çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandıqda cəld qalxıb onu basmarladı.
Sonra buraxıb özü qaçdı. Şəngül axır məramma çatdı. A xtar şövqə gəlib onunla
oynamağa başladı.
Şəngül ilə Axtarm əsil bayramı Tağı əmi kəhər atı minib, qızılquşu əlinə
götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun
qumru səsi onları xəbərdar etmişdi. İndi Axtarı tanım aq olmurdu. Tənbəllik necə
olmuşdu? Hərəkətsizlik harada qaldı? Şəngülə gəldikdə o, şadlıqdan özündən
çıxardı. Gah sirk itləri kimi Axtarm üstündən tullanardı, gah qoca Bozdarm
quyruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi.
Bunlarm xasiyyətləri ovda büruzə verərdi. A xtar ovun izini aradıqda aram və
diqqətlə hərəkət edərdi. Şəngül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub
gedərdi. O zaman Tağı əmi:
Şəngül qaldı! - deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri
qayıdardı, ovun izini yenidən aramağa başlardı.
Ovu tapdıqda Axtar da, Şəngül də öz təlimləri üzrə sağ əllərini qaldıraraq T ağı
əmiyə baxırdılar. Tağı əmi:
Bas! - dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şəngül bəzi
vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.
ÇƏRİK SƏFƏRİ
Yazm axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik,
Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz
var idi. Tağı əmi məni bikef gördükdə:
Qəm etmə. Biçin qurtarıb xırman başlandıqda gəlib səni də aparacağam.
Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, -
deyə mənim könlümü aldı.
Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı.
Hazır ol, sabah səni də Çəriyə aparacağam. M əmmədağanm balıq qarmağı
burada qalmışdır. Onunkunu da, özünkünü də götür, orada balıq tutarsmız, - deyə
Tağı əmi tapşırdı. H azır tilov olmadığı üçün Tağı əmi iynəni əyib bizə qarmaq
qayırmışdı.
Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə vererək dedi:
A1 bəhləni gey, qırğım sən aparacaqsan, arabanı mən sürəcəyəm.
M ən buna çox şad idim. Şəngül ilə Axtar məndən də artıq şad idilər. Anam
məni ötürdükdə:
Bax, oğlum, günəşdə gəzmə, çayda çimmə, yoxsa qızdırarsan, - deyə
tapşırdı. Lakin özü də bilirdi ki, bunlara əməl olunmayacaqdır. Yola düşdük.
Şəngül ilə Axtar arabanm ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da
qayıdıb qarşımıza gəlirdilər. Ağdamdan Çəriyə 9-10 kilometr yol idi. Çərəyin
tarlalarma çatdıqda A xtar ilə Şəngül ovlamağa başladılar. Tağı əminin gözləri
tulalarda idi.
Axtar ovun izinə düşmüşdü. Qırğmı mənə ver, - deyə Tağı əmi arabadan
düşdü. M ən qırğmı ona verdim. Tağı əmi qırğmm qayışmı açdı. Bu halda A xtar sağ
ayağını qaldıraraq marığa durdu. Tağı əmi qırğmı ovcuna aldı. Axtara
yaxmlaşaraq:
Axtar bas! - deyə əmr etdi. Tula o saat özünü bildirçinin üstünə atdı.
Bildirçin pırıltı ilə qalxdı. Tağı əmi qırğmı gəmşədi. Bildirçin əlli addım
qaçmamışdı ki, qırğı onu havada caynağma alıb yerə endi. Mənzilə gəlib çatmca
Tağı əmi altı bildirçin tutdu.
Nahara sizə bildirçin çığırtması verəcəyəm. M əmmədağanm qızıl inəyi də
yenicə doğmuşdur. Ləzzətli bulaması var, - deyə Tağı əmi tərif etdi.
Mənim gəlməyimə M əmmədağa çox şad idi. Biçarə nə etsin? Böyüklər işə
məşğul, oynamağa uşaq yox.
BALIQ YERİNƏ İLAN
Bir gün M əmmədağa ilə dəyirmanm aşağısmda çinarlarm kölgəsində oturub,
qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağm nəticəsində adama barmaq
iriliyində iki balıq tutmuşduq.
Eh! İndiyə kimi əlimizlə gəlmələrdən bundan çox tuta bilərdik, - deyə
Məmmədağa şikayətləndi.
Doğru deyirsən, dur gedək axtaraq, - deyə mən də onun fikrinə şərik
oldum.
Dəyirmanı yatırtdıqda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub
çuxurlar, oyuqlar əmələ gətirərdi. Dəyirman işlədikdə arxm suyu kəsilərdi. Su
ancaq oyuqlarda, çuxurlarda gölmə tutardı. M əmmədağa ilə bu gölmələrdə balıq
axtarırdıq.
Yenə də ayaqlarımızı soyunub, qollarımızı çirmələyərək balıq axtarmağa
başladıq. B ir az vaxtda 7-8 balıq tutduq. Arx aşağı gedər-
kən bir böyük gölməyə rast gəldik. Paltarımızı soyunmağa məcbur olduq. Su
gölmədə göbəyimizə kimi çıxırdı. B ir az suyu araşdırmışdıq ki, M əmmədağa
səsləndi:
Bay, balıq əlimə dəydi!
Hanı, hanı? - deyə m ən də onun yanm da axtarmağa başladım. Bir azdan
sonra mənim də əlimə bir uzun şey dəydi.
Nə uzun balıqdır... Söz ağzımızda yarım çıq qaldı. Qara zolaqlı, ucları diş-
diş bir ilan suyun üzünə çıxdı.
İlan! - deyə qışqırdım. Biz cəld Sudan çıxdıqda ilan da üstümüzə hücum
edərək quruya çıxdı. Lakin gölmənin ətrafı yamac olduğundan sürüşüb yenə suya
düşdü. Bizim qışqırığımıza xırmandan Tağı əmi ilə bərabər adamlar töküldülər.
İlan sudan bir barm aq yuxarıda deşik tapıb başmı oraya soxmuşdu. Adamlar kürək
ilə onu öldürüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi:
Yaxşı salamat qurtarmısmız. Bu ilan gürzədir. Çox zəhərli ilandır.
Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir.
M ən Seyidlinin çəpərlərində belə ilan çox görmüşdüm və uşaqlar ilə də
öldürmüşdüm. Lakin gürzə olduğunu bilmirdim. Bu hadisəni uzun müddət unuda
bilmədim. Buna səbəb Krılovun "Uşaq və ilan" təmsili idi ki, uşaqlığımda
əzbərlətmişdilər. İndi də onu yadım da saxlamışam:
İstər ilan balıq tuta, ilan tutub bir uşaq,
Parçalanıb qorxudan o vaxtmda dil-dodaq.
İlan baxıb uşağa aqil ol, deyib, əgər
Artsa belə cürətin, çox zərər sənə deyər.
Hifz elədi bu səfər allah səni, şükr qıl,
Bundan sonra zarafat etdiyini tanı, bil.
TALESİZ QUŞCIĞAZ
Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi.
Günlərinin çoxunu ovda keçirirdi. Yaxmda ov etdikdə məni də özü ilə aparırdı. Bir
gün M əmmədağa anası ilə Seyidliyə getmişdilər. Onlar bir də axşam
qayıdacaqdılar. Tağı əmi dedi:
Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.
Dostları ilə paylaş: |