44
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxdıqdan sonra
dedi:
-
Yenə, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmu-
şam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır.
-
Öylə iş ola bilməz! Onu haradan bildin?
-
Budur bax, ayının boynunun tüklərini zəncir aparmış-
dır, Səlim bəy, gör doğru diyorum, ya yox.?!
Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bun-
dan sonra bəylərin hər ikisi qaqqıltı ilə gülməyə başıladı.
Hüseynqulu ağa əvvəl dostlarının sözünü zərafət hesab etdi,
amma sonra özü də diqqət ilə baxıb şəkkə düşdü. Bu halda
həvəslənib av itlərinə qoşulan Hüseynqulu ağanın Qara köpə-
yi mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və
yenə içəridə hürüşmə başladı. Bunu gördükdə Hüseynqulu
ağa dedi:
-
Deyəsən, mağarada yenə ayı var?
Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdir-
dilər. Bu halda Qara köpək Qaraca qızın ayağından dutub
itlərin arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxart-
dı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar.
Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz
qalıb ayağa qalxmadı. Bəylər dərhal Qaraca qızın üstünü aldı-
lar. Hüseynqulu ağa Qaraca qızı qaldırıb qucağına aldı.
Qaraca qız zəif hal ilə gözlərini açdı. Hüseynqulu ağa ondan
soruşdu:
-
Qız, sən kimsən? Bu mağarada nə qayırırdın? Qaraca
qız bu suallara cavab vermədi. Rəhim bəy dedi:
-
Hüseynqulu ağa, görməyirsənmi, yazıq qız hələ la-
zımınca özünə gəlməmişdir? Nə sual edirsən? Bən əhvalatı
onsuz da anlayıram. Qızın sifətindən və libasından görməyir-
sənmi qaraçı qızıdır? Bu av etdiyimiz ayı da əldə bəslənmiş
qaraçı ayısıdır. Ancaq sahibi haradadır? Yalnız burası benim
üçün aşkar deyildir.
45
Rəhim bəyin fikrinə Səlim bəy dəxi şərik oldu.
Bəylər Qaraca qızı nökərlərinə tapşırıb yenə av etməyə
başladılar, amma dörd saata qədər meşəni dolanıb, bir tülkü
və iki dovşandan başqa əllərinə bir av keçirə bilmədilər. Buna
görə avı tərk edibmənzillərinə tərəf qayıtdılar. Qaraca qız
özünə gəlib yol uzunu başına gələn əhvalatı alayarımçıq nəql
elədi. Hüseynqulu ağa Qaraca qızın ata-anasız bir yetim
olduğunu bilibonu özü lə evinə saxlamağa apardı.
***
Hüseynqulu ağa qırx yaşında böyük bir mülkədar idi.
On üç yaşında ikən atası Megdi ağa onu bir növ ilə edadi
“realni” məktəbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın
fikri həmişə at binmədə, ava çıxmada olub, oxumaq ilə əsla
arası yox idi. Hər il o sinifdə, bu sinifdə qala-qala bir növ ilə
dördüncü sinfə çıxa bilmişdi. Daha bundan yuxarı bir sinfə
keçə bilməyib məktəbdən xaric oldu. Atası bu işə çox da
qəmgin olmadı, çünki onun çox dövləti və varı var idi. Edadi
məktəbini qurtarandan sonra atası oğlunu oxutmaq fikrində
yox idi. Mehdi ağanın Hüsenqulu ağadan başqa bir oğlu yox
idi. Hüseynqulu ağa oxumağa fikir verməyir idisə də, çöl
işlərində çox qoçaq idi; odur ki, atası onu daha oxutmaq fik-
rində olmayıb çöl işlərinə onu mühəvvəl etdi. Azuqətdə
Hüseynqulu ağa yaşının azlığına baxmayıb çöl işlərini parlaq
bir surətdə əmələ gətirirdi. Atası oğlunun bu məharətini görüb
bütün işlərini idarə etməyi ona tapşırdı. Hüseynqulu ağadan
bütün qulluqçuları və rəiyyətləri qorxur idi. Çünki o, çox tünd
adam idi, amma bunun ilə böylə Hüseynqulu ağa çox rəhm-
dil idi. Hüseynqulu ağa zəhməti çox sevdiyi kibi, yoldaşları
ilə keyf çəkməyi də çox sevərdi. Atası Hüseynqulu ağanın kef
çəkməyindən xoşlanmayırdı, çünki qorxur idi ki, bunun axırı
çox fəna bir surətdə nəticə versin; ona görə də Mehdi ağa
oğlunu evləndirmək fikrinə düşdü.
46
Bu fikrini Mehdi ağa tez əmələ gətirdi. Edadi məktəbini
qurtarmış, gözəl bir tərbiyə görmüş, bir bəy qızını oğlu üçün
aldı. Mehdi ağanın fikri düz də çıxdı. Hüseynqulu ağa evlən-
dikdən sonra artıq yoldaşları ilə həva-həvəs və keyfə məşğul
olmayırdı. Ancaq yoldaşlarını öz evinə çağırıb qonaqlıqlar
edərdi.
***
Mehdi ağa Hüseynqulu ağanı evləndirdikdən bir il sonra
vəfat etdi. Hüseynqulu ağa ilə arvadı Pəricahan xanımın
xasiyyətləri biri-birinə dutmayırdı. Pəricahan xanım gimna-
ziya təhsilində cəmi Avropa adətlərini götürüb öz milli adət-
ləri xoşuna gəlməyirdi. Hətta öz ana dilindən öylə ikrah et-
mişdi ki, bu dil ilə danışmaq da istəməyirdi və labüd qalıb
danışanda da yarı rus, yarı türki kəlimələrini qarışdırıb danış-
maqla qulaq asanları özünə güldürürdü.
Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz
ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə
qədər çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa li-
bası geyindirə bilmədi. Pəricahan xanım Hüseynqulu ağanın
evinə gələndən sonra köhnə qulluqçuları dəyişdirib evin hər
bir qaydasını Avropa səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə
qaydaları sevmədiyi üçün vaxtının çoxunu kənddə qalıb şə-
hərdə az-az görünürdü. Çox danışıqdan sonra axırda Pəricahan
xanımı razı edib kənddə öz mülklərinə köçürtdü. Bunun üçün
də Hüseynqulu ağa nəhayət dərəcədə şad oldu, çünki şəhər
yaşayışını o, əsla sevməyirdi.
Hüseynqulu ağanın mülkündəki evi qayət basəfa bir
yerdə idi. Bu evin yanından çay axırdı və meşə də çox yaxın
idi, dəmir yolu isə mülkün bir verstliyində idi. Burada da
Pəricahan xanım şəhərdəki kibi, tazə qaydalar qoymağa baş-
ladı. Hüseynqulu ağa səhərdən axşama qədər mülk işləri ilə
məşğul olub, onun işlərinə qarışmayırdı. Bu tövr ilə hər ikisi
Dostları ilə paylaş: |