Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə5/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
1   2   3   4   5   6   7   8

Ilyas Əfəndiyev - 100

 

İlyas Əfəndiyevin təkcə bir teatrın – Akademik Milli Dram Teatrının 

səhnəsində 19 pyesi tamaşaya qoyulmuşdur və bu, müasir dünya teatr 

tarixində analoqu olmayan bir hadisədir.  

Həmin tamaşalar bunlardır:  

 

     1.”Intizar”  – ilk tamaşası 26 dekabr 1944-cü ildə oynanılıb. Quruluşçu rejissoru Səftər 



Turabov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Əfrasiyab Bədəlbəyli idi.  

 

     2.”Işıqlı yollar” – ilk tamaşası 19 iyul 1947-ci ildə oynanılıb. Quruluşçu rejissoru Adil 

Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı, 

bəstəkarı Fikrət Əmirov idi.  

 

     3. “Bahar suları” – ilk tamaşası 11 dekabr 1948-ci ildə oynanılıb. Quruluşçu rejissoru Adil 



Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı, 

bəstəkarı Səid Rüstəmov idi.  

 

     4. “Atayevlər ailəsi” – (ilk tamaşası 9 oktyabr 1954-cü ildə oynanılıb). Quruluşçu rejissoru 



Tofiq Kazımov, quruluşçu rəssamı Sadıq Şərifzadə, bəstəkarı Niyazi idi. (Həmin tamaşa 

yenidən bərpa olundu və 4 dekabr 1960-cı ildə ilk tamaşası göstərildi.)  

 

     5. “Sən həmişə mənimləsən” – 14 noyabr 1964-cü ildə oynanıldı. Quruluşçu rejissoru Tofiq 

Kazımov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Fikrət Əmirov idi.  

 

     6. “Mənim günahım” – ilk tamaşası 5 may 1967-ci ildə oynanıldı. Quruluşçu rejissoru Əşrəf 



Quliyev, quruluşçu rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Sultan Hacıbəyov idi.  

 

     7. “Unuda bilmirəm” – ilk tamaşası 1 noyabr 1968-ci ildə oynanıldı. Quruluşçu rejissoru – 



Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin Sabitoğlu idi.  

 

     8. “Məhv olmuş gündəliklər” – ilk tamaşası 29 noyabr 1969-cu ildə oynanıldı. Quruluşçu 

rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin Sabitoğlu idi.  

 

     9. “Mahnı dağlarda qaldı” – ilk tamaşası 12 fevral 1971-cti ildə oynanılıb. Quruluşçu rejissoru 

Əliheydər Ələkbərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Süleyman Ələsgərov idi.  

 

    10. “Qəribə oğlan” – ilk tamaşası 17 fevral 1973-cü ildə oynanılıb. Quruluşçu rejissoru Ağakişi 



Kazımov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Emin Sabitoğlu idi.  

 

     11. “Bağlardan gələn səs” – ilk tamaşası 1 oktyabr 1975-ci ildə oynanılıb. Quruluşçu 



rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi. 

  

     12. “Xurşid banu Natəvan” – ilk tamaşası 11 sentyabr 1981-ci ildə oynanılıb. Quruluşçu 



rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Arif Məlikov idi.  

 

     13. “Büllur sarayda” – ilk tamaşası 17 sentyabr 1983-cü ildə oynanılıb. Quruluşçu rejissoru 



Ağakişi Kazımov, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Oqtay Kazımov idi.  

 

     14. “Şeyx Məhəmməd Xiyabani” – ilk tamaşası 20 dekabr 1986-cı ildə oynanılıb. Quruluşçu 

rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, musiqisi isə seçmə 

tərtibatlı idi.  

 

 



Ilyas Əfəndiyev - 100

 

     15. “Bizim qəribə taleyimiz” – ilk tamaşası 9 aprel 1988-ci ildə oynanılıb. Quruluşçu rejissoru 

Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi





 

 

     16. “Sevgililərin cəhənnəmdə vüsalı” – ilk tamaşası 21 aprel 1989-cu ildə oynanılıb. 



Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rasim Nəzirov, bəstəkarı 

Cavanşir Quliyev idi.  

 

     17. “Tənha iydə ağacı” – Akademik Milli Dram Teatrı təmirdə olduğu üçün, ilk tamaşa 6 mart 



1991-ci ildə Respublika Sarayında oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, 

quruluşçu rəssamı Rafiz Ismayılov, bəstəkarı Cavanşir Quliyev.  

 

     18. “Dəlilər və ağıllılar” – Akademik Milli Dram Teatrının təmiri uzandığı üçün, ilk tamaşa 9 



noyabr 1992-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində oynanılıb. Quruluşçu 

rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiq Abdullayev, bəstəkarı Vasif 

Adıgözəlov idi. Bu tamaşa İlyas Əfəndiyevin özünün gördüyü sonuncu premyera idi.  

 

     19. “Hökmdar və qızı” – altı il çəkən təmirdən sonra Akademik Milli Dram Teatrı 1996-1997-ci 



il teatr mövsümünü ilk tamaşası 17 noyabr 1996-cı ildə oynanılan bu əsərlə açdı. Quruluşçu 

rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Ismayıl Məmmədov, musiqisinin tərtibatında 

isə Vasif Adıgözəlovun və Polad Bülbüloğlunun əsərlərindən istifadə olunmuşdu.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Ilyas Əfəndiyev - 100

 

Elm və mədəniyyət xadimləri 

İlyas Əfəndiyev haqqında 

İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də 

yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında 

həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm 

də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks 

edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə 

izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də 

nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi 

tərbiyəsində fəal iştirak edir.  

                                                                           HEYDƏR ƏLİYEV  



                                                                          Ümummilli lider 

 

İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların 

zəhmətini parlaq və real boyalarla göstərir...  

Biz «Bahar suları» əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız 

maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı 

yaradılır.                                                                                                           SƏMƏD VURĞUN  



Xalq şairi

  

Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul 

Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir 

birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə 

ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin 

nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da 

eyni şeyi söyləmək mümkündür. 

NAZİM HİKMƏT 

Türk şairi

 

 

 

İlyas Əfəndiyev yenə də öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını 



təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist 

dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.  



MEHDİ HÜSEYN  

Xalq yazıçısı 

Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin 

yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar 

toplu və dolğun bir çiçəklikdir.  

İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii 

əsər üçün vacib xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun 

çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək sərf edir, bu da 

nəticəsiz qalmır, onun əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin 

mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz.  

 MİRZƏ İBRAHİMOV  



 Xalq yazıçısı,akademik

  

 


Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə