Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə6/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   2   3   4   5   6   7   8   9   ...   140

gözləyə  bilmir.  Doğrudan  da,  əlində heç zadı yoxdur.  Yoxsa  onun pulunu nə  qədər 

saxlasam,  istəyən adam deyil.

H a c ı   M u r a d .   Yox, Hacı  Saleh,  düz  söz,  gözləyə bilməyəcəyəm.  Pul özümə 

çox lazımdır.

H a c ı  S  a 1 e h.  Hacı,  sən  şəhərimizin birinci dövlətlilərindən hesab  olunursan. 

Sən niyə pula möhtac olasan?

H a c ı   M u r a d .   Elə  orada  evim  yıxılıbdır  ki,  xalq  məni  dövlətli  qələminə 

veribdir.  Hansı  borclunun  üstünə  gedirəm,  deyir,  Hacı,  sən  dövlətlisən,  gözlə. 

Baba,  haradan  dövlətli  oldum.  Qırx  il  külüng  çalıb  bir  cüzi  pul  əlimə  almışam.  O 

da onda-bunda.

H a c ı  S  a 1  e h.  Hacı, buyur bu dörd min dörd yüzü al, yerdə  qalan altı yüzə də 

bir həftə vaxta, kağızı təzələyib, mənə möhlət ver.  Eybi yoxdur, müamiləni də  artır.

H a c ı   M u r a d .   Xeyr,  xeyr,  heç  vaxt  qəbul  edə  bilmərəm.  Gərək  beş  mini 

tamam  qabağıma  qoyasan,  bax kağızm vaxtmdan iki  gün də keçibdir.  M ən təəccüb 

edirəm  ki,  niyə  mənim  pulum dan  kəsib  M əşədi  Niyazquluya  verirsən,  çünki  məni 

yum şaq tanıyırsan.

H  a  c  ı  S  a  1  e  h.  Hacı  M urad,  bu  sözləri  mənə  deyirsən?  M ənə  bir həftə  vaxt 

vermirsən?  Neçə  dəfə  səni  dar  gündən  qurtarmışam,  a  biin-saf  kişi?  Səni  ilan 

ağzmdan qurbağa kimi, borclulardan xilas etmişəm.  İndi mənə  aman vermirsən?

H a c ı   M u r a d .   Onlar keçmiş  əhvalatdır.  M ən də  sənə  az  etməmişəm.  Köhnə 

palan  içi  açmaq  lazım  deyil.  Daha  bir  gün  də  gözləyə  bilmərəm.  Dünya  ölüm- 

itimdir və bundan əlavə də Kərbəla ziyarətinə  gedəcəyəm.  Pul lazımdır.

H  a  c  ı  S  a  1  e  h  (rişxəndlə).  Hacı  Murad,  ziyarətin  qəbul  olunsun,  ancaq 

soruşmaq eyib olmasm,  hansı əməl ilə  gedirsən?

H a c ı   M u r a d .   Niyə?  M ən  nə  pis  əməl  etmişəm  ki,  ziyarətim  də  qəbul 

olmasm?


H  a  c  ı  S  a  1  e  h.  Hələ  cürət  edib  soruşursan  da?  Sənin  yediyin,  içdiyin  it 

qanmdan  da murdardır,  çünki  oğurluqla,  qaçaqlıqla, yetimin malmı  mənimsəməklə 

yığılıbdır.  Hansı  əməlini  deyim.  İmranm  atasmm  pulu  ilə  mal-dövlət  sahibi 

olduğunu hamı bilir və yetim  İmranı nə tövr saxladığm cümləyə  məlumdur.  Amma 

onun  atasmm  sən  çöldəqalmışı  öz  oğlu  kimi,  xəz  paltolu  saxladığı  hamıya 

məlumdur.

H a c ı M u r a d .   Babam,  mənimlə davaya gəlmisən?  Bir qəbih iş  görmürəm ki, 

öz pulumu istəyirəm də.




H  a  c  ı  S  a  1  e  h.  Kağızı  ver  buraya,  bihəya  kimi!  Buyur,  bu  sənin  beş  min 

manatm.  (Pulları  verir.)  Sən  elə  zalım  deyilsən  ki,  adama  rəhm  edəsən.  Boynuma 

torba  salıb  dilənməyə  hazıram,  nəinki  sənin  kimi  adamdan  minnət  götürməyə. 

( Veksili Hacı M uraddan alıb çıxır.)

H a c ı M u r a d   (pulları  sayarkən).  Yaxşı çrxartdım.  Hacı  Saleh  az  qalmışdı ki, 

İmranm  qəyyumu  olub  Şeyx  Əlinin  malmı  məndən  iddia  edə.  Dünyada  qəribə 

adamlar  var.  Bir  də  görürsən  ki,  səndən  iddia  edir  ki,  mənim  babam  sənin  babanı 

filan  qərinədə  əsirlikdən  azad  edibdir.  İndi  gərək  sən  də  mənə  qul  olasan.  Durum 

mücrüyə yer qazım.  Qulu!  Qulu!

Q u lu  gəlir.

Q u 1 u.  Nə buyurursan,  ağa?

H  a  c  ı  M   u  r  a  d.Get  mətbəxdə  bir  xəncər  tiyəsi  var,  onu  buraya  gətir.  (Qulu 

gedir.)  Bu  döşəkcənin  altmı  qazaram  və  basdırıb  üstündə  oturaram.  Ancaq 

Quludan  və  Nabatdan  həmişə  sərvaraq  olmalıyam.  Ələl-xüsus  o  şeytan  Quludan. 

Hər bir şeyə diqqət edir.  İndi  soruşacaqdır ki, bu xəncər tiyəsini neynirsən?

Q u lu  daxil  olur.

Q u 1 u.  Ağa, bunu neynirsən?

H a c ı M u r a d .   Canma  dərd  edəcəyəm,  səfihoğlu  səfih!  İndi  durub  mənnən 

silist edecəkdir.  Nə edəcəyəm,  dım aqlanm ı kəsəcəyəm.

Q u 1 u.  Ağa, bunnan mən ət döyürəm.  Bu dım aq kəsməz.

H a c ı   M u r a d .   Sarsaq oğlu sarsaq,  itil cəhənnəmə.

Q u 1 u.  Ağa, niyə  acığm tutur.  Bu elə kütdür ki, heç yer də  qalmaz.

H a c ı M u r a d .   Nə  dedin?  (kənara) Allah,  divarlarm  da  qulağı  var.  Bu zalım 

oğlu haradan bildi ki,  mən tiyəni nə üçün istəyirəm.

Q u 1 u (kənara).  Bəli, məlum oldu ki, tiyə nə üçündür.

H a c ı M u r a d .   Qulu,  indi  başımı  sandığaqoyub  yuxuyagetmişdim,  yuxuda 

gördüm  ki,  sən  surətdə  bir  adam  evə  girib  istəyir  ki,  mənim  pul  sandığımı  yarıb... 

belə  boğub  məni  o  boş  sandığa  saldı.  Çox  vaxt  yuxu  doğru  olur.  İndi  onun  ücün 

bunu səndən istədim ki, yanım da silah olsun.

Q u  1  u.  Bəli,  ağa,  adam  gərək  ehtiyatlı  olsun.  Yanmda  silah  saxlasm.  (kənara) 

Amma necə inandım, məni hec  şeytan da aldada bilməz,



istəyir bu aldatsm.  (Hacı M urada) Ağa,  m ən getdim, yoxsa toyuq ocaqda yanar.

H a c ı M u r a d .   Ay  gədə, toyuq nədir?  Nə deyirsən?  Kim  sənə izin veribdir ki, 

toyuq  kəsirsən.  Bu  zalım  uşaqları  axırı  məni  dilənçi  edəcəklər,  elə  bu  saat  da 

dilənçi halmdayam.  K afir oğlu kafir, bu dəqiqə o toyuğu mənə dirildərsən.

Q  u  1  u.  Ağa,  mən  neyləyim.  İmran  ağa  buyurdu  ki,  axşama  plov  bişir,  iki 

toyuğu da kəs qoy  aşm  altma,  qonağım var.

H a c ı M u r a d .   A kafir oğlu,  mənəm  sənin  ağan, yoxsa İmran?  O haradan ağa 

oldu.  B ir  yetim  gədə  idi.  Rəhmim  gəlib  saxlamışam.  İndi  mənim  evimi  dağıdır? 

Get  bu  saat  onu  buraya  çağır.  (Qulu  gedir.)  Evin  yıxılsm,  İmran.  Yaxşı  evimi 

dağıdırsan.  H eyf  sənə,  çil  toyuq.  Hamı  toyuqlardan  yumurtlayan  idi.  (İmran  daxil 



olur.)  Atam,  belə  ki,  sən  başlamısan,  tezliklə  mənim  boynuma  torba  saldırıb 

diləndirəcəksən.

İ m r a n.  Nə olmuş?

H a c ı M u r a d .   Atam,  bu  nə  qonaqlıqdır?  Bu  nə  toyuqplovdur?  Atam,  yağ, 

düyü  müftə  deyil.  Hamısma  pul  vermişik.  Axır mənə  deyən  gərək,  ay  axmaq,  niyə 

evə  yağ,  düyü  alırsan  ki,  gədə-güdə  hər  gün  aş  bişirib  yesin?  Bu  xərcə  heç 

Süleyman padşahm xəzinəsi də davam edə bilməz.

İ  m  r  a  n.  Sən  evə  nə  yağ  alansan,  nə  düyü.  Bu  günkü  plovun  xərci  də  mən 

ilədir.  Budur,  on  iki  ildir  ki,  m ən  bu  evdə  oluram,  burada  bir  qonaq  üzü 

görməmişəm  və  özüm  də  sənin  qorxundan  çağırmamışam.  Amma  indi  bazardan 

gəlirdim,  bir  fağır  qəribə  rast  gəldim.  Bu  gecəliyə  qonaq  olmağı  rica  etdi,  naəlac 

qalıb razı oldum.  Bir də,  qəribə kömək etməyi  allah, peyğəm bər buyurmuşlar.

H a c ı M u r a d .   İndi  de  durub  mənə  şəriət  öyrədəcəkdir.  De  görüm,  ağa 

İmran,  o  hansı  tatm  kitabmdadır  ki,  toza,  torpağa  batıb  min  əziyyət  ilə  pul 

qazanasan.  Verəsən  toyuqplova,  onu  da  gəlib-gedən  lotu-potu  yesin.  Özü  də  çil 

toyuğun əti ilə.

İ m r  a n.  Daha m ən  sənə nə  deyim?  Sənin üçün  allah,  peyğəmbər,  quran,  şəriət 

hamısı puldur ki, yığasan sandıqlara, nə özün xərcləyəsən, nə də başqasma verəsən.

H a c ı M u r a d .   Kəs  səsini,  nadürüst,  namərbut.  Budur,  on iki  ildir ki,  sən ata- 

anasız  yetimi  öz  oğlum  kimi  bəsləyib,  paltar,  çörək  verib  bu  boya  çatdırmışam. 

Onun əvəzində mənə dediyi  sözə bax.  Çörəyim sənə haram olsun.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə