağa ehtiyacını təmin etmək üçün Hüseynqulu 
ağa  hətta  öz  qızının  tərbiyə  və  sağlamlığı  ilə  bağlı  məsələlərdə 
könlünü  incitmək  istəmədiyi  Pəricahan  xanımın  Qaraca  qıza 
qəddarlığının  qarşısını  öz  hökmü  ilə  alır.  Burada  da  müəllif  kiçik 
oxucusuna  və  həmçinin  onun  təlim  və  tərbiyə  gördüyü  mühitə 
mühüm psixoloji mesajlar verirdi.  
Əsərdə şagirdin qarşılaşdığı ən önəmli psixoloji anlardan biri 
Qaraca  qızın  ölüm  səhnəsidir.  Müəllif  artıq  Qaraca  qızla  özdəş-
ləşən, doğmalaşan  oxucusunu  belə bir ağır finala hazırlamaq üçün 
intuitsiya motivindən istifadə edirdi: 
“Amma  bir  gecə  heç  nə  söyləməyib  qəmgin  olaraq  yerinə 
girdi.  
-
 
Qızım, neyçün kefsizsən, bir şey olmamış ki? 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə