Sumqayit döVLƏt universiteti



Yüklə 33,36 Kb.

tarix19.10.2018
ölçüsü33,36 Kb.


Plan: 

1.

 



Misirdə ilkin elmi biliklərin inkişafı. 

2.

 



Babilistanda ilkin elmi biliklərin inkişafı. 

 

 



 

G İ R İ Ş 

 

Qədim  şərq  ölkələrinin  fəlsəfəsi  fəlsəfəyə  qədərki  şüurdan  aydın  şəkildə 

fərqlənmirdi,  şox  hallarda  adi  əxlaqi  şüurdan  (Çində)  və  dini  mifoloji  şüurun 

qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya 

digər  münasibətdə  az  və  ya  şox  dərəcədə  fəlsəfi  şüur  elementləri  mövcud 

olmuşdur.  Eramızdan  əvvəl  IV  minilliyin  sonu  və  III  mininilliyin  əvvəllərində 

qədim  Misirdə  və  babilistanda  dünyanın  anlaşılmasına  dair  ibtidai,  sadəlövh 

baxıçlar  bir  tərəfdən  mifologiya  və  dinə,  digər  tərəfdən  isə  riyaziyyat, 

astronomiya və astrologiyaya əsaslanırdı.  

Qədim Babilistanda da danışılan dövrdə dünya haqqında sadəlövh baxışlar 

«Ağa  ilə  qulun  söhbəti»,  «Çarəsizin  öz  ruhu  ilə  söhbəti»  adlı  abidələrdə  irəli 

sürülmüşdür.  Orada  maddi  və  axirət  dünyasından  söhbət  salınır.  Bütün  bu 

fikirlər  dini-mifoloji  dünyagörüşünün  böhranını  ifadə  etsə  də  fəlsəfi 

dünyagörüşü yüksəldə bilmirdi.  

E.ə.  I  minillikdən  başlayaraq  qədim  Hindistan  və  Çində  bir  sıra  fəlsəfə 

məktəbləri, cərəyanları meydana gəlib formalaşmışdır. Hindistanda fəlsəfi firkin 

yaranması  və  inkişafı  vedlərlə,  yəni    qədim  Hindistanın  mifoloji 

dünyagörüşündən fəlsəfəyə qədərki  və fəlsəfi  dünyagörüşünə keçidi əks etdirən 

yazılarla  əlaqədardır.  Bütövlükdə  Vedlər  şrut  adlandırılan  müqəddəs  yazı 

mətnlərindən  ibarət  olmuş,  əvvəlcə  brahmanizmin,  sonralar  isə  induizmin 

ideoloji əsasını təşkil etmişdir. Bu təlimlər Hindistanda fəlsəfi firkin inkişafında 

mühüm  rol  oynamışdır.  Brahmanizmə  görə  varlığın  yeganə  yaradıcısı 

fövhqəlhissi  olan    Brahma  allahıdır.  O,  əbədi,dəyişməz  və  mütləqdir.  Qədim 

Hind  dünyagörüşü  budizmin  yaranmasına  dair  rəvayətə  görə  Qanq  vadisinin 

işmel  sərhədlərində  meydana  gəlmişdir  (e.ə.  563  —  483  il).  Budda  fəaliyyətə 

başladıqdan  sonra  qədim  Hindistana  xas  olan  öz  təlimində  «dord  xeyirxah 

həqiqəti» irəli sürür.  

1.Əzab  çəkmək  insan  həyatının  universal  xassəsidir.  O,  insan  ömrünün 

bütün dövrlərini əhatə edir. 

2.İnsan  iztirablarının  səbəbləri  vardır.  Onlar  dxarmaların  sonsuz 

hərəkətlərindən  asılı  olaraq  insane  həyatı  oksanının  coşması  və  aşağı 

düşməsindən ibarətdir. 

3.İztirablardan  indiki  zamanda  yaxa  qurtarmaq  mümkündür.  Bunun üçün 

insan öz daxili aləmini təkmilləşdirməlidir. 

4.İztirablardan  qurtarmaq  üçün  düzgün  inam,  axmaq  məqsədlərdən, 

düşmənçilikdən, böhtan atmaqdan, düzgün həyat yolunu seşməkdən ibarətdir. 

Qədim Çində fəlsəfi fakir ənənəvi icma-tayfa münasibətlərinin pozulması   

bir  vaxta  təsadüf  edir.  Çin  fəlsəfə  məktəblərinin  ümumi  mənşəyi  Dao 




 

mədəniyyətindən ibarətdir. Burada daosizm və Konfutsiçilik cərəyanları əsas yer 



tutur.  

 

Misirdə ilkin elmi biliklərin inkişafı 

 

Misir  Afrikada  yerləşir.  Misirin  həyat  damarı  olan  Nil  çayı  Mərkəzi  Afrikada 

yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq 

dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir. 

Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir 

yerləşirdi. 

Rus  dilində  Misirə  Eqipet  deyirlər.  Bəzi  tədqiqatçıların  fikrincə,  «Eqipet»  sözü 

qədim  yunan  sözü  olan  «Ayqyuptos»  sözündən  əmələ  gəlmişdir.  Misirlilər  özləri 

ölkələrini  torpaqlarının  rənginə  uyğun  olaraq  «Ta  Kemet»–  «Qara  torpaq» 

adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür 

etmək qeyri– mümkündür. Nil vadisini əhatə edən dağlar da  müxtəlif daş növləri ilə 

zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay 

yarımadasından  mis,  Nillə  Qırmızı  dəniz  arasındakı  səhradan  qızıl,  Qırmızı  dənizin 

sahillərindən  sink  və  qurğuşun  əldə  edilirdi.  Gümüş  və  dəmir  isə  Kiçik  Asiyadan 

gətirilirdi. 

Əsrlər  boyu  yayın  başlanğıcında  yağan  yağışların  hesabına  Nilə  tökülən  sular 

artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, 

həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, 

bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar. 

Qədim  misirlilər  qumluq  və  bataqlıqlarla  həmişə  mübarizə  aparmışlar. 

Misirlilərin  başlıca  məşğuliyyəti  əkinçilik  olmuşdur.  Bunlardan  əlavə  arıçılıq, 

maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi 

Nil  vadisinin  simasını  köklü surətdə  dəyişdirmişdir.  Misir  yaşayış  üçün,  demək  olar 

yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV  minillikdə əhalisi sıx olan bir ölkəyə 

çevrilmişdir.  Elə  həmin  dövrdən  başlayaraq  Misirdə  quldarlıq,  onun  ardınca  da 

quldarlıq dövləti yaranmışdır. Misir fironların– padşahların hakimiyyəti altına düşdü. 

Padşahlardan  biri  Misirin  şimalını–  bütün  deltanı,  digəri  isə  ölkənin  cənubunu–  Nil 

çayının vadisini özünə tabe etmişdi. 

Təqribən b.e.ə. 3000-ci ildə cənub padşahlığının şahı Şimal padşahlığını məğlub 

etdi və deltanı tutdu. Qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri 

oldu.  Bundan  sonra  işğalçı  yürüşlər  başlandı.  Dünyanın  xeyli  hissəsini  tutan  Misir 

padşahları  ehramlar–  sərdabələr  tikməyə  başladılar.  Bu  və  ya  digər  padşahın 

böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600– 

cü  ildə  firon  Xeops  üçün  Memfis  yaxınlığında  tikilmişdir.  Ehramın  hündürlüyü  150 

m– dir. Onun ətrafına fırlanmaq üçün 1 km  yol getmək lazımdır. Tikintidə 2300 daş 

işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur. 

Ehramların  yaxınlığında  boyük  bir  qayadan  sfinks–  insan  başlı  nəhəng  aslan 

heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m– dən çoxdur. Fironlardan biri sfinks 

şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından onu «dəhşətlər 

atası» adlandırırdılar. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli 

allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir padşahlarının 

amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.  




 

Üç  min  il  bundan  əvvəl  Finikiya  şəhərinin  hakimi  demişdir:  «Amon  bütün 



torpaqları  yaratmışdır.  Lakin  Misir  torpağını  onların  hamısından  əvvəl  yaratmışdır. 

Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir». 

Fiva  Misir  padşahlığının  yeni  paytaxtı  olarkən,  artıq  Misir  öz  inkişafının 

zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf 

etməyə başlamışdı. İşarə– şəkillər– heroqliflər yarandı. Papiruslarda– yazılar yazılırdı. 

O vaxtdan qalmış bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut edirdi.  

Misirdə  həndəsə,  astronomiya,  təbabət  inkişaf  etmişdir.  Onlar  təqvim 

yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu 

da  on  iki  aya  bölürdülər.  Onların  hesablamasına  görə,  il  365  gündən  ibarət  idi. 

Gündüzü  və  gecəni  onlar  12  saata  bölürdülər.  Misirdə  günəş  və  su  saatı  ixtira 

edilmişdir.  

Ümumiyyətlə,  elmi  biliklər  kənd  təsərrüfatının,  sənətkarlığın,  tikinti  işinin, 

gəmiçiliyin,  ticarətin  yüksəlməsinə  böyük  kömək  etmişdir.  Yazı  biliklərin,  bədii 

əsərlərin  qorunub  saxlanmasına,  onların  nəsillərdən  nəsillərə,  bir  xalqdan  başqa 

xalqlara keçməsinə imkan vermişdir. 

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və 

insanların  həyatını  allahlar  idarə  edir.  Allahları  misirlilər  adətən  heyvanbaşlı  insan 

şəklində təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması 

şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tuturdu. Elə buna 

görə də meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində 

hər şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris 

mühakimə  edir  o,  allahların  iradəsi  əleyhinə  gedənlərə  qarşı  çox  böyük  amansızlıq 

göstərir.  Belələrinin  ruhunu  müdhiş,  yırtıcı  heyvanlar  yeyir.  Qədim  Misirdə  fironlar 

ilahiləşdirilirdi.  Ona  görə  də  qədim  dini  kitabədə  yazılırdı:  «Allahlar  itaət  edənləri 

sevir, itaət etməyənlərəsə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız itaət etməyi 

tələb  edirdi.  Əmri  pozanlar  isə  quraqlıq,  taun  xəstəliyi,  düşmənlərin  hücumları  ilə, 

öləndən sonra Ozirisin mühakiməsi ilə hədələnirdi.  

Qədim  insanlara  belə  gəlirdi  ki,  fironların  ixtiyarında  olan  qeyri–  məhdud 

hakimiyyəti  insanlar  yox,  allahlar  müəyyən  etmişlər.  Təsadüfi  deyildir  ki,  fironu 

«allahın oğlu» və «böyük allah» adlandırır, onu belə «vəsf edirdilər»; «o, öz şüaları ilə 

görən  günəşdir».  Misirdə  allahlara  dualarla  müraciət  edir,  onlara  qurban  verirdilər. 

Məbədlər  allahların  evləri  hesab  olunurdu.  Orada  allahların  bütləri  qoyulurdu. 

Məbədlərdə  «allahların xidmətçiləri»– kahinlər olurdular.  Hesab  edilirdi ki, kahinlər 

allahları  yedizdirirlər–  onlar  bütlərin  qabağına  yemək  qoyurdular.  Qırğı  başı  olan 



Günəş  allahı  Ra  -  allahların  padşahı  hər  gün  qızıl  qayıqda  göydə  gəzir  və  Qərbdə 

yerə enir. Uzaq cənubda Nil allahı ilanların qoruduğu mağarada, küpələrdən su tökür. 

Nə  qədər  su  tökəcəyi  onun  iradəsindən  asılıdır.  Bunlardan  əlavə  vəbanı  göndərən 

aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi. 

Qum kimi kürən saçı, qırmızı gözləri olan kinli Set özü 50 xidmətçisi ilə gəlib 

bitkilərin və əkinçilərin himayəçisi Ozirisi öldürür. Lakin İzidanın köməyi ilə Oziris 

dirilir.  O,  dirildikdən  sonra  axirət  dünyasında  padşah  və  hakim  olur.  Allah  Seti  çox 

vaxt eşşəkbaşlı təsvir edirdilər.  



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə