Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə78/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   74   75   76   77   78   79   80   81   ...   135

Milli Kitabxana

259


necə olardı?  Gündüzlər  dərslərə,  idmana,  oynamağa  və sair  işlərə məşğul  olaraq,

belə məişətin  ağırlığını  bir  o  qədər  hiss  eləməyirdim,  dərin  sükuta  dalmış  uzun

gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim... Nəhayət, yay tətili gəlib yetişdi.

Bir  para  yoldaşlarımla  vaqona  minib  vətənə üz  qoyduq,  üç  gündən  sonra  gəlib

evimizə çatdıq.  Mən  anam,  bacım  və sair  qohumlarımla  görüşdüm,  öpüşdüm.

Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu

isə məni  iztiraba  salırdı.  Soruşmağa  da  cəsarət  eləməyirdim.  Axırda  görüşə

gələnlər dağıldıqdan sonra anamdan soruşdum:

- Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər.

Anam çaşqın bir hal ilə dedi:

- Bilmirəm  nə üçün, əlbəttə,  eşidib  gələrlər,  görüşərlər...  Onlar səni  çox

istəyirlər.

Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı.

- Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş

gəlmiş?

- Bir  şey  yox,  onlar  buradan  köçmüşlər...  Gülbənd  də,  Tamam  da ərə



getmişlər... Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm.

Anladım  ki,  anam  da,  bacım  da  həqiqətən  məndən  gizləyirlər.  Ona  görə artıq

sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar aramağa səy etdim.

Əmioğlumun  xidmətçisi  Məmmədrza,  uşaqlıqdan  bu  üç  ailə içində yaşadığına

görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı.

Məmmədrza  üçün  dünyada  qəm-qüssə yaranmamışdı.  Həmişə deyən,  danışan,

gülən, zarafatçı bir şəxs idi. Həmişə də "Bu dünya beş gündür, beşi də qara, əbləh

odur, onu qəm-qüssə ilə keçirə..." sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük

bağımızı  gəzmək  bəhanəsilə Məmmədrzanı  yanıma  salıb  getdim.  Yol  uzunu

Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü.

Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum:

- Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğrusunu söylə. Nə üçün

Budaq baba buradan köçmüş? Tamam ilə Gülbənd necə olmuşlar?

Bu  sualımdan  Məmmədrzanın  gülər  üzü  qara  bulud  kimi  tutuldu.  Bir  az

fikirdən sonra:



Milli Kitabxana

260


- Bu göy ot üstə oturaq, mən də sənə onların faciələrini söyləyim, - deyə təklif

etdi.


Oturduq, Məmmədrza da kürd qızlarının başlarına gələn müsibəti nağıl etməyə

başladı. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim, lakin onu zor ilə bir

kürd  oğluna verib əmioğlumdan  uzaqlaşdırmağı  iridi,  Məmmədrzanın  nağılından

bildim.


Məmmədrza  Tamamın faciəli  qəziyyəsini  nağıl  etdikdə mən  davam  edə

bilməyib  başımı  otların  arasında  gizlətdim  və göz  yaşım neysan  yağmuru  kimi

tökülüb otları islatdı.

Gülbəndin  qəziyyəsindən  sonra  Budaq  baba,  böyük  qızmın yanına  köçməyə

məcbur  olur.  Yazıq  Tamam  bizim  ailəyə öyrəşdiyindən  ayrılmaq  istəməyirmiş,

lakin əmioğlularının  aralarına  nifaq  düşməsinə səbəb  olmamaq  üçün  anam  onun

getməyinə izin verir.

Seyidli kəndi, ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür.

Bu  kəndlilərin  meyvə bağları  təxminən  12-13 kvadrat  kilometr  yer  tutaraq,

uzaqdan  baxdıqda  böyük  bir  meşəyə bənzəyirdi.  Qərb  tərəfə uzanan  dağlar

getdikcə qaralıb, əskidən  bina  olmuş Əsgəran  qalasına  çatdıqda  yarım  kilometr

qədər bir-birlərinə yaxınlaşırlar.

Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları

bu  çaydan  sulanır.  Seyidli  kəndinin  səkkiz verstliyində, Əsgəranın yaxınlığında

Bozdağ  adlı  bir  otlaq  mövcuddur.  Bahar  fəsli  maldar  kəndlilər  buraya  köçüb

alaçıqlar qurarlar və orada  yaya qədər qalıb  mallarını otladarlar. Sonra  yaylaqlara

köçərlər.

Həmin  Bozdağda,  yol  kənarında əski  xaraba  bir  qəbiristan  vardır,  kəndlilər

burada ölülərini  dəfn  edirlər.  Zavallı  Tamamcığazın  faciəsi  də bu  yerlərdə zühur

etmiş.  Belə ki,  bir  mallı,  dövlətli  kəndlinin  cavan  oğlu  şiddətli surətdə dəli olur.

Hətta  onu  zəncirlə bağlamağa  məcbur  olurlar.  Nə qədər  dua  yazdırırlar,  pirə

aparırlar və bu kimi avamca müalicə edirlərsə də fayda verməyir. Axırda kim isə:

"Belə dəliyə bir məsumə qız gəlin olarsa sağalar" deyə ata-anasını inandırır. Onlar

da  elə bir  qız  axtarmağa  başlarlar.  Lakin  hansı  bir  fağır  kəndliyə böyük  pullar

vədəsilə təklif  edirlərsə,  heç  kəs  qızım  belə dəliyə vermək  istəmir.  Axırda  arayıb

Budaq babam tapırlar və böyük pul ilə onu razı edirlər.

Zavallı  Tamamın,  "Səni  bir  gözəl dövlətli  cavan  oğlana veririk", -deyə

məcburən  razılığını alırlar,  kəbinin  kəsirlər.  Sonra  toysuz,  gizlincə dəliyə gəlin

aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə



Milli Kitabxana

261


vermişlər.  Bunu  bildikdə yazığın  bütün  bədəni  titrəməyə başlar.  İttifaqən  həmin

gecə göy  üzünü  qara  buludlar  tutub  şiddətli  yağmur  yağmağa  başlar.  Dağlardan

axan  sellər  alaçıqlara  dolub  bəzilərini  yumalayıb  aparır.  Adamların  başı  buna

qarışdıqda Tamam fürsət tapıb qaçar.

Gecənin qaranlığı, göyün dağlara səda satan dəhşətli şaqqıltısı, dərələrdən axan

sellərin  gurultusu  Tamam  kimi  bir  qızı  yox,  bütün  kişiləri  də xofa  salar.  Başaçıq,

ayaqyalın küləkdə boğuşa-boğuşa,  sellərlə əlləşə-əlləşə Tamam  qaçır.  Dəli əmin

ürəyinə elə bir  qorxu  salmışmış  ki,  zavallı  qızcığaz  indiki  halına  şad imiş.  Onun

fikri  o  imiş  ki,  adamlar  duyuq  düşüncə Qarqar  çayını keçib  meşədə gizlənsin.

Lakin  bir  qədər  qaçdıqdan  sonra  daşlara  dəyib  yaralanmış  ayaqları  yağmurdan

islanmış, bədəni külək ilə əlləşməkdən tabdan düşmüş əzası, daha hərəkətdən qalır.

O zaman bir pənah yeri arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər

şeydən artıq xof etdiyi qəbiristanı.

Tamam, üstü günbədli bir əski məzar tapır və içində gizlənir.

İttifaqən axşamlamış bir qoca dilənçi, yoldan keçərkən, həmin gün-bədii məzarı

görür.  İçəri  girmək  məqsədilə qapısına  gəlir.  Bu  zaman  dəhşətli  bir  qışqırıqdan

diksinərək  çəkilir.  Qoca  heyrətdə ikən  Tamam  dişarı çıxır  və sərsəri,  qorxunc  bir

qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə

yayılır. Bismillah, deyərək qəbiristandan qaçmağa üz qoyur.

Səhər  olcaq  Tamamı  aramağa  başlayırlar.  Xeyli  aradıqdan  sonra  meyidini

Qarqarın o biri sahilində tapırlar.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə