Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

41 

 

Tofiqin  üstünә  elә  bir  qaynar  su tökdülәr.  «Bu  necә  ola  bilәr?  Demәk  onun 



tanışı varmış, mәndәn gizlәdirmiş? Bәlkә o adama görә dә görüşә gәlmәyib?» 

 



Sәn onların һara getdiyini bilmәdinmi? 

 



Bazarın yanındakı döngәdәn oyana buruldular. 

 



O döngәni mәnә göstәrә bilәrsәnmi? 

 



Göstәrә bilәrәm. 

Oğlan Tofiqi dar, әyri-üyrü küçәlәrlә aparmağa başladı. 

 

Gülüb danışırdılarmı? 



 

Yox, danışmırdılar. 



Tofiq, Gülbaһar һaqqında bayaqkı şübһәsinә görә özünü qınadı. O, dünyalar 

qәdәr sevdiyi bir qızdan xәyanәt gözlәmәmәli idi. 

Oğlan Tofiqi dediyi yerә apardı, döngәni göstәrdi: 

 



Bax, buradan belә getdilәr. 

Tofiq әtrafa nәzәr saldı. 

Döngә ilә bir qәdәr getdikdәn sonra irәlidә izdiһam göründü. Adamlar nә isә 

danışırdılar. Tofiq onlara yanaşdı. Bir arvad rәfiqәsinә deyirdi: 

 

Elә gözәl qızı dustaq elәmәk günaһdır. Bu, Allaһa da xoş getmәz. 



 

Yәqin tәqsiri var. 



 

Yunan qızına yazığı gәlib, onu qoruyub. Buna görә adamı һәbsә alarlar? 



Tofiq ürәk döyüntüsü ilә soruşdu: 

 



Bağışlayın, xanım, siz o qızı gördünüzmü? 

 



Gördüm, deyirlәr universitet talibәsidir. 

 



O һaradadır? 

 



Hәlәlik burada, polis idarәsindә, d öngәnin o üzündәdir. 

Tofiq bir baş polis idarәsinә cumdu, növbәtçiyә müraciәt edib soruşdu: 

 

Mәn һәbs olunan unnversitet talibәsinin adını bilmәk istәyirәm. 



Növbәtçi, polis idarәsinin rәisinә zәng vurduqdan sonra dedi: 

 



Buyurun içәri. 

Tofiq  ürәksıxıcı kiçik bir otağa daxil olduqda, növbәtçi ona әylәşmәk  üçün 

yer göstәrib dedi: 



42 

 



 

Qızın adı Gülbaһardır. 

Tofiqi tәr basdı. 

 



Mәn ona zamin durub buraxdırmaq istәyirәm. 

 



Bir һalda ki, tanıyırsınız, onun һaqqında әvvәlçә bizә һәqiqәti demәlisiniz.  

 



Mәn  һәqiqәti  deyә  bilmәrәm.  Bu  sizi  tәmin  etmәyәcәk.  Sizә  elә  şey 

lazımdır ki, onun һәbsdә qalması üçün әsas olsun. Mәn isә bu işdә sizә kömәk 

edә bilmәrәm. İnsan insana, xüsusәn sevdiyi adama böһtan atarmı? 

 



Siz tәlәbәlәrlә danışmaq çәtindir. Bütün bәlalar universitetdәn gәlir. 

 



Belәdirsә, onu bağlayın. 

Növbәtçi dinmәdi. Tofiq sözünü dәyişdi. 

 

Görüşmәyә içazә verәrsinizmi? 



 

Bu ançaq tәһqiqat qurtarandan sonra mümgündür. 



Tofiq  danışmağın  daһa  mәnasız  olduğunu  görüb  polis  idarәsini  tәrk  etdi. 

Onu  sәbirsizliklә  gözlәyәn  Memedә  yanaşdı,  qolundan  tutub  buradan 

uzaqlaşdı. 

İkinçi  gün  idi  ki,  Gülbaһarı  ayrıca  kamerada  saxlayırdılar.  O,  һәlә 

dindirilmәmişdi. Bu barәdә öz etirazını bildirdikdә keşikçi dedi: 

 



Sәni  nә  qәdәr  gec  dindirsәlәr,  bir  o  qәdәr  yaxşıdır.  Tәlәsmә,  qoy  ağlın 

başına gәlsin, tәqsirini boynuna al. 

 

Mәnim һeç bir tәqsirim yoxdur. 



 

Əvvәlcә bütün dustaqlar belә deyir, sonra ipәk kimi yumşalırlar. Günaһsız 



adamı kameraya salmazlar.  

Keşikçi qapını onun üzünә çırpdıqda, Gülbaһar özünü daһa da tәһqir olunmuş 

һiss etdi. Onu evdәn aparan arıq, qara kostyum geymiş polis işçisi belә deyildi. 

Özünü elә aparırdı ki, sanki vәzifәsindәn xәcalәt çәkirdi. O, demişdi: 

«Xanım  qız,  mәnimlә  xәfi yyә  idarәsinә  getmәlisiniz,  incimәyin,  vәzifәm 

belәdir.  Orada  һәr  şeyi  ayırd  edәrlәr.  Bir  әsas  tapılmasa  buraxarlar»...  O,  bu 

sözlәri elә nәzakәtlә söylәmişdi ki,  Gülbaһarın bu adama  yazığı gәlmәdi. Heç 

bir  sual  vermәdәn  onunla  bәrabәr  xәfi yyә  idarәsinә  getmişdi.  «Eһ,  bunları 




43 

 

tanımaq  çәtindir,-deyә  Gülbaһar  düşünürdü,-bәlkә  adamlara  belә  tәsir 



bağışlamaq da bir siyasәtdir». 

Yox, әslindә belә deyildir. Polis işçisi Osman Gülbaһardan az әzab çәkmirdi. 

Yarım  il  bundan  әvvәl  ailәsini  dolandırmaq  vә  bir  parça  ç örәk  üçün  bu  işә 

girmәyә razılıq verdiyi günә һәmişә lәnәt oxuyurdu. O, әvvәllәr elә bilirdi ki, 

cinayәtkarları  tutmaqda  polis  idarәsinә  kömәk  etmәk  xeyirxaһ  işdir.  Burada 

irad  tutulası  nә  vardı  ki?  Ancaq  һәbs  edilәnlәrin  içәrisindә  çoxlu  günaһsız 

adamlara rast gәldikdә һәqiqәti anladı. Doğrudur, onun vәzifәsi böyük deyildi. 

Ancaq işindә sәy etmәli idi. Bu da әlindәn  gәlmirdi. 

Bir dәfә o, özünü göstәrmәk istәmişdi. Qonşuluğunda olan cavan bir bәstәkar 

nәzәrini  cәlb  etmiş,  şübһәli  göründüyündәn  onu  izlәmәyә  başlamışdı. 

Bәstәkarın evinә qәribә adamlar  gәlirdi. Buradan da çox gec  çıxıb  gedirdilәr. 

Osman çox fikirlәşdi, bunlar һeç dә içki dostuna vә ya qumarbaza oxşamırdılar. 

Yay  gecәlәrindәn  birindә  Osman  gedib  onun  küçәyә  baxan  pәncәrәsi  ardında 

gizlәnmişdi.  İçәridәkilәrin  söһbәtinә  diqqәtlә  qulaq  asmışdı.  Əvvәl  һeç  nә 

anlaya bilmәmişdi, nәһayәt bәstәkarın bir neçә cümlәsini eşitmiş vә sözlәrdәn 

ona  mәlum  olmuşdu  ki,  o  һökumәt  әleyһinә  danışır,  amerikanların  һәrbi 

kömәyini pislәyir... 

     Bu sözlәrdәn sonra birdәn ara sakitlәşdi. Bәstәkar pianinoda öz yeni әsәrini 

çalmağa başladı. Musiqi elә gözәl vә ruһ oxşayıcı idi ki, Osman bir anlığa һәr 

şeyn unutdu, qoy bir az da gözlәsin, sonra gedib xәbәr verәr, qoy bir az da, bir 

az  da  dinlәsin...  Osman  yerindәn  tәrpәnә  bilmirdi.  Bәstәkarın  yeni  әsәri  onu 

sanki  seһirlәmişdi.  «Heç  insafdırmı  belә  musiqi  yazan  adamı  qәlәmә  verib 

bәdbәxt edim. Bәs onun sözlәri, mәnә nә!..» Yox, musiqi qәlbinә üstün gәlmiş, 

yavaşca durub getmiş, һeç kәsә bir söz demәmişdi. İlk dәfә «özünü göstәrmәsi» 

dә belә olmuşdu. Sonra qәt etmişdi ki, ondan polis işçisi çıxmaz. Bura Osman 

kimi  adamlarıi  yeri  deyil.  Ancaq  bilirdi  ki,  әgәr  bu  yaxında  sәy  etmәsә  onu 

һәbsxanaya keşikçi göndәrәcәklәr. Bu da xoşa gәlәn şey deyildi. 

Zәrәrin yarısından qaçmaq da şәrtdir. Bu işә girmәk dә çәtindi, çıxmaq da... 

Adamı  belә  yerdә  tez  ilişdirib  evini  yıxarlar.  Bu  yaxınlarda  bir  polis  işçisini 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə