Milli Kitabxana
356
apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb məktəbdən qaçdı. Ata-anası nə
qədər yalvardısa da, bir şey çıxmadı. Atası çox təkid edəndə Əmiraslan dedi:
-
Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını
falaqqaya salıb döyür. İstəyirsən məni şkolaya qoy gedim.
Tanrıqulu rusca oxumağın ziddinə gedənlərdən idi. Bu fikri onun başına salan
və onu şkolaya düşmən edən kənd mollası axund Molla İman idi. O, həmişə
deyərdi:
-
Tanrıqulu, məbadə oğlunu şkolaya qoyasan. Orada müsəlman uşaqları
təmiz urus edirlər. Başlarına tük qoydurub şapka qoyurlar.
Oxutduqları da Sədi, Hafiz əvəzinə başdan-ayağa tülkü, çaqqaldır.
Tanrıqulu axundun birinci dərəcə müridlərindən hesab olunurdu. Odur ki,
oğlunun şkolaya girmək xahişi onu çaşdırdı. Nə axundun əmrindən çıxa bilirdi, nə
də oğlunun oxuyub ədəbli, elmli olmasından əl çəkə bilirdi. Axırda məsləhət üçün
Əli bəyin yanına getdi. Əli bəy elmli və qoca bir kişi idi. Tanrıqulu həmişə onun
hörmətini saxlardı və hər məsləhəti olsaydı gedib onunla həll edərdi. Tanrıqulu Əli
bəygilə gələndə orada Əli bəydən başqa bir şəxs də gördü. Buna Tanrıqulu əvvəlcə
bu adamın yanında fikrini açıb Əli bəyə demək istəmədi. Amma elə ki, Əli bəy: -
"Bu mənim yaxın dostum Mirzə Həsəndir, tanış olun" - dedi, fikrini dəyişdirib
əhvalatı ona nağıl etdi. Əli bəy uşağı şkolaya qoymağı məsləhət görüb dedi:
-
A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun,
şkolaya qoy. O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və
xatadır. Burada heç bir uşağı rus etməmişlər. Əgər etmişlərsə, budur, onların
müəllimi söyləsin.
Mirzə Həsən gülümsünüb dedi:
-
Əgər islamlıq başa tük qoyub, şapka geymək ilə pis olursa, belionda
Molla İmanın dediyi düzdür. Ancaq onun bu sözü hansı kitabdan götürdüyünə mən
də məəttəl qalmışam. Bu fikir Molla İmanın öz başından çıxma bir şeydir. -
Qardaşım, oğlunu tezliklə göndər gəlsin.
Peşman olmazsan.
Tanrıqulu bir iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu.
Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən, bu doqquz yaşında
uşaq, cəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir
uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlaqını düzəltməkdə müəllimlər aciz
qalmışdılar. Buna da bais ata-anası idi,
Milli Kitabxana
357
çünki üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan
hər bir əmr və nehydən azad idi. Hər nə könlü istəyirdi onu edərdi. Axırda
yoldaslarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric
etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı.
Əmiraslan, əmisi qızı Gülpəridən iki yaş böyük idi. Qardaşlar bu iki tifili bir-
birinə körpə vaxtlarından ad etmişdiler. Amma İmamverdi Əmiraslanın oxumayıb
belə bitərbiyə qalmasından artıq narazı idi və bu barədə də qardaşını müqəssir
edirdi.
-
Belə tərbiyə olmaz. Uşaq gerək izin olmayan şeyi tutmasın.
Böyük-kiçik anlasın. Bunun axın peşmançılıqdır, - deyə İmamverdi, qardaşını
məzəmmət edərdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi və nənəsi Püstə
qarıdan başqa evlərində bir kəs qalmadı. Atası öləndə Əmiraslana yaxşı mal-dövlət
və pul qoymuşdu. Bir-iki ilin ərzində yaramaz oğul bunların hamısını kefə, qumara
qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan
qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər
əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Amma elə ki, var-
yoxunun hamısı eyşi-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. Lakin
İmamverdi:
-
Ne qədər mən sağam, bu iş baş tutmaz, - deyə onun təklifini rədd etdi.
Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qosulub qaçmaq istəyirdi.
Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil,
əmisinin dövlətini ələ almaq idi. Bu isə İmamverdinin razılığı ilə mümkün olardı.
Axırda, Əmiraslan Gülpəridən əl çəkib bir dövlətli dul arvad aldı. Əmiraslan
arvadın gətirdiyi dövləti tezliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola
öyrənmiş Əmiraslan üçün pul lazım idi. Ona görə yavaş-yavaş oğurluğa və yol
kəsməyə şüru etdi. Bu yolda neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə,
bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. İndi faytonda
əyləşib Gülpərilə söhbət edən Əmiraslan belə hərifdi.
Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün
əmisinə elçi düşsün. Hərgah İmamverdi bu dəfə də razı olmasa, Gülpəri atasından
izinsiz Əmiraslana getsin.
Milli Kitabxana
358
* * *
Nurəddin Cəfərə çatdıqda atın başını çəkdi. Lakin qızışmış köhlən at qüvvətsiz
uşağa qulaq asmadı və qaraltıdan ürküb daha da bərk qaçmağa başladı. Nurəddin
gördü ki, atı öz gücü ilə saxlaya bilməyəcəkdir. Yüyəni buraxıb iki əli ilə yəhərin
qaşından möhkəm yapışdı ki, atdan yıxılmasın. Cəfər Nurəddini bu halda gördükdə
istədi atın qabağını kəssin, ancaq bacarmadı. Cəfər qabaqda Əmiraslana nökər idi.
Ona görə onun atının xasiyyətini yaxşı bilirdi. Bu atın adı Ceyranbasan idi və özü
də bir dinc at idi. Amma qızışıb qaçanda heç bir at dalından çata bilməzdi.
Döngənin birində qəflətən bir fayton yolu kəsdi. Ceyranbasan yoldan meşəyə sapıb
Nurəddini üstündən yerə atdı. Bu yerə dəyməyin zərbindən zavallı uşağın ürəyi
getdi. Bunu görcək faytonçu faytonu saxladı. Onun içindən İmamverdi baba çıxıb
Nurəddinə tərəf yönəldi. Yaxınlaşanda gördü ki, bir uşaq hərəkətsiz, yerə sərilibdir.
İmamverdi əyilib uşağa baxanda təəccüblə qışqırdı:
-
Sübhanallah, bu ki Nurəddindir. Bu, at ilə nə üçün gəlsin? İmamverdi cəld
uşağın başını dizi üstə alıb sinəsini açdı.
-
Oğlum, Nurəddin, mənəm, İmamverdi baba.
Nurəddin zəif səslə ufuldadı və sonra özünə gəlib İmamverdi babanı tanıdı.
İmamverdi Nurəddinin bədəninin o yan-bu yanına baxdı ki, görsün yaradan-
ağrıdan nəyi var. Əlini sağ dizinə vuranda Nurəddin qışqırdı.
-
Baba, ora dəymə, ağrıyır, qıçım sınıbdır.
-
Yox, oğlum, qorxma, sınmamışdır, yəqin çıxıbdır, - bunu deyərək
İmamverdi Nurəddini üsulluca qucağına aldı və faytona qoydu. Bu halda köç gəlib
bunlara çatdı. İmamverdi baba elə ki, Əmiraslan və Gülpəridən əhvalatı bildi və
onlan bir faytonda oturmuş gördü, qəzəblənmiş qışqırdı:
-
Sizin ağlınız harada idi? Bir tikə uşağı köhlən ata mindirib, gecə vaxtı
meşəyə buraxmaq olarmı?
Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. Sonra faytondan düşüb
atının dalınca getdi. Gülpəri çalışırdı ki, atasının acığını yatırtsın.
-
Ata, acığın tutmasın, bunlar hamısı qəza işidir. Fayton yolda sındı.
Sən gəlib çıxmadın...
Dostları ilə paylaş: |