Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə8/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   4   5   6   7   8   9   10   11   ...   140

G ü 1 z  a r.  Yəni bu sözləri özü dedi?

İ  m  r  a  n.  Xeyr,  sən  azarlı  olan  vaxtı  bazarda  Hacı  Qəhrəmanm  dükanmda 

oturubmuş.  Hacı  Qəhrəman  məni  tərif edirmiş:  deyirmiş  ki,  Hacı  Murad,  sən  çox 

xoşbəxtsən  ki,  İmran  kimi  kürəkənin  var.  O  vaxtı,  o  da  həm in  cavabı  vermişdi. 

Bundan əlavə,  özüm də  görürəm ki, məni çox incidir ki, təngə  gəlib  gedəm.

G ü 1 z  a r.  Xudaya,  ata-anaya ehtiram edib  sevməyi  övlada vacib  etmisən.  M ən 

belə  atanı necə  sevim?

İ m r  a n.  İndiyədək mənim  adım  sənin üstündə  olduğuna  görə hər kəsin  qabağı 

almmışdı.  Bundan sonra buradan elçilərin ayaqları kəsilməz.

G ü 1 z  a r.  İmran,  səhv edirsən.  Belə  iş olmaz.  Cəmi  şəhər bilir ki,  m ən  sənə  ad 

olunmuşam, heç kəs cürət edib bu qapıya gələ bilməz.

İ m r a n.  Gülzar,  o  səni  mənə heç vaxt verməyəcəkdir.  Onun fikri  odur ki,  səni 

bir dövlətli  adama verə ki,  ondan nəfbərdar ola.

G  ü  1  z  a  r.  İmran,  buna  heç  inana  bilmərəm.  Yəni  atamm  fikri  odur  ki,  mənlə 

alış-veriş edib  qazanc eləsin?

İ  m  r  a  n.  İnanmamağa  haqqm  var,  çünki  sən  atanla  az  olmusan.  Onu  yaxşı 

tanıya bilməzsən.

G ü  1  z  a r.  İmran,  atam  o  qədər zalım  ola bilməz.  Bizim  məhəbbətimizə  rəhmi 

gəlib bir-birimizdən ayırmaz.

İ  m  r  a  n.  Gülzar,  özün  bilirsən  ki,  məni  burada  saxlayan  məhz  sənə  olan 

məhəbbətimdir.  Amma  bunu  atana  qandırmaq  mümkündürmü?  Onun  məşuqəsi 

puldur.  Onun  namazı  sandıqdır ki,  gündə  beş  dəfə  durub  baş  çəksin.  Onun  Kəbəsi 

mücrüdür  ki,  gündə  yeddi  dəfə  başma  dolansm.  Gülzar,  çox  çəkməz  ki,  atan  səni 

bir  dövlətliyə  verməyi  aşkar  edər və  heç  bir  qanlı  göz  yaşı  onun  qət  etdiyini  poza 

bilməz.  O vaxtı mənim ilə  getməyə razısanmı?

G ü 1 z  a r.  Əlbəttə razıyam.  Sənsiz mənə dirilik yoxdur.

N a b a t daxil  olur

N   a  b  a  t.  Xanım,  Dürrə  xanım  gəlib  səni  görmək  istəyir.  Gülzar  və  Nabat 

çıxırlar.

İ  m  r  a  n  (yalqız).  Zavallı  qız,  çox  böyük  müsibətdir  ki,  atan  ola,  özün  yetim 

sayılasan.  Dövlətin ola, kasıb kimi hər şeyə möhtac olasan.



H a c ı   M u r a d .   Əhvalm necədir,  İmran ağa?  Nə  qəm dəryasma batmısan?

İ  m  r  a  n.  Sizdən  rica  edirəm  ki,  mənlə  rişxənd  ilə  danışmayasmız.  M ən  ağa 

olsaydım,  sənin üçün nökər,  dalandar olmazdım.

H a c ı M u r a d .   Acığm  niyə  tutur,  adam  özü  üçün  pul  qazanmağa  çoban  da 

olar,  arabaçı  da  olar,  hətta  hambal  da  olar.  Görmürsənmi  m ən  qoca  kişi  necə 

çalışıram?  İndi bu  saat bazardan  gəlirəm.  Ac-susuz,  altı  saatdır o  tacirin,  bu tacirin 

dükanmm  qabağmı kəsdirib  borc yığıram.  Bunlarm hamısı  sənin işindir.  Lakin  sən 

əlini  ağdan  qaraya  vurmaq  istəmirsən.  Deyirsən,  qoy  Hacı  M urad  zəhmət  çəkib 

qazansm,  axırda mənimdir.  Əlbəttə,  sənindir.  M ənim  daha kimim  var.  Amma yenə 

də lazımdır ki,  özün də çalışıb  qara gün üçün pul  qazanasan.

İ  m  r  a  n  (kənara).  Görəsən  yenə  nə  kələyi  var.  Xeyr,  hiyləsinə  aldanmam. 

(Hacı M urada) Xeyr,  məni əfv edəsiniz.  İndiyə kimi çalışdığım bəsdir.

H a c ı   M u r a d .   Oğlum,  ağlmı  başma cəm elə,  yenə  irəliki kimi  işə-gücə  get. 

Yoxsa  səni  danlayıb  nəsihət  etdiyimdən  inciyirsən?  M ən  sənin  xeyrindən  ötrü 

çalışıram.  İstəyirəm ki,  ağıllı,  kamallı  adam olasan ki,  m ən  də  öləndə bu  dünyadan 

arxaym gedim.

İ  m  r  a  n  (kənara).  Ay  ilan,  dilin  baldır,  dişin  zəhər.  (Hacı  M urada)  Təəccüb 

edirəm  ki,  bazarlarda  mənə  nökər  adı  verib  dükanlarda  danışırsan.  Amma  evdə 

olduq da oğlumsan, malım, canım hamısı  sənindir deyirsən.

H a c ı M u r a d .   Nökərimsən?  Əstəğfürulla,  belə  söz  mənim  ağzımdan 

çıxmamış.  İnanma,  oğlum,  bunlar  düşmən  böhtanıdır.  Onlar  istəyir  ki,  ata-oğul 

arasma inciklik salıb  ondan nəfbərdar olsunlar.

B u  h ald a M ə h ə rrə m  b əy  daxil  olur.

İ m r a n (kənara).  Zalım oğlu nə pis yerdə  gəldi.

M ə h ə r r ə m   bəy.Salaməleyküm,hacı.  Kefin  necədir?  İmran  oğlan,  xoş 

gördük.

H a c ı M u r a d .   Salaməleyküm,  Məhərrəm  bəy.  Buyur,  buyur,  nə  əcəb  biz 



tərəflərə də  qədəmi-şərifinizi basdmız.  Qədim dostunuzu yada saldmız?


M ə h ə r r ə m   b ə y .   Ay  hacı,  işlər  olub  çox,  özüm  də  tək,  əgər  gədə-güdə 

ümidinə  qoyursan,  hərəsi  bir  tərəfə  çəkib  evimi  dağıdır.  Hanı  keçən  vaxtlar,  hanı 

qədim adamlar? Etibar, hörmət,  izzət,  insaniyyət,  hamısı onlam an  getdi.

İ m r a n (kənara).  Yaxşı tapışmıslar.  Xəsislikdə bir-birlərindən qalmazlar.

H a c ı   M u r a d .   Bəli,  bəli,  çox  yaxşı  buyurursan.  Zəmanəmiz  çox  pis 

zəmanədir.  Qocalar  ömür  çürüdür,  pul  qazanırlar,  cavanlar  isə  əllərini  bellərinə 

qoyub ver yeyim,  ört yatım  deyirlər.

M ə h ə r r ə m   b ə y .   Ay  hacı,  sənin  nə  dərdin  var?  İmran  kimi  işləyən,  can 

yandıran  köməkçin  var.  Dərd  mənim  dərdimdir  ki,  heç  kəsim  yoxdur.  Özüm  də 

gün-gündən geri  gedirəm, kənd-kəsəyi dolandıra bilmirəm.

H a c ı   M u r a d .   Doğru  buyurursan,  İmran  çox  canyandıran  oğlandır.  Ancaq 

bu  axır  vaxtlarda  əlini  ağdan-qaraya  vurm aq  istəmir.  İndi  sən  gələndə  onun  üstə 

danışıq edirdik.  İmranm  atası  rəhmətlik  Şeyx  Əli  çox yaxşı,  rəhmli  adam  idi.  Ölən 

zaman  Təbrizdə  çox  pulları  batdı.  Ələ  bir  şey  gəlmədi.  Çox  adama  pulu  kağızsız 

vermişdi.  Kağızı  olanlar  da  fağır  adı  ilə  yedilər  getdi.  Tacirbası  Hacı  Əlinin  o 

zaman  bir  pirkeşiyi  vardı.  M əmməd  Sadıq  adlı.  Şeyx  Əli  vəfat  edəndə  iki  min 

manatı  o  şəxsdə  qalmışdı;  pulu  olmadı  ki,  versin.  ö n d an   bəri,  o  pul  onda  qalıbdır. 

Öldü-qaldısmdan  da  xəbərim  yoxdur.  İndi  istəyirəm  İmranı  onun  dalınca  İrana 

göndərəm,  həm özü ücün səyahət etsin, həm də pullan  alıb  gətirsin.

İ  m  r  a  n  (kənara).  Hə,  indi  bildim  ki,  mənə  etdiyi  bu  qılıqlar  nə  üçün  imiş. 

Məni  Gülzardan ayırmaq fikrindədir.

M ə h ə r r ə m   b ə y .   Çox yaxşı fikirdir.  (kənara) Deyəsən işim əvvəldən yaxşı 

gətirir.  (Hacı  M urada)  İndi,  ay  hacı.  Evdə  sandığı  açıb  köhnə  kağızlara  baxırdım. 

Atamm  siyahi  dəftəri  əlimə  düşdü.  Baxıb  gördüm  ki,  cümlə  borclarm  üstünə  öz 

xətti  ilə  qələm çəkilmişdir.  Ancaq mərhum  atanıza yüz manat borcu var imiş.  Onun 

üstə  qələm  cəkilməmişdir.  Dərhal  durub  gəldim  ki,  o  borcu  sizə  verib  atamm 

boynundan saqit edəm.  Buyurunuz.

H acı  M u rad   alıb  sayır.

İ  m r  a n  (kənara).  Burada bir  sirr var.  Onsuz  deyil,  yoxsa  xəsislikdə  bu  ondan 

qalmaz.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə