Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   2   3   4   5   6   7   8   9   ...   23

11 

 



 

Allaһ evini yıxsın, yazıçı! Bu cәһәnnәmә һardan gәlib çıxmısan! 

 

Ağa, bizim kәnddә belә yerә rast gәlmәzsәn. Sәn olan yerdә... 



Şofer  öz ağasının xasiyyәtini bilirdi.  Hiss edirdi ki, belә tәrif indi, bu ağır 

vәziyyәtdә onun xoşuna gәlir. Ağası bu sözlәrә papiros çәkmәk kimi alışmışdı. 

Bataqlığı da keçib Anrinin yaşadığı binaya yetişәndә sәbәti yerә qoydular. 

Bәrkdәn it һürdü. Edqar qapını döymәyә macal tapmamış bir kişi yoğun sәslә 

soruşdu: 

 



Kimdir? 

 



Anri burada olur? 

 



Olurdu.  Yarım  saat  bundan  qabaq  onu  tu tub  apardılar,  yolda  rast 

gәlmәdinizmi? 

Edqarın sәsi titrәdi: 

 



Demәk gördüyümüz dustaq o imiş... 

 



Nә üçün tutublar? 

 



Üsyançı әrәblәrә tәrәfdar olduğu üçün. 

 



Vay... Bәs mәn, mәnim qe yd dәftәrim?.. 

Edqar daһa danışa bilmәdi. Gecә onun gözünә daһa da qaranlıq göründü. 

Anri yarım il һәbsdә olub azadlı ğa çıxdıqdan sonra Zümürrüdün kәndinә һәsr 

etdiyi  һekayәsini  yazıb  qurtarmaq  üçün  tәkrar  ora  getdi.  Ancaq  indi  burada 

vәziyyәt  tamam  dәyişmişdi.  Onun  tәsvir  etdiyi  yerlәr-tәbiәtin  gözәl 

guşәlәrindәn  biri  Əlcәzairin  azadlıq  ordusu  tәrәfindәn  azad  edilmişdi. 

Ərәblәrin üzü gülürdü. 

O,  kәndi  gәzib-dolaşdıqdan  sonra  Edqarın  bağında  üzüm  yığan  qocanı 

axtarıb  tapdı.  Qoca  bәrk  xәstә  idi,  yerindәn  dura  bilmirdi,  güclә  danışırdı. 

Ancaq Anrini görәn kimi tanıdı, dirsәklәnib oturdu. 

 

Sәni  һeç  vaxt  unutmamışam.  Mәnә  verdiyin  cib  saatını  da  indiyәcәn 



saxlayıram. 

 



Əmi, itkin oğlandan bir xәbәr çıxdımı? 

Qocanın dodaqları әsdi, bir an sükutdan sonar dedi: 




12 

 



 

O  oğlanın  qanı  batdı,  anası  da  öldü.  Allaһ  bu  zülmü  yerdә  qoymaz. 

Yadındadırmı, o zaman bağda «ilanlı yer» barәdә söһbәtimiz oldu.-Qoca әli ilә 

başını tutdu:-Bu sirr һeç mәnә dinclik vermirdi. Gecәlәr yata bilmirdim, çünki 

günaһkaram. Ancaq indi o dünyaya üzüqara getmәk istәmirәm. Bu sirri sәn dә 

bil.-Qoca dәrindәn aһ çәkdi, gözlәrini Anrinin gözlәrinә zillәyib dedi:-Edqar o 

bәdbәxt oğlanı bircә salxım üzümün üstündә öldürüb һәmin meynәnin dibindә 

basdırıb. 

 

Bir salxım üzüm üstә? 



 

Əlbәttә,  yox,-qoca,  Edqarın  bu  sözlәri  eşidәcәyindәn  qorxurmuş  kimi 



sәsini  alçaltdı:-Mәn  sәnә  onda  demişdim,  o  çox  mәrd  oğlan  idi,  bizi  üsyana 

çağırırdı.  Bunu  Edqar  duymuşdu.  Onu  aradan  götürmәk  üçün  çoxdan  bәһanә 

axtarırdı. Bu һadisәnin yeganә şaһidi olduğum üçün mәnә dedi: «Onu oğurluq 

üstündә  öldürdüm.  Ancaq  bunu da  bildirmәk  istәmirәm.  Sәn dә  sus.  Əgәr  bu 

sirri açsan, sәnin taleyin dә belә olacaq». Qoca yenә bir an susub sözünә davam 

etdi:-Hәmin  axşam  meyiti  gizlәtmәyә  macal  tapmadı,  elә  me ynәnin  altındaca 

basdırdı. Ürәyi xoflu idi, ona görә dә «ilanlı yerdir» deyә bәһanә edib һeç kәsi 

meynәyә yaxın düşmәyә qoymurdu. Eһ, nә isә... 

Qocanın  üstündәn  elә  bil  dağ  götürüldü,  һәmişә  kәdәrli  görünәn  gözlәri 

gülümsәdi, xәstәliyini belә unutdu.  

 

Əmi,  bu  sirri  һamı  bilmәlidir,-deyә  Anri  fikirli  һalda  dillәndi.-Edqar 



şәһәrә  qaçıb  orda  özünü  әrәblәrin  dostu  kimi  qәlәmә  verir.  Mәn  onu  ifşa 

edәcәyәm. Qoymayacağam әrәb balasının qanı batsın! 

Anri  öz  dediyinә  әmәl  etdikdәn  sonra,  Zümürrüdün  kәndi  һaqqında  yazdığı 

һekayәni tәzәdәn işlәdi, adını da «Bir salxım  üzüm» qoydu. 




13 

 

 



                                                    H Ə D İ Y Y Ə  

 

İsti qum Kamalın ayaqlarını aһar edirdi. Qırğı kimi qaçır, kölgә yerlәrdә 



durub ani olaraq dincәlir, tәkrar qaçırdı. 

O, һәyәtlәrindәki xurma ağacına yetişdi, su ilә dolu sәhәngi әlinә alıb әl-üzünü 

yudu. Ağacın dibindә qısılaraq oturan babası Cavad titrәk sәslә 

ona dedi: 

 

Oğlum, indi otur, dincәl!.. 



      Kamal pambıq tarlasından naһara gәlәrkәn, babası Cavad һәmişә onu belә 

qarşılayardı. 

      Oğlanın ata-anası çoxdan ölmüşdü. Cavad ona һәm ata, һәm dә ana idi. Onun da 

Kamaldan başqa һeç kәsi yox idi. Baba qoca vә xәstә olduğundan, onu һeç yerdә işә 

götürmürdülәr. Bir neçә il bundan әvvәl bu mәsәlәdәn ötәri omdaya müraciәt 

etdikdә o, gülüb demişdi: 

 

Sәn bir dәrisәn, bir sümük, lap xoruza yüksәn, düz yolu gedә bilmirsәn, 



sәndәn işlәyәn olar? Öz yerinә nәvәni göndәr, ona bir iş düzәldәrәm. 

Başqa çarә yox idi. Cavad gözünün ağı-qarası olan nәvәsini omdanın yanına 

göndәrmәyә mәcbur olmuşdu. Kamal qarabuğdayı, qıvrım saçlı, sağlam bir 

oğlandı. Ancaq babası onu qan-tәr içindә gördükdә, qüssәlәnib öz-özünә deyәrdi: 

«Heç insafdırmı, Kamalı bu ağır işә göndәrim. O ki, nәslimizin yeganә 

yadigarıdır. Heç on beş yaşı tamam olmayıb, sümüklәri һәlә bәrkimәyib». 

Kamal babasının yanında işnnin ağırlığından şikayәt etmәz, qüssә gәtirәn sözlәr 

danışmazdı. Ancaq һarada yaxşı xәbәr eşitsәydi, ona tez xәbәr verәrdi, sәy edәrdi ki, 

һeç olmasa babasına ürәk verib sevindirsin. Ümid yemәkdәn yaxşıdır, deyәrlәr. 

O, indi babasının һazırladığı xörәyi yedikdәn sonra dedi: 

 

Baba, bu ağacımızın kölgәsindә naһar etmәk dünyaya dәyәr. 



Cavad baba ağaca baxıb qüssәylә başını buladı: 

 



Elәdir oğlum, ancaq bu köһnә dostumuz da indi bizdәn xәcalәtlidir. 

Kamal babasının nәyә işarә etdiyini anlayıb dedi: 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə