61
Oraya çatanda gördü ki, otağın qapısı cəftəsizdir. Yavaşca
qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb
siqar çəkir və ondan başqa da içəridə kimsə yoxdur. Bu
ittifaqa Ağca xanım çox şad oldu. Pişik kibi yavaşca əyilərək
dal tərəfdən gəlib balaca əlləri ilə atasının gözlərini yumub
dedi:
-
Tap görüm, bən kiməm?
-
Zorən azarlı, dustaqdan qaçmış gözəl qızım, Ağca
xanımsan!
-
Yaxşı, tapmışsan, atacığazım! – deyib Ağca xanım
atasının boynunu qucaqladı. Hüseynqulu ağa qızını öpüb
dedi:
-
Nə yaxşı gəldin, qızım! Otur bir az ata-bala söhbət
edək!
Ağca xanım əyləşmədən qabaq əyilib divanın altına və
Qaraca qızı orada görməyib mat qaldı. Hüseynqulu ağa soruş-
du:
-
Qızım, neyçün mat qalmışsan? Otur yanımda!
Ağca xanım atasına cavab verməyib soruşdu:
-
Ata, sən çoxdan buradasan?
-
Nahardan
sonra gələnəm, qızım!
-
Sən gələndə qapı açıq idimi?
-
Yox, qızım, bən özüm açdım!
-
İçəridə kim var idi?
-
İçəridə bax bu xal-xal pişik var idi! – deyib Hüseynqulu
ağa dal tərəfdə qıvrılıb yatan pişigi ona göstərdi. – Qızım, nə
gözəl pişikdir, bundan ötrümü soruşurdun?
Ağca xanım pişigi alıb dedi:
-
Yox, ata bundan ötrü soruşmayıram.
-
Bəs
kimdən ötrü soruşursan, qızım?
Ağca xanım cavab verməyib fikrəgetdi.
-
Qızıım, neyçün fikrə getdin? Yoxsa yenə söyləmək
istəməyirsən?