Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə2/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
1   2   3   4   5   6   7   8

Ilyas Əfəndiyev - 100

 

 

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında 



sona yetmişdir. "Kulak" damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, 

təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı. 

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, 

ailəsini dolandıra bilmir. Ağır xəstələnərək "səksən yaşlı qocaya dönmüş" Məhəmməd kişi 1934-

cü ildə 50 yaşında vəfat edir. İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis 

xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunələrini, 

əfsanə, nağıl və dastanları sinələrində gəzdirən el ağbiçəkləri olmuşlar. İlyasın bir gənc kimi 

formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası 

Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat 

etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də "dil tapa" 

bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi. 

İ.Əfəndiyev anası haqqında yazmışdır: "Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə 

adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni çox sevirdi. 

Azərbaycan dilində çıxan kitabların, demək olar ki, hamısını oxumuşdu. Mənə ərəb və latın 

əlifbalarında yazıb oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu kitablardan hədsiz-

hesabsız əhvalatlar danışardı. Onun oxuyub bizə nağıl elədiyi "Ərmənusə", "İngilis xanımı", 

"Hind racəsi", "Rüstəm və Zöhrab", "Əlif Leyla" və sairə kitablar indi də yadımdadır. Füzulinin 

"Leyli və Məcnun" əsərini də mən ilk dəfə anamdan eşitmişdim. Ümumiyyətlə, anamız çox incə 

zövqə malik bir qadın idi. Dövrün ictimai hadisələrindən də baş çıxarırdı. Allahsız olmasa da, 

mollalardan zəhləsi gedərdi. Məndə güclü mütaliə həvəsi məhz anamın təsirilə oyanmışdır". 

Danışılan bu əhvalatlar, nağıl və əfsanələr İlyasın incə qəlbinə təsir etmiş, onun sonralar bir 

yazıçı kimi formalaşmasında mühüm rol oynamışdır. İ.Əfəndiyev bu haqda yazmışdır: "...bunları 

bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların 

igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb 

pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real 

həyatdan, təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha artıq xoş gəlirdi... O aləm 

daha şirin, daha cazibədar görünürdü". 

Yazıçının 1991-ci ildə qələmə aldığı "Vəzir Allahverdi xan və Bəhlul Danəndə" hekayəsindəki 

əhvalat da anasının danışdığı rəvayətlərdən götürülmüşdür. 

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə 

getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci 

sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə 

bitirmişdir. Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev 

dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı 

klassiklərindən Aleksandr Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, Maksim Qorki kimi 

sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və 

fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o 

cümlədən R.Amundsen, Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççi kimi adamların həyatını 

diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. 

İ.Əfəndiyev yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox 

danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur 

ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün 

konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat 

alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum". 

O, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şö‘bəsini qurtarıb sağ-salamat rayona 

qayıdaraq müəllimliyini davam etdirmişdir. 

Respublikanın ən böyük ali məktəblərindən biri hesab edilən Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunda təhsil aldığı illər İ.Əfəndiyevin həyat və yaradıcılığında mühüm bir mərhələ təşkil 

edir. Ən tanınmış alimlərin və müəllimlərin dərs dediyi həmin ali məktəbdə İ.Əfəndiyev Bəkir 

Çobanzadə, Əli Sultanlı və s. bu kimi müəllimlərdən dərs almışdır. 

 



Ilyas Əfəndiyev - 100

 

 

Məhz 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlmiş və bir-birinin ardınca hekayələr 



yazmağa başlamışdır. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə 

iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. 

Dalbadal 9 hekayə yazdım". 

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ. 

Əfəndiyev, bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi. 

 

Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. 



Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının "Yeni yol" qəzetində "Buruqlar 

arasında" adlı ilk oçerki, "Bataqlıq saldatları" kinofilminə yazdığı ilk resenziyası, "Aşağı 

mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi, "Namuslu fəhlələrin sırasını çoxaltmalı", 

"Şərəf və iftixar işi" adlı yazıları işıq üzü görmüşdü. Bu illərdə "Kommunist" və "Ədəbiyyat 

qəzeti" də İ.Əfəndiyevin ilk yazılarına yer verirdi. Yazıçının ilk mətbu hekayəsi olan "Berlində bir 

gecə" əsəri də bu aylarda oxuculara çatdırılmışdır. 

İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi" əsərindən xeyli əvvəl, yazıçının bir sıra 

hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunmuşdur ki, bu haqda 

yuxarıda danışılmışdır. 

Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı 

ədəbi mühitinə qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ.Əfəndiyev o vaxtlar 

Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə 

"Yeni yol" qəzetində mədəniyyət və ədəbiyyat şö‘bəsində ədəbi işçi vəzifəsinə işə düzəlir. 

Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir, "Əski Şərq" 

mehmanxanasında bir otaq alır, yazıçı orada üç il yaşayır. Bakıda keçirdiyi ilk günləri yada 

salan İlyas Əfəndiyev qeyd edir ki, rayonda o qədər zülm çəkmişdik, o qədər təhqir olunmuşduq 

ki, burada adamlardan kömək, hörmət, insani münasibət görəndə ürəyim kövrəlirdi. Mənə elə 

gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs hüququndan məhrum edilmiş tacir oğluna 

da kömək, hörmət olarmış... 

Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə olunmuş gənc yazıçı məhsuldar 

yaradıcılıqla məşğul olmağa və ilk mətbu əsərlərini respublikanın dövri mətbuat orqanlarında 

dərc etdirməyə başlayır. 

Böyük Vətən müharibəsinin başlanması bütün başqa sənətkarlar kimi İ.Əfəndiyevi də səfərbər 

etdi, o, da "müsəlləh əsgərə" çevrilib, qələmini silahla əvəz etdi. Yazıçı oxucularda düşmənə 

qarşı dərin nifrət, vətənə məhəbbət hissləri aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi 

keçmişimizə, el qəhrəmanlarına, folklor nümunələrinə müraciət edərək bir sıra hekayələr yazdı, 

əsgərlərlə görüşlər, söhbətlər keçirmək üçün yazıçı briqadaları ilə bərabər Azərbaycan 

diviziyalarında oldu, digər tərəfdən, əsasən bir nasir kimi tanınmış ədib, ədəbiyyatın başqa bir 

sahəsində – dramaturgiyada qələmini sınadı. 1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, 

mövzusu Böyük Vətən müharibəsindən götürülmüş "İntizar" pyesini qələmə aldı. Əsər 1944-cü 

ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və 

dramaturq İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx 

yaradıcılıq əməkdaşlığının əsası belə qoyulmuşdu. Bundan sonra yazıçı Milli Teatrımız üçün 

"İşıqlı yollar" /1946/ və "Bahar suları" /1947/ pyeslərini qələmə aldı. 40-cı illərin axırlarında 

İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları 

təkcə oxucuları deyil, eyni zamanda ədəbiyyatşünas alimləri də sevindirirdi. Yazıçının 

yaradıcılığı, çap etdirdiyi hər bir yeni əsəri tənqidçilərin diqqətindən yayınmırdı. Lakin gənc 

yazıçı İ.Əfəndiyev Bakıya gəldiyi ilk gündən Əbülhəsən, Ə.Vəliyev, S.Rəhman, M.Cəfər, 

M.Hüseyn, S.Vurğun, S.Rəhimov, M.Arif, Ə.Ağayev, A.İsgəndərov, Adil Əfəndiyev və onlarla bu 

kimi sənətkarların əhatəsində olmuş, hər gün onların təsirini hiss etmiş, nəzər- diqqətindən 

kənarda qalmamış və yetkinləşmişdir. Yazıçı həmin xeyirxah insanları xatırlayaraq sonralar 

qeyd etmişdir ki, "mən ədəbiyyatımızda onların yerini boş görürəm. Yazıçılardan S.Vurğun da, 

Əli Vəliyev də, Mehdi Hüseyn də, Süleyman Rəhimov da o şəxslərdir ki, o zaman ədəbi gənclik  

 



Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə