Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   2   3   4   5   6   7   8   9   10   ...   23

20 

 

üçün bir an durub dincәlmәk istәdi vә arxayın olmaq üçün geriyә, nәzarәtçiyә 



tәrәf baxdı. Kaş baxma yaydı. Nәzarәtçi şübһәlәnmişdi: 

 



Tәrpәnmә, dur! 

Nәzarәtçinin  bu  әmri  Mustafanı  karıxdırdı.  O,   bir  an  yerindә  donmuş  kimi 

qalıb nә edәcәyini bilmәdi, sonra  sәhәngi iki  әli ilә möһkәm tutaraq qaçmağa 

başladı. Dala baxmadan qaçdı. 

Mustafa  peysәrindә  bәrk  ağrı  һiss  etdi,  sәhәngi  ilә  birlikdә  üzü  üstә  yerә 

yıxıldı,  ayağa  durmaq  istәdi,  bacarmadı.  Bütün  gücünü  toplayıb  bir  qәdәr 

süründü,  soyumuş  dodaqlarını  yaş  saxsı  parçalarına  yaxınlaşdırdı.  Su.  O  yenә 

içmәk istәyirdi, һeç olmasa, bir neçә damcı da... 

İkinci  güllә  Mustafanın  gicg  aһından  dәydi.  Oğlanın  әllәri  yanına  düşüb 

һәrәkәtsiz  qaldı.  Onun  gözlәri  һeyrәt  vә  һәsrәtlә  göyә  baxırdı,  sanka  orada, 

sәmanın dәrinliklәrindә Nilin xәfif dalğalı sularını görürdü. 

 

 

C   Ə   S   A   R   Ə   T  

 

     Aprel  ayından  әsәn  isti  külәk  adamları  zinһara  gәtirmişdi.  Küçәlәrdә 



gәzmәk  mü mgün  deyildi.  Tozdan  göz-gözü  görmürdü,  dükanların  çoxu 

bağlanmışdı. Liman yaxınlığındakı ibtidai mәktәbdә isә dәrs davam edirdi. 

Sinifdә skamya  yox idi, döşәmәyә köһnә bir һәsir sәrilmişdi. Uşaqlar onun 

üstündә  әylәşirdilәr.  Əli  indi  dәrs  deyә-deyә  arabir  otağın  pәncәrәsindәn 

limana tәrәf baxır, nә isә düşünür, uşaqlara nәzәr salır, onlara ürәk vermәk üçün 

deyirdi: 

 

Sәbir edin, bu gün-sabaһ külәk dayanar, һava yaxşılaşar. 



Əli orta boylu, arıq, üzügülәr bir adamdı, başı ağarmışdısa qara, şәn gözlәri 

onu  cavan  göstәrirdi.  Əliyә  qırxdan  artıq  yaş  vermәk  olmazdı.  O  şagirdlәrlә 

һәmişә xoş rәftar edәrdi. «Bu arıq, cır-cındır içindә olan yükçü balalarının qәlbi 

onsuz da sınıqdır» deyә düşünәrdi. O şagirdlәrdәn Əһmәdi daһa çox sevәrdi. 




21 

 

Əһmәd  on  beş  yaşlı,  qarayanız,  zirәk  bir  oğlandı.  Müәllim  onun  atası 



Hüseynlә dost idi. Hüseyn .çoxdandı ki, limanda rәis kömәkçisi işlәyirdi. Onun 

oğlundan başqa һeç kәsi yox idi, arvadı beş ildi ki, vәfat etmişdi. 

Müәllim kimi bu gün Əһmәd dә һәrdәnbir pәncәrәyә tәrәf baxırdı. Elә bil ki, 

müәllimlә şagird arasında ümumi sirr vardı. 

Əһmәdin gözlәri birdәn sevinclә parladı. Ucadan dedi: 

 



Müәllim, gözünüz aydın, xamsin qurtardı. 

 



Qurtardı, qurtardı! 

 



Yağış yağır! 

 



Urra!-deyә uşaqlar sevinclә bağıraraq yerlәrindә atılıb düşdülәr. Müәllim 

şagirdlәrin bu sös-küyünә mane olmadı: «Qoy sevinsinlәr». O, Əһmәdi yanına 

çağırıb dedi: 

 



Mәni orada gözlәrsәn, budkanın yanında. 

Yağış küçәlәrin toz-torpağını tәmizlәyib yudu. 

Navalçalardan  şırıltı  ilә  su  axdı.  An caq  birdәn  başlanan  bu  yağış  birdәn  dә 

kәsildi. 

 

Əzizlәrim, indi siz dә  gedin, tәmiz һavaya çıxın, istiraһәt edin!-Müәllim 



şagirdlәri evә buraxıb şәһәr limanına tәrәf yönәldi.  

     Əlcәzairin küçәlәrindә böyük izdiһam vardı. Adamlar xamsinin qurtarması 

münasibәtilә  bir-birini  tәbrik  edir,  sevin clәrini  bildirirdilәr.  Böyük  vә  uca 

minarәdәn  azan  sәsi  eşidilirdi.  Dindar  qocalar  başlarını  qaldırıb  Allaһa  dua 

edirdilәr. Küçәlәrdә uşaqların şәn sәslәri eşidilir, oxu yur, әylәnirdilәr. 

Limanda  yükçülәr  ağır  yeşiklәri  gәmidәn  saһilә  boşaldırdılar.  Növbәtçi 

budkası yanında Əһmәd müәllimi qarşılayıb dedi: 

 



Atamı çağırımmı? 

Əli başı ilә razılıq işarәsi verdi: 

 

Çağır, özün isә budkanın dalında dur... 



Bir neçә dәqiqә keçmәdi ki, balaca boylu, gözü eynәkli Hüseyn gәlib Əli ilә 

görüşdü, xamsinin qurtarması münasibәtilә onu tәbrik etdi: 




22 

 



 

Allaһa şükür, canımız qurtardı. 

 

Əzizim, xamsin çox qorxulu deyil, o, һәr il әsib keçir. Əsil fәlakәt kabusu 



isә bizdәn әl çәkmir. 

Hüseyn Əlinin nәyә işarә etdiyini anlayıb dedi: 

 

Elәdir, әcnәbilәr torpağımızdan әl çәkmirlәr. 



 Əlli gün fasilәsiz davam edәn isti külәk.  

     Xalqın sәbir kasası dolmuşdur. Qәzәbimiz xamsin kimi  güclüdür. 

Bu zaman onların yaxınlığından cındır paltarda, günәşdәn qaralmış bir xeyli 

yükçü  keçdi.  Onlar  çiyinlәrindәki  iri  yeşiklәri  güclә  aparırdılar.  Bu  anda  bir 

әrәbin  ayağı  büdrәdi,  yerә  yıxıldı,  bunu  görәn  әcnәbi  soldat,  әvvәlcә  yeşiyi 

gözdәn keçirdi. Sonra әrәbi söyüb ona bir sillә vurdu. 

Qan  Əlinin  başına  vurdu.  Ancaq  özünü  saxladı..  Hüseyn  ona  tәsәlli  verib 

dedi: 


 

Mәn  dә  әvvәllәr  sәnin  kimi  idim,  sonra  d özmәyә  alışdım.  Sәn  müәllim 



adamsan, belә işlәrә qa rışma. 

 



Fikrinlә  şәrik  deyilәm,-deyә  Əli  dostunun  sözünә  etiraz  etdi.-Biz  nә 

vaxtadәk  belә  şeylәrә  qarışmayaq.  Öz  torpağımızda,  gözümüzün  qabağında,

 

һәmyerlimizi  döyürlәr,  tәһqir  edirlәr.  Sәrvәtimizi 



 

daşıyıb  aparırlar,  özümüz 

isә acından ölürük. Bәs bunlara nә vaxtadәk göz yumaq? 

 



Sәn dә һaqlısan, Əli müәllim. 

Yükçülәr  dәstәsi  bir  daһa  onların  yanından  ötüb  keçdi.  Əli  döyülәn  әrәbi 

onların içәrisindә gördükdә һeyrәt etdi. Ancaq nәzәri onun qәzәbdәn parlayan 

gözlәrinә sataşdıqda dedi: 

 

O, intiqamını alacaq! 



Bu  zaman  Avropa  geyimli,  әllәrindә  günlük  tutan  iki  varlı  әrәb,  inkiliscә 

danışıb gülә-gülә ötüb keçdi. Hüseyn onların ardınca isteһza ilә dedi: 

 

Bax,  belә  adamlarımız  da  var.  Qınından  çıxıb  qınını  bәyәnmәyәnlәr, 



dünyada  әn  zәngin  dil  olan  әrәb  dilindә  danışmağı  özlәrinә  ar  bilirlәr.  Bu, 

faciәdir.  Özümüzünkülәr  dә  qәlbimizi  sındırırlar.  Xalqın  ağır  һәyatı  onları 

naraһat etmir. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə