malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox şad
idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə arvad
hər dəfə dənizin fırtması qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə qorxuda
vaxt keçirmək Necibə xanıma təsir edib, onu gündən-günə arıqladırdı. Nə qədər
ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul etməyib rədd
edirdi və deyirdi:
Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır; istər rahat evdə və
istərsə də dənizdə olsun.
Nəcibə deyərdi:
M ənim rahatlığım üçün səndən təvəqqə edirəm ki, dənizə özün
getməyəsən. Sən xidmətçilərini göndər, özün də hesaba baxarsan.
Yox, əzizim, belə olmaz. İş sahibi gorək işinin üstündə olsun.
Görmədinmi istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşallah
mənə heç şey olmaz.
Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.
Əlimərdanm evi dənizin kənarmda tikilmişdi. Buradan dənizin üzü göz
sürdükcə aydm görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez
eyvana çıxıb, durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü.
Əlimərdanm dənizə olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun
şeyləri içində gəmi, lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq
sevirdi. Bağçalarmda balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə
gəzirdi. Gah-gah bu göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə
dənizdən çıxıb, evinə gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və
zəhmətindən əsla danışmayıb, hər yerdə onun tərifini və gözəlliyini söyləyirdi. Bu
nağıllar həmişə Əşrəfə böyük təsir edir və öz ürəyində dənizə olan məhəbbətini
daha da artırırdı. Hətta Həsən lələnin də nağddan içində dəniz xüsusunda olanlarmı
artıq sevirdi. Bu məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi:
Əşrəf, səni, fırtmalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb
"Məktəbi-hərbiyyəyə" verəcəyəm ki, oradan baban kimi "Paşa" çıxasan!
Yox, anacığım! M ən onu istəməyirəm, mən oxuyub "kapitan" olacağam!
Özümün gəmim olacaq və Həsən lələni də orada "matros" edəcəyəm - Əşrəf
anasma bu yol ilə cavab verərdi.
Oğlunun belə cavabmdan Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:
Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gerək atasmm yolu ilə getsin.
Əlimərdanm gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa
gəmilərə toqqaşırdı və smıb onu xeyli zərərə salırdı; gah daşıdığı mala zəfər
yetirdiyi üçün onun cəriməsini verirdi. Getdikcə Əlimərdan borca düşürdü, bu
səbəbə onu fikir alırdı; ancaq işinin boylə dolaşıq olmasmı Nəcibədən gizli saxlardı
ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanm da Əlimərdan özünü
şad saxlayırdı. Nəcibə isə bunu duyurdu və bunuu üçün də keyfi açılmayırdı.
Əlimərdana tez-tez yalvarırdı ki, bu sənətdən əl götürsün. İndi Əlimərdan özü də
bu fikrə gəlmişdi. Ona görə Nəcibəyə dedi: "Nəcibə sənə söz verirəm ki, işlərimi
bir qaydaya salan kimi bu sənətdən əl götürəcəyəm". Nəcibə ərinin verdıyi bu
vədəsindən nihayətdə şad oldu.
* * *
Payızm son ayı idi. Qara dənizin ən fırtmalı bir zamanı idi. Üç gün idi ki,
dənizin nəriltisi və gurultusuna adət etməmiş şəhər əhli yata bilməyirdi. Qara
dənizin boylə adətdən xaric nəriltisini qoca kişilər də görmədiklərini söyləyirdilər.
Əlimərdanm gələn vaxtı idi. Fəqət gəlib çıxmadığı Nəcibə xanımı çox təşvişə
salırdı. Gecələr yatmayıb namaz qılır və Əlimərdanm salamat olması üçün allaha
dua edirdi. Gündüzlər də durbində dənizə baxıb, təşvişdə idi. Qara dənizin zəhmi
balaca Əşrəfi də almışdı. O, Həsən lələsinə deirdi: "Həsən lələ! Daha m ən kapitan
olmağı istəmirəm!" Nəcibənin təşvişi getdikcə artırdı.
Həsən lələ, görəsən bu necə işdir. Əlimərdan necə oldu? Üç gün bundan
qabaq gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən?
Qorxma, xanım, allah kərimdir, heç şey olmaz! Gəminin kapitanı təcrübəli
adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır.
Nəcibə xanım artıq dərəcədə təşvişdə idi. Hansı gəmiçidon soruşurdularsa,
gördüm deyən yox idi. Nəhayət, "Trapezund" şəhərinə mal apardığmı soraq verən
tapıldı. Həsən lələ hər gəmi gələn kimi körpüdə hazır olurdu ki, ağasmdan bir
xəbər bilsin. B ir axşam Həsən lələ xeyli qəmgin evə qayıtdı. Nəcibə xanım onu
görüb, artıq təşvilə soruşdu;
Həsən lələ, nə xəbər bildin?
Xanım, bir yaxşı xəbər bilməmişəm, ağa, nə səbəbdən isə "N" şəhərində
gəmidən mal verdiyi zaman divan, tərəfindən tutulub dustaq olmuşdur və gəminin
bəzi malları da zəbt edilmişdir, Ancaq nə səbəbə? Nə üçün? Burasmı dürüst xəbər
verən yoxdur.
Bu xəbərdən biçarə Nəcibə xanım bitab olub, özündən getdi. Bu ittifaqdan üç
gün keçmiş Əlimərdan gəmisi ilə bərabər gəlib, öz şəhərinə çıxdı. Fəqət, şəhərə
çatan kimi onunla gələn divan əhli onu, kimsə ilə görüşməmiş, həbsxanaya
apardılar və bir müddət heç kəsi onun yanm a qoymadılar.
Zavallı Nəcibə bu ittifaqdan xəstə olub yatırdı. Axırda Nəcibə xanıma əri ilə
görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi:
Nəcibə, öz təqsirimdir ki, çəkirəm. Axır vaxtlar işlərim çox dolaşmışdı,
borclarım həddən aşmışdı. Ancaq həqiqəti səndən gizləyirdim. B ir cuhud məni
yoldan çıxartdı. Çox artıq kirayə verməklə Osmanlı torpağmdan Rusiyaya gəmilə
"kontraband" qaçaq malı yığdı.
Gəlib "N" şəhərinə çıxdıq. Sahibi getdi ki, axşam gəlib mahnı gəmidən
çıxartsm. M ən də yük vurduğum qeyri malları gəmidən çıxardırdım. Divan əhli
gəlib gəmini axtardı. "Kontraband" malları tutdu. Cuhud da yox oldu. Təqsiri
boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm etmə, allah kərimdir. Get
Əşrəfdən de m uğayat ol.
Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu
m üqəssir edib, beş il vaxta Sibirdə, Tomsk qubemiyaya göndərməyə qərar verdilər
və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini
satıb, borclarmı verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanm fikri sibirligini
çəkib qurtarmca Nəcibə və Əşrəfi Kamilı xanımm yanm da qoymaq idi. Amma
vəfalı arvad ərindən ayrılmaq istəmədi. Kamilə xanım və əri nə qədər yalvardılar
isə də mümkün olmadı. Axırda Əlimərdan əlacsız qalıb, razı oldu. Həsən lələ də
bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca
bilirəm. Siz isə heç biriniz bilməyirsiniz, mənsiz necə dolanarsmız? M ənim sizə
xeyirdən başqa nə zərərim ola bilər? Həsən lələ bu sözdən sonra Əlimərdandan
getməyə izin istədi və onu razı elədi.
Yaym əvvəlində, yağışlı bir gündə Əlimərdan, Nəcibə, Əşrəf və Həsən lələ
gözü yaşlı, qohum-əqrəbalarmdan və gözəl vətənlərindən
Dostları ilə paylaş: |