Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə34/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

108 
 
tamaşasına  getdilər.  Qızlar  arıların  işləməsinə  çox  həvəslə 
baxırdılar. Piri kişi bir pətəgə çatdıqda dedi:  
-
 
Bu  pətəgin  arıları  çox  vurağandırlar.  Qızlarım! 
Bunlardan özününzü gözləyin! 
 Bir  başqa  pətəyə  çatdıqda  gördülər  ki,  buranın  arıları  
pətəgin ağzında qarışqa kibi qaynaşırlar. Bunu gördükdə, Piri 
kişi dedi: 
-  “Yaxşı  vəqt  gəlmişik.  Bu  saət  buranın  arısı  beçə 
verəcəkdir.”  Sonra yüzünü Qaraca qıza tərəf dutub,  dedi: 
-
 
Qızım,  qaçaraq  get  evimizdən,  o  günü  sənə  göstər-
digim  ağ torbanı götür gəl.  
Qaraca  qız  yügürərək  getdi;  bir  azdan  sonra  arılar 
pətəkdən  dəstə-dəstə  çıxıb  uçmağa  başladı.  Piri  kişi  onların 
dalınca  düşdü.  Axırda  arılar  bir  gilas  ağacının  budağına 
qondular. Bir dəqiqə keçmədi ki, biri-birinin üstünə qonaraq, 
üzüm  salxımı  kibi  ağacdan  sallandılar.  Bu  halda  Qaraca  qız 
torbanı gətirdi. Hamı ağacın altında hazır oldu. Piri kişi Ağca 
xanıma dedi:  
-    Ağca  xanım,  hər  yuvada  bircə  dişi  arı  olar,  ona  şah 
deyərlər. Bir yuvada iki şah olanda aralarında dava olur. Yeni 
doğmuş şah məcbur olur ki, uçub başqa yuva arasın.  O vəqt 
onun  dalınca  yeni  törənmiş  arılar  düşürlər.  Bax,  gör  yeni 
şahın qoşunları onu necə əhatə etmişlər? İmdi biz onu dutub 
taza  arı  səbətinə  salmalıyıq.  Onda  arılar  da  onun  başına  cəm 
olacaqlar.  
  Bu  sözlərdən  sonra  Piri  kişi  yüzünü  Qaraca  qıza  tərəf 
dutub, dedi: 
-
 
Qızım,  çıx  ağaca  və  bu  sallanan  arıları  torbanın  içinə 
salıb ağzını da büz.  
Qaraca  qız  pişik  kibi  ağaca  dırmaşmağa  başladı.  Ağca 
xanım Piri kişidən soruşdu: 
-
 
Baba, o arılar Qaraca qızı sancmazlarmı? 


109 
 
-
 
Yox,  xanım,  arını  incitməsən  və  onlardan  qorxmasan,   
adamı sancmazlar.  
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri 
kişi    dedi:  -  İmdi,  qızım,  budağı  silkələ  ki,  arılar  torbaya 
tökülsün, ya da budağı sındır, torbanın içində qalsın. 
Qaraca  qız  budağı  sındırdı  və  aşağı  endi.  Piri  kişi 
torbanı ondan aldı.  Hamı arılığa getdilər. Piri kişi torbadakı 
arıları bir boş pətəgə boşaltdı. 
-
 
Ağca  xanım,  bu  pətəyi  sənin  adına  saxlayacağam  və 
balı  da  öz  ixtiyarında  olacaqdır.  Haçan  könlün  bal  istədi, 
gələrsən, kəsib verərəm. 
Bundan  Ağca  xanım  çox  xoşhal  oldu.  Hüseynqulu  ağa 
dedi: 
-
 
Qızım, bu da sənin arın, imdi gəl gedək, anan bir azdan 
sonra gələcəkdir!  
Bunlar sağollaşıb evə qayıtdılar.  
 
                                  *** 
Axşamçağı  Pəricahan  xanım  Mariya  İvanovna  ilə 
şəhərdən  gəlib  çıxdı.  Pəricahan  xanım  Ağca  xanımı  çox  şad 
və yanaqları qızarmış görüb dedi: 
-
 
Bax,  qızım,  mənə  qulaq  asıb  evdən  bayıra  çıxmadın,  
ona görə də sağalıb, rəngin özünə gəldi. Gör, qızım, sənə nə 
qədər şeylər gətirmişəm!  
Ağca  xanım  anasının  gətirdiyi  gözəl  kuklalara,  başqa 
oyun şeylərinə və yeməli şeylərə baxıb, çox şad oldu. Bu vəqt 
Ağca  xanımın  arzu  etdiyi  bir  şey    var  idisə,  o  da  bu  şeyləri 
Qaraca  qıza  göstərib,  onun  ilə  bölüşmək  idi.  Bu  da  ancaq 
baba  otağında  mümkün  idi.  Ağca  xanımın  təbiəti  çox  həlim 
idi,  özü  də  sözə  baxan  bir  qız  idi.  Lakin  Qaraca  qız  ilə 
görüşmək arzusu onda o qədər artıq idi,  bonasının əmrindən 
qəsdən çıxıb tez-tez özünü baba otağına saldırırdı.  


110 
 
Ağca  xanımın  gündən-günə  sağlam  olmağı  anasını  nə 
qədər şad edirdisə də, bir o qədər də bonasının əmrindən çıxıb 
özünə tənbih etdirməyi onu qəmgin edirdi. 
Bu  barədə  Pəricahan  xanım  ərinə  şikayət  edəndə, 
Hüseynqulu ağa rişxənd ilə deyirdi: 
-
 
İki  böyük  arvad  bir  balaca  uşağı  düzəldə  bilmirsiniz-
mi? Mən sizə  məsləhət görürəm  ki, onu tez-tez baba otağına 
salıb dustaq edəsiniz!  
Hər  böylə  ittifaqda  Hüseynqulu    qızına  acıqlanıb  baba 
otağına göndərərdi və gizli Qaraca  xəbər verirdi. 
 
                                        *** 
Piri kişi balaca qızın Ağca xanım ilə gizli görüşüb ülfət 
dutmağına  əsla  razı  deyildi.  O,  bilirdi  ki,  təkəbbür  bəyzadə-
lərdən  başqa  qeyrilərini  insan  dərəcəsinə  qoymayan 
Hüseynqulu  ağa  bu  yetim  qızı  arvadının  acığına  Ağca  xanı-
mın  yanına  buraxır.  O  biri  tərəfdən,  Piri  kişi  düşünürdü  ki,  
bu  sirr  açıldıqda  Pəricahan  xanım  Qaraca  qızı  qovacaqdır. 
Piri  kişinin  bir  də  narazılığı  onda  idi  ki,  Hüseynqulu  ağa 
zinətli  qaraçı  libası  tikdirib  Qaraca  qıza  geyindirirdi  və  öz 
qonaqlıqlarında  oynadırdı.  Bunun  üstündə  Piri  kişinin 
Hüseynqulu ağaya çox acığı duturdu. Lakin qızı onun əlindən 
almaqdan  aciz  idi.  Piri  kişinin  fikri  yanlış  deyildi.  Böylə  ki, 
bir  dəfə  Hüseynqulu  ağa  böyük  qonaqlıq  edib  çox  adam 
çağırmışdı.  Bu  qonaqlıqda  oxuyub  çalan  dəstəsi  də  vardı. 
Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib 
oynasın.  Bu  vəqt  Qaraca  qıza  souğ  dəydiyinə  görə  yerdə 
yatırdı.  Piri    qızı    qoymadı.  Bu  ittifaqdan  sərxoş  ağa  artıq 
dərəcədə  qəzəbnak  olub  dübarə  nökəri  göndərdi  ki,  qızı 
yerdən  qaldırıb  gətirsin.  Piri  kişi  naçar  qaldıqda  Qaraca  qız 
qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü. 
Qaraca  qızın  oynamağa  meyli    çox  idi,  yürəyində  rəqs 
etmək  həsrəti  artıq  idi.  O  idiki  məclisə  mübarizə  istəyən 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə