Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə8/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
1   2   3   4   5   6   7   8

Ilyas Əfəndiyev - 100

 

 

UNUDA BİLMİRİK... 



İlyas Əfəndiyev - nəslin və nəsrin əfəndisi... 

 

Zəngin yaradıcılıq yolu keçən, həyatın acılı-şirinli günlərini yaşayan 

böyük sənətkar 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində 

dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub. 

Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər 

teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Akademik Milli 

Dram Teatrında yazıçının bütün pyesləri səhnələşdirilib. 

Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan 

İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən yüksək 

qiymətləndirilib. Ədibin əsərləri son illər rus dilində, Türkiyə türkcəsində və digər dillərdə 

dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik 

dissertasiyaları yazılıb. 

Biz isə demək istəyirik ki, ustad, ruhun şad olsun! Geriyə baxa bilərsən - burada səni unuda 

bilməyənlər var, körpüsalanlar var, çiçəklənən Azərbaycan var!  

 

“İntizar”da qalmayın, İlyas müəllim, “İşıqlı yollar”, “Bahar suları” durulur, “Sən həmişə... 



bizimləsən” - “Bizə inan”!  

Doğrudur, hələlik “Mahnı dağlarda qalıb”... amma “Bağlardan gələn səs”imiz var, “Bizim qəribə 

taleyimiz” “Maraqlı hadisə”lərlə süslənib, süslənəcək...  

“Qoruqlarda” “Yasəmən ağacı” ətir saçır, “Zəmidə bir turac səslənəcək”... “Kənddən məktublar” 

kəsilməyəcək “Aydınlıq gecələr” gündüz kimi gələcək insanımıza... - çünki “Gözlənilməyən 

sevgi”lər var... “Görüş”lərimiz var, inşallah! Füzulidə, Qarabağda “Gülaçar”, “Su dəyirmanı” 

işləyər və biz “Sən, ey böyük yaradan” şükranlığına qapılarıq yenə. Bu, bir “Abidin yuxusu” 

deyil, ustad, “Həyatın əbədi ahəngi”dir. 

O günü “Qəhrəmanımın nişanlısı” da, “Balıqçılar” da, “Gül satan”lar da, bir “Cavan yolçu” da, 

“Yaylaq qonşumuz” da, “Şəhərdən gələn ovçu” da, “Yun şal” salan da, “Daş hasar” çəkənlər də, 

“Tufandan sonra” yaşananları bilənlər də görəcəklər, inşallah! Çünki “Torpağın sahibi” var! 

Füzilidə, Qarabağın işğaldan azad edəcəyimiz bütün yaşayış məntəqələrində “Söyüdlü arx”lar 

çəkiləcək, “Xan çinar”lar əkəcəyik, “Körpüsalanlar” qollarını çırmalayıb yeni-yeni körpülər 

salacaq, “Dağlar arxasında üç dost” enib gələcək, “Sarıköynəklə Valehin nağılı” oralarda daha 

şirin olacaq. Bax, o vaxt sizi “... dağlarda axtaracayıq”, “...sizin qəribə taleyiniz”lə yeni nəsilləri 

tanış edib, deyəcəyik, buyurun, bu bir  “Ləyaqət hücrəsi”dir!..  

 

 

 



 

 

 



 


 

Ilyas Əfəndiyev - 100

 

Kitabxanalarda təbliği 

Qeyd etmək lazımdır ki, İlyas  Əfəndiyevin çoxşaxəli zəngin irsinin geniş oxucu kütləsinə 

çatdırılması üçün bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar qarşısında 

təxirəsalınmaz vəzifələr durur. Bunun həyata keçirilməsi üçün ilk növbədə geniş və məzmunlu 

tədbirlər planı işlənib hazırlanmalıdır.

 

 

İlyas  Əfəndiyevin bütün əsərlərinin və onun haqqında nəşr olunmuş kitabların, eləcə  də 



dövri mətbuat materiallarının çoxsaylı oxuculara çatdırılması üçün bütün kitabxanalar, xüsusən 

də MKS-lər əyani və şifahi təbliğatın: kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, 

söhbətlərdən, oxucu konfranslarından, sual-cavablardan, biblioqrafik xülasələrdən, məruzə  və 

mühazirələrdən və s. vasitələrdən məqsədə uyğun şəkildə istifadə etməlidirlər. 

 

Əyani təbliğat daha geniş oxucu kütləsinin sistemli şəkildə əhatə edə bilir və onların 



mütaliəsinə müsbət təsir göstərir. Kitab sərgiləri və ədəbiyyata açıq baxış 15-20 gündən tez 

dəyişdirilmir. Kitabxanalarda “İlyas Əfəndiyev -100”, “Xalq yazıçısı”, “Böyük dramaturq” və 

s. başlıqlar altında kitab sərgiləri, kitabxana plakatları, məruzələr və mühazirələr təşkil etmək 

olar. 


“İlyas Əfəndiyev -100” başlıqlı kitab sərgisinin təxmini sxemi. 

 



 

              2 

 





 

                                    5 

                             6 

                                             



1. 

Başlıq:  



“İlyas Əfəndiyev -100” 

 

2. 

İlyas əfəndiyevin şəkli. 

3. 

İlyas Əfəndiyevin seçilmiş əsərləri. 




Ilyas  f ndiyev ­ 100

 

4. 

Sərgidə veriləcək sitatlar: 

 

 

İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də 



yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır.  

 

                                                                                                    



 

HEYDƏR ƏLİYEV  

                                                                                                     Ümummilli lider 

 

 

İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, 



onların zəhmətini parlaq və real boyalarla göstərir...  

.                                                                                                           SƏMƏD VURĞUN  



                                                                                                    Xalq şairi

  

 

  İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi diqqət verir



 

    və qələmə alır.  



 

    

                                                                                                         ƏLİ VƏLİYEV 

 

                                                                                                                          

Xalq yazıçısı 

5.

 Haqqında kitablarda 



6

.

Haqqında dövri mətbuatda 

 

Şairin zəngin yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün uşaq kitabxanalrında sual – 



cavab gecəsindən də istifadə etmək məqsədə uygundur: 

1. 

 Sual: İ.Əfəndiyev nə vaxt və harada anadan olmuşdur? 



       Cavab: İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində      

anadan olmuşdur.  



2. 

Sual: İlk əsəri hansıdır və neçənci ildə dərc olunmuşdur?  

      Cavab: İlk mətbu əsəri «Buruqlar arasında» oçerki 1938-ci ilin noyabr ayında dərc 

olunmuşdur.  



3. 

Sual: İlk tamaşaya qoyulmuş pyesi 

      Cavab: 1964-cü ildə tamaşaya qoyulmuş «Sən həmişə mənimləsən» pyesi ilə Azərbaycan 

səhnəsində lirik-psixoloi dramın əsasını qoymuşdur. 

4. 

 Sual: Dörd cilddən ibarət «Seçilmiş əsərləri» kitabını oxuculara neçənci ildə təqdim 

edilmişdir.  

       Cavab: Azərnəşr 1969-73-cü illərdə yazıçının dörd cilddən ibarət «Seçilmiş əsərləri» 

kitabını oxuculara təqdim etmişdir.  




Ilyas Əfəndiyev - 100

 

5. 

 Sual: Müasir mövzulara daha çox üstünlük verən yazıçı neçənci  ildə  hansı tarixi pyesini 

yarattmışdır? 



      Cavab: 1971-ci ildə ilk dəfə tarixi mövzuda «Mahnı dağlarda qaldı» pyesini yazmışdır.  

6. 

 Sual: İlyas Əfəndiyevə Azərbaycanın xalq yazıçısı adı neçənci ildə verilmişdir? 

      Cavab: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə 

İlyas Əfəndiyevə Azərbaycanın xalq yazıçısı adı verilmişdir. 



7. 

 Sual: İlyas Əfəndiyev neçənci ildə Yazıçılar İttifaqına qəbul olunmuşdur? 

      Cavab: İlyas Əfəndiyev 1940-cı il yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul olunmuşdur.  



8. 

  Sual: İlyas Əfəndiyev neçənci ildə dünyasını dəyişmiş və harda dəfn olunmuşdur?  



       Cavab: İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş 

və Fəxri xiyabanda dəfn olunmuşdur.  

Kütləvi – şifahi işin ən təsirli və geniş yayılmış metodlarından söhbəti, mühazirəni, konfransı 

da göstərmək olar. “Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi”, “Əsrin poetik 



nəsri” və s.adlı söhbət, mühazirə keçirmək olar. Söhbətləri qrup ilə və ayrı-ayrı şəxslərlə 

keçirmək olar.  



Oxucu konfransı keçirilərkən mövzu tam əhatə olunmalıdır. Kitabxanaçı konfransın keçirilməsi 

üçün qabaqcadan ayrıca plan tərtib edir. Planda keçiriləcək tədbirin adı, giriş sözü və cıxış 

edənlərin adları göstərilməlidir.Tədbirdən əvvəl elan və dəvətnamə hazırlanır. Konfransın 

maraqlı keçməsi üçün ziyalılar cəlb edilməlidir. Ilk növbədə kitabxanaçı tədbirin mövzusu üzrə 

məlumat verməlidir. “Həmişə müasir yazıçı” adlı oxucu konfransının mövzuları: 

1.  İ.Əfəndiyevin həyat və yaradıcılığı. 

2. Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi. 

3.  İlyas əfəndiyev yaradıcılığında Qarabağ mövzusu 

4.   Elm və mədəniyyət xadimləri İlyas Əfəndiyev haqqında və s. 

Kitabxanalarda həmçinin disput, dəyirmi masa, kitab müzakirələri də keçirmək olar. 



“Görkəmli nasir” adlı disputun  mövzuları: 

1. İlyas Əfəndiyev yaradıcılığında mənəvi qəhrəmanlığın tərənnümü 

2. İlyas Əfəndiyev yazılarının idrak əhəmiyyəti 

3. İlyas Əfəndiyev vətənpərvər bir yazıçı kimi 

4. Kitabxanalarda yazıçının “Körpüsalanlar” romanının müzakirəsini keçirmək olar. 

Hamıya məlumdur ki, İ.Əfəndiyev yeni hissləri təbliğ edən, canlı, romantik obrazlar yaradan,  




Ilyas Əfəndiyev - 100

 

təsirli lirik səhnələri qələmə alan, müşahidə edib sevdiyi real həyat hadisələrini  ədəbiyyata 

gətirən orijinal bir sənətkardır. Yazıçının lirik planda yazdığı, obrazların  əmək prosesində 

dəyişməsindən, yeni insani münasibətlərin yaranmasından, «mənəvi körpülərin» salınmasından 

bəhs edən «Körpüsalanlar» romanı da belə  əsərlərdəndir. Burada üç gəncin (Səriyyə, Adil və 

Qəribcan) həyata baxışı, hiss və  həyəcanları, ailə-əxlaq normaları, vəfa, sədaqət və yoldaşlıq 

münasibətləri bədii  şəkildə  təsvir edilmişdir. Azərbaycan romanının inkişafında böyük xidməti 

olan yazıçı «Körpüsalanlar» romanında  əvvəllər yaratdığı qadın surətlərindən tamamilə 

fərqlənən Səriyyə kimi orijinal bir obraz yaratmışdır. «Körpüsalanlar» romanı  əmək adamının 

canlı, yaddaqalan obrazlarını yaratmaq sahəsində yazıçı axtarışlarının yeni uğurlu nəticəsi idi. 

Romandakı hadisələrin mərkəzində  təzəcə ailə qurmuş  gənc  ər-arvad - Adillə  Səriyyə durur. 

Adillə Səriyyə yenicə evlənmişlər, inandırmağa çalışırlar ki, bir-birlərini sevirlər. Lakin məsələyə 

dərindən yanaşan müəllif onların qısa həyat yoluna nəzər salmaqla aralarındakı münasibəti 

aydınlaşdırır... On səkkiz yaşlı  Səriyyə  təcrübəsizdir, həyat haqqında təsəvvürü sadədir. O, ər 

evində sanki qeyri-adi bir şəraitə düşür. Şəhərin mərkəzində üçotaqlı geniş mənzil, son üslubda 

bahalı mebellər, torşerlər, daha nələr, nələr... Bir az əvvəl kinoya getmək üçün pul tapmayan 

Səriyyə indi ehtiyacın nə olduğunu bilmir. Adil gözəldir, onunla yaxşı  rəftar edir, hamı  ərini 

tərifləyərək çox irəli gedəcəyini deyir. Buna baxmayaraq Səriyyə narahatdır, nə isə bir şeyin 

çatışmadığını dumanlı olsa da hiss edir. Xoşbəxtliyə müxtəlif prizmalardan baxan bu gənclərin 

məhəbbətlərində sabitlik, bağlılıq hiss olunmur. Adilə görə, xoşbəxt olmaq vəzifə pillələri ilə 

yuxarı qalxmaqdan ibarətdir. Səriyyənin isə xoşbəxtlik haqqında hələlik tam təsəvvürü yoxdur.   

İ.Əfəndiyev «Körpüsalanlar» əsəri təzə nəşr olunduğu illərdə, roman haqqında məqalə yazan 

bəzi tənqidçiləri və «bu necə azərbaycanlı qadındır?» - deyə sual verən oxucuları nəzərdə 

tutaraq göstərmişdir ki, insan var açılmış yolla gedir, insan var ki, yol aça-aça gedir. Mənim 

qadın obrazlarımın böyük əksəriyyəti yol aça-aça gedən insanlardır... Yol aça-aça gedən qadın 

obrazlarımı açılmış yolla gedən qadın obrazlarım kimi təqdim və təsvir etsəydim, onların kədəri 

də, sevinci də, səadəti də saxta, qeyri-səmimi olardı» 

        Bu kitabın müzakirəsi auditoriyanın marağına səbəb ola bilər. 

 

Həmçinin kitabxanalrda “Məhv olmuş gündəliklər” pyesinin də müzakirəsini keçirmək olar. 



İlyas Əfəndiyev respublikamızın mənəvi, ictimai, iqtisadi və s.daxilində gedən prosesləri, onların 

əhəmiyyətini və istiqamətini görüb – duyaraq özünün “Məhv olmuş gündəliklər” pyesində orijinal 

bədii formada təcəssüm etdirib. “Məhv olmuş gündəliklər” pyesinin daxili struktur prinsipi yeni və 

maraqlıdır. Dramaturq ictimai-sosial və publisist-rəmzi kontekstləri qarşılaşdıraraq onların 

kəsişmə nöqtəsində sosial təmayüllü lirik –psixoloji kontekst yaradıb. Müəllifin bu əsərində daha 

sərt, kəskin ovqat, konfliktdə iştirak edən, ayrı-ayrı cəbhələrdə dayanan antoqonist ziddiyyətli 

mürəkkəb personajları görürük. 

Uşaq kitabxanalarında yazıçının “Qızbəs xala”, “Qarımış oğlan”, “Gül satan”, “Apardi sellər 



Saranı” və s. hekayələri üzrə ucadan oxu və hekayə saatı və müzakirə keçirmək olar. 

Yazıçının ilk kitabında  «Kənddən məktublar» povesti ilə yanaşı müxtəlif hekayələri də 

verilmişdir. Bu hekayələr povestlə eyni dövrdə yazılmasına baxmayaraq, sənətkarlıq cəhətindən 

ondan zəifdir. Düzdür, ədib hekayələrində «bütün ömrü boyu haradasa qurdalanan», Çexovun 

«Qılaflı adam» hekayəsinin qəhrəmanı kimi hər  şeyə  şübhə ilə baxan, «ailə qurmaq halva 

yemək deyil ki» fikrinə söykənərək evlənməkdən qorxan, sevməkdən vahimələnən 40 yaşlı 

«cavanları» tənqid ətəşinə tutur /«Qarımış oğlan»/, əyyaşlığı ilə fəxr edib öyünən, yeni-yeni  

 



Ilyas Əfəndiyev - 100

 

«zirvələri fəth edən» lovğa, yalançı Süleyman kimi tipləri /«Uxajor»/, pambıq tarlasına bəzənib-

düzənib, qalstuk taxaraq, gün yandırmasın deyə əlində çətirlə gələn, günlərini küncdə-bucaqda 

boş lağ-lağı ilə keçirən, arvadı  və üç uşağı olmasına baxmayaraq kəndin gözəllərindən olan 

Saraya iki dəfə elçi göndərən, müəllim işləsə  də elm və  mədəniyyətdən xəbərsiz kənd 

«ziyalısını» /«Mirzə  İman»/ ifşa edir. Lakin hiss olunur ki, gənc yazıçının bədii palitrasının lirik 

boyaları satirik və yumoristik rənglərə nisbətən daha parlaqdır. 

Xalqın minillik zəkasının məhsulu olan folklor nümunələrində  əcdadlarmızın istək və arzuları, 

mübarizə tarixi, vətənə  məhəbbəti, düşmənə nifrəti, mərdlik, mübarizlik, əməksevərlik, 

xeyirxahlıq, dostluq, böyüyə hörmət və bu kimi ən gözəl insani keyfiyyətləri  əks olunmuşdur. 

Burada işıqla qaranlığın, xeyirlə  şərin, düzlüklə yalanın mübarizəsi təsvir edilir. Ona görə  də 

şifahi xalq ədəbiyyatı bütün dövrlərdə və bütün yazıçılar üçün tükənməz ilham mənbəyi olmuş, 

ədiblərə  həmişə yeni-yeni mövzular vermiş, onları qiymətli bədii  əsərlər yaratmağa 

ruhlandırmışdır. Bu cəhətdən yazıçının «Qarı dağı», «Qəhrəmanla bülbülün nağılı», «Apardı 



sellər Saranı» və s. hekayələri daha xarakterikdir. 

«Apardı sellər Saranı»  hekayəsində isə ədib başqa bir əfsanəni qələmə almışdı: Soltanın 

arvadı ölərkən dönə-dönə ərindən xahiş edir ki, yeganə körpəsi Saradan muğayat olsun. Soltan 

arvadının xahişinə canla-başla  əməl edir, qızını  tərbiyə edib böyüdür. El-obanın  ən gözəl qızı 

olan Sara Xançobana könül verir, onlar evlənirlər.  Ər arvadını Muğanda qoyub özü qoyun 

sürüsü ilə yaylağa gedir. Bu zaman yadelli işğalçılar doğma yurda hücum edir. Qaniçən Fateh 

Saranı özünə arvad eləmək istəyir,  əvəzində Soltana çoxlu var-dövlət və`d edir. El ağsaqqalı 

ata yeganə  qızını yad nəfəsdən qoruyur, onun düşmən  əlinə keçməsinə razı olmur. Qızını 

kükrəyib daşan çaya atıb həlak edir. 

Yazıçının uşaq  əsərləri arasında  «Yasəmən ağacı», «Almurad baba», «Ceyran ovu», 

«Murad dayının sevinci», «İz ilə», «Zəmidə bir turac səslənirdi», «Yaylaq qonşumuz» və s. 

hekayələri daha çox diqqəti cəlb edir. 

Yazıçı  «Yasəmən ağacı» hekayəsində  məktəblilərin mühüm vəzifələrindən olan 

yaşıllıqların salınması, ağac və gül kollarına qulluq edilməsi, quşların mühafizəsi məsələlərinə 

toxunmuşdur. Təbiət gözəlliklərinə qarşı qayğıkeş və diqqətli olmaq ideyasını təlqin edən İ.Əfən-

diyev, yasəmən ağacının budağını  sındıraraq bülbülün yuvasını dağıdan Cəfər və Nadir kimi 

nadinc, dəcəl uşaqları  tənqid edir. Həmin xoşagəlməz hadisəni görən Aslan müəllim uşaqlara 

deyir: «Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik, biz onun gözəlliklərini məhv 

etmək üçün doğulmamışıq!». Bu sözlər hekayənin əsas ideyasını təşkil edir. 

 

 

 

 

 

 



Ilyas Əfəndiyev - 100

 

İstifadə olunmuş ədəbiyyat siyahısı: 

Əsərləri 

1.  Seçilmiş əsərləri. Yeddi cilddə. 1-ci cild. Hekayələr. Baş redaktor Elçin. Redaktor Dilsuz. 

Bakı: Çinar-Çap, 2002. 447s.  



2.  Seçilmiş əsərləri. Yeddi cilddə. 2-ci cild. Pyeslər. Baş redaktor Elçin. Redaktor Dilsuz. - 

Bakı: Çinar-Çap, 2002. 472 s.  



3.   Seçilmiş əsərləri. Yeddi cilddə. 3-cü cild. Pyeslər. Baş red. Elçin. Red. Dilsuz. -Bakı: 

Çinar-Çap, 2002. 624 s. 1500 nüsxə.  



4.  Seçilmiş əsərləri. Yeddi cilddə. 4-cü cild. Baş red. Elçin. Red. Dilsuz. Xatirələr. Povestlər. 

Romanlar.  Bakı: Çinar-Çap, 2002, 568s.  



5.  Seçilmiş əsərləri. Yeddi cilddə. 5-ci cild. Romanlar. Baş red. Elçin. Red. Dilsuz. Bakı: 

Çinar-Çap, 2002. 616 s.  



6.  Seçilmiş əsərləri. Yeddi cilddə. 

6-cı 

cild. Romanlar. Baş red. Elçin, Red. Dilsuz. Bakı: 

Çinar-Çap, 2002. 424 s.  

 

Haqqında kitablarda və dövri mətbuatda 

7.  Əfəndiyev Əmin. İlyas Əfəndiyev. Biblioqrafık göstərici. - Bakı: Azərnəşr, 1985. - 124 s. 

 8. Əfəndiyev Əmin. İlyas Əfəndiyev və ədəbi tənqid //Ulduz. - 1999. -  №7-8. - s.74-80.  

 9. Əfəndiyev Əmin. İlyas Əfəndiyevin yaradıcılıq yolu //Elturan. - 1999. -  №l-2. - s.43-46. 

 10. Əfəndiyev Əmin. İlyas Əfəndiyevin yaradıcılığı. - Bakı: Elm, 2000.-310 s.  

 11. Əfəndiyev  Əmin.  İlyas   Əfəndiyevin teatr düşüncələri //Qobustan. -2000. - №l. - s.36-40.  

12. İsmayılov Yaqub. İ.Əfəndiyevin yaradıcılıq yolu. - Bakı: Elm, 1991. - 262 s. 

13. Seyidov Y. İlyas Əfəndiyev. Həyatı və yaradıcılığı haqqında müxtəsər oçerk. - Bakı: 

Azərnəşr, 1975. - 235 s. 

 

 

   www.google.az 



 http://ilyasafandiyev.musigi-dunya.az 

 

 



 

 

 



 

 



 

 

 



Redaktor:     MKS-in direktoru  Yeganə Əhmədova 

 Tərtib edən: S.Vurgun adına Mərkəzi Kitabxananın  

                         MBŞ-nin müdiri Təranə Mirzəyeva 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 



 

 

 



Document Outline

  • Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi
  • S.Vurğun adına Mərkəzi Kitabxana
  • Metodika – biblioqrafiya şöbəsi
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100     15. “Bizim qəribə taleyimiz” – ilk tamaşası 9 aprel 1988-ci ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi. 
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  •  Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100
  • Ilyas Əfəndiyev - 100

Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə