Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə2/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   2   3   4   5   6   7   8   9   ...   140

Azərbaycan  M ərkəzi  İcraiyyə  Komitəsi 

1932-ci  ildə  Süleyman  Sani 

Axundovun  pedaqoji-ədəbi,  həmçinin  ictimai-mədəni  fəaliyyətini  nəzərə  alaraq 

ona Əmək qəhrəmanı  adı vermişdir.

Süleyman  Sani  Axundov  1939-cu  il  mart  aymm  29-da  Bakıda  vəfat  etmişdir. 

Onun qəbri Bakıda Fəxri dəfn xiyabanmdadır.

Süleyman  Saninin  yaradıcılığı  zəngin  və  çoxcəhətlidir.  M .F.Axundov  realist 

ədəbi  məktəbi  zəminində  yetişən  Süleyman  Sani  ictimai-bədii  fikir  tariximizdə 

hekayə  ustası,  görkəmli  dramaturq,  komedioqraf,  m əşhur  xalq  müəllimi, 

mədəniyyət xadimi kimi də tanmmışdır.

Süleyman  Sani  dramaturgiyamıza  M .F.Axundovun  m əşhur  "Hacı  Qara" 

əsərinin  təsiri  ilə  yazdığı  "Tamahkar"  (1899)  komediyası  ilə  gəlmişdir.  Bu 

pyesində  o,  dövrün  bir  sıra  mənfiliklərinə,  o  cümlədən  xəsisliyə,  tamahkarlığa, 

qadm  əsarətinə  qarşı  çıxmış,  feodal  adət,  ənənələrinə  nifrət  edən  İmran,  Gülzar, 

Şərəf xanım  kimi  m üsbət  surətlər yaradaraq,  yeni  nəsli  həqiqətə,  fədakarlığa  sövq 

etməyə,  oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır.

"Tamahkar"  sadə,  aydm  dildə  yazılmış  realist  komediyadır.  Bu  əsərdə  m üəllif 

gülüşün m uxtəlif təsvir vasitələrindən təbii  şəkildə istifadə  edir.  Oxucu və tamaşaçı 

burada  yazıçm m   real  surətlər  arxasmda  onun  müsbət  idealmı  aydm  görür.  Gənc 

dramaturq,  M .F.Axundovun  realizmindən  yaradıcı  şəkildə  faydalanaraq  feodal 

cəmiyyətindəki  "həyati  hadisələrlə  həyatm  mahiyyəti  və  mənası  arasmda  olan 

təzadı"  (Belinski)  duymuş,  ictimai  komizmin  bir  sıra  orijinal  nümunələrini 

yaratmışdır.

Əsərin  mənfi  komik  qəhrəmanı  Hacı  Muraddır.  Dramaturqun  realizminin 

qüvvətli  cəhətlərindən  biri  Hacı  Muradm  yadda  qalan  səciyyəvi  xüsusiyyətlərini  - 

xəsisliyini,  tamahkarlığım,  qorxaqlığmı,  ikiüzlülüyünü,  hiyləgərliyini və  sair çirkin 

sifətlərini  onun  sözləri  ilə  hərəkətlərinin  vəhdətində  əks  etdirməsindədir.  Yazıçı, 

satirik  obrazmm  mənfi,  eybəcər  sifətlərini  nümayiş  etdirib  ona  gülməklə 

kifayətlənmir,  xəsisin mənfiliyini,  mənəvi  boşluğunu,  gülünclüyünü,  onun  mənsub 

olduğu  zümrəyə  də  şamil  edir.  Bu  cəhəti  ümumiləşdirmək  üçün  o,  Hacı  M uradla 

ikinci  xəsis  M əhərrəm   bəyi  qarşılasdırır.  Qarşılaşdırma  prosesində  hər  iki  mənfi 

tipin  varlanmaq  üçün  bir-birinə  hiylə  gəlmələri,  xəsis  və  tamahkarlıqla, 

fərdiyyətçilikləri  aydm  nəzərə  çarpır.  Məsələn,  Hacı  M urad  18  yaşlı,  gözəl,  ağıllı, 

ismətli  qızı  G ülzan  qoca  M əhərrəm  bəyə  satmaq  niyyəti  ilə  özü  kimi  heç  bir 

təqdirəlayiq olmayan bu xəsisi  aslana, tərlana,  gənc və  sədaqətli İmranı isə tülküyə, 

sara bənzədir.  Dramaturq, bununla tam ahkar Hacı M uradm nifrətəlayiq gülünc




qayəsini,  böhtançı  sifətini  onun  öz  sözləri  ilə  ifşa  etmişdir.  M üəllifin  xəsislərə 

nifrəti  onlann  varlanmasma  şərait  yaradan  cəmiyyətə  nifrət  səviyyəsinə  qalxır. 

Yeri  gəlmişkən  xatırladaq  ki,  Süleyman  Sani  ilə  dostluq,  yaradıcılıq  əlaqələri 

olmuş Nəriman Nərimanov  "Həftə fəryadı"  adlı felyetonunda  (Bax:  "Həyat"  qəzeti, 

19 may  1906-cı  il)  Tam ahkar"dakı realizmin bu cəhətinə yüksək qiymət vermişdir. 

Yazıçı  realizminin  qüvvətli  cəhətlərindən biri  də  feodal  adət-ənənələrinə  nifrətinin 

işıqlı 

gələcəyi 



olan 

gənclərə  məhəbbətindən  doğduğunu  əks  etdirməyə 

çalışmasmdadır.  Bu da onun mütərəqqi demokratizm humanizmi ilə bağlıdır.

1906-cı  ildə  Süleyman  Sani  burjua  cəmiyyətini  və  əxlaqmı  ifşa  edən  kiçik 

formalı  komediyalarmı  -  "Dibdat  bəy"  və  "Türk  birliyi"ni  yazır.  Bu  pyeslərdə  o, 

duma  seçkilərinə  mollanəsrəddinçilər  mövqeyindən  baxmışdır.  H ər  iki  komediya 

ilə  S.S.Axundov dramaturgiyamıza ictimai-siyasi mövzu gətirmişdir.

S.Saninin  bədii  yaradıcılığmm  yeni  yüksəliş  mərhələsi  1920-ci  illərdən 

başlayır.  O,  sovet dövrü Azərbaycan dramaturgiyasmda ilk  dramm  -"Laçm yuvası" 

(1921)  müəllifi  olduğu  kimi,  inqilabi  mövzulu  pyeslər;  "Çərxi-fələk"  (1921), 

"Qaranlıqdan  işığa"  (1921),  realist  faciə-  "Eşq  və  intiqam"  (1922)  və  komediya 

janrınm   ilk  nümunələri  də  -  "Molla  Nəsrəddin  Bakıda"  (1921),  "Şahsənəm  və 

Gülpəri"  (1921),  "Bir eşqin nəticəsi"  (1922),  "Yenihəyat"  (1923)  onun  qələmindən 

çıxmışdır.

S.S.Axundovun  Azərbaycan  dramaturgiyası  tarixində  novatorluğu  ondadır  ki, 

o,  zamanm  yeni  tələblərini,  yeni  inqilabi  məsələlərini  1921  -ci  ilin  aprelində  yazıb 

qurtardığı  "Laçm yuvası"  drammda  və  bir  sıra  başqa  pyeslərində  göstərə  bilmişdi. 

Yuxarıda  adlannı  çəkdiyimiz  səhnə  əsərlərində  S.Saninin  realizmi  yeni  keyfiyyət 

kəsb edir.

Bu  keyfiyyətin  sovet  dövrü  Azərbaycan  ədəbiyyatmda  ilk  nümunəsini  "Laçm 

yuvası"nda  görürük.  Yazıçı  bu  əsərində  dramaturgiyamıza  qəhrəmanlıq  pafosu, 

xalq  mənafeyini  hər  şeydən  üstün  tutan  Cahangir  kimi  bir  surət  gətirmişdir. 

Akademik  M .A rif  "Laçm  yuvası"  haqqmda  yazır  ki,  bu  dram,  eyni  zamanda, 

ədəbiyyatımızm böyük bir qələbəsi idi.

Əsərdə  inqilabi  qüvvələrin  əksinqilabçılarla  apardığı  mübarizə  barışmaz 

toqquşmalarda  təzahür  edir.  M ülkədar  Əmiraslan  ağa  ilə  Cahangirin  mübarizəsi 

daban-dabana  zidd  olan  ideyalarm  çarpışmasıdır.  Yeniliklə  köhnəliyin,  sosialist 

şüuru  ilə  bəy,  mülkədar  şüurunun  mübarizəsi  əsərdə  əsas  konflikt  kimi 

sakitləşməyən, 

hadisədən-hadisəyə 

gərginləşən 

situasiyalarda  verilir. 

Belə 

barışmaz  konflikti  dramaturgiyamıza  gətirməklə  Süleyman  Sani  böyük  bir 



sənətkarlıq istedadı nümayiş etdirmişdir.


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə