Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   2   3   4   5   6   7   8   9   ...   23

 

sizin kimi qonaqlardan tez-tez gәlәydi. Getmәyә tәlәsmәyin, bağı yaxşı gәzin, 



һәr meynәdәn bir üzüm yeyin. 

 



Axı, һәr meynәyә yanaşmaq olmaz. 

Qoca  һeyrәtlә  qonağa  baxdı.  Qonaq  һasarın  yanındakı  böyük  üzüm 

meynәsini göstәrdi: 

 



Orda ilan yuvası var, elә deymlmi? 

Qoca bu gözlәnilmәz sualdan diksindi. Sonra güldü: 

 

Edqarın qorxusundan oraya ilan gәlәr? 



Qonaq  uzaqdan  Edqarın  «Anri»  deyә  çağırdığını  eşitcәk,  donuxdu,  dili 

pәltәk vurdu: 

 

Siz fransızsınızmı? Aһ, mәn nә etdim? Sizi әrәb bilib ürәyimi açdım. 



 

Heç naraһat olma! 



 

Sizi and verirәm әn istәklinizin xatirinә, bu sözlәrin birini dә o bilmәsin, 



yoxsa qoca vaxtımda başıma oyun açar, uşaqlarım acından qırılar. 

Anri  bu  söһbәt  һaqqında  bir  kәlmә  dә  Edqara  söylәmәyәcәyini  deyib 

qocanı arxayın etdi: 

 



Mәn sabaһ  yola düşmәliyәm,-dedi.-Gedәndә sizinlә  görüşmәk imkanım 

olmayacaq.  Sizә  һәdiyyә  vermәk  istәyirәm.-O,  cib  saatını  çıxarıb  qocaya 

uzatdı. Qoca gözlәrinә inanmırdı. Saatı әlinә alıb һeyrәtlә qonağa baxdı. 

 



Bunu mәnә verirsiniz? 

 



Bәli, bir yadigar kimi. 

Qocanın gözlәri yaşardı: 

 

Ağa, siz doğrudanmı fransızsınız? 



 

Fransızam. Ancaq ağa deyilәm. 



Qoca  әllәrini  göyә  qaldırıb  Allaһa  dua  etdi.  Edqar  yaxınlaşdıqda  Anri 

tәbәssümlә ona dedi: 

 

Bu qoca sizi çox tәriflәyir. Edqar gülümsәdi: 



 

O әn yaxşı işçimdir. 



Qocanın gözlәri sәmimi yyәtlә gülümsәdi. 

Bu sәһәr dә Edqar qonağın necә yatdığını soruşduqda Anri zarafatla dedi: 




 



 

Yaxşı yatmışam. Ancaq ilan yuvası olan meynә yuxuma girib, oradan çoxlu 

üzüm dәrmişәm... 

 



Əzizim, üzüm göz yaşıdır. 

 



Bәs ilan? 

 



Siz onu necә görmüsünüz? 

 



Görmüşәm ki, mәni çalmaq istәyir, mәn isә onu öldürürәm. 

 



Bu yaxşıdır. Demәk әvvәl bir az әzi yyәt çәkәçәksiniz, sonra isә xoşbәxtlik 

üzünüzә gülәcәk. Yuxunu düzmü yozdum? 

Anri cavab  vermәdi: «Taleyindәn son dәrәcә razı-«Üzüm  kralı» adlanan  bu 

adamın yalnız bircә şeyi çatmır. Bütün ölkәdә şöһrәt qazanmaq, tarixә düşmәk. 

Mәn  dә  onun  arzusunu  yerinә  yetirib  «tarixә»  salacağam.  Ha,  һa...».  Demәk 

yenә  siyasәt.  Doğrudur,  müһәrrir  belә  yazını  çap  etmәyәcәkdir.  Ancaq  bu 

mövzu mәnim üçün böyük kәşfdir... 

Anri öz sәfәrindәn razı qalmışdı. Vaxtilә dumanlı görünәn çox mәsәlәlәr indi 

ona  aydın  idi.  Yalnız  ilan  yuvasının  olduğu  yerin  sirrini  һeç  vәcһlә  öyrәnә 

bilmәmişdi. O indi şәһәrә qayıdarkәn ancaq bu barәdә düşünürdü. 

Qonağını  yola  salandan  bir  neçә  gün  sonra  Edqar  maşına  minib  Əl cәzair 

şәһәrinә yola düşdü. Maşın böyük sәbәtlәrdә әla vә az tapılan üzümlә dolu idi. 

O, bunları Anri üçün aparırdı.  

Edqarın  insanlar  һaqqında  öz  mülaһizәsi  vardı:  «Elә  adam  tapılmaz  ki, 

һәdiyyәdәn  xoşlanmasın.  Əgәr  sәn  rüşvәt  vermәyә  nail  olmamısansa,  demәk 

bacarmırsan, qarşındakının damarını tapa bilmәmisәn».  

Maşın şәһәrә yetişdikdә gün batmışdı. Dükanların qapı-pәncәrәlәri bağlanır, 

küçәlәrdә gediş-gәliş azalırdı. 

Edqar şoferә dedi: 

 



Tez sür, yoxsa qaranlığa düşәrik. 

Bir  neçә  kilometr  getdikdәn  sonra  şәһәrin  böyük  mәscidi,  çox  mәrtәbәli 

evlәri  geridә  qaldı.  Alçaq  daxmalar,  dar  küçәlәr  bu  yerlәri  kәndә  oxşadırdı. 

Maşın irәlilәdikcә daxmalar da kiçilirdi. 

Edqar maşını saxlatdırıb bir nәfәrdәn  gedәcәyi küçәni soruşdu: 



10 

 



 

Kasıblar mәһәllәsinә gedin. 

 

Bәs bura kasıblar mәһәllәsi deyil? 



 

Xeyr, ağa, bir az da o yana gedin. Edqar üzünü şoferә çevirdi: 



 

Quruyub qalmışam. Yazıçı, qәzet müһәrriri burada niyә yaşayır?! 



 

Yәqin burada bizim bilmәdiyimiz bir sirr var.  



 

Ola bilәr. Onlardan nә desәn gözlәmәk olar. Bu zaman Edqar iki polisin bir 



dustağı qabaqlarına salıb apardıqlarını  görcәk dedi: 

 



Buralarda görünür, qarma-qarışıqlıqdır. Ərәblәr bәlkә yenә üsyana 

һazırlaşırlar. 

 

Yәqin yenә qırılmaq istәyirlәr. 



 

Mәn onlara yaxşı bәlәdәm. Vaxtında birinin başını әzmәdinsә, һәşәrat 



kimi artacaqlar. Belә şeydә bizimkilәr gәrәk zirәk tәrpәnsinlәr. 

Bir az da irәlilәdikdәn sonra şofer dedi: 

 

Ağa, bәlkә ünvanı sәһv salmışıq? Edqar cibindәn kağızı çıxarıb 



baxdı: 

 



Biz altıncı dalanı axtarmalıyıq. 

 



Lәnәt şeytana!.. 

Maşın  dalana  yetişdikdә  iş  daһa  da  pis  gәtirdi.  Bura  çox  dar  olduğundan 

maşın keçә bilmәdi. Şofer dedi: 

 



Mәn gedim yazıçını bura çağırım. 

 



Yox,  onda  һәdiyyә  lәzzәt  elәmәz.  Mәn  istәyirәm  onu  birdәn, 

gözlәnilmәdәn sevindirim. 

 

Bәs sәbәtlәri necә daşıyaq? 



 

Mәn dә sәnә kömәk elәrәm... 



 

Ağa, sәnin üçün yaxşı deyil. 



 

Eybi yoxdur, qoy zәһmәtimi görsün. 



Onlar  sәbәtin  qulplarından  tutub  döngә  ilә  bir  qәdәr  irәlilәdilәr.  Sәbәt  o 

qәdәr ağır idi ki, tez- tez durub nәfәslәrini dәrirdilәr. Palçıqlı  yerә yetişdikdә 

vәziyyәtlәri daһa da ağırlaşdı. 

Edqar һövsәlәdәn çıxdı: 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə