P i r i - F a n i. Şikayətəmi gəlmisiniz?
B a h a d ı r (əllərini belinə qoyub.) Xeyr, siz Piri-Faninin bu məzlumlara
verəcəyi cavabı gözləyirik.
P i r i - F a n i. Əyləşiniz, eşidərsiniz.
B a h ad ır yo ld aşların ı başın a cəm ed ib ayrı əyləşir.
P i r i - F a n i . Ta cavablarmızı almca sükutda olmalısımz. Piri-Fani başmı
aşağı salıb fikrə gedir, sairləri də sakit, ona müntəzir olurlar.
Pərdə
İKİNCİ ŞƏKİL
S andro o tağıtı qapısım açır. V əli ağa, A ğ a S aleh, A ğ a Şirəli və M u sa bəy daxil olurlar.
V ə 1 i a ğ a. Sandro!
S a n d r o. Padano.
V ə 1 i a ğ a. Qatso! Dünya nədən ibarətdir?
S a n d r o. Ağa, şərabdan, qızdan, qruzinski düdükdən.
V ə 1 i a ğ a. Malades, Sandro, keçmişləri unutmamısan, hanı Tiflisdə sizin
qəsdində kef etdiyim günlər? Hanı Tamara, hanı Marqo?..
S a n d r o. Ağa, Marqo dünən Tiflisdən gəlmişdir.
Vəli ağa. Sandro, bu müjdə iləməni diriltdin. Al. (Pul verir.) Bu sənin
muştuluğun, qoy başqa lakey padavat etsin. Sən M arqonun dalmca get.
S a n d r o. Ağa, xəbər etmişəm, gələcəkdir.
A ğ a S a 1 e h. Sandro, bizim qızlara da xəbər vermisənmi?
S a n d r o. Bəli, xozeyin, vermişəm.
A ğ a Ş i r ə 1 i. Sandro, stolu düzəlt, m ən acmdan ölürəm.
S a n d r o. Ağa, bu saat. (Ç ıxır.)
A ğ a Ş i r ə 1 i. Ağa Saleh, eşitdim bu gün raboçilərin zabastovka ediblər?
A ğ a S a 1 e h. İstədilər muzdlarmı artırsmlar, öz yerlərini də itirdilər.
M u s a b ə y. Xozeyin, gərək bir qədər artırıb ağızlarmı yumaydm. Gündə on
iki saat zəhmətə heç bir fəhlə dözməz.
A ğ a S a 1 e h. Niyə dözməz, qoy bir-iki gün ac qalsmlar, hamısı gəlib,
ayaqlarıma yıxılıb yalvaracaqlar. Allah onları bizlər üçün işləməyə yaradıbdır.
V ə 1 i a ğ a. Bizləri də şampanski içməyə.
S andro daxil olur, stola içki və y em ək qoyur.
A ğ a Ş i r ə 1 i. Ay sağ ol, Sandro. Şampanskini buza qoymusanmı?
S a n d r o. Bəli, qoymuşam.
V ə 1 i a ğ a. Sandro, qızlar necə oldu?
S a n d r o. Ağa, bu saat gələrlər.
A ğ a S a 1 e h. Vəli ağa, tam ada vəzifəsi siz ilədir.
V ə 1 i a ğ a. Oğul deyirəm, bu gün mənimlə içə bilsin. Hammızı şəhid
edəcəyəm.
B u h ald a L id a, M aru sy a və Z in a daxil olurlar.
Q ı z 1 a r. Ura!
X o z e y i n l ə r . Ura!..
L i d a. Şiroçka! (Ağa Şirəlinin üstəyüyürür.)
M a r u s y a. Sali! (Ağa Salehin üstəyüyürür.)
Z i n a. Musiçka! Musiçka! (Musa bəyin üstə yüyürür.)
V ə 1 i a ğ a. Sandro, evimi yıxdm. Marqo harada qaldı. Məni xanımsız qoydun.
S a n d r o. Ağa, bu saat gedim gətirim. (Gedir.)
A ğ a S a 1 e h, Lamada, nə yatmısan? Xanımlar yem ək istəyirlər.
V ə 1 i a ğ a. Bu saat, kim nə içmək istəyirsə desin: konyak var, zubrovka var,
benedektin var, nastoyaşşiy smimovka var.
A ğ a Ş i r ə 1 i. M ən konyak içəcəyəm. Ağa Saleh, M ən də.
M a r u s y a. M ən vodka içəcəyəm.
V ə 1 i a ğ a. Sağ olsun M aruska xanım, m ən özüm də vodka içəcəyəm.
B u h ald a M arqo və çalğ ıçılar daxil olurlar.
M a r q o. Valya! Valiçka! (İstəyir Vəli bəy tərəfə gəlsin.) Vəli ağa. Marqo,
yerində dur. Ustalar çalmız! Marqo, oradan süzə-süzə gəlib mənlə görüşərsən.
Ç alğ ıçılar çalırlar. M arq o d a o y n ay a-o y n ay a gəlib V əli ağa ilə görüşür.
A ğ a Ş i r ə 1 i. Sağ olsun Marqo, nə gözəl oynayır.
A ğ a S a 1 e h. Sağ olsun belə Gürcüstan tavadı. Qospada, Marqo xanımm
sağlığma içək.
İçirlər.
A ğ a Ş i r ə 1 i. Dövran bizimdir, bizim.
A ğ a S a 1 e h. M ülki-Süleyman bizimdir, bizim.
V ə 1 i a ğ a. M arqo xanım da mənimdir, mənim.
A ğ a Ş i r ə 1 i. Çərxi-fələyi döndərən olmaz.
A ğ a S a 1 e h. Biz ağalan bu büsatdan endirən olmaz.
V ə 1 i a ğ a. Sandro, şampanski və meyvə gətir.
S a n d r o. Bu saat, ağa. (Gedir.)
M a r u s y a. Sali, pul var?
A ğ a S a 1 e h. Var, var.
L i d a. Şiroçka, ev var?
A ğ a Ş i r ə 1 i. Var, var.
M a r q o. Valiçka, mülk var?
V ə 1 i a ğ a. Duşoçka, var, var.
Z i n a. M usiçka, bəs sənin nəyin var?
M u s a b ə y. M ənim də səni sevən ürəyim var.
Z i n a. Fu! O, hammalda da var. Dilənçidə də var.
S a n d r o şampanski və meyvə gətirir, ağalar yemək-içməyə məşğul olurlar,
səssiz bir-birinin sağlığma içirlər, söhbət edirlər.
Pərdə
İKİNCİ PƏRDƏ
ÜÇÜNCÜ ŞƏKİL
Ə vvəlinci səhnə.
P i r i-F a n i. Ey məndən dərdlərinə çarə istəyən füqarəyi-kasibə! Siz o vaxt bu
əziyyətdən, bu zillətdən xilas olarsmız ki, çərxi-fələk sizə çönə. O zaman bu
qurumuş ağac kötüyü göyərər, əlvan çiçəklər ilə bəzənər, yarpaqlanar, bar verər.
Onun çiçəkləri, yarpaqları və meyvələri adi nəbatat kimi olmaz. H ər çiçəyin başqa
bir rəngdə yarpaqlan və meyvəsi, həmçinin yer üzündə gördüyünüz və eşitdiyiniz
cavahir, qızıl və gümüş kimi ziqiym ət daşlı o mədən şeyləri bu ağacda əmələ
gəldikdə, Simürq admda bir quş uçub gələr, bu ağacda məskən edər, onu qoruyar.
Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz Simürq qağası ilə dərib atar.
A 11 a h q u 1 u. Ey pir baba, sənə canım qurban. O zaman haçan olar?
P i r i - F a n i. Onun vaxtmı bilmək olmaz. Fəqət səbir edib zəhmətinizdə
davam edərsinizsə, elə nemətə nail olarsmız.
B a h ad ır u cad an qəh q əh ə ilə gülür.
P i r i - F a n i. Nəyə gülürsən, ey cavan?
B a h a d ı r (ayağa qalxıb ona tə rə f gəlir.) Sənin belə dediyin əfsanəyə
gülürəm. Ey ağlmı qayib etmiş qoca, nə üçün bu avam zavallıları belə xurafat ilə
aldadırsan. Bu qurumuş, çürümüş, qurtlanmış kötük yenidən göyərərmi?
Çiçəklənərmi? Belə əfsanə ilə məzlumları aldatdığm yetər. Al! (Ayağı ilə vurub
ağac kötüyünü Sındırır.)
Hamı. Ah...
P i r i - F a n i (ayağa qalxıb). Nə etdin! Ey dəli qanlı? Bu biçarələrin ümid
çırağmı söndürdün.
B a h a d ı r. Elə yalançı çıraqlar çoxdan sönməli idi.
P i r i - F a n i. İndi nə etmək istəyirsən?
B a h a d ı r. İndi çarxı döndərmək istəyirəm.
P i r i - F a n i. Bacarmazsan, çoxları bu yolda fot olmuşlar.
B a h a d ı r. Qəhrəman, Fərman, Nadir, yoldaşlar, heç bir fikir dünyada
qurbansız yeriməmiş. Hərgah çarx məni vurub fot edərsə, Qəhrəman dalımca sən
gələrsən, sonra Fərman, dalınca N adir ta çarxı saxlayıb tərsə çöndərməyincə ol
çəkməyin. Haydı, igid yoldaşlarım.
Q ə h r ə m a n . Yoldaş Bahadır, toxda, sən bizim rəhbərimizsən, sənin sağ
qalmağm bu məzlumlara lazımdır. Əvvəl m ən qurban olmaq istəyirəm. (Atılıb
çarxın pərindən tutur, çarx onu kənara atır.)
H a m ı. Ah, zavallı! Öldü!
Q u rb an əli ö zü n ü atır, carx onu d a vurur.
P i r i - F a n i. Dayanm, divanələr. Bahadır çarxdan tutub saxlayır. Nadir
kömək edir, çarxı döndərirlər.
Pərdə
Dostları ilə paylaş: |