Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   2   3   4   5   6   7   8   9   10   ...   48

21 
 
Azuqətdə  Hüseynqulu  ağa  yaşının  azlığına  baxmayıb  çöl  işlərini 
parlaq  bir  surətdə  əmələ  gətirirdi.  Atası  oğlunun  bu  məharətini 
görüb bütün işlərini idarə etməyi ona tapşırdı. Hüseynqulu ağadan 
bütün  qulluqçuları  və  rəiyyətləri  qorxur  idi.  Çünki  o,  çox  tünd 
adam idi, amma bunun  ilə böylə Hüseynqulu ağa çox rəhmdil idi. 
Hüseynqulu  ağa  zəhməti  çox  sevdiyi  kibi,  yoldaşları  ilə  kef 
çəkməyi  də çox sevərdi. Atası  Hüseynqulu  ağanın  kef çəkməyin-
dən  xoşlanmayırdı,  çünki  qorxur  idi  ki,  bunun  axırı  çox  fəna  bir 
surətdə  nəticə  versin, ona görə də Mehdi  ağa oğlunu evləndirmək 
fikrinə düşdü.  
Bu  fikrini  Mehdi  ağa  tez  əmələ  gətirdi.  Edadi  məktəbini 
qurtarmış, gözəl bir tərbiyə görmüş, bir bəy qızını oğlu üçün aldı. 
Mehdi  ağanın  fikri  düz  də  çıxdı.  Hüseynqulu  ağa  evləndikdən 
sonra  artıq  yoldaşları  ilə  həva-həvəs  və  kefə  məşğul  olmayırdı. 
Ancaq yoldaşlarını öz evinə çağırıb qonaqlıqlar edərdi.  
“Zərafət” kitabında
Bu  vəqt  atası  vəfat  etdi.  Onun  cəmi  mülkü  tək  bir  oğlu 
Hüseynquluya qaldı. O da günlərini eyş və işrətdə, qumarda, yava 
yolda keçirməyə başladı. Düz 30 yaşına çatana qədər özü kibi fəna 
arkadaşları  başına  yığıb  mülkünün  çox  hissəsini  kefə  qoydu. 
Axırda qohumları onu bu pis yoldan qaytarmaq üçün evləndirdilər. 
Ona oxumuş bir bəy qızı aldılar. Lakin  evlənəndən sonra da fəna 
əməllərindən əl götürmədi. Bundan əlavə, arvadı Pəricahan xanım-
la evdə xasiyyətləri də dutmurdu. Pəricahan xanım Avropa xanım-
larını  təqlid  edərək  köhnə  qulluqçuları  qovub  onların  yerinə  tazə 
qulluqçular dutdu.  Evin hər bir qaidəsini Avropa səliqəsinə saldı. 
Hüseynqulu  ağa  bu  tazə  qaidələri  sevmədiyi  üçün  əlinə  bəhanə 
düşüb  kənd  evlərinə  köçüb  orada  günlərini  keçirməyə  başladı. 
Şəhərdə az-az görünürdü.” 
“...Ərini nəzəri altında saxlamaq üçün Pəricahan xanım kənd 
evinə köçməyə məcbur oldu…” 
1934-cı  il  nəĢrində  əsərin  bu  hissəsi  tamamilə  ixtisar 
olunub
“Məktəb” jurnalında yoxdur. 1927-ci ildə əsərə artırılıb: 
“Xidmətçilər  Hüseynqulu  ağadan  qorxub  hüzurunda  titrə-
yirdilər.  Lakin  Piri  kişi  kimsədən  qorxmazdı  və  bacardığı  qədər 


22 
 
qulluqçuları ağaların zülmündən mühafizə edərdi. Ona görə də onu 
başqa nökərlər sevərdi.” 
“Məktəb”  jurnalında  var.  1927-ci  ildə  aĢağıda  seçilmiĢ 
cümlə əsərdən çıxarılıb. 
“Piri  kişi  uşaqlıqdan  gün  çıxmamış  yuxudan  durmağı  adət 
etmişdi. Ġmdi də tezdən dəstamaz alıb sübh namazını qıldı.” 
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb
“Piri  kişi  təcrübə  edib  bu  bağda  qələm  vasitəsilə  təbiətə 
müğayir öylə peyvənd etmişdi ki, bu iş cümləni  heyrətə gətirirdi; 
bir əzgil ağacına qələm ilə alma peyvənd etmək ilə bir ağacda iki 
cür  meyvə  bitirirdi.  Hüseynqulu  ağanın  bu  bağı  mülkədarlar 
arasında  xeyli  şöhrət  qazanmışdı.  Hüseynqulu  ağaya  bir  qonaq 
gələndə  cürbəcür  ziraət  maşınalarını  qoyub  qabağına,  bağına 
tamaşa  aparardı.  Bağın  böylə  Cənnət  kibi  olmasına  səbəb  yalnız 
Piri  kişi  idi;  Buna  görə  də  Hüseynqulu  ağa  onun  xatirini  çox 
istəyirdi:  Hər nə  istəsə idi,  dərhal  əmələ  gətirirdi. Piri  kişi isə  on-
dan  ancaq  bircə  şey  təvəqqe  edirdi:  Ağalardan  başğa  kimsə  bağa 
girməsin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi.” 
“Məktəb” jurnalında yoxdur. 1927-ci ildə əsərə artırılıb: 
“Hüseynqulu ağa üzünü arvadına tərəf dutub dedi: 
-
 
İndi sapsağ qızı azarlı edəcəksən. 
-
 
Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan. 
-
 
Nə üçün, mən ata deyiləm? 
-
 
Atasan,  ancaq  nadansan.  Nadan  atadan  qız  nə  tərbiyə 
götürə bilər? 
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğu-
nu masaya elə vurdu ki, boşqablar bir-birinə dəydi: 
-
 
Sus!  Tezliklə  sənə  göstərərəm  ki,  bu  evin  sahibi  mənəm...  
–  Bunu  deyib  Hüseynqulu  ağa  qabağındakı  boşqabı  götürüb  yerə 
çaxdı.  
-
 
Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı. 
-
 
Bu  hadisədən  yazıq  Ağca  xanım  titrəyərək  göz  yaşı 
tökməyə başladı.” 
“Məktəb” jurhalında yoxdur. 1927-ci ildə əsərə artırılıb: 
Hüseynqulu ağa: 
“- Dəli ananın sözünə qulaq asma.” 


23 
 
  1927-ci ildə dəyiĢdirilib: 
“Məktəb” jurnalında: 
“Ağca  xanım  atasını  çox-çox  istəyirdi,  onun  sadəliyi  çox 
xoşuna  gəlirdi,  ona  görə  də  atasına  yoldaş  və  sirdaş  olmuşdu, 
ondan heç şey gizləməzdi.” 
“Zərafət” kitabında: 
“Ağca  xanım  atasının  belə  mehriban  rəftarından  istifadə 
edərək onun qucağına atıldı.” 
“Məktəb” jurnalında var. 1927-ci ildə əsərdən çıxarılıb: 
“Hüseynqulu  ağanı  görüb  qorxuya  düşdü.  Amma  onun  çox 
mehriban bir tərzdə: 
-
 
Kefin necədir, Qaraca qızım? – soruşmasından yürəyi sakit 
olub, - “Ağam sağ olsun” – deyə cavab verdi.” 
1927-ci ildə dəyiĢdirilib, əlavələr olub: 
“Məktəb” jurnalında: 
“Bir dəfə Hüseynqulu ağa böyük qonaqlıq edib  çoxlu adam 
çağırmışdı.  Bu  qonaqlıqda  oxuyub,  çalan  da  var  idi.  Hüseynqulu 
ağa  Qaraca  qızı  qonaqlara  göstərmək  qəsdi  ilə  onu  gözəl  geyin-
dirib  və əlinə  özünün cınqıralı qavalını  verib onu oynatdı. Qaraca 
qız  çoxdan  idi  ki,  oynamamışdı.  Yürəyində  oynamaq  həsrəti  çox 
idi, o imdiki məclisə  mübarizə istəyən pəhləvan  kibi atıldı. Böylə 
bir  tərzdə  oynadı  ki,  məclisdə  cümləni  özünə  valeh  etdirdi.  Məc-
lisdə  bütün  danışıq  və  səs  kəsilmişdi:  Uşaqdan  böylə  fövqəladə 
oynamaq  görünməmişdi.  Qaraca  qız  böylə  eşqə  gəlmiş  ki,  orada 
olan  adamlar  gözündən  itmişdi.  Ancaq  öz  ustadı  olan  Yasəmən 
gözünün  önündə  durmuşdu.  Birdən  Qaraca  qız  öylə  bir  tərzdə 
fırlandı  ki,  baxanlar  nəzərində  bir  şar  kibi  görünürdü.  Qəflətən 
Qaraca qız bir dizi üstə çökdü, əlinin birini qaval ilə yuxarı dutub, 
o  birini  də  belinə  qoyub  durdu.  Oyunu  belə  tamamlamağı  Qaraca 
qızın  şakəri idi. Qonaqlar bunu böylə  gördükdə əvvəl  oynamağın 
heyrətində  olub  bir  müddət  sakit  dayandılar,  sonra  da  qonaqlar 
tərəfindən alqışlanmaq səsi otağı götürdü. Sonra hamı təvəqqe etdi 
ki,  bu  oyunu  təkrar  etsin,  amma  Qaraca  qız  qəbul  etmədi,  hətta 
Hüseynqulu ağanın da sözünə baxmadı.” 
Zərafət kitabında: 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə