Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   2   3   4   5   6   7   8   9   ...   48

18 
 
“Qaraca  qız”  əsərinin  müəllifin  özü  tərəfindən  sovet  haki-
miyyəti illərində dəyişdirilməsi faktlarla öz təsdiqini tapır. Biz isə 
bunu  iki  mühüm  mərhələdə  müşahidə  edirik  (1927,  1934-cü 
illərdə). Müəllif ilk “təshihi” zamanı bir sıra bədii detalları,  moti-
vasiyaları  saxlamağa  cəhd  etmişdirsə  də,  ikinci  dəfə  bunları  da 
“təmizləmək” məcburiyyətində qalmışdır. Bu məqamları nəzərdən 
keçirdikcə  belə  qənaətə  gəlirik  ki,  əsərin  dəyişdirilməsi  müəllifin 
öz  iradəsi  daxilində  olmayıb,  siyasi-idealoji  aparatın  təhriki  ilə 
həyata keçirilib. 
Qarşılaşa  biləcəyimiz  suala  ən  tutarlı  cavabımız  isə  əsərin 
sovet  hakimiyyətindən  öncə  1913-cü  ildə  Süleyman  Sani 
Axundovun “Məktəb” jurnalında ilk yazdığı orijinal formada dərc 
etdirməsidir.  Əgər  əsərin  orijinalı  yalnız  əlyazması  şəklində 
olsaydı və öncə də işıq üzü görməsəydi, o zaman bu kimi sualların 
cavabını vermək çoxistiqamətli və geniş müzakirələr tələb edərdi. 
İlkin mənbəyə istinad olunmuş ciddi araşdırmalar nəticəsin-
də belə bir qənaətə gəlirik ki, Azərbaycan uşaq ədəbiyyatının qızıl 
fonduna  daxil  olan  “Qaraca  qız”  əsəri  bu  gün  də  öz  aktuallığını, 
əhəmiyyətini  itirmədiyindən  onun  ilkin  variantını  orijinal  kimi 
tanıyaraq bərpa etməklə orta məktəbdə tədris edilməsi məqsədəuy-
ğundur. “Qaraca qız” əsəri bundan sonra uşaq ədəbiyyatı tarixçiləri 
tərəfindən gecikdirilmədən ilkin variantı  əsasında təhlilə cəlb olu-
narsa,  tədris  proqramlarına  daxil  edilmək  kimi  mühüm  problemin 
həlli istiqamətində daha bir ciddi addım atılmış olar. 
Könül Nəhmətova  
filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 
 
 
 
 


19 
 
S.S.AXUNDOVUN “QARACA QIZ” POVESTININ ÜÇ 
ÇAP NÜSXƏSI ARASINDAKI FƏRQLƏR 
 
“Qaraca  qız”  əsərinin  proloqu  (“Məktəb”,  1913,  №1). 
1927-ci ildə “Zərafət” hekayələr kitabında əsərdən çıxarılıb: 
Axşam çay süfrəsində əyləşən zaman Hacı Səməd qızı Fatimə-
nin başını sığallayıb dedi: 
-
 
Qızım, söylə görək məktəbdən nə tazə xəbər gətirmisən? 
Fatimə: 
-
 
Ata, bu gün dərs arasında həyətdə dəstə-dəstə olub qar ilə 
oynayırdıq.  Gövhər,  Zeynəb  və  Səltənət  bir  dəstə  olub,  qardan 
adam  yapırdıq.  Nabat  da  istədi  biz  ilə  oynasın,  mən  razı  oldum, 
amma yoldaşlarım razı olmadı. Nabat çox çirkin və gözləri də çəp 
olmağa  görə  heç  kəs  onun  ilə  dostluq  etmiyordu;  ələlxüsus, 
Gövhər  onu  sevmiyordu.  Nabat  kənarda  durub  bizə  məzlum-
məzlum baxıyordu. Birdən Gövhərin ayağı sürüşüb yerə yıxıldı və 
başı  daşa dəyib  qanadı.  Bunu  görcək hamıdan tez Nabat  Gövhəri 
qucaqlayıb gözləri yaşlı dedi: 
-
 
Ağlama, bacım, qoxma, heç zad olmaz. 
Gövhər bunu görüb dedi: 
-
 
Ah,  sən  nə  gözəl  yoldaşmışsan!  Mən  bilməmişəm,  əfv  et!  
Bunu  deyib  Nabatı  qucaqladı  və  öpdü.  Bu  ittifaq  bizə  çox  artıq 
təsir etdi.  
Hacı Səməd dedi: 
-
 
Qızım,  insanın  zahirinə  baxma,  batininə  bax!  Türkdə  bir 
məsəl  var,  deyərlər  ki,  “Ətə  baxma,  dona  baxma,  içindəki  cana 
bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün görərsən. Ata-
larından bunu eşitcək bacı və qardaş sevinə-sevinə nağıla müntəzir 
dayandılar.  Hacı  Səməd  ruznaməni  yerə  qoyub  çeşməyi  gözlə-
rindən çıxartdı və başladı:...” 
“Məktəb” jurnalında  var. 1927-ci ildə saxlıanılıb, 1934-
cü ildə “Qaraca qız” kitabından çıxarılıb: 
“Bilirdi  ki,  bu  görünən  kənd  erməni  kəndidir  və  Yusif  də 
oraya içməyə gedir.” 
           


20 
 
“Məktəb”  jurnalında  var.  1927-ci  ildə  seçilmiĢ  cümlə 
çıxarılıb: 
Qara  köpək  Qaraca  qızı  buraxdı,  amma  o,  hərəkətsiz  qalıb 
ayağa qalxmadı. Bəylər  Qaraca qızın  üstünü aldılar.  Hüseynqulu 
ağa  Qaraca  qızı  qaldırıb  qucağına  aldı.  O,  zəif  bir  hal  ilə 
gözlərini açdı; lakin harada olduğunu anlamadı. 
“Məktəb” jurnalında yoxdur. 1927-ci ildə əsərə artırılıb: 
“Səlim bəy qıza diqqətlə baxıb dedi: 
-
 
Hə,  bu  qızı  mən  görmüşəm.  Məşhur  oxuyan  və  oynayan 
Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona 
nə qədər pul və xələt vəd etdimsə də, bu qızı mənə satmadı, imdi 
yaxşı əlimə düşübdür. Siz öləsiniz, gündə qonaqlıq edib sizə böyük 
kef verəcəyəm. 
Hüseynqulu ağa bunu eşitdikdə dedi: 
-
 
Demək,  o  kefi  mən  verə  bilmərəm?  Əslinə  baxsan,  qız 
mənə çatar, çünki mənim köpəyim tapmışdır.  
-
 
Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi: 
-
 
Hüseynqulu  ağa, özün  yaxşı  bilirsən ki, arvadın  Pəricahan 
xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən? 
-
 
Nə  üçün  qoymur?  Ev  sahibi  odur,  yoxsa  mən?  Bundan 
əlavə, qızı Piri kişiyə verəcəyəm ki, o saxlasın. 
Bəylər buna razı oldular.” 
1927-ci ildə dəyiĢdirilib: 
Məktəb” jurnalında: 
Hüseynqulu ağa qırx yaşında böyük bir mülkədar idi. On üç 
yaşında ikən atası Megdi ağa onu bir növ ilə edadi “realni” mək-
təbinə  qoya  bilmişdi;  amma  Hüseynqulu  ağanın  fikri  həmişə  at 
binmədə, ava çıxmada olub, oxumaq ilə əsla arası yox idi. Hər il o 
sinifdə,  bu  sinifdə  qala-qala  bir  növ  ilə  dördüncü  sinfə  çıxa 
bilmişdi.  Daha  bundan  yuxarı  bir  sinfə  keçə  bilməyib  məktəbdən 
xaric  oldu.  Atası  bu  işə  çox  da  qəmgin  olmadı,  çünki  onun  çox 
dövləti  və  varı  var  idi.  Edadi  məktəbini  qurtarandan  sonra  atası 
oğlunu oxutmaq fikrində yox idi. Mehdi ağanın Hüsenqulu ağadan 
başqa  bir  oğlu  yox  idi.  Hüseynqulu  ağa  oxumağa  fikir  verməyir 
idisə  də,  çöl  işlərində  çox  qoçaq  idi;  odur  ki,  atası  onu  daha 
oxutmaq  fikrində  olmayıb  çöl  işlərinə  onu  mühəvvəl  etdi. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə