Sumqayit döVLƏt universiteti elmi İŞ №1 Fənn: Psixologiya Mövzu: Davamlı və davamsız maraqlar



Yüklə 261,1 Kb.
səhifə2/3
tarix26.09.2017
ölçüsü261,1 Kb.
#1983
1   2   3

Maraqların təsnifatı.
Maraqlar məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif olunur və aşağıdakı növlərə ayrılır:

1.Məzmununa görə maraqların fərqi idrak təlabatlarının obyektlərini və müəyən fəaliyyət məqsədləri üçün, geniş mənada isə şəxsiyyətin mənsub olduğu cəmiyyət üçün onların real əhəmiyyətini aşkara çıxarır. Insanın əsasən nəyə maraq göstərməsi və onun idrak təlabatları obyektinin ictimai dəyərinin necə olması psixoloji cəhətdən mühümdür. Tamamilə aydındır ki, mənzil və ya yataqxana qonşusunun şəxsi həyatına maraqla, digər məşhur bir insanın həyat və fəaliyyətinə maraq müxtəlif ictimai dəyərlərə və müxtəlif məzmuna malikdir. Məktəbin ən mühüm vəzifələrindən biri yeniyetmə və gəncin fəal idrak fəaliyyətini stimullaşdıran və məktəbi bitirdikdən sonra da, hifz olunan ciddi və məzmunlu maraqların tərbiyəsindən ibarətdir.

2.Məqsəd əlamtinə görə fərq vasitəsiz və vasitəli maraqların olmasını aşkar edir. Vasitəsiz maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır. Obyektin real əhəmiyyəti ilə onun şəxsiyyət üçün əhəmiyyəti uyğun gəldikdə, vasitəli maraqlar meydana çıxır. Əmək və tədris fəaliyyətində heç də hər şey vasitəsiz emosinoal, cazibəyə malik deyildir. Buna görə də əmək prosesinin şüurlu təşkilində aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir.

3.Maraqlar özlərinin genişliyinə görə fərqlənir. Bəzi adamlarda onlar bir sahədə mərkəzləşsə də, başqalarında isə sabit əhəmiyyətə malik olan bir çox obyektlər arasında bölünə bilər. Maraqların dağınıqlığı çox vaxt şəxsiyyətin mənfi xüsusiyyəti kimi meydana çıxır, lakin maraqların genişliyini nöqsan kimi şərh etmək səhv olardı. Müşahidələrin göstərdiyi kimi, şəxsiyyətin ahəngdar inkişafı maraqların məhdudluğunu deyil, genişliyini tələb edir. Maraqların çox fokusluluğu şəxsiyyətin dəyərli xüsusiyyətidir. Məzmunlu maraqlar bir-biri ilə əlaqədar olmayan iki (bəzən isə hətta üç) fəaliyyət sahəsini əhatə edir (məsələn, elm kimi mikrobiologiyaya maraq kolleksiyaçılıq kimi numizmatikaya maraqla və “azarkeş” ehtirası kimi meydana çıxan xokkeyə və futbola maraqla uzlaşır). Maraqların belə çox fokuslu vəziyyəti əməkdə sərf olunmuş enerjinin bərpa edilməsindən ötrü ən yaxşı vasitə olan fəaliyyət növlərinin bir-birini əvəz etməsi üçün xüsusilə əlverişli olur. Maraqların dərinliyini onların genişliyi ilə uzlaşdıran adamlara aid misallar çoxdur. (Görkəmli sovet dövlət və ictimai xadimi, böyük nəzəriyyəçisi hüquqşunas N.K.Krilenko eyni zamanda ölkəmizin ən yüksək dağ zirvələrdən birini fəth etmiş diqqətə layiq alpinist idi. Sovet şahmat məktəbinin klassiki, dünyanın eks-çempinau Mixail Botvinnik texnika elmləri doktorudur. Beləliklə, maraqların darlığının və genişliyinin qiymətləndirilməsi nəticə etibarı ilə onların məzmunu ilə müəyyən olunur).


Davamlı və davamsız maraqlar.
Maraqlar onların davamlılığı dərəcəsinə görə də növlərə ayrıla bilər. Marağın davamlılığı nisbətən intensiv marağın uzun müddət hifz olunmasında idarə edilir. Şəxsiyyətin əsas təlabatlarının daha dolğun təzahür etdirən və buna görə də onun psixoloji simasının mühüm əlamətinə çevrilən maraqlar davamlı olacaqdır. Davamlı maraq insanın formalaşmağa başlayan qabiliyyətlərinin göstəricilərindən biridir. Və bu cəhətdən də müəyyən diaqnostik dəyərə malikdir. Lakin, insanda davamlı marağın olması haqqındakı nəticə dərin psixoloji təhlil tələb edir. Çox vaxt maraqların hətta kifayət qədər aydın ifadə olunan, sanki özünü qiymətləndirmə və özünü təhlillə təsdiq olunan xarici təzahürləri müşahidəçini çaşdira bilər.Maraqlarin davamliliğı haqqinda dolayi məlumatlara əsasən mühakimə yürütmək lazımdır.Bu cəhətdən öz-özlüyündə bilavasitə maraq doğurmayan, lakin yerinə yetirilməsi insanı maraqlandıran bir fəaliyyətin müvəffəqiyətli icrası üçün sərf olan başqa bir fəaliyyəti həyata keçirərkən meydana çıxan çətinliklərin aradan qaldırılması çox mühümdür.

Maraqların müəyyən qədər davamsız olması böyük məktəblilərin yaş xüsusiyyətidir.Onlarda maraqlar bir çox hallarda, məsələn, eyni vaxtda riyaziyyata, tarixə, fəlsəfəyə, psixologiyaya, esperantoya (yəni xarici dil) və məntiqə ehtiraslı, lakin qısa müddətli aludəçilik xarakteri kəsb edir. Belə uşaqlar onların hamısına coşğunluqla girir, lakin işə dərindən nüfuz etməmiş yeni maraqla alışıb yanırlar. Yeniyetməlik və gənclik yaşında müxtəlif məşğələlərlə əlaqədar olaraq, alovlanan və sönən maraqlar gənclərin öz istedadlarını intensiv surətdə axtarmalarını təmin edir, qabiliyyətlərinin təzahür etməsinə və müəyyən olunmasına kömək edir. Pedaqoqların vəzifəsi, əlbəttə, gənci ancaq və ancaq əvvəlcə maraqlandırmış işlə məşğul olmağa məcbur etməkdən deyil, onun maraqlarını dərinləşdirməkdən və genişləndirməkdən, təsirli etməkdən, onları, maraqların mərkəzi olan fəaliyyətlə məşğul olmaq cəhdinə, meylinə çevirməkdən ibarətdir.

Qabiliyyətləri inkişaf etdirən çox mühüm amillərdən biri insanın davamlı xüsusi maraqlarıdır. Xüsusi maraqlar insan fəaliyyətinin müəyyən sahəsinin məzmununa aid olan, bu fəaliyyətinin növü ilə əsaslı məşğul olmaq meylinə çevrilən maraqlardır. Burada idrak marağı fəaliyyətin priyom və üsullarına dərindən yiyələnmənin stimuludur.

Müşahidələr göstərir ki, bu və ya digər əmək, yaxud təlim fəaliyyətinə marağın əmələ gəlməsi həmin fəaliyyətə olan qabiliyyətlərin oyanmsı ilə sıx surətdə bağlıdır və bu maraq qabiliyyətin inkişafına təkan verir. Hötenin təbiricə desək, “Bizim arzularımız gizli qabiliyyətlərimizin, qabaqcadan hiss edilməsi, görə biləcəyimiz işlərin carçısıdır.” Uşaqların davamlı maraqları onların qabiliyyətlərinin “lakmus kağızıdır”, böyükləri uşaqda qabiliyyətin olması barədə düşünməyə vadar edən siqnaldır.

Bu maraqlar yeniyetmələrdə yuxarıda qeyd edildiyi kimi, ehtiraslı vurğunluq, həvəs formasında təzahür etsədə qısa müddətli olur. Yeniyetmələrə və gənclərə xas olan bu müxtəlif və çox vaxt sönən maraqlar inkişaf edən şəxsiyyətin qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynayır. Pedaqoji baxımdan bir cəhət də çox mühümdür. Müəllim yeniyetmə və gənclərin maraq sahəsinə elə maraq göstərməlidir ki, onların idrak təlabatı genişlənsin və dərinləşsin. Digər tərəfdən, müəllim yeniyetmələrin maraqlarının çox vaxt davamsız, ötəri olmasından qəzəblənməməlidir.

Əllbətdə, məktəblidə çox erkən yaşlarda davamlı, xüsusi maraqların əmələ gəlməsi və onun öz istedadına müvafiq qabiliyyətləri inkişaf etdirməsi optimal haldır. Lakin, bu, məlum olduğu kimi hamıya müyəssər olmur.

Əgər hətta şagird məktəbi bitirərkən hər hansı peşəyə davamlı maraq gəstərməsə belə, bu, onun artistlik, diplomat, jurnalist sənətinin və s. sənətlərin sırf zahiri əlamətləri əsasında öz marağını təcili və yanlış müəyyən etməsindən daha yaxşıdır.

Buraxılış imtahanlarının bitməsi ilə məktəb təlimi başa çatmış olur, gəncin qabiliyyət və maraqlarının inkişafı isə hələ davam edir. Ölkəmizdə mövcud olan qiyabi və axşam təhsil sistemi, özünütəhsil üçün yaradılmış olduqca geniş imkanlar hər bir adamın məşğuliyyətindən asılı olmayaraq öz maraq və qabiliyyətlərini müvəffəqiyətlə inkişaf etdirəcəyinə əmin olmağa imkan verir.



Maraqları passiv və fəal olmaqla da təsnif olunur. Heç bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cer maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir göstərir.
Psixoloji münaqişələrin tipologiyası, onların xüsusiyyətləri.


  • Müxtəlif əsaslara görə münaqişələrin təsnifatı.

  • Münaqişə subyektlərin sosial qarşılıqlı fəaliyyəti kimi.



  • Müxtəlif əsaslara görə münaqişələrin təsnifatı


Müxtəlif obyektlər çoxluğuna əsaslanan bütün elmlərdə tipologiya problemi ortaya çıxır. Sosial və humanitar elmlərdə bu məsələ olduqca mürəkkəbdir, çünki: 1. faktiki olaraq xalis eksperimenti keçirmək çox çətindir (təbiətşünaslıq elmlərindən fərqli olaraq); 2.metodoloji xarakterli çətinliklər mövcuddur. Buna baxmayaraq, bir çox tədqiqatçılar münaqişələrin təsnifatını yaratmağa cəhd göstəriblər. Onların baxışlarını təhlil etdikcə, belə bir qəti qənaətə gəlmək olar ki, istənilən münaqişəni birmənalı və tam şəkildə özündə əks etdirən vahid tipologiyanı tərtib etməkdən imtina ediblər; bir neçə təsnifatın mümkünlüyü ideyası qəbul olunub. Hər bir münaqişə, yetişəndən, açıq toqquşma şəklinə düşəndən sonra onlar öz qanunları üzrə inkişaf etməyə başlayırlar. Münaqişələrin dinamikası və inkişaf tendensiyaları (meylləri) bir sıra amillərlə müəyyən olunur: onları yaradan səbəb və şəraitin mürəkkəbliyi dərəcəsi, iştirakçıların emosional təəssüratlanma dərəcəsi; öz məqsədlərinə nail olma tələblərinin ödənilməsi üçün real imkanlar, tərəflərdə maddi, maliyyə, təşkilati vasitələrin olması; tərəflərin qarşılıqlı güzəştlərə getmək hazırlığı; xarici amillərin təsiri və s.(1). Münaqişələrin təsnifatı ona görə vacibdir ki, o, özünəməxsus ifadə-olunma formalarını tapmaq və həllolunma yollarının mümkün variantını qiymətləndirməyə imkan yaradır. Tədqiqatçılar münaqişələrin təsnifatında müxtəlif yanaşmaları təklif edirlər. Məs., sosioloqlar münaqişələrin makro və yaxud mikro səviyyələrinə, sosial-iqtisadi, milli-etnik və siyasi formalarına daha çox diqqət yetirirlər. Hüquqşünaslar sistemdaxili və sistemdən kənarda olan münaqişələri və onların ifadəolunma sahələrini fərqləndirirlər, o cümlədən ailə-məişət, mədəni, sosial-əmək, bunlarla yanaşı, bazar iqtisadiyyatı şəraitində yaranan təsərrüfat, maliyyə və əmlak münaqişələrini idarəetmə konfliktologiyasının da öz yanaşması var. Burada münaqişələrin əsas elementləri, onların ifadəolunma, inkişafı və idarəolunması üsullarının müxtəlifliyini daha aydın təsəvvrür etmək lazımdır və s. Bir çox alimlər münaqişələrin təsnifatında sistemli yanaşmadan istifadə edirlər. Bu yanaşmaya görə, sistemdə məqsədə nail olmaq üçün müəyyən vasitələr istifadə olunur, yəni sistemin elementləri müəyyən funksiyaları icra etməklə, sistemli məqsədlərə nail olmağa çalışırlar. Struktur-funksional təhlil nəzəriyyəsinin nümayəndələri (T.Parsons, R.Merton, K.Devis və s.) sosial sistemin sabitliyini təmin edən strukturlar və mexanizmləri öyrənərkən, sistemlərdə, az ya çox dərəcədə münaqişələrlə bağlı olan struktur və funksiyaların tipologiyasını yaratdılar. T.Parsons sistemə dörd labüd tələbi irəli sürür: xarici obyektlərə adaptasiya (uyğunlaşma), qarşıya məqsəd qoymaq, sistemin elementləri arasında münaqişəsiz vəziyyəti qoruyub saxlamaq (inteqrasiya), institusional (sosial institutların normlara riayət olunma), normativ göstərişlərin yerinə yetirilməsi. T.Parsonsdan fərqli olaraq, R.Merton öz diqqətini funksiyaların pozulması hallarına yönəldib; pozulmasının səbəbini o, sosial strukturlarda yaranan ziddiyyətlər və gərginliklərdə görürdü. Öz «Sosial struktur və anomiya» əsərində o, fərdlərin cəmiyyətə uyğunlaşmasının beş növünü qeyd edir: konforizm (tam uyğunlaşmaq, öz formasını itirmək), innovasiya (yeniliyi axtarmaq), ritualizm (adət-ənənəyə riayət etmək), retrizm (köhnəyə qayıtmaq) və qiyam. Hər bir qeyd edilən, növündən kənarlaşmaq – ya hakimiyyət, ya da reprezentativ adlanan (yəni nümayəndəsi olduğu) qrupla münaqişənin qaçılmazlığını təsdiqləmək deməkdir. Münaqişələrin sistemdaxili və sistemdən kənardakılarla bölgüsünün həm idraki, həm də praktiki əhəmiyyəti var. Xüsusilə sistemdaxili sosial ziddiyyətlər üzərində qurulan münaqişələr vacibdir. L.Kozer hesab edirdi ki, cəmiyyəti «rigidli» (qapalı) və plyuralist (açıq) növlərə bölmək olar. Rigidli cəmiyyətlərdə böyük qruplar öz maraqlarını inqilabı zorakılıq, plyüralizm cəmiyyətlərdə isə – müxtəlif sosial institutlar vasitəsilə ələ keçirirlər. E.Giddinsin mövqeyi də bu mənada müəyyən maraq kəsb edir. Onun fikrincə, cəmiyyətin hər bir ayrılıqda götürülmüş növündə, hökmranlıq və istismar formalar plyüralizmi (müxtəlifliyi) ilə səciyyələnir; burada vahid empirik prinsip mümkün deyil, sinfi istismarla yanaşı, digər istismarçı münasibətlər növləri də var: dövlətlər, etnik qrurlar, qadın və kişilər arasındakı cinsi əlamətə görə istismar və s. Beləlilkə, sistemdaxili ziddiyyətlər münaqişələrin tipologiyasının əsasında dura bilər. K.Bouldinqin münaqişələrin ümumi nəzəriyyəsinə görə, ictimai münaqişələr, tərəflərin təşkilolunma səviyyələrinə görə üç böyük qrupa bölünür. Bu səviyyələrə uyğun təsnifat da verilir: fərdlər arasında münaqişələr; məkanda müəyyən ərazidə yerləşən qruplar arasında sərhədyanı münaqişələr; məkanda toqquşan qruplar arasında ekoloji münaqişələr; fərdlər və təşkilatlar, fərdlər və qruplar arasındakı münaqişələr və s. A.Rapoportun ümumi münaqişələr nəzəriyyəsində üç başlıca növ və eyni zamanda münaqişələrin üç səviyyəsi göstərilir: müharibə, oyun və mübahisə. Müharibə – axıra qədər, qələbəyəcən aparılan, istənilən, o cümlədən zorakılı vasitələrin itsifadəsinə yol verən güzəştsiz mübarizədir. Oyun – qabaqcadan müəyyən edilmiş qaydalar üzrə münaqişənin həlli üçün görülən tədbirlərdir; nəticədə qalib gələn tərəf, mühüm, lakin həyati əhəmiyyətli olmayan üstünlükləri qazanır. Mübahisə zamanı yalnız dinc vasitələr istifadə olunur; məqsəd - digər tərəfin razılığının qazanılmasıdır. İyel universitetinin professoru Robert Dall (1915-ci il) da münaqişələrin maraqlı tipologiyasını tərtib edib. Onun fikrincə, münaqişələr: - ikiqütblü və çoxqütblü (münaqişənin iştirakçılarının sayına görə) münaqişələr; - kumulyativ (güclənən) və çarpazlaşan (münaqişə iştirakçılarının tərkibində oxşar və ya fərqli cəhətlərin olub-olmamasından asılı olaraq) münaqişələr; - iştirakçılar arasında ziddiyyətlərin şiddətliyinə görə qütbləşməyə və bölünməyə gətirib çıxaran münaqişələr. Qütbləşmə dedikdə, cəmiyyətin iki bir-birinə zidd olan qruplara dərindən parçalanması nəzərdə tutulur; bu zaman ziddiyyətin dinc vasitələrlə həlli artıq mümkün deyil. Bölünmə (seqmentləşmə)* – cəmiyyətin, müxtəlif mənafe və dəyərlərə görə fərqlənən qruplara bölünmə müşahidə edilir, bununla belə cəmiyyətdə stabillik qarşılıqlı güzəştlər, danışıqlar və məsləhətləşmələr sistemi vasitəsilə təmin olunur. Cəmiyyətin ictimai-siyasi əsaslarını laxlatmayan münaqişələrin inkişafı mövcud siyasi sistemin institutlar həddlərində gedə bilər. Əslində belə münaqişələr tərəflərin müəyyən razılığı əsasında kompromisə, yəni xüsusi razılaşmaya çevrilə bilər. Ümumiyyətlə, münaqişələri müxtəlif əsaslara görə fərqləndirmək olar, məs., səbəbə, tərəflərin tərkibi, inkişaf dinamikası, tərəflərin fəaliyyət formalarına, sosial məqsədlər və nəticələrə görə və s. Münaqişələr daha çox aşağıdakı meyarlar əsasında qiymətləndirilir: münaqişənin tərəfləri, münaqişəyə gətirib çıxaran tələbatların məhdudlaşdırılması; münaqişənin istiqaməti, yönümü; münaqişənin zaman həddləri. Tərəflərdən asılı olaraq, münaqişələr şəxsiyyətdaxili, şəxsiyyətlərarası, qrupdaxili (şəxsiyyət və qrup arasında) qruplararası, beynəlxalq və s. münaqişələrə bölünür. Hansısa məhdudlaşdırılan tələbatı üzündən əmələ gələn münaqişələri maddi, status və rolla bağlı olan, mənəvi növlərə bölmək olar. Münaqişələrin istiqamətlənməsinə görə onlar üfüqi (partnyorlar, həmkarlar arasındakı) və şaquli (tabeçilikdə olanlar və müdiriyyət arasında) olanlara bölünür.

Zaman həddlərinə görə münaqişələr qısamüddətli, ötkəm, uzunmüddətli (məs., dövlət, milli, dini) olur. Nəticə etibarilə ölçülən meyara münaqişələr iki yerə bölünür:

1. düşünülmüş, normal, müsbət nəticələr; bu zaman qruplar öz bütövlüyünü saxlayır, qruplararası münasibətlər əməkdaşlıq və kooperasiya xarakteri daşıyır;

2. dağıdıcı, patoloji (xəstəliyə bənzər), neqativ (mənfi) xarakter daşıyan nəticələr; burada insanlar arasında qarşılıqlı münasibətlər qeyri-sivil (qeyri-normal, qeyri-insani) xarakter alır, qarşıdurma və mübarizə ilə nəticələnir. Münaqişələr həm də mövcudluq formasına görə də açıq və gizli (latent)*, inkişafın istiqamətinə (məqsəd və subyektlərlə bağlı olaraq), sürətinə görə koqnitiv* - mübahisə doğuran və motivasion* (motivlərə əsaslanan), həllolunma mexanizminə görə, mürəkkəbliyi və vacibliyinə görə. Koqnitiv o münaqişələrə deyilir ki, onlar əks motivləri və yaxud ziddiyyətli nöqteyi-nəzərləri əks etdirirlər. Onlar mətbuat səhifələrində diskussiya, mübahisə, polemika şəklində aparılır. Əgər diskussiya mədəni, sivil şəkildə aparılırsa, adətən o, motivasion mərhələyə keçmir; sonuncunun əsasında tərəflərin köklü maraq və mənafeləri durur. İntensivliyindən (sürəkliliyindən) asılı olaraq münaqişəli tərəflər arasında ziddiyyətin kəskinləşməsi iki cürə ola bilər: radikalcasına (əsaslı şəkildə) münaqişəli (əgər hər hansı bir ümumi maraq yoxdursa) bir də qismən münaqişəli münasibətlər; sonuncuda tərəflərin hansısa ümumi maraqları var.



___________________________________________________________________________

* seqmentləşmə - cəmiyyətin, müxtəlif mənafe və dəyərlərə görə fərqlənən qruplara bölünməsidir.

* latent – gizli baş vermə.

* koqnitiv - mübahisə doğuran

* motivasion - motivlərə əsaslanan

Münaqişələrin təhlili və qiymətləndirilməsi onların qruplaşdırılması, sistemləşdirilməsi, səciyyəvi əlamətlərə, növlərə və tiplərə görə bölünməsini nəzərdə tutur. Belə təsnifatın köməyilə predmeti, onun bütövlüyünü nəzərə alaraq, öyrənmək olur; münaqişə ifadələrinin bütün çalarları burada gözə çarpır; buna vahid metodologiya olan təsnifat köməklik edir.Münaqişələr, əsas cəhətlərini xarakterizə edərkən, qeyd etdiyimiz kimi, nəinki qaçılmaz və hər yerdə olan, həm də çox rəngarəngdir. Hər bir münaqişəli qarşıdurma özünəməxsus unikallığa, təkrarsızlığa malikdir; bunun səbəbi – iki və ya daha çox tərəflərin qarşılıqlı əlaqəsi formaları və nəticələrinin olmasıdır.




  • Münaqişə subyektlərin sosial qarşılıqlı fəaliyyəti kimi

Qədim dövrdən başlayaraq, insanlar öz aralarında əməkdaşlıq etmək məcbuiyyətində olublar.

Sosial əlaqələr mürəkkəb olduqca, fərdlərin qarşılıqlı münasibətlərində əməkdaşlıqla yanaşı, rəqabət, psixoloji qarşıdurma, mənafelərin əksliyi və məqsədə nail olmaq yollarının müxtəlifliyi də ifadə olunmağa başlandı. Bu kimi ziddiyyətlərin kəskinləşməsi, onların intensivləşməsi son nəticədə fəal qarşıdurmaya, münaqişələrə gətirib çıxarırdı. Münaqişəli qarşıdurmanın əsas keyfiyyətləri aşağıdakılardır: münaqişə, konsensusla yanaşı, ictimai münasibətlərin əsas keyfiyyətlərindən biridir; münaqişə, çox kəskin gərginlik və digər patoloji

hadisələrlə səciyyələnən insanın daxili durumudur; münaqişə insanın daxili vəziyyəti, həm də verbal və qeyri-verbal şəkildə ifadə ollunan insan davranışının formasıdır; münaqişə – nəinki psixi gərgiqlik, o, həm də xüsusi emosional vəziyyətdir; burada mənfi emosiyalar həm psixikanı, həm də münaqişə tərəflərini bürüyür. Münaqişə məhz qeyd edilən əlamətləri ilə, özünə formasına görə yaxın, lakin mahiyyətinə görə fərqlənən sosial qarşıdurma növlərindən fərqlənir (məs., yarış, rəqabət, idman yarışları və s.). Bütövlükdə münaqişə bu və ya digər sosial münasibətlərin müəyyən durumudur; belə durum onun ümumi əsası kimi çıxış edir. Münaqişələr çox geniş yayılsa da, müvəqqəti hadisədir. Nəzərə almaq lazımdır ki, cəmiyyətin daimi xassələri – razılıq, əməkdaşlıq, partnyorluq, dostluq və sevgi münasibətləridir. Qeyd olunmalıdır ki, münaqişə nəinki məqsədə nail olmaq üçün bir vasitədir, həm də «özüözlüyündə məqsəd və məzmun» daşıya bilər. İlk dəfə olaraq, buna G.Zimmel diqqət yetirmişdir. Məs., müxtəlif milli hərəkatların nümayəndələri, panklar, fanatlar və digər qruplar etiraz nümayişi keçirərək, xuliqanlığa yol verirlər, deviant (normadan kənar) (köhnə latın sözü olan deviatio – «kənaraçıxma» sözündən) davranışı nümayiş etdirirlər. Deviant davranışa nəinki mənfi davranış halları daxildir, həmçinin, buraya yeniliyə meylilik, mühafizəkar ənənələrin aradan qaldırılmasında cəsarətlilik, elmitexniki və bədii yaradıcılığın müxtəlif növlərini də aid edirlər. Nəticədə yeniliçilik hamı tərəfindən eyni şəkildə qəbul olunmadığı üçün münaqişə yaranır. Münaqişənin vəzifəsi – həddindən artıq kəskinləşmiş ziddiyyətlərin fəth edilməsi, sosial əlaqələrin sübyektlərinin maraqlar, qiymətvermələr və məqsədlərin ciddi şəkildə fərqlənməsi şəraitində yaranmış qarşıdurmadan optimal çıxış yolunun tapılmasıdır. Əsrlər boyu «qızıl qayda» tapılmışdır: insan, digər insanlarla münasibətlərində loyallığı (başqasının mövqeyinə hörmət), dözümlülüyü, xoş məramını, ədalətliliyi ifadə etməlidir; ümumiyyətlə insanlar öz münasibətlərini qarşılıqlı etibarlılıqda, sözdə və işdə bütöv olmasında qurmalıdırlar. Məlumdur ki, insanlar istər işgüzar, istər şəxsi müstəvidə olan münasibətləri yalnız tərəflərin qarşılıqlı güzəştlər və səbrlilik, əməkdaşlıq, münaqişə və ziddiyyətlərin həllinə meyllilik əsasında qurmalıdırlar. Lakin insanlar həm də digərləri ilə qarşılıqlı fəaliyyət zamanı elə bir münasibət qurur ki, nəticədə ziddiyyət və gərginlik, barışmazlıq və düşmənçilik yaranır. Yuxarıda qeyd edildiyi kimi, münaqişəli vəziyyətin tərəflərinin keyfiyyət tərkibindən asılı olaraq, dörd əsas münaqişə tipi müəyyən edilir: şəxsiyyətdaxili, şəxsiyyətlərarası, qrupdaxili və qruplararası münaqişələr.



Şəxsiyyətdaxili münaqişə insanın daxili aləmində əmələ gələn ən mürəkkəb psixoloji münaqişələrdən biridir. Şəxsiyyətdaxili münaqişə – şəxsiyyətin daxili aləmində bir-birinə zidd olan motivlərin (tələbatlar, maraqlar, dəyərlər, məqsəd və ideallar) toqquşması deməkdir. Şəxsiyyətdaxili münaqişənin bir sıra xüsusiyyətləri var: münaqişənin strukturu baxımından özünəməxsusluq (münaqişənin tərəfləri yoxdur), ifadəolunma və keçirilmə formalarını özünəməxsusluğu (ağır dərd halına düşür), latentlik (gizli şəkildə olur, hər vaxt müşahidə olunmur). Şəxsiyyətdaxili münaqişə o zaman yaranır ki, insana qarşı müxtəlif xarakterli, çox vaxt ziddiyyətli tələblər irəli sürülür, bu tələblər isə onun şəxsi tələbatlar və yaxud dəyərləri ilə uzlaşmır. Şəxsiyyətdaxili münaqişənin səbəbləri iki növ olur: daxili (şəxsiyyətin özündə mövcud olan ziddiyyətlər); xarici (sosial qrupda və cəmiyyətdə şəxsiyyətin mövqeyi). Şəxsiyyətdaxili münaqişəni yaradan əsas ziddiyyətlər aşağıdakılardır: ziddiyyət və sosial normalar arasında; motivlər, maraqlar və tələbatlar arasında (məs., teatra getmək istəyi ilə vacib işi tamamlamaq zərurəti arasnıda); sosial rollarda (istehsalatda əlavə iş vaxtı sərf etmək; digər tərəfdən, uşağı gəzintiyə çıxarmaq); sosial dəyərlər və normalar arasında ümumbəşəri dəyər olan «öldürmə» ehkamı və döyüş meydanında cəmiyyətin müdafiəsi arasındakı ziddiyyət). Şəxsiyyətdaxili münaqişənin xarici səbəbləri aşağıdakı amillərlə müəyyən edilə bilər: şəxsiyyətin qrupda vəziyyəti; şəxsiyyətin təşkilatda vəziyyəti; cəmiyyətdə şəxsiyyətin vəziyyəti. Şəxsiyyətin qrupda vəziyyəti ilə müəyyən edilmiş xarici amillər müxtəlif ola bilər. Onların ümumi əlaməti ondan ibarətdir ki, şəxsiyyət üçün müəyyən bir şəraitdə çox dərin məna kəsb edən, əhəmiyyətli tələbatlar və motivlərin ödənilməsi mümkün deyil. Təşkilat səviyyəsində şəxsiyyətdaxili münaqişəyə gətirib çıxaran səbəblər, məsuliyyət və məhdudlaşdırılmış hüquqlar, tələbatlar və əmək şəraitinin qənaətbəxş olması, qarşıya qoyulmuş vəzifə və onun yerinə yetirilməsi mexanizminin dəqiq müəyyənləşdirilməməsi və s. sahələrdə yaranan ziddiyyətlər ola bilər. Şəxsiyyətin cəmiyyətdə vəziyyəti ilə əlaqəli olan xarici səbəblər, sosial makrosistem səviyyəsində yaranan və cəmiyyətin ictimai quruluşunun xarakteri, onun sosial strukturundan irəli gələn ziddiyyətlərlə bağlıdır. Z.Freydin psixoanaliz nəzəriyyəsində şəxsiyyətdaxili ziddiyyət, «O» və «Fövqəl-Mən» (yəni instinktiv yönümlər və əxlaqi duyğular və tələbatlar) arasında mövcud olan zidiyyətin nəticəsində yaranır. Psixoanaliz nəzəriyyəsinin həddlərində şəxsiyyətdaxili münaqişə nəzəriyyəsi üzərində K.Yunq, A.Adler, K.Horni və digərləri işləyib hazırlamışdılar. Münaqişə şəxsiyyətin kəskin mənfi təəssüratlarında ifadə olunur. Şəxsiyyətdaxili nəzəriyyəsinin tədqiqini Amerika psixoloqu Karl Rocers (1909-1982-ci illər) öz yaradıcılığında davam etdirdi. O, hesab edirdi ki, şəxsiyyətin strukturunun fundamental komponenti «Mən-konsepsiya»dır; buraya şəxsiyyətin özü haqqında təsəvvürlər daxildir. Öz «Mən»in obrazı, şəxsiyyətin ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı formalaşır. Digər Amerika psixoloqu Abraham Maslou (1908-1968-ci illər) da böyük populyarlıq qazanan bir konsepsiyanı yratamıdır. A.Maslounun fikrincə, şəxsiyyətin motivasiyalar strukturunun əsasında bir sıra təşkilati tələbatlar durur. Onların sırasında fizioloji, təhlükəsizliyə, sevgiyə, hörmətə, özünüifadə olunmaya olan tələbatları qeyd etmək olar. Ən alisi – sonuncudur, çünki burada insanın imkanları, qabiliyyət və talantları realizə olunur. Özünüifadəetmə – çox adamlarda var, lakin yalnız bəzilərində o, reallaşır və həqiqətə çevrilir. Konfliktoloji konsepsiyalarda şəxsiyyətdaxili münaqişələri növlərə böləndə, bir neçə əsası nəzərə alırlar. «Fərdin və qrupun psixologiyası» əsərinin müəllifləri üç cürə belə münaqişəni fərqləndirirlər: tələbatlar münaqişəsi; tələbatlar və sosial normalar arasında münaqişə; sosial normaların münaqişəsi. Şəxsiyyətdaxili münaqişələrinin daha dolğun təsnifatı A.Y.Antsupov və A.İ.Şipilov tərəfindən verilir: onlar belə təsnifatın əsasını şəxsiyyətin dəyərlər – motivasiyalar sahəsində görürlər. Münaqişəyə girən tərəflərdən asılı olaraq, onun əsas növləri göstərilir: motivasiyalarla bağlı olan, əxlaqi, gerçəkləşdirilmiş arzularla bağlı olan, rol, adaptasiya münaqişələri, qeyri-adekvat* (uyğun olmayan), bir də nevrotik* (əsəb sistemi ilə bağlı olan) münaqişələr. Şəxsiyyətdaxili münaqişələr öz nəticələrinə görə konstruktiv* (funksional, səmərəli), ya da ki, destruktiv* (dağıdıcı, səmərəsiz) ola bilər. Konstruktiv xarakterli münaqişələr şəxsiyyətin inkişafı üçün zəruridir. Destruktivlər isə şəxsiyyət üçün müəyyən təhlükə törədir: burada ağır təəssüratlanmalar stressvəziyyətinə gətirib çıxarır, bunların da ən ağır forması – intihardır*. Şəxsiyyətdaxili münaqişə – şəxsiyyətin elə bir vəziyyətidir ki, eyni zamanda ziddiyyətli və bir-birini inkar edən motivlər, dəyərlər yönümü və məqsədlər yaranır və insan həmin anda onların öhdəsindən gələ bilmir. Ümumi şəkildə şəxsiyyətdaxili münaqişəni subyektiv mövcud durumu və arzuolunan durumu, imkan və gerçəklik, aktual və potensialın arasındakı münaqişə kimi xarakterizə etmək olar. Ən geniş yayılmış psixoloji münaqişələr sırasında şəxsiyytələrarası münaqişələri göstərmək olar. Onlar əslində cəmiyyətdə bütün fəaliyyət sahələrini əhatə edir. Alimlər haqlı olaraq qeyd edirlər ki, şəxsiyyətlərarası münaqişə – insan nəslinə xas olan ən qədim fəaliyyət üsullarından biridir. Bəziləri hesab edirlər ki, münaqişənin bu növü şəxsiyyətin daxilində gedən mübarizədən əvvəl yaranıb, çünki insanlar öz daxili aləmini araşdırmazdan əvvəl fərdlərarası ünsiyyətdə iştirak edirlər.

Yüklə 261,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə