Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   2   3   4   5   6   7   8   9   ...   48

15 
 
-
 
Yox, baba! 
-
 
Bəs neyçün qəmginsən? 
-
 
Özüm də bilməyirəm, baba! 
-
 
Gözlərini yum, yuxula, qızım! 
-
 
Yuxum gəlməyir, baba, yürəyim sıxılır! 
-
 
Qoy sənin üçün nağıl söyləyim, qızım, bəlkə yuxun gələr! 
Piri kişi Qaraca qızın başını sığallayıb başladı: 
-
 
Qızım, biri var imiş, biri yox imiş, Bir padşah var imiş. Bu 
padşahın  dünyada  övladsızlıqdan  başqa  bir  qəm  və  qüssəsi  yox 
imiş... 
-
 
Baba, bən ölsəm, ağlarmısan? 
-
 
Allah eləməsin, qızım, öləsən, neyçün öləsən? 
-
 
Baba, bən ölsəm, bəni o Göy təpədə basdırınız! Oranı bən 
çox  sevirəm:  Oradan  hər  yer  görünür;  orada  hər  cür  çiçək  bitir. 
İmdi o çiçəklərin hamısı solmuşdur. Biz bu gün orada oynayırdıq. 
Sən neyçün ölürsən, qızım? Sən yaşayıb, bən qoca babanı o 
dediyin  təpədə  basdıracaqsan;  Sonra  böyükləşib  ora  gedəcəksən, 
uşaqların  olacadır1  Sonra  bənim  kibi  qocalıb  qarı  olacaqsan! 
Nəvələrinə vəsiyyət edəcəksən ki, bəni Göy təpədə Piri babanın ya-
nında basdırınız. İmdi, qulaq as, qızım, nağılın dalını söyləyim!” 
 Qarşıda  gözlənilən  fəlakətli  hadisənin  nəqlinin  ekspressiv  
təsirini azaltmaq məqsədilə verilmiş bu epizodla da müəllifin peşə-
karlığı sayəsində azyaşlı oxucu psixoloji sarsıntıdan sığortalanmış 
olurdu. 
Qeyd etdiyimiz bütün bu mühüm psixoloji motivlər 1927-ci 
ildə  əsərdən “təmizlətdirilərək” kiçik oxucunun mənafeyinə  deyil, 
mövcud siyasi hakimiyyətin siyasi ehtiraslarına tabe etdirildi. Əs-
lində  isə,  “Qaraca  qız”  əsəri  şagirdlər  üçün  bütün  motivasiyaları, 
ideya istiqamətləri ilə ideal bir sosial əxlaq konsepsiyası idi. 
AraĢdırma  sonucu  gəldiyimiz    nəticə:  qarĢıya  qoyulan 
suallar cavabsız deyil.  
2011-ci  ildə  Azərbaycan  dili  və  ədəbiyyat  fənlərini  tədris 
etdiyim Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbdə VI sinif 
şagirdlərinə  “Qaraca  qız”  əsərini  təhlil  etmək  zərurəti  qarşısında 
qaldığım  zaman  öncə  özümə  bir  sual  verdim:  “Qaraca  qız”  niyə 
hələ  də  orta  məktəb  ədəbiyyat  dərsliklərində    tədris  edilməlidir?” 


16 
 
Axı mövzunu nə üçün izah etməli olduğumuzu bilmədən necə təh-
lil  edə  bilərdik?!  Buna  görə  də  dərs  dediyimiz  şagirdlərin  dünya-
görüşünü  doğru  formalaşdırmaq  məsuliyyəti  bizi  sürətlə  araşdır-
maya təhrik etdi. Bu məsuliyyət “Qaraca qız” əsərinin üç fərqli çap 
nüsxəsinin  üzə  çıxarılması  və  bu  nüsxələr  arasındakı  fərqlərin 
müəyyənləşdirilməsi  kimi  mühüm  və  geniş  bir  tədqiqat  əsərinin 
ərsəyə gəlməsi ilə nəticələndi. 
Yuxarıdakı  təhlillərimizdən  göründüyü  kimi,  “Qaraca  qız” 
bu gün də inkarolunmaz bir klassik nəsr nümunəsidir və həqiqətən 
də,  şagirdlərin  təlim  və  tərbiyəsinə  əhəmiyyətli  təsir  göstərə  bilə-
cək  xüsusiyyətlərə  malikdir.  Ortada  bir  fakt  qalır:  Süleyman  Sani 
Axundovun “Qaraca qız” əsəri haqqında apardığımız araşdırma el-
mi və kütləvi mətbuatda (“Azərbaycan müəllimi” qəzeti, “Ədəbiy-
yat qəzeti”, “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalı, “Kuri-
kulum” jurnalı), saytlarda (“A24”, “Sənət.az”, “Tezxəbər”, “Mane-
ra.az”) nə qədər əksini tapsa da, əsərin kütləvi nəşri hələ heç kimi 
maraqlandırmayıb.  Fikrimizcə,  Süleyman  Sani  Axundovun  “Qor-
xulu  nağıllar”  seriyasına  daxil  etdiyi  bütün  əsərlərin  sovet  haki-
miyyətindən öncə “Məktəb” jurnalında dərc edilmiş variantları ye-
nidən  oxunmalı,  dəyişdirilmiş  olanları  nəşrə  hazırlanmalıdır.  Yalnız 
bu işlərin tamamlanmasından sonra S.S.Axundovun uşaq ədə-biyyatı 
yaradıcılığı haqqında obyektiv nəticələrə gəlmək mümkün olar. 
Araşdırmalar nəticəsində üzə çıxan problemlərin həlli istiqa-
mətində  mühüm  bir  məsələni  də  diqqətdən  qaçırmaq  doğru  deyil. 
“Qaraca  qız”  əsərinin  orta  məktəb  dərsliklərində  dəyişdirilməsi 
kimi  ciddi  bir  təklifə  qarşı  alim  və  pedaqoqlar  tərəfindən  verilə 
biləcək  bir neçə məntiqli sualla üz-üzə qala biləcəyimizi düşünü-
rük  və  hətta  dar  bir  elmi  auditoriyada  qəfil  bu  suallarla  qarşılaş-
dığımız  üçün  cavabını  da  həmin  anda  ilk  ağıla  gələn  məntiqlə 
cavablandırmalı  olduq.  Həmin  cavabları  özlüyümüzdə  bir  daha 
düşünüb  qarşıda  geniş  auditoriyadan  ala  biləcəyimiz    sualları 
öncədən cavablandırmağı lazım bilirik:  
1.
 
Bu  variantlar  arasında  sənətkarlıq  baxımından  hansı 
daha mükəmməldir? 
Məlum  olduğu  kimi,  Süleyman  Sani  Axundovun  yaradıcı-
lığını,  əsasən,  romantik  əsərlər  təşkil  edir.  “Qaraca  qız”  da  ilkni 


17 
 
variantında  romantik  bir  povest  olaraq  qələmə  alınıb.  Müəllifin 
qarşısında  duran  acı  həyat  həqiqətləri  elə  bir  fiktiv  dünyaya 
köçürülməli  idi  ki,  kiçik  oxucusu  bu  həqiqətlərdən  kəskin  yara-
lanmasın, psixoloji travma almasın. Həmçinin yazıçı uşaqlar üçün 
yazdığı  əsərlərini  “Qorxulu  nağıllar”  ümumi  başlığı  altında  top-
lamaqla kiçik oxucularının mütaliəyə marağını öncədən stimullaş-
dırmağa  çalışırdı.  Bilindiyi  kimi,  həyəcan  kiçik  oxucuların  müta-
liəyə marağının ən mühüm motivasiyalarındandır. Qeyd etdiyimiz 
fəndlər  müəllif  tərəfindən  müstəqil  mövqeyi  sayəsində  uğurla 
həyata  keçirilib  və  “Məktəb”  jurnalında  dərci  zamanı  da  böyük 
təqdirlə  qarşılanıb.  Hətta  dövrün  pedaqoqları  tərəfindən  uşaq 
ədəbiyyatını  necə  yazmalı  tövsiyələrində  ən  yaxşı  nümunə  kimi 
göstərilib. “Məktəb” jurnalının 1913-cü il, 22-ci nömrəsində əsərin 
sonunda  belə  bir  qeyd  var  ki,  fikrimizin  təsdiqi  üçün  də  əhə-
miyyətlidir:  “Bu  hekayə  möhtərəm  mühərririn  nə  qədər  məharətli 
və  qüdrətli  hekayənəvis  olduğunu  bildirir.  Bu  hekayəni  diqqətlə 
mütaliə  buyuranlar  görərlər  ki,  burada  millətimizin  bir  çox  sinif-
lərinin  məişəti  və  əhval-ruhiyyəsi  çocuqların  anlaya  biləcəyi  açıq 
və sadə bir dil ilə bəyan edilmişdir. Milli hekayə belə olur. Bir çox 
hekayə  yazmaq  həvəsində  olan  olan  cavanlarımız  möhtərəm 
Süleyman Sani cənablarını təqlid edərlərsə, qazanclı çıxacaqlarına 
şübhə edilməsin gərəkdir”. Həqiqətən də, “Qaraca qız” öz dövrün-
də yalnız uşaq bədii nəsri nümunəsi kimi deyil, dil və üslub xüsu-
siyyətlərinə görə də hadisə idi.  
Arxa  çevirə  bilməyəcəyimiz  başqa  bir  həqiqət  də  var  ki, 
bədii əsərin önündə duran problem təfərrüatlardan təmizlənmiş və 
hədəfə  birbaşa  yönəldilmiş  şəkildə  realistcəsinə  həllini  tapdığı 
zaman sənətkarlıq və ekspressiv təsir baxımından udub. Lakin bu-
rada uduzan uşaq psixologiyası və milli-tarixi həqiqətlərimiz olur. 
Bu  isə,  zənnimizcə,  orta  məktəb  ədəbiyyat  dərsliklərinin  təlim  və 
tərbiyə,  hətta  estetik  tərbiyə  siyasətinə  tərs  mütənasibdir.  Yəni 
milli-mənəvi  dəyərləri  sənət  faktoruna  qurban  vermək  keyfiyyət 
kimi dəyərləndirilə bilməz və bu tendensiya milli təfəkkürümüzün 
davamı üçün də faydalı deyil. 
2.
 
Əgər əsəri Süleyman Sani Axundov özü “təshih” edib-
sə, bəlkə sonuncu variantı daha məqsədəuyğun hesab edib?  


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə