Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə3/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   2   3   4   5   6   7   8   9   ...   140

"Laçm yuvası"nda  Əmiraslan  ağanm intiharı,  Cahangirin  ailəsinin başma  gələn 

faciə,  Cahangir üçün bir növ nikbin faciə xarakteri daşıyır ki, bu da əsərin mövzusu 

ilə  əlaqədar  olaraq  Süleyman  Saninin  dramaturgiyamıza  gətirdiyi  yeni  keyfiyyət 

idi.  Dramm  finalmda  yeniliyin  köhnəliyə  qalib  gəlməsi  əsərə  nikbinlik, 

qəhrəmanlıq  ruhu  aşılayır.  Bununla  da  Cahangirin  ailə  tragizmi  kölgədə  qalır.  Bu 

tragizm yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir.

"Laçm  yuvası"  kamil  ideya-bədii  xüsusiyyətləri  ilə  seçilən  sovet  dövrü  ilk 

Azərbaycan  dramıdır.  Sovet  hakimiyyətinin  qurulmasmm  ildönümü  münasibəti  ilə 

pyes yazm aq üçün  elan edilən  dövlət müsabiqəsində bu əsər birinci  mükafata layiq 

görülmüşdür.  "Laçm  yuvası"nm  əlyazm alannm   biri  üzərində  böyük  yazıçımız 

Ə.Haqverdiyev bu əsərin  "Ənama layiq"  olduğunu göstərmişdir.

"Eşq  və  intiqam"  isə  beş  pərdə,  yeddi  şəkildə  realist  faciədir.  Əsərin  mövzusu 

bolşevik  inqilabmdan  əvvəlki  Azərbaycanda  insanları  fəlakətə  salan  vəhşi  adət- 

ənənələrdən,  mustəbid  m ülkədar  və  bəylərin  törətdiyi  qanlı  faciələrdən,  gəncliyin 

bu  müsibətlərdən  xilas  olmaq  cəhdlərindən,  onlarm  azad  məhəbbətindən, 

haqsızlığa  qarşı  mübarizə  edənlərin  həyatmdan  bəhs  edir.  Professor  Məmməd 

Cəfər  sovet  dövrü  ilk  Azərbaycan  dramları  haqda  məqaləsində  yazır:  "Deyirlər ki, 

"Eşq  və  intiqam"  faciəsi  səhv  olaraq  bir-birini  sevən  bacı-qardaşm  faciəsidir.  Ona 

görə  də  guya  süni,  uydurma  bir  hadisədir.  Bu,  əlbəttə,  yanlış,  dərindən 

düşünülməmiş  söylənən  bir  fikirdir.  Əsil  həqiqəti  axtarsaq,  bu  əsərdə  iştirak  edən 

adam lann  hamısmm  faciəsi  bir  yerə  toplanaraq  ümumi  bir  faciə,  müəyyən  bir 

dövrün, zamanm,  məişət tərzinin, bir üsuli-idarənin faciəsidir".

Əsərdə 

qanlı 


adət-ənənələri 

davam  etdirən  bəy-mülkədar  zümrəsinin 

nümayəndəsi  Şahbaz  bəydir.  O,  pul  gücünə  Həcər  xanımı  özünə  arvad  etmişdir. 

Şahbaz  bəy  və  Həcər  xanım  xəttində  dramaturq,  feodal-burjua  ailəsindəki 

ziddiyyətləri  olduqca  real,  bədii  boyalarla  qələmə  almışdır.  H əcər  xanımm 

simasmda  qadınm  günahsız  müqəssir,  hüquqsuz  kölə  vəziyyətini,  mənəvi 

iztirablarım,  Şahbaz  bəyin  şəxsində  isə  pulun,  çirkin  feodal  əxlaqmm  ailəni  necə 

dağıtdığmı  görürük.

Realist  dramaturq  S.Sani  göstərir  ki,  feodal-burjua  cəmiyyətindəki  əxlaqsızlıq 

çox  təbii  olaraq  Çingiz  və  Zöhrə  xanım  kimi  günahsız  müqəssirlər  doğurur.  Buna 

görə  şahbaz  bəylərin  özbaşmalığı,  ancaq  çingizlərin,  zöhrələrin  müsibətinə  bais 

olmaları  ilə  məhdudlaşmır.  Bu  nöqteyi-nəzərdən  Çingiz  intihardan  əvvəl  üsyankar 

bir dillə:  "Məni öz bacıma aşiq yetirməkdə



fikrin  nədir,  ey  çərxi-fələk?"  deməsi  çox  mənalıdır.  Çingiz  realist,  tragik 

qəhrəmandır.  O,  ağır  dəqiqələrdə  əlçatmaz  gözəl  arzularla  yaşam aq  istəmir. 

Bacısma  aşiq  olduğunu  bilib  intihar  etməsi,  xəstə  mülkədar-burjua  əxlaqmm 

məişətdə  törətdiyi  faciəni ümumiləşdirir,  digər tərəfdən  insanlarm  sevgi  hisslərinin 

yüksək  əxlaqi  prinsiplərini  ləkələməkdən  qoruyur,  saf  ailə-məişət  normalarmm 

müqəddəsliyini təsdiq edir.

"Eşq və  intiqam"  ilhamla yazılm ış  əsərdir.  Burada  surətlərin  intellektual  aləmi, 

fərdi  xüsusiyyətləri  əlvan  realist  boyalarla  təsvir  olunmuş,  öz  xarakteri,  ədası, 

hərəkət  və  düşüncə  tərzi  ilə  bir-birindən  fərqlənən  surətlər yaradılmışdır.  Əsərdəki 

obrazlar  canlı,  dolğun  və  təsirli  verilmişlər.  Faciə  həm  də  gözəl  insani  sifətlərin 

qabanq verilməsi baxımmdan 20-ci illərin dramaturgiyasmda yeni hadisə idi.

S.S.Axundovun  "Tənqid  və  təbliğ"  teatrmda  tamaşaya  qoyulan  pyesləri  də  o 

dövrün  tələblərinə  cavab  verən  əsərlər  idi.  " Çərxi-fələk"  (1921)  pyesində 

dramaturq,  istismarçı  sinfin inqilabi mübarizə yolu ilə  devrildiyini  simvolik  şəkildə 

əks  etdirir,  fəhlə  sinfinin  bu  mübarizədə  hegemonluğunu  Bahadır  surətində 

göstərməyə çalışır.

Yazıçmm  maraqlı  pyeslərindən  biri  də  "İki  yol"  (1922)  əsəridir.  Pyesin 

konflikti  yeniliklə  köhnəliyin  mübarizəsi  üzərində  qurulmuşdur.  Əsərin  qəhrəmanı 

gənc  ziyalı,  aktyor  Məmməddir.  O,  azad,  saf  məhəbbətin  tərəfdarıdır,  eyni 

zamanda  teatn  kəsərli,  əhəmiyyətli  tərbiyə  vasitəsi  hesab  edir  və  təbliğ  etdiyi  bu 

qayəyə  qarşı duranlarla mübarizə  aparır.

Keçmişdən  qalma mənfi  adət-ənənələrin tənqidi, yeni əxlaq normalarmm köhnə 

m ühafizəkar  əxlaqi  norm alar  üzərində  qələbəsi,  kom ediyada  müsbət  surətlərdən 

cəsarətlə  istifadə  etmək  meyli  Süleyman  Saninin  "Molla  Nəsrəddin  Bakıda", 

"Şahsənəm  və  Gülpəri",  "Bir  eşqin  nəticəsi",  "Yeni  həyat"  məzhəkələrinin  ideya- 

bədii xüsusiyyətlərini təşkil edir.

Sovet  dövrü  Azərbaycan  dramaturgiyasmda  bioqrafik  formada  yazan  ilk 

sənətkar  Süleyman  Sanidir.  Onun  "Molla  Nəsrəddin  Bakıda"  məzhəkəsi  böyük 

inqilabçı-demokrat  C.M əmmədquluzadəyə  həsr  edilmişdir.  Burada  o,  M olla 

Nəsrəddin  surətini  ilk  dəfə  səhnəyə  çıxanr,  onun  köhnəliyə  qarşı  çevrilən  satirik 

gülüşünün  ictimai  məzmununu  açır,  Cəlil  M əmmədquluzadənin bir  şəxsiyyət  kimi 

bəzi xarakterik sifətlərini  göstərir.

"Şahsənəm  və  Gülpəri"nin  konflikti  hüququnu  anlayan,  ictimai  həyata  atılmaq 

istəyən  qadmlar  ilə  yeniliyə  qarşı  çıxan  köhnə  fikirli  ərlərin  mübarizəsi  üzərində 

qurulmuşdur.  Kom ediyanm  finalmda  ərlər  öz  səhvlərini  başa  düşüb  arvadları  ilə 

barışır, mədəni həyata qədəm  qoyurlar.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə