Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə27/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   23   24   25   26   27   28   29   30   ...   140

kəsmədə  ömür  sürmüş,  qartlaşmış  ağa  bunlarm   hamısmdaıı  əl  çəkib  işçi-kəndli 

tərəfdarı  olmaz,  fəqət  bizim  müqabilimizə  çıxıb  qovğa  etməsin  niyyəti  ilə  sənə 

Hadi lələ ilə o məktubu göndərdim.  Cavabm da söylədi.

Sən  niyə  zülm  tərəfdarı  olursan?  Biz  o  zülmü  insanlar  arasmdan  götürmək 

istəyirik.  Bax,  gör  bu  nə  böyük,  nə  yüksək  bir  idealdır  ki,  məni  öz  əlimlə  bu 

mülkümüzü  tapdayıb  məhv  etdirməyə  məcbur  edir,  atamm  müqabilinə  çıxardır. 

M ehriban  anamı  unutdurur,  tam   üç  il  həsrətini  çəkdiyim  sən  sevgili  əmizadəmi 

mənə  düşmən  etdirir.  Pəricahan,  sevgilim,  gəl  mənimlə  birlikdə  vətənimizin 

məzlumlarmı cəlladlar əlindən xilas edək.

P ə r i c a h a n   x a n ı m .   Cəlladları mən,  sən tərəfdə  görürəm.

C a h a n g i r   a ğ a .   Son  sözümü  dinlə,  fikirləş,  cavabmı  ver.  Bax  gör,  bizmi 

cəlladıq,  yoxsa  siz  ağalar?  M ilyonlarla  işçi-kəndlilər,  əsrlərcə  sitəmkarlar  əlində 

didilir,  çeynənir,  ayaqlar  altmda  tapdalanıb  əzilir.  Hamısı  ac,  çılpaq  zillətdə, 

əziyyətdə,  fəryadları  əflaka  çıxmış.  Əsarət zənciri  altmda bədənləri  incəlib  üzülür. 

Bax bu  biçarələr  indi  bizdən  nicat  gözləyirlər.  Pəricahan,  gedək,  onlarm  fəryadma 

çataq.  Əsarət zəncirlərini kəsib xilas edək.  Pəricahan, bu  şərəfi başqasmm öhdəsinə 

atma.  Şərq  aləminin  pərisi  ol  ki,  əsrlərcə  adm  dünyada  baqi  qalsm.  Qırmızı  Ordu 

içində  nə  qədər  nəcib  qəhrəman  qadmlar  var.  Sən  də  Şərq  məzlumlarmm 

qəhrəmanı ol.

P ə r i c a h a n   x a n ı m .   Elə böyük vəzifəni,  elə yüksək şüarı özün üçün bəslə. 

M ən  isə  bu  gün  ufaçıq  bir  vəzifə  qəbul  edirəm.  O  da  "Laçm  yuvası"nı  sənin 

ordundan müdafiə edib,  onun  "Orlean xanımı"  olmaq istəyirəm.

C a h a n g i r   a ğ a .   Daha  bitdi.  Sən  də  atam  kimi  belə  saraydan,  belə  cah- 

cəlaldan  öz  ixtiyarmla  əl  çəkmək  istəmirsən,  fəqət  m ən  zor  ilə  çəkdirərəm.  Bu 

zülmlə bina olmuş saraydan bir əsər qoymaram!  (Çıxır.)

P ə r i c a h a n   x a n ı m   (tək).  Ah!  Cahangirdə  nə  böyük  təğyir!  Sabiqdə 

mənim  kimi,  babalarımızm  şan-şöhrəti  ilə  fəxr  edərdi,  ancaq  indi  isə,  onlara  zalım 

deyib,  nifrət  edir.  M ənim  də  qəlbimə  şübhə  saldı.  Görəsən  hansı  yol  doğrudur... 



(Əmiraslan  ağa daxil olur.) Ah,  əmücəm gəldi.

Ə m i r a s l a n   a ğ a .   Qızım,bolşeviklər üzərimizə  hücuma başlamış.  Bu  saat 

Mehrəli bəyin dəstəsi ilə vumşurlar.  Ümidim budur ki,  igid



bəylər  onları  pozub  bu  tərəfə  keçməyə  qoymayacaqlar.  Pəricahan,  bu  gün  oğlum 

burada  olmalı  idi.  Qəhrəmananə  müharibə  edib,  "Laçm  yuvası"nı  düşməndən 

müdafiə  edəydi.  Onu  fələk  əlimdən  aldı.  Yerində  sən  qalmısan.  İgidlikdə  heç  bir 

oğlandan  geri  qalmazsan.  Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini  sənə 

həvalə  edirəm.  Bu  gün  bizim  üçün  başqa  yol  yoxdur.  Ya  zəfər,  ya  ölüm.  Qızım, 

səni məyus görürəm, yoxsa düşməndən xof edirsən?  Ona əsir olmaq istəyirsən?

P ə r i c a h a n   x a n ı m .   Heç  vaxtı.  M əni  məyus  edən  şey  başqadır.  Ah, 

Cahangir...

Ə m i r a s l a n   a ğ a .   Qəm etmə,  qızım,  inşallah düşmənə  qalib  gələcəyik.  Get 

hərbi libasmı  gey, hazır ol.  (Pəricahan xanım  çıxır.)

Ə m i r a s l a n   a ğ a .   (tək).  Pəricahan  anadan  olanda  mərhum  qardaşım 

Kamran  çox  məyus  oldu  ki,  oğlan  deyil,  lakin  m ən  bu  igid  qızı  min  oğula 

vermərəm.

M eh rəli  bəy  sol  əli  sarınm ış  daxil  olur.

M e h r ə l i   b ə y .   Əmiraslan ağa,  sol cəbhəni düşmən aldı.

Ə m i r a s l a n   a ğ a .   Nə  deyirsən?  M əgər  sənə  əmr  etməmişdim  ki,  onu 

möhkəm saxla? B ir adamm qalmcaya qədər vuruşmada davam et?

M e h r ə l i   b ə y .   M ən  nə  edim?  Tərəfdarlarımız  kəndlilər  fürsət  tapdıqca 

bolşeviklər tərəfinə keçdilər.  B ir də baxıb  gördüm ki,  ətrafımda  az bir  qüvvə  qalıb. 

Yenə  də  vuruşmadan  çəkilmədim.  Bu  vaxt  güllə  dəydi.  O  az  qüvvə  də  pozulub 

dağıldı.  Ancaq onu qənimət bildim ki,  arvad-uşağı  götürüb buraya qaçdım.

Ə m i r a s l a n   a ğ a .   Qorxuram  Ədilbəyin  dediyi  doğru  ola.  Kəndlilərin 

cümləsi  bolşevik  tərəfinə  keçə.  Sol  cəbhənin  almması  Səlim  bəyin  halını 

ağırlaşdırdı.  Bu  saat K ollu dərənin üstünü tutm aq lazımdır.  Yoxsa  qırmızılar  Səlim 

bəyin arxasma keçib  onu pozacaqdır.

H ey d ər  bəy  tən g n əfəs  daxil  olur.

H e y d ə r   b ə y .   Əmiraslan  ağa,  qırmızılar  Kötüklü  kəndini  aldı.  Bizimkilər 

qaçırlar.

Ə m i r a s l a n   a ğ a   (qəzəbnak).  Siz  onlardan  geriyə  qalmazsmız.  Dovşan 

kimi, bir səs çıxdıqda qoyub  qaçırsmız.

H e y d ə r   b ə y .   M ən  nə  edim?  Allah  arvad  tayfasmı  müsəlman  üçün  bir 

böyük bəla yaratmışdır.  Ağlaşma qurub,  ərlərinin ətəklərindən




yapışıb  davaya  getməyə  qoymurlar.  Başqa  millətin  qadmları  tüfəng  götürüb  ərləri 

ilə  bərabər  düşmənlə  vuruşur,  bizimkilər  isə  şaxsey  deyə  üzlərini  cırır,  saçlarmı 

yolurlar.

Ə m i r a s l a n   a ğ a .   Bu  onlarm  təqsiri  deyil.  Siz  kimi  ərlərin,  atalarm 

təqsiridir.  Ləzgi  qadmları  düşmən  ilə  müharibədə  ərlərindən  geri  qalmır. 

Pəricahana mən tərbiyə vermişəm, hansmızdan qoçaq deyil?

Səlim   bəy  daxil  olur.

S ə 1 i m  b  ə y.  Əmiraslan ağa,  Güllücə kəndini düşmən zəbt etdi.

Ə  m  i  r  a  s  1  a  n  a  ğ  a.  Nə  pis  xəbər!  Onun  ahnması  ilə  yol  buraya  açıldı. 

Heydər  bəy,  mənim  adamlarımdan  otuz  tüfəngli  götürüb  Uçurum  dərəsinin 

keçidini kəs.  Daha durma!

H e y d ə r   b ə y .   (Cəld çıxır.)

Ə m i r a s l a n   a ğ a   (Səlim  bəyə).  Söylə  görüm.  Nə tövr  olduki,  elə  möhkəm 

yeri boşladm?

S  ə  1  i m  b  ə y.  Heydər bəyin dəstəsi  pozulduqdan  sonra  sol  cəbhə  açıldı.  M ən 

M uxtar  bəydən  kömək  istədim.  Cavab  verdi  ki,  özüm  iki  tərəfdən  əhatə 

olunmuşam,  tez  Əmiraslan  ağadan  həm  özün  üçün  və  həm  də  mənim  üçün  kömək 

istə.  Bu vaxt düşmən arxama keçib məni pozdu.

Ə m i r a s l a n   a ğ a .   Kollu  dərədə  qüvvə  qoymuş  olsaydm,  qırmızılar  arxana 

keçə bilməzdilər.

S  ə  1  i  m  b  ə y.  Necə  qoymamışdım?  Qoymuşdum.  Onlara  ümid  bağlayıb  geri 

çəkilmədim.  Atışmada  davam  etdim.  Bir  də  xəbər  tutdum   ki,  onlar  da  qaçıb 

dağılmışlar,  düşmən də  arxama keçmişdir.

Ə m i r a s l a n   a ğ a .   Səlim  bəy,  onda  dayanma,  mənim  atlılarımdan  lazım 

bildiyin  qədər  götürüb  M uxtar  bəyin  köməyinə  get.  Onu  təhlükədən  qurtar,  sonra 

Qayadibi kəndinə çəkiliniz.

S ə 1 i m  b  ə y.  Baş üstə.  (Çıxır.)

Ə m i r a s l a n   a ğ a .   M ənim  Qaya  dibi  kəndim  nə  qədər  davam  edərsə, 

buranm  qorxusu  yoxdur.  Onun  dar  və  gizli  yollarmı,  ancaq  oranm  əhli  bilir. 

Bələdçi olmasa,  qoşun bir şey  edə bilməz.

M o lla   Sad ıq   və  H acı  İm am q u lu   daxil  olurlar.

H a c ı   İ m a m q u l u .   Bu nə bəladır?  Bu nə tufandır?

M  o  11  a  S  a d  ı  q.  Tutduğunuz  əməlin  cəzasıdər ki,  xudavəndi-aləm  verir.  Biz 

ruhanilərə  qulaq asmayıb  övladlarmızı rus məktəblərinə




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə