Sumqayıt Şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxana Mirzə Fətəli Axundzadə 200



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix28.06.2018
ölçüsü0,57 Mb.
#52249
1   2   3   4   5   6   7   8   9   ...   23

Mirzə Fətəli Axundzadə - 200 

 

 

 

Mirzə  Fətəli  Axundzadənin  200  illik  yubileyinin  keçirilməsi  haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

     2012-ci  ildə  böyük  Azərbaycan mütəfəkkiri, milli  dramaturgiyamızın  banisi, görkəmli  

ictimai  xadim  və   maarifçi  Mirzə  Fətəli  Axundzadənin  anadan  olmasının  200  illiyi  

tamam olur. 

     Bütün  həyatı  boyu  doğma  vətəninin  və  xalqının  tərəqqisi  yolunda   yorulmadan  

çalışaraq  yeni  dövrün  irəli  sürdüyü   mühüm  elmi, mədəni  və  ictimai-siyasi  məsələlərə  

daim  fəal  münasibət  ifadə  edən  və  zamanın qabaqcıl  ideyalarından bəhrələnməyə  çağıran  

yaradıcılığı  ilə  Azərbaycan  mədəniyyətinin  inkişafı  tarixində  parlaq  səhifə  açan  Mirzə  

Fətəli  Axundzadənin  200 illik yubileyinin  təntənəli  surətdə  keçirilməsini  təmin  etmək  

məqsədilə qərara  alıram : 

 1.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  Azərbaycan  

Respublikasının  Xarici  İşlər  Nazirliyi, Azərbaycan  Respublikasının Təhsil  Nazirliyi  və  

Azərbaycan  Milli  Elmlər  Akademiyası  ilə  birlikdə, Azərbaycan  Yazıçılar  Birliyinin  

təkliflərini  nəzərə  almaqla,  Mirzə  Fətəli  Axundzadənin  200 illik yubileyinə həsr  olunmuş  

tədbirlər  planını  hazırlayıb  həyata  keçirsin. 

2. Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn  

məsələləri  həll etsin. 

 

 

 



 İlham  Əliyev, 

Azərbaycan  Respublikasının  prezidenti  

Bakı  şəhəri, 13 aprel 2010-cu il 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4




Mirzə Fətəli Axundzadə - 200 

 

 

Mirzə Fətəli Axundzadə 

 

( Qısa   biblioqrafik  məlumat ) 

 

                                                                  M.F.Axundovun yaradıcılıq yolunu səciyyələndirən  



                                                            tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar   

                                                            hissi keçiririk ki, xalqımız ağır zamanlarda, gerilik, 

                                                            dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz  

                                                            dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir  

                                                            insan yetişdirmişdir... 

                                                                                                                      

                                                                                                                        Heydər  Əliyev.    

                                                                                                                      Ümummilli lider    

 

 



      Son dərəcə  zəngin bir tarixə malik olan XIX əsr bəşəriyyətə bir sıra ölməz dühalar vermiş, 

mühüm ictimai-siyasi hadisələrin, böyük kəşf və ixtiraların şahidi olmuşdur. Mirzə Fətəli 

Axundzadə  da məhz bu dövrün yetirməsidir. O, öz əsrinin qabaqcıl zəkalarında biri, xalqın 

siyasi, mədəni həyatı ilə bilavasitə bağlı olan böyük mütəfəkkir idi. Yüksək istedada, zəhmət 

və mütaliə sayəsində geniş və universal biliklərə, sözün tam mənasında, dövrünün bütün elmi 

nailiyyətlərinə bələd olan dərin zəkalı Axundzadə  qələm çaldığı bütün sahələrdə xüsusi və 

nadir bacarığı olduğunu sübut etmiş, ölməz əsərlər yaratmışdır. Onun qoyub getdiyi elmi-

ədəbi irs olduqca geniş və zəngindir. Axundzadə  bədii ədəbiyyat sahəsində istedadlı şair, 

nasir və dramaturq kimi şöhrət tapmış, məşhur komediyaları ilə dramaturgiyamızın, 

“Aldanmış Kəvakib” hekayəsi ilə isə realist nəsrimizin əsasını qoymuşdur.  

      Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. 

Mirzə Fətəli 1812-ci ildə Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə 

dünyaya gəlib. Atası Məhəmmədtağı vaxtsız rəhmətə getdiyindən Fətəlini əmisi  Axund Hacı 

Ələsgər oğulluğa götürmüşdür.  Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci 

ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə, dahi 

Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə 

Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, 

ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir. 

      Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə 

daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə  Tbilisiyə gedən Mirzə Fətəli Qafqaz 

canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və 

ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə - polkovnik rütbəsi 

verilir.  

     M.F.Axundzadə  bədii yaradıcılığına şeirlə başlayıb. O, şeirlərini "Səbuhi" təxəllüsü ilə 

yazıb. Belə ki, XIX əsrə qədər Azərbaycan ədəbiyyatı əsasən poeziyadan ibarət idi. Onu janr 

etibarilə zənginləşdirmək birinciliyi də M. F. Axundova məxsusdur. Realist - demokratik 

ədəbiyyatın, yeni dramaturgiya və nəsrin, materialist tənqid və estetikanın yaranması ancaq 

onun adı ilə bağlıdır.  

 

5



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə