Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə7/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
1   2   3   4   5   6   7   8

Ilyas Əfəndiyev - 100

 

Həyat və yaradıcılığının əsas tarixləri

 



 

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan 

olmuşdur.  



 

1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və 2-ci dərəcəli partiya 

məktəbində dil və ədəbiyyatdan dərs demişdir.  



 

1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin 

əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə qiyabi olaraq coğrafiya fakültəsini bitirmişdir.  



 

1938-ci ilin axırlarında Bakıya gələn İlyas Əfəndiyev «Yeni yol», «Kommunist» və 

«Ədəbiyyat qəzeti» redaksiyalarında işləmişdir.  



 

İlk mətbu əsəri «Buruqlar arasında» oçerki 1938-ci ilin noyabr ayında dərc olunmuşdur.  



 

30-cu illərin axırlarında xırda hekayələri ilə ədəbiyyata gələn yazıçının 1939-cu ildə 

«Kənddən məktublar» adlı ilk kitabı Azərnəşr tərəfındən nəşr edilmişdir.  



 

«Berlində bir gecə» adlı ilk hekayəsi «Ədəbiyyat qəzetində» (1939-cu il 26 yanvar) çap 

olunmuşdur.  



 

İlyas Əfəndiyev 1940-cı il yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul olunmuşdur.  



 

İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan «İntizar» pyesini 

yazır. Əsər 1944-cü ilin dekabr ayında M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrında tamaşaya qoyulmuşdur.  



 

1946-cı ildə yazıçı özünün ilk müstəqil dram əsəri - «İşıqlı yollar» pyesini yazır.  



 

Yazıçının 1947-ci ildə tamaşaya qoyulmuş «İşıqlı yollar» əsəri M.Əzizbəyov adına 

Azərbaycan Dövlət Dram Teatrının 1948-ci ildə Moskva qastrolu zamanı paytaxt 

tamaşaçılarının böyük rəğbətini qazanır.  



 

İlyas Əfəndiyev 1949-cu ildə «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.  



 

Yazıçının rus dilində ilk kitabı («Rasskazı») 1951-ci ildə Bakıda nəşr olunmuşdur.  



 

Yazıçı 1958-ci ildə özünün ilk böyük nəsr əsəri olan «Söyüdlü arx» romanını yazmışdır. 

İlyas Əfəndiyev Azərbaycan yazıçılarının II 

qurultayında  (1954,  aprel)  «Azərbaycan  sovet dramaturgiyası», III qurultayında (1958, 

dekabr) isə «Azərbaycan dramartugiyasının inkişafı haqqında» məruzələri ilə çıxış 

etmişdir.  



 

Ədib 50-ci illərin axırlarından iri həcmli roman və povestlər yazmağa başlamış, «Söyüdlü 

arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə 

Valehin nağılı» (1976-78), «Geriyə baxma, qoca!» (1980), «Üçatılan» (1981), «Qaçaq 

Süleymanın ölümü» (1993), «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» (1996) 

əsərləri oxucular tərəfındən yüksək qiymətləndirilmişdir.  



 

1960-cı ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür.  



 

1964-cü ildə tamaşaya qoyulmuş «Sən həmişə mənimləsən» pyesi ilə Azərbaycan 

səhnəsində lirik-psixoloi dramın əsasını qoymuş, sonralar bu yolu «Mənim günahım» 

(1967),  «Unuda bilmirəm» (1968),  «Məhv  olmuş gündəliklər» (1969), «Qəribə oğlan» 

(1973), «Bağlardan gələn səs» (1976), «Büllur sarayda» (1983), «Bizim qəribə taleyimiz» 

(1988), «Sevgililərin cəhənnəmdə vüsalı» (1989) və s. pyesləri ilə davam etdirmişdir.  



 

İlk tamaşası  1968-ci ildə olmuş «Unuda bilmirəm» pyesi M.Əzizbəyov adına Azərbaycan 

Dövlət Akademik Dram Teatrında 424 dəfə tamaşaya qoyulmuşdur.  



 

Yazıçı Azərbaycan Milli Dram Teatrı üçün 20 pyes yazmışdır ki, bunların da 19-u artıq 

uğurla tamaşaya qoyulmuşdur.  



 

Azərnəşr 1969-73-cü illərdə yazıçının dörd cilddən ibarət «Seçilmiş əsərləri» kitabını 

oxuculara təqdim etmişdir.  



 

Müasir mövzulara daha çox üstünlük verən yazıçı 1971-ci ildə ilk dəfə tarixi mövzuda 

«Mahnı dağlarda qaldı» pyesini yaratmışdır.  



 

Yazıçı 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.  



 

 



Ilyas Əfəndiyev - 100

 



 

İlyas Əfəndiyev 1972-ci ildə «Mahnı dağlarda qaldı» pyesinə görə Azərbaycanın Dövlət 

mükafatına layiq görülmüşdür.  



 

1974-cü ildə yazıçının anadan olmasının 60 illiyi təntənəli surətdə qeyd 

edilmişdir.  Yubileylə əlaqədar olaraq İlyas Əfəndiyev Oktyabr İnqilabı ordeni ilə təltif 

olunmuşdur.  



 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə İlyas 

Əfəndiyevə Azərbaycanın xalq yazıçısı adı verilmişdir. 



 

1984-cü ildə yazıçının anadan olmasının 70 illiyi qeyd olunarkən ona Lenin ordeni 

verilmişdir.  



 

1984-cü ildə «Yazıçı» nəşriyyatı ədibin «Seçilmiş əsərləri»nin 6 cildliyini buraxmışdır.  



 

1994-cü ilin may-iyun aylarında İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi təntənə ilə 

qeyd edildi. Sənət adamları arasında o, ilk dəfə respublikamızın «Şöhrət» ordeni ilə 

mükafatlandırılmışdır.  



 

İlyas Əfəndiyev müxtəlif mövzularda yazılmış 400-dən çox məqalənin müəllifıdir.  



 

Bu günə qədər yazıçının yalnız Bakıda Azərbaycan və rus dillərində 60-a yaxın kitabı 

nəşr edilmişdir.  



 

İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və 

Fəxri xiyabanda dəfn olunmuşdur.  



 

2001-ci ilin mart ayında Respublika Prezidenti cənab Heydər Əliyev yazıçının xatirəsinin 

əbədiləşdirilməsi haqqında sərəncam vermişdir.  



 

2002-ci ildə «Çinar-Çap» nəşriyyatı yazıçının 7 cilddən ibarət «Seçilmiş əsərləri»ni 

Azərbaycan dilində, 2 cilddən ibarət «Seçilmiş əsərlər»ni isə rus dilində çap etmişdir. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə