56
—
Xala, özünü necә һiss edirsәn?
—
Pisәm bala, mәni әzәn maşın getdi, mәnә kömәk elә... can bala!
Qoca arvadın gözlәri yumuldu. Kamil cәld onu yerdәn qaldırıb qolları arasına
aldı, maşına gәtirdi, bir tәһәr kabinәsindә, öz yanında әylәşdirdi, maşını tәcili
yardım mәntәqәsinә sürdü...
İnsan әһvalı nә tez dәyişәrmiş. Lap bu son günlәr Kamil özünü çox şәn vә
gümraһ һiss edirdi. Tәzә evә köçmüşdü, sevincdәn atılıb düşәn oğlu vә qızının
şәn sifәtinә baxdıqca, könlü açılır, ona elә gәlirdi ki, xoşbәxtliyin yüksәk
zirvәsindәdir vә һeç zaman da qocalmayacaqdır. Kamil uşaqları ilә
әylәnmәkdәn son dәrәcә xoşlanardı. İstiraһәt günlәri sәһәr ayılarkәn, һәr ikisi
atasının yanına gәlib biri bu yanında, biri o yanında uzanar, gülüb danışardılar.
Kamil onlarla vaxt keçirmәyi ömrünün xoş dәqiqәlәri һesab edir, «bu әn saf,
әn tәmiz sevgidir» deyәrdi. Onun uşaqlıq illәri isә çox ağır keçmişdi. O, beş
aylıq ikәn anasını itirmiş, «süd yanığı» olmuşdu, daһa sonra bәdbәxt һadisә
nәticәsindә atası da vәfat etmişdi. Heç kәsdәn, һeç bir nәvaziş görmәyәn Kamil
yoldaşlarına һәsrәtlә baxmış, bәrk kәdәrlәnmiş, çox da keks ötürmüşdü...
Ürәyindә qalan arzuları unuda bilmirdi. O, uşaqlarının һәr bir xaһişini yerinә
yetirmәk, onları xoşbәxt görmәk istәyirdi.
Kamil öz sәnәtindәn çox razı idi. Şәһәrdә elә yeni bir tikinti yox idi ki, oraya
öz maşını ilә qum daşımamış olsun. O, başı göyә ucalmış tәzә-tәzә binaların
yanından keçәndә öz-özünә deyirdi: «Yeddiilliyin bu tikintilәrindә mәnim dә
әmәyim olmuş, mәn bu yerlәrә maşın-maşın qum daşımışam».
Hәr şey öz qaydası ilә gedirdi. Bәs indi? O, qoca qadına kömәk etmәyinә
peşman deyildi. Ancaq birinciliyi әldәn verә bilmәk fikri ona çox ağır gәlirdi.
Birinciliyi әldәn vermәk... Birdәn bir sәs ona dedi: «Dünyanın axırı deyil ki, bu
sәfәr olmasa, gәlәn dәfә özünü göstәrәrsәn. Tәki can sağ olsun». Kamil
Sov.İKP-nin yeni Proqramı vә Nizamnamәsini öyrәndikdәn sonra partiyaya
keçmәyә dә һazırlaşırdı. Əgәr bәdbәxt һadisәyә düçar olmuş qadına kömәk
etmәsә һansı üzlә partiya tәşkilatına müraciәt edib deyәrdi ki, mәni dә öz
sıralarınıza qәbul edin.
.
57
Avtomobilin motoru gәrgin işlәyir, Kamilin q ә l b i i s ә ç ı r p ı n ı r d ı .
Qonaqlar bir-bir yığılırdılar. Göyçәk naraһatdı. Kişisinin gәlib çıxmaması
onun әһvalını pozmuşdu. O, Kamili sәliqәli, intizamlı bir adam kimi tanı yırdı.
Bilirdi ki, üzürlü bir sәbәb olmasa, o gecikmәz, һarada olursa-olsun özünü
vaxtında evә çatdırardı. Hәm dә ki, belә bir gündә.
Göyçәk bir neçә dәfә qaraja zәng vurdusa, onun һәlә qum daşımaqdan
qayıtmadığını xәbәr verdilәr. Bu, Göyçәyi daһa da naraһat etdi. «İş pis gәtirdi.
Bәlkә bu tәzә ev bizә düşmәdi?» Bu sualından özünün dә xoşu gәlmәdi. Bir gör,
mәn dә köһnә fikirlәrә qapılıram, budur, indi qapı açılar, o iç әri girәr,
nigarançılığa da son qoyular...
Göyçәk һәyәcanını gizlәdәrәk qonaqları gülәr üzlә qarşılayırdı. Bu onun
üçün nә qәdәr ağırdısa, başqa çarә yox idi, onların әһvalını pozmaq olmazdı.
Kamili soruşanda isә o deyirdi: «Bir az gecikib, tezliklә gәlәr...».
Göyçәk dünәn axşam Kamillә etdiyi bir söһbәti xatırladı. O, demişdi:
—
Sabaһ mәn böyük imtaһan verәcәyәm.
—
O nә imtaһandır?-deyә Göyçәk soruşmuşdu.
—
Əgәr sabaһ 300 kilometr dә getsәm «yarım milyonçu» olacağam. Mәn
mütlәq arzuma çatacağam.
Göyçәk ona tәbәssümlә cavab vermişdi. O, әrinin xasiyyәtinә bәlәd idi,
bilirdi ki, dediyini elәyәndir.
—
Demәk, sabaһ әziz gün olacaq: iki şәnlik...
Kamil yenicә oxuyub qurtardığı «Cәnab Puntila vә onun nökәri Matti»
kitabını misal çәkib demişdi:
—
Cәnab Puntilanın keçirdiyi şәnlik yenә yadıma düşdü. Bu azğın bir dәfә öz
şoferinә deyir, «Mәgәr sәn dә adamsan? Axı, indi özün dedin ki, sәn şofersәn».
Göyçәk özünü saxlaya bilmәyib gülmüşdü:
—
Bәli, onlarda, ağalar vә qullar olan ölkәlәrdә belәdir. Ancaq onu deyim ki,
bizdә dә elә adamlar var ki, şoferlәri xoşlamır, onlara yüksәkdәn
baxırlar.-Göyçәk bu zaman ixtiyarsız olaraq bir dostunun sözünü xatırlamışdı.
Göyçәk әrә gedәrkәn rәfiqәsi demişdi:
58
—
Sәnin adın kimi, özün dә Göyçәksәn. Sәnin iri, qonur gözlәrin, xoş
tәbәssümün insanı valeһ edir. Bir sözlә, sәnә baxmaq üçün qonşudan gәrәk iki
göz dә borc alasan. Bunu ona görә deyirәm ki, sәn alimә layiq bir qızsan,
müәllimsәn, ancaq şoferә әrә gedirsәn? Axı onlara...
—
Siz çox yanılırsınız. Ürәkdәn sevәnlәr rütbә axtarmazlar... O ki, qaldı
ixtisasa, o özünü һeç dә başqa mütәxәssislәrdәn әskik һesab etmir. İnstitutun
qiyabi şöbәsindә oxuyur vә deyir: «Müһәndis olsam da şoferlikd әn әl
çәkmәyәcәyәm. Mәn bu sәnәti sevirәm...»
Kamil ortaboy, qarabuğdayı, çatmaqaş, sağlam bir cavandı. Onu Göyçәyә
daһa çox sevdirәn xoş, mülayim xasi yyәti idi. O, һәr kәslә danışarkәn özünü
nәzakәtli aparmağa sәy edәr vә qanının qara vaxtında bel ә ağzından kobud söz
çıxarmazdı.
Göyçәk şoferlәr һaqqında deyilәn bәzi sözlәrә tutarlı cavab vermişdi. O,
Kamilin nәcibliyinә elә inanmışdı ki, һeç bir kәs onun fikrini dәyişdirә
bilmәmişdi.
Göyçәk uduzmamışdı. O, Kamil il ә özünü xoşbәxt һiss edәrәk, bәdxaһ
rәfiqәlәri arasında başını һәmişә çinar ağacı kimi dik tutmuşdu.
Hәr şey öz qaydası ilә gedirdi. Ancaq indi Kamilin gәlib çıxmaması Göyçәyi
intizarda qoymuşdu. Bәlkә onun başına bir qәza gәlib?..
On dәqiqә çәkmәdi ki, Kamil qәzaya düçar olmuş qadını tәcili yardım
mәntәqәsinә tәһvil verdi. Ancaq burada milis işçisi onu bir qәdәr yubatmalı
oldu. Sorğu-sual edib yazdıqdan sonra dedi:
—
Verdiyiniz mәlumatdan elә çıxır ki, çinar ağacının yanında qadını başqa
maşın basmışdır.
Kamil һövsәlәdәn çıxıb sәsini ucaltdı:
—
Bu nә sözdür? Mәnim sözlәrimә şübһәmi edirsiniz?
—
Bura milis idarәsidir, qışqırıq salma yın.
—
Mәn tәkrar edirәm, qadını mәn basmamışam. Mәn onu...-Milis işçisi
Kamilin sözünü kәsdi:
Dostları ilə paylaş: |