Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə7/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   2   3   4   5   6   7   8   9   10   ...   140

İ  m  r  a  n.  Sənin  məndə  heç  bir  haqqm  yoxdur,  mənim  səndə  var.  Hələ  atam 

Şeyx  Əli  sənə  elədiyi yaxşılıq və  qoyduğu  dövlət  dursun kənarda.  M ən  özüm  gecə 

və  gündüz  çalışıb  sənə  pul  qazanmışam.  Amma  bu  vaxta  kimi  heç  bir  şeyə 

ixtiyarım yoxdur ki,  əl vuram.  Yığ, yığ görək kimə  qalacaqdır...  (Çıxır.)

H a c ı M u r a d .   Ümid  ol,  sənə  qalacaqdır.  Çox  tələsmisən.  Yox,  dəxi 

dayanmaq  yeri  deyil.  Lazımdır  tezliklə  Gülzarı  bir  dövlətli  yerə  verib  İmranı 

qovmaq.  Baxaq  görək,  şəhərimizdə  arvadsız  dövlətli  kimdir.  Kərbalayı  Cəfər. 

Yaxşı  dövləti var.  Amma irəliki  arvaddan beş oğlu var,  dörd də  ayı kimi  qızı.  Heyf, 

bunlardan  mənə  heç  şey  düşməz.  Hacı  İmanqulu.  M alı-dövləti  çox,  özünün  də  sill 

azarı  var.  Bu  gün-sabah  təşrif  aparacaqdır.  Amma  bu  bədbəxt  də  molla,  seyidin 

kələyinə  düşüb  cəmi  dövlətini  məscidə  vəqf  etmiş.  Bəs  kim  qaldı?  (Fikirləşir.) 

Tapdım,  M əhərrəm   bəy.  Yaxşı  pulu,  mülkü  var.  Qapısmda  nökər-qulluqçunun 

sayı-hesabı  yoxdur.  Heç  bir  övladı  da,  qohum-əqrəbası  da  yoxdur.  Sinni  də  mənə 

yovuqdur.  Qulu!  Qulu!

Q u lu  daxil  olur.

Q u 1 u.  Nə buyurursan,  ağa?

H a c ı M u r a d .   Qulu,  bir  az  naxoş  kimiyəm,  tezdən  yatacağam,  heç  kəsi 

buraya qoymazsan.  Gələn olsa,  deyərsən ki,  ağam azarlıdır, yatıb.  Di  get.

Q u 1 u.  Ağa, bəs plov yeməyəcəksən?

H a c ı M u r a d .   Xeyr,  ağan  İmran yesin.  (Qulu  çıxır.) Durum  mücrü üçün yer 

qazım.  (Durub  qapıları  bağlayır,  tiyəni  götürüb  yeri  qazır.)  İndi,  oğrular,  tapm 

görüm M uradm pulu  haradadır?  Heç  şeytanm  da  ağlma  gəlməz ki,  m ən burada pul 

basdırmışam.  Qulu  demiş,  tiyə  elə  kütdür  ki,  yeri  də  qazmır.  (M ücrünü  basdırıb 

üstünü  torpaqla  örtur.)  Daha  təşvişdən  qurtardım.  Gör  ürəyim  necə  atdanır.  (Bu 

halda  Qulunun  papağı  şüşəni  sındırıb  pəncərədən  içəri  düşür,  H acı  M urad 

diksinib  qalxdıqda  ayağını  tiyə  kəsir.  Bərkdən  qışqırır.  Sonra  Qulunun  papağını 

görür.)  Bu yenə  zalım  oğlu  Qulunun  işidir.  (Durub  qapını  açır və  çağırır.)  Qulu! 

Qulu!


Q u lu  başı  açıq  daxil  olur.

H a c ı   M u r a d  (papağı göstərir.) Bu nədir,  a kafir oğlu?




Q  u  1  u.  Ağa,  vallah,  təqsir  məndə  deyil,  Nabatdadır.  Aydmlıq  gecdir,  həyəti 

süpürməyə  başladım.  Nabat  gəlib  birdən  başıma  bir  qapaz  salıb  qaçdı.  M ənim  də 

elimə bir şey düşmədi, papağı dalınca atdım,  gəlib pəncərəndən içəri düşdü.

H a c ı M u r a d .   Kafir  uşaqlan  kafir.  Yeyin  mənim  yağlı-yağlı  xörəklərimi, 

sonra qızışıb  şıllağa durun.  Görün  sizin başmıza nə  gətirəcəyəm.  Elə  indicə yuxuya 

getmişdim,  şüşənin  səsindən diksinib  qalxdıqda tiyə  ayağımı kəsdi.

Q u 1 u (kənara).  A...  indi basdırdığı yeri də bildim.

H a c ı M u r a d .   Get,  zirzəmidə  divann  çatlağmda  pam bıq  gizlətmişəm  və 

küncdə əsgi var.  Tap buraya gətir.

Q u lu  gedir.

H a c ı   M u r a d .   Bu zalım  uşaqlarmm  əlindən  bir  saat  da  rahatlığım  yoxdur. 

Gərək  adamm  arvadı  ola  ki,  canı  rahat  ola yoxsa  arvadsız  kişinin  günü  it  günüdür. 

Yəni  bir  tərəfə  də  baxanda  arvada  da  etibar  yoxdur.  Evin  baş  oğruları  onlarm 

özləridir.  (Qulu  axsaya-axsaya  daxil olur.)  Tez  gəl,  tənbəl  oğlu tənbəl.  Məni  görüb 

ayağı da axsamağa başladı.

Q u 1 u.  Ağa, mən də  sən düşən günə düşdüm.  Ayağıma mıx batdı.

H a c ı   M u r a d .   Çox yaxşı oldu.  Əlbəttə,  ağasma xəyanət edəni  allah elə  edər. 

İndi  gəl  ayağımı  sarı.

Q u 1 u  (Hacı M uradın  ayağını  bağlarkən kənara).  Xəsis kaftar.  İt  sümük yığan 

kimi,  anbarı doldurubdur mıx ilə, nal parçası  ilə,  kəndir qm ğı ilə,  əsgi  ilə,  əlinə hər 

nə düşübdür,  siçan kimi yuvasm a yığıbdır.

H a c ı   M u r a d .   İndi  həkim   olsaydı,  bir  parça  pam bıqdan  ötrü  əpteyə 

göndərib məndən xeyli pul çıxartmışdı.  Adam belə olmasa pul yığa bilməz.

Q  u  1  u.  Ağa,  vallah  m ən  belə  pul  yığsaydım,  indi  mənim  də  sənin  kimi 

dövlətim vardı.

H a c ı M u r a d .   Sən  niyə  zəhmət  çəkəsən?  Ağanm  min  əziyyətlə 

qazandığmdan yeyib  eşşək kimi  şıllaq atırsan.  M ən olmuşam bir leş,  siz  olmusunuz 

bir ac  qurd.  Hərəniz bir tərəfdən  soxulub  cəmdəyimi  didirsiniz.  Hə,  qurtardm?  İndi 

get  orda  dur.  (Çağırır.)  Nabat,  Nabat!  (N abat  daxil  olur.)  Xanım,  indi  de 

papaqaldıqaç oynuyursan?

N   a  b  a  t.  Ağa,  vallah,  Qulu  yalan  deyir,  nahaq  yerdən  gəlib  məni  sənə 

çuğullayır.




Q  u  1  u.  Yəni  gündə  hər  səhər-axşam  samovarı  təzələyib  xanım  kimi  altı-yeddi 

istəkan salma çay  içdiyini də yalan deyirəm.

N   a  b  a  t.  Ağa,  vallah,  yalan  deyir,  inanma  Quluya.  M ən  də  sənin  kimi  gizlin, 

gündə ocaqda yum urta bişirib yeyirəm?

Q u 1 u.  Ağa.  Nabat qəndi doğrayanda ciblərinə doldurur.

H a c ı M u r a d .   Dayanm,  kafir  usaqları,  siz  mənim  evimə  quldurluğa 

gəlmisiniz,  mənim  evimi  tar-m ar  etmişsiniz.  M ənim xəbərim yoxdur,  bu  saat  sizin 

divanmızı edəcəyəm.

Q alxıb  istəy ir  ki,  ağ acın a  tə r ə f  g etsin ,  Q u lu   və  N a b a t  qaçırlar.  H acı  M u rad   d a  ayağının 

a ğ rısın d an   u fultu ilə yerə yıxılır.



Pərdə

İKİNCİ  PƏRDƏ

Səhnə  İm ranın otağını  göstərir.  O tağın  divarları pəhləvanlar rəsm i ilə m üsəvverdir,  otağın pəncərəsi 

bağçaya baxır.  O rtada bir m asa, üstündə kitablar,  yanında bir neçə kürsü.  G ülzar pəncərəyə  söykənib.

İm ran isə  gəzinir.

İ m r a n.  Yox,  Gülzar,  daha səbir edə bilmirəm.  Bu on iki ildə  atan mənə  etdiyi 

zülmə davam edib  səbir etdim,  amma indi  sənə etdiyi  sitəmə tab  gətirə bilmirəm.  O 

günü  yadmdadırmı,  göz  ağrısmdan  nalən  ərşə  çıxmışdı.  Gedib  deyirəm,  Hacı  əmi, 

pul  ver  həkim  gətirim.  Deyir  həkim  zad  lazım  deyil.  İkicə  gün  ac  qalsm  sappasağ 

olsun  ayağa  dursun.  Hamı  azar,  deyir,  yeməkdəndir.  Az  yesin,  qanı  da  az  olsun. 

Onda heç vaxtı  gözləri  ağrımaz.  O vaxtı məndə də pul yox idi.  Gedib  özgədən borc 

alıb  həkim  gətirdim.  Sənə  də  demədim  ki,  ürəyin  sıxılar.  Nə  deyim,  allahm  belə 

birəhm ata yaratdığma təəccüb edirəm.

G ü 1 z  a r.  İmran,  bir ata ki  qızmı bu mal-dövlətlə  on iki  il  bacı evində  qoya ki, 

xərc çıxmasm,  daha ondan nə ummaq olar?

İ m r a n.  Gülzar,  əbəs yerə indiyə kimi ümid bağlamışıq.

G ü 1 z  a r.  Necə,  atam sənə nə deyib?

İ  m  r  a  n  .  Nə  deyəcək?  Vaxtı  ki,  karvansaranı  və  dükanları  satmamışdı,

oğlumsan və  qızım da  sənindir deyə məni əlindən buraxmırdı,  amma elə ki,  onlarm

hamısmı  satıb  pul  elədi  və  sandıqlara  doldurdu,  daha  mənə  ehtiyacı  qalmadı.  İndi 

sözünü dəyişdirib  deyir ki, mən heç vaxt öz  qapımdakı nökərimə  qızımı vermərəm.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə