Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə14/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   10   11   12   13   14   15   16   17   ...   140

İ m r a n (tez onun  əlindən tutub).Gülzar,  sənsən?

G  ü  1  z  a  r.  İmran,  daha  dayanmaq  vaxtı  deyil,  qaçaq.  Nabat,  ala  bu  üzük 

məndən sənə yadigar olsun (verir.)

İ  m  r  a  n  (Nabata p u l  verir.)  Ala,  Nabat,  allah  qoysa  yenə  bir yerdə  olacağıq. 

Gülzar gedək.  Nabat, xudahafiz.

N  a b  a t.  Gedin, Allah  sizi  salamat etsin, xoşbəxt olasmız.

İm ran  və  G ü lzar g ed irlər

N   a  b  a  t  (tək).  Qocanm  murdar  üzündən  yaxşı  qurtardılar.  Qaldım  m ən 

bədbəxt.  Bundan  sonra  şəksiz  məni  də  qovacaqdır.  İndi bir  allah bəndəsi  tapılaydı, 

məni də bu ilanm ağzmdan qurtaraydı.

Q u lu  ağ acın   dalın d an  çıxır.

Q u 1 u.  Bu  allah bəndəsi mən.

N  a b  a t.  Uy, kimsən?

Q  u  1  u.  Nabat  xanım,  deyəsən  məni  tanımırsan.  Paltarımm  dəyişilməsinə 

baxma.  Ürəyim yenə  sənnəndir.

N   a  b  a  t.  Qulu,  sənsən?  Nə  heybətli  olmusan.  Lap  quldura  oxşayırsan.  Bu 

xəncər nədir?

Q  u  1  u.  Səfeh  qızı  hələ  soruşur  da.  Görmürsən  ki,  səni  göturüb  qaçmağa 

gəlmişəm.

N   a  b  a  t.  Heç  zarafatdan  əl  götürməyəcəksən?  Burax,  gedirəm.  Gülzar  xanım 

məni  axtarar.

Q  u  1  u.  A  hilləmətənə,  mənə  kələk  gəlirsən?  İndi  Gülzar  xanımı  İmranla 

qaçırmadmmı?  M ən  gözləyirdim,  əvvəl yol  xanımmdır,  sonra  qulluqçunun.  Ancaq 

mən  onlar  kimi  səfeh  deyiləm  ki,  tədarüksüz  gedəm.  Gərək  qabaqca  gedib  Hacı 

M uraddan yeddi illik məvacibimi  alam,  sonra səni  aparam.

N  a b  a t.  Qulu,  sən allah doğru deyirsən, yoxsa məni  aldadırsan?

Q u 1 u.  Vallah,  doğru deyirəm.  M ən  gedəndə  sənə  nə  demişdim,  niyə yadmdan 

çıxarmısan?  Tez  get,  nə  şeyin  varsa  yığ.  Uçuq  ham am ın  yanm a  get.  M əni  orada 

gözlə.

N  a b  a t.  Bəs sən nə edəcəksən?




Q  u  1  u.  M ən  də  gedib  Hacı  M uradı  qorxudacağam,  pullarımı  alacağam.  Di 

vaxtı  itirmə,  tez  get.  (Nabat qaçaraq  gedir.)  Arvadm  ağlı,  ya uşağm  ağlı,  hər  şeyə 

o  saat inanır.

Fit ilə yoldaşlannı çağmr.  Bu səsə Niyazla Qurban, üstlərində əsləhə1  gəlirlər.

Q u r b  a n.  Qulu,  nə çox ləngidin?

N  i y  a z.  B ir şey bildin, ya yox?

Q u 1  u.  Yoldaşlar,  işimiz  çox rast  gətiribdir.  Evdə bir Hacı M uraddan və  bir də 

Əliquludan  başqa  heç  kəs  yoxdur.  Qızı  bu  saat  İmrana  qoşulub  qaçdı.  Qulluqçunu 

da mən aldatmışam ki,  səni götürüb  qaçacağam.  İndi  gedib yolum u gözləyir.

N   i  y  a  z.  Bəs  Əliquluya  nə  tədbir  çəkmisən?  Qulu,  doğrusu,  mənim  ondan 

gözüm  su  içmir.  Çox  usta,  hiyləgər  adama  oxşayır.  Qorxuram bizi  aldadıb,  divana 

məlum edə.  Hamımızı tutdura.

Q u r b  a n.  Niyaz doğru deyir,  çox şübhəli  adama oxşayır.

Q  u  1  u.  Yoldaşlar,  m ən  elə  iş  tutmaram  ki,  ondan  bizə  xəta  gələ.  Əliqulu 

divandan  elə  qorxur,  necə  ki,  it  dəyənəkdən.  Bu  barədə  arxaym  olun.  Əliqulu  bu 

işdən qaça bilməz.

N  i y  a z.  Söylə  görək,  onu haradan bildin?

Q  u  r  b  a  n.  Əlbəttə,  söylə,  yoldaşımızm  necə  adam  olduğunu  gərək  biz  də 

bilək.

Q u 1 u.  Yoldaşlar,  indi onun vaxtı deyil.  Sonra sizə danışaram.



N  i y  a z.  Bəs niyə dayanmışıq?  Hacı M uradm qulluğuna  gedək də.

Q u 1 u.  Yox,  gərək  gözləyək.  Əliqulu özü buraya gələsidir.  Odur gəlir.

Ə liq u lu   gəlib  çatır.

Ə  1  i  q  u  1  u.  Hacı  M uradm  əziz  qonaqları,  xoş  gəlmişsiniz.  Ancaq  ərbabm  bir 

balaca nəqahəti var.  Sizi  qəbul edə bilməyəcəkdir.

Q u 1 u.  Əliqulu, zarafatı burax.  Niyə belə  gec  gəldin.  B ir şey var?

Ə 1 i q u 1 u.  Yoldaşlar,  gərək işi  sabaha qoyaq.

Q u 1 u.  Nə  səbəbə?

Ə  1  i  q  u  1  u.  Çünki  Hacı  Murad  M əhərrəm  bəygilə  gedəsi  olmadı.  Özü 

M əhərrəm bəyi  gözləyir və evdəkilərin hamısı da oyaqdır amma

^Silah



sabah axşam M əhərrəm bəyə  qonaqdır.  Otağm açarı da məndə olacaqdır.

Q u r b  a n.  Yoldaşlar,  nahaq yerə vaxt itiririk.  İndi M əhərrəm bəy  gəlincə m ən 

min  ev  yarmışdım.  O  ki  qaldı  Hacı  Murada,  boğazmdan  elə  basaram  ki,  bir  də 

qiyamətdə oyanar.

Ə  1  i  q u 1  u.  Xeyr,  m ən buna razı  deyiləm.  İş  gərək tədbirlə  ola.  Yoxsa içindən 

xata çıxar.

N   i  y  a  z.  Görünür,  Əliqulu  işdən  baş  qaçırır.  Am m a  Qulu  bizə  özgə  cürə 

demişdi.


Q  u  1  u.  Niyaz  doğru  deyir,  Əliqulu  əmi  başqa fikrə  düşübdür,  amma bilsin  ki, 

baş  tutası  iş  deyil.  Onun  fikri  bu  gecə  Hacı  M uradm  pullanna yaxşıca  qulluq  edib 

Araz çaymı  aşmaqdır.  ( Üzünü  Əliquluya tutub) Belədirmi,  Səfdər əmi?

Ə 1 i q u 1 u (diksinmiş).  Nə dedin, m ən  Səfdər...

Q  u  1  u.  Bəli,  Tehran  həbsxanasmdan  qaçmış  oğrubaşı  Səfdərsən.  M ən  də 

Quluyam.  Yaxşı tanı.  M əni  aldatmaq olmaz.

N i y a z ,   Q u r b a n .   Oğrubaşı?!.

Q u 1 u.  İndi,  Tehran lotusu  Səfdər, bizə yoldaşsanmı?

Ə 1 i q u 1 u.  Yoldaşam,  hər nə buyursanız əmrinizə tabəyəm.

Q  u  1  u.  Ha  beləcə,  Əliqulu  əmi,  yoldaş  yoldaş  ilə  tən  gərək,  tən  olmasa,  gen 

gərək.  İndi de  görüm,  Gülzarm İmran ilə  qoşulub  qaçmağmdan xəbərin varmı?

Ə 1 i q u 1 u.  Bəli, var.

Q u 1 u.  Bəs Nabat haradadır?

Ə 1 i q u 1 u.  Göndərmisən gedib yolunu  gözləyir.

Q  u  1  u.  Oda  düzdür.  H ərif olmağmı  bəyənirəm.  İndi  bir  sual  qaldı.  De  görüm. 

doğrudanmı Hacı M urad M əhərrəm bəyi  gözləyir?

Ə  1  i  q u  1  u.  Bəli,  gündüzdən  məni  göndərmişdi  ki,  M əhərrəm bəyi  bu  axşama 

məsləhətə çağırım.  Ancaq bəy  dedi ki, Hacıya de  qonaqlarım var,  gec  gələcəyəm.

Q  u  1  u.  Bu  daha  yaxşı  oldu.  İndi,  yoldaşlar,  hazır  olun,  Hacı  Muradm 

qulluğuna  gedək.  Əliqulu əmi  sən ağsaqqalsan,  qabağa düş.

G edirlər.

Pərdə



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə