Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə6/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
1   2   3   4   5   6   7   8

Ilyas Əfəndiyev - 100

 

İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan

rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı 

nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır... İlyas nəsri onun 

dramartugiyasına, dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək göstərir. İlyasın nəsri 

də, dramartugiyası da ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun 

romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni - oxucunu 

yormur... 



SÜLEYMAN RƏHİMOV  

Xalq yazıçısı

 

 İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi diqqət verir və qələmə 

alır.  Onun  qəhrəmanları  dövrümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb 

yaratmaqdan, xarüqələr yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal 

əməklə ömür sürən, əliəyrilərə, gözüdağmıqlara, vəziyyətdən sui-istifadə edən şöhrətpərəstlərə 

qarşı barışmaz olan bu adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol tapır, özünü 

sevdirir.  

ƏLİ VƏLİYEV 

 

 

Xalq yazıçısı 

 

«Bahar suları» əsəri müharibədən sonrakı kəndimizin real həyatından alınmışdır. Burada hadisə 

və tiplər canlı və həyatidir. Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir. 

Əsərdə sovet adamlarının həyatında ola bilən və ya konfliktlər, tamaşaçını intizarda qoyan 

səhnələr, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri 

də adamların müasir zövqü ilə əlaqədar verilmişdir... Buradakı adamlar ümumi mənafeyini öz 

şəxsi mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni adamlardır.  

                                                                                                                           CƏFƏR XƏNDAN  

 Professor

 

İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz deməyə çalışan, 

müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus xətti ilə başqalarından seçilən 

qələm sahibidir. Mən onu hələ müharibə illərində yazdığı lirik-romantik hekayələri ilə sevmişəm. 

Bu sevgi ildən-ilə artmış, heç zaman azalmamışdır. Ona görə ki, İlyas adi həyat hadisələrini 

olduğu kimi, adi şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir sözlə - 

sənətin ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.  

BƏXTİYAR VAHABZADƏ 

 

 

Xalq şairi,

 

akademik

 

İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. 

Heç bir statistika tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan teatrının 

repertuarındakı əsərlərinin sayı etibarı ilə o, müasir dramaturqlarımız arasında birinci yeri tutur... 

İ.Əfəndiyev əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin qarşılıqlı 

münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini 

məhz yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.  

BƏKİR NƏBİYEV  

Akademik

 

Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cabbarlıdan sonra teatrımız üçün 

yananlardan biri də İ.Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində... aləlvan rənglərə, naxışlara 

rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də 

mən deyərdim ki, elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar 

təkcə xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda qalırlar.  



SƏİD RÜSTƏMOV  

Xalq artisti, bəstəkar

 

 



 

Ilyas Əfəndiyev - 100

 

İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş verən təbəddülatı əks etdirməyə 

çalışan, psixoloji ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun 

əsərlərində, xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt xatirinə düzəldilmiş səhnələr 

yoxdur. O, həmişə qəhrəmanların səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini 

psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görünən konfliktləri genişləndirib 

siyasi məna və mahiyyətlə zənginləşdirir. 

 

İSMAYIL ŞIXLI  

Xalq yazıçısı

 

Mən İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və ədəbi ictimaiyyət 

tərəfindən hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii keyfıyyətində, sənətkarlıqla 

yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxunmaq, onlardan bədii əsərlərdə 

vətəndaşlıq məsuliyyəti ilə söz açmaq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri 

vəzifələrindən biridir... 



HÜSEYN ABBASZADƏ  

Xalq yazıçısı 

 

 Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacın həyat 



eşqi kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət 

yaratmaq xatirinə meyl etmir. Onun lirikası qəhrəmanların psixoloji vəziyyəti ilə və bilavasitə 

yaranmış zəruri situasiya ilə bağlı olur.  

ƏLİ ZEYNALOV 

 

Xalq artisti

 

 

 İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də 



Nərmini xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun 

üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə 

də Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları 

qələmə alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir.  

 AMALYA PƏNAHOVA  

 Xalq artisti 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə