Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxana



Yüklə 99,66 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü99,66 Kb.
#22618


  

 

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxana 

 

 

Məhsəti Gəncəvi - 900 

 

Şə

rq 


ş

eirinin ilah



ə

si 


 

 

 



 

 

 



 

Biblioqrafik göstərici 

 

 

 



 

Sumqayıt - 2013 

 



 

 



 

Məhsəti Gəncəvi - 900 

 

 

 

 

 

M ü n d ə r i c a t 

 

               I. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin 



      keçirilməsi haqqında Azərbaycan Respublikası 

      Prezidentinin Sərəncamı  ..................................................................    2 

 

               II. Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat  .......   3 

               III. ƏSƏRLƏRİ  ........................................................................................    7 

               3.1.  KİTABLAR .......................................................................................    7 

               3.2.  MƏCMUƏLƏRDƏ VƏ DÖVRI MƏTBUATDA ÇAP  

                       OLUNMUŞ ƏSƏRLƏRI  ...................................................................   7 

               IV.   MƏHSƏTI GƏNCƏVINİN HƏYAT VƏ YARADICILIĞI         

                      HAQQINDA  ......................................................................................    8 

               4.1.  KITABLAR  .......................................................................................    

               4.2. DÖVRI MƏTBUATDA ÇAP OLUNMUŞ MƏQALƏLƏR  ...................    9 

               4.3. DÖVRI MƏTBUATDA ÇAP OLUNMUŞ RESENZIYALAR  ...............   12 

                V.   MƏHSƏTI GƏNCƏVIYƏ HƏRS EDILMIŞ ƏSƏRLƏR  .....................   13 

 

 

 



 

 

 



 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



 

Məhsəti Gəncəvi - 900 

 



 

MƏHSƏTI GƏNCƏVININ YARADICILIĞININ 900 ILLIK 

YUBILEYININ KEÇIRILMƏSI HAQQINDA AZƏRBAYCAN 

RESPUBLIKASI PREZIDENTININ                                       

SƏRƏNCAMI 

      Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış 

nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri 

vardır. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri 

duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı 

dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir. Şairənin ədəbi 

şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü 

kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir. Məhsəti 

Gəncəvinin yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin 

və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilmişdir. 

Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti Gəncəvinin 

yaradıcılığının 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq qərara alıram:  

   1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan    

Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə   

Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini 

nəzərə almaqla, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr 

olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

      2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn    

məsələləri həll etsin. 

 

 



 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 16 yanvar 2013-cü il. 



 

 

 

 

 


 

 

Məhsəti Gəncəvi - 900 

 

II 

MƏHSƏTI  GƏNCƏVININ 

HƏYAT VƏ YARADICILIĞI HAQQINDA MƏLUMAT  

 

 



 

     



Məhsəti xanım Azərbaycan xalqının mənəvi aləminin

    bəşəriliyini, böyüklüyünü və insanpərvərliyini tərənnüm edən 

görkəmli söz sərrafıdır.

 

 



 

 

 

Heydər Əliyev

 

               Azərbaycanın intibah tarixində xüsusi yeri olan, qədim və zəngin milli 



- mədəni dəyərlərə malik Gəncə şəhərinin dünyaya bəxş etdiyi Şeyx Nizami,  

Əbül-Üla Gəncəvi, Ömər Gənci, Qivami Gəncəvi kimi dahilər sırasında ilk  

məşhur Şərq şairi, mütəfəkkiri, ilk şahmatçı qadın, ilk görkəmli musiqiçi qadın,    

ilk bəstəkar Məhsəti Gəncəvinin özünə məxsus yeri vardır. 

                 Məhsəti Gəncəvi təqribən 1089- cu ildə Gəncə şəhərində doğulmuş,   

ömrünün sonuna kimi burada yaşamışdır. Tədqiqatçıların verdiyi məlumata 

görə, onun əsil adı Mənicə idi. Məhsəti adını isə özünə təxəllüs kimi 

götürmüşdü. 

        Məhsəti yaxşı təhsil almış və bir çox şəhərlər və vilayətlərdə olmuşdur:  

Rum, Mərv, Bəlx, Nişapur, Herat, Xoracan, İraq, Zuzən, Arran və s.  

        Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, orada keçirilən 

ədəbi məclislərdə iştirak etmişdir. Bu məclislərdə mütləq cənqdə, udda, 

bərbəddə, əbrişimdə, neydə və təmburda musiqi ifa olunarmış. Deyilənə görə, 

Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən 

söylədiyi bir rübai çəkmişdir: “Göylər sənə gümüşü xalça göndərib ki, atının 

nalı bulanmasın”. Sultan bu rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (“Ən 

böyük”) adı ilə mükafatlandırmış və onu öz yaxın  əhatəsinə qəbul etmişdi. 

Məhsəti Sultan Səncənin sarayından qayıtdıqdan sonra otuz ilə yaxın doğma 

Gəncədə məsləkdaşları, dost və tanışları içərisində yaşamış, yazıb 

yaratmışdır. 

           Böyük şairənin həyatı barədə məlumatlara əsasən, əlyazma nüsxələri 

Azərbaycan əlyazmalar İnstitutunda və Londonda saxlanılan XIII əsrə aid 

edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülmüşdür. 

      Məhsəti Gəncəvinin əldə  olan əsərləri başlıca olaraq rübailərdir. 

 



 

 



Məhsəti Gəncəvi - 900 

 

 Ancaq    əsərlərindən bəlli olur ki, şairə təkcə rübai deyil, XII yüzillikdə geniş 



yayılmış məhəbbət və ictimai mövzulu qəzəllər də yazmışdır. Şairənin qəzəllər 

deməsini onun aşağıdakı rübaisi də aydın göstərir 

Səndə rahatlanar bütün yaranan, 

            Yox məşuq demirəm, sən bir məəbudsan 

                                        Qəzəldə xətti-xal adını çəksəm, 

    Bəhanədir, qəsdim tək sənsən inan! 

Bu günə kimi Məhsətinin yalnız bir bütöv qəzəli, bir neçə qəzəlindən parçalar 

və 200 yaxın rübaisi üzə çıxmışdır. 

       Məhsəti Gəncəvinin ilk şeirləri başlıca olaraq məhəbbət mövzusunda 

yazılan rübailərdən ibarətdir. Bu rübailərdə sadəlik, şəh ruhi insan 

şəxsiyyətinə, onun böyüklük və ucalığına inam başlıca cizgilərdəndir. 

            Şairə insanı - onun böyüklüyünü, vüqarını, gözəlliyini tərənnüm edir, 

həm də insan gözəlliyi Məhsəti şeirində onun insan səadəti haqqında arzuları 

ilə səsləşir:  

Pərilər, hurilər xəcil üzündən, 

                                        Üzün işıqlıdır ilıqdır Gündən. 

Hamı arzulayır görsün üzünü, 

         Göz yaşı qoy uzaq olsun gözündən. 

       Məhəbbət mövzusu Məhsəti xanımın yaradıcılığının baş mövzusu 

olmuşdur. Odur ki, XII yüzillikdə rübai janrında məhəbbəti inandırıcı və fəlsəfi 

çalarlarla tərənnüm etməkdə Məhsəti birincilərdən olmuşdur. 

        Məhsəti son dövr yaradıcılığında qocalıqdan şeirlər yazsa da, ruhdan 

düşməmiş, bu kimi rübai və qəzəllərində də özünə sadiq qalmış, nikbin 

olmuşdur. Bu qəzəlini şairənin ölümünün yaxınlaşdığını duyduğu  anlarda 

yazdığını düşünmək olar. 

Həmişə gül üzdə bu təravət sənə qalmaz, 

        Həm  xəstə ürək, can kimi dövlət sənə qalmaz. 

  Mən gül üzünü bağda təravət gülü sandım, 

     Yarpağını tökər, güldən əlamət sənə qalmaz. 

       Dünyaya görən sən nə qədər söykənəcəksən? 

Ruhun uçar, axırda əmanət sənə qalmaz. 

  Bircə göz açınca bu qədər naz olar, ey gül? 

   Eşqindəki, hüsnündəki şövkət sənə qalmaz. 

       Məhsəti Gəncəvinin  bədii yaradıcılığı XII yüzillikdəki Azərbaycan şeirinin 

inkişaf tarixində ayrıca yer tutur. O, dövrünün qabaqcıl intibah  

ideyalarını tərənnüm  etdiyi kimi, əsərlərinin bədii xüsusiyyətləri ilə də yeni

gözəl və təkrarolunmazdır. 

        



 

 



Məhsəti Gəncəvi - 900 

 

       Məhsəti, bütün yaradıcılığında Aəzrbaycan el ədəbiyyatından, xalq bədii 

ifadə və məsəllərdən, təşbeh və istiarələrdən bol-bol istifadə etmiş, təşbehin 

ən gözəl nümunələrini yaratmışdır. Məhsəti bənzətmələri öz gözəlliyi və 

bədiiliyi ilə orijinal və çox çeşidlidir. Bu böyük söz ustadının yaradıclığının daha 

dərindən öyrənilməsi Azərbaycan və dünya ədəbiyyatı üçün böyük bir 

ərmağan sayılır. 

        Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrinin əsərlərində onun 

adına təsadüf olunur. Məhsəti bəzən Dəbir deyə xatırlanır. XII-XIII əsrlərdə 

yaşamış görkəmli İran şairi Fəridəddin Əttar “İlahinamə” poemasında 

Məhsətiyə həsr etdiyi hekayəni belə başlayır: 

 

  



   O təmiz gövhərli Məhsəti  Dəbir, 

 

  



   Olmuşdu Səncərlə dil bir, könül bir, 

 

             Camalı deyildi ay kimi parlaq, 



  Qəlbdən bağlanmışdı, şah ona ancaq.... 

      Azərbaycan xalqı öz böyük şairəsinin yaradıcılığını  və yüksək şəxsiyyətini 

dəyərləndirərək ona doğma şəhəri olan qədim Gəncədə abidə ucaltmışdır. 

Onun adına ayrıca muzey və məktəblər açmışdır. Məhsəti yaradıcılığından 

Azərbaycanın qadın şairləri  Xurşid Banu Natəvan, Heyran xanın Dünbüli, Aşıq 

Pəri, Kəminə xanım, Pərvin xanım Etisaminin yaradıcılığına doğru uğurlu və 

işıqlı bir yol açmışdır. Məhsəti Gəncəvi yalnız Azərbaycan ədəbi məktəbini 

deyil, dünya ədəbi fikrini mənalı söz inciləri ilə bəzəyən böyük söz ustalarından 

biri olmuşdur. 

        Məhsəti Gəncəvinin həyat vəyaradıcılığı hələ şairənin  öz sağlığında 

diqqəti cəlb etmiş, şəxsiyyəti  əfsanəviləşdirilmiş, həyatı və ictimai fəaliyyəti 

haqqında XIII əsrin sonunda Məhəmməd Gövhəri “Məhsəti və Əmir Əhməd” 

dastanını yaratmışdır. XIV əsr təzkirəçilərindən Həmdullah  Mustovi  Qəzvini 

“Tarixe-qozidə” əsərində  “Həft iqlim”,

  

Dövlətşah



 

Səmərqəndinin “Təzkirətüş-

şüəra” əsərllərin şair haqqındakı məlumatları  genişləndirilmişdir. Məhsətinin 

daha geniş araşdırıılması işi XX yüzilliyin 50-60-cı illərində başlanmışdır. 

Çağdaş qadın şairlərimizdən Nigar Rəfibəyli Məhsəti rübailərindən yüksək 

sənətkarlıqla tərcümələr etmişdir. Azərbaycan alimlərindən Xəlil Yusifov və 

Rəfael Hüseynov Məhsəti yaradıcılığı ilə bağlı tədqiqat işləri aparmışlar. 

      İranda şairənin ayrı-ayrı kitabxanalarda əlyazma şəklində olan əsərləri 

toplanmış, 1960- cı illərin əvvəllərində divanı tərtib edilmişdir. Avropa 

ölkələrində  də məhsətişünaslıq müəyyən inkişaf yolu keçmiş, 1967- ci 

ildə alman  alimi Erits Mayer “Die SHONE Mahsati” (“Gözəl Məhsəti”) adlı 

önəmli bir əsər yazmışdır. 

       Bu gün Məhsəti  yaradıcılığının tədqiqi yönündə yeni araşdırmalar aparılır, 

monaqrafiyalar  yazılır. 




 

 



Məhsəti Gəncəvi - 900 

 

      Bütün bunlardan sonra demək olr ki, XII yüzillikdə  dünyanın heç bir 



xalqının ədəbiyyatında “ Məhsəti  qüdrətli,  Məhsəti  səviyyəli və Məhsəti 

istedadlı bir qadın şair  görünmür. Məhsəti yaradıcılığı  məhəlli çərcivələri 

vurub keçən, bəşərin  malı olan, sənət inciləri qələmə alan bir sənətkar kimi 

dünya  ədəbiyyatındakı ən üstün şairlərdəndir”. Həm klassik, həm də müasir 

olan Məhsəti Gəncəvi Şərq şeirinin gəncəli ilahəsi idi.... 

       Ulu öndər Heydər Əliyevin 1972-1975-1980-ci illərdə xüsusi qərarları ilə 

Azərbaycan intibahının parlaq nümayəndəsi Məhsəti Gəncəvinin rübailəri 

təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dilinə tərcümə 

edilmişdir. Bununla yanaşı 1980-ci ildə  doğma yurdu Gəncə şəhərində heykəli 

ucaldılmışdır. Məhsətinin adına  Gəncə şəhərində möhtəşəm Mədəniyyət 

evinin inşasına başlanmış, ən nəhayət Azərbaycan şairəsi və mütəfəkkiri 

Məhsəti Gəncəvinin 900 illik yubileyinin YUNESKO tərəfindən  29.10.2012-ci il 

tarixli qərarı ilə qeyd olunması şairənin zəngin irsinə verilən dəyərdir. Şairənin 

900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçıısı Paul Smitsin Məhsəti 

Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilərək tərcümə və 

nəşr edilmişdir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



Məhsəti Gəncəvi – 900

 

 

III 

      

ƏSƏRLƏRİ: 

      3.1. KİTABLAR 

 

1. Rübailər / Tərc. edən N. Rəfibəyli, X. Yusifli. - B.: Lider nəşriyyatı, 2004.- 

144 s.   

 

2. Rübailər / Tərc. edən N. Rəfibəyli. - B.: Gənclik nəşriyyatı, 1981. – 44 s. 

 

3. Rübailər / Tərc. edən N. Rəfibəyli. - B.: Azərnəşr, 1975. - 72 s. 

 

4. Rübailər / Tərc. edən N. Rəfibəyli. - B.: Azərnəşr, 1961. - 72 s. 

 

 



3.2.  MƏCMUƏLƏRDƏ VƏ DÖVRI MƏTBUATDA  

ÇAP OLUNMUŞ ƏSƏRLƏRI 

 

5. Rübailər / Tərc edən N. Rəfibəyli, Ə. Vahid // Azərbaycan klassik  

ədəbiyyatından seçmələr. 3 c-də. C. 1. - B.: Şərq-Qərb, 2005. - S. 312-335. 

 

6. Rübailər // Az söylə söz söylə. - B.: Maarif, 1992. - S. 102-103. 



 

        7. Rübailər / Tərc edən N. Rəfibəyli // Azərbaycan qadın şairləri antologiyası.  

  - B.: Avrasiya- Press, 2005. - S. 12-19. 

 

 8. Rübailər // Gəlimli, gedimli dünya... - B.: Gənclik, 1979. - S. 97. 



 

 9. Rübailər / Tərc edən N. Rəfibəyli // Xaqani, Nizami, Füzuli, Məhsəti və 

  başqaları. Seçilmiş əsərləri.  - B.: Gənclik, 1987. - S. 323-350. 

 

10. Rübailər /Tərc edən M. Sultanov //Rübailər aləmində. - B.: Azərnəşr, 1989. 



–S. 20-39. 

 

 11. Rübailər // Sevdiyim şeirlər. 2 c - də. C. 1. - B.: Gənclik, 1978. - S. 16-20. 



 

12. Rübailər /Tərc edən Ə. Vahid və başqaları // VII - XII əsrlər Azərbaycan 

şeiri. 20 c- də. C. 2. - B.: Elm, 1989. - S. 358-384. 

                                         

                                                       * * * 

        13.  Rübailər // Azərbaycan. - 2006. - № 4. - S. 3-5. 

 

 14. Rübailər // Ədəbiyyat və incəsənət. - 1975. - 27 dekabr. - S.16. 



 


 

Məhsəti Gəncəvi - 900 



 

IV 

IV.   MƏHSƏTI GƏNCƏVINİN HƏYAT VƏ YARADICILIĞI HAQQINDA                  

4.1.  KITABLAR 

 

15. Ağsaqqallıq. Ağbirçəklik : [Məhsəti Gəncəvinin zəngin daxili aləmi, 

uzaqgörənliyi, məşəqqətlərə sinə gəlməsi və el anası kimi tanınması haqqında] 

// Azərbaycan etnoqrafiyası. 3 c-də. C. 3. - B.: Şərq- Qərb. 2007. - S. 130 - 131. 

 

16. Ədəbiyyat : [XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvi 



haqqında] // Azərbaycan etnoqrafiyası. 3 c-də. C. 3. B.: Şərq - Qərb, 2007. - S. 

307 - 308. 

 

17. Mənisə xatın Məhsəti Gəncəvi : (491-584/1098-1188): [XII əsrin görkəmli 



Azərbaycan şairəsi Məhsəti Gəncəvi haqqında] // Azərbaycan ədəbiyyatı tarixi. 

 6 c-də. C. 2. - B.: Elm, 2007. - S. 368-385. 

 

 18. VII - XII əsrlərdə Azərbaycan ədəbiyyatı : [XII əsrdə yaşamış şairə 



Məhsəti Gəncəvi haqqında] // Azərbaycan ədəbiyyatı tarixi. 3 c-də. C. 1. - B.: 

Azərbaycan, SSR EA - sı nəşriyyatı, 1960. - S. 81-83. 

 

19. Ədəbiyyat : [XII əsrdə yaşamış şairə Məhsəti Gəncəvi haqqında] // 



Azərbaycan Milli Ensiklopediyası. - B.: Azərbaycan Milli Ensiklopediyası, 2007. 

- S. 737. 

 

20. Məhsəti Gəncəvi : [XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti 



Gəncəvi haqqında] // Azərbaycan Sovet  Ensiklopediyası. 10 c-də. C. 6. - B.: 

Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1982. - S. 542. 

 

21. XI - XIII əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Ədəbiyyat : [XII əsr 



Azərbaycan poeziyasının görkəmli nümayəndəsi şairə Məhsəti Gəncəvi 

haqqında] // Azərbaycan tarixi. 7 c- də. C. 2. - B.: Elm, 2007. - S. 534 - 535. 

 

22. Məhsəti xanım Gəncəvi: [XII əsrdə yaşamış şairə Məhsəti Gəncəvi 



haqqında maraqlı əhvalat] // Azərbaycan yazıçılarının həyatından dəqiqələr. - 

B.: Gənclik, 1979.  - S. 21-22. 

 

23. Məhsəti Gəncəvi : [XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvi haqqında] 



 // Cəfərov T. Məktəblinin ədəbiyyat lüğəti. - B.: “Ayna Mətbu evi”, 2007. -  

S. 117-118. 

 

24. Yusifli, X. Rəvayətlər dumanı arxasından boylanan sənətkar: [XII əsrdə 



yaşamış şairə  Məhsəti Gəncəvinin yaradıcılığı haqqında]. // Gəncəvi M.  

Rübailər. - B.: Lider Nəşriyyatı,  2004. - S. 4 - 40. 

 



 

 



Məhsəti Gəncəvi - 900 

 

 



25. Hüseynov, R. Məhsəti necə varsa : [Kitabda XII əsr Azərbaycan şairəsi  

Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edilir] - B.:Yazıçı, 1989. - 

336 s. 

 

26. Azərbaycan mədəniyyətinin başlıca inkişaf istiqamətləri : [Məhsəti 



Gəncəvi haqqında qısa məlumat] // Qasımov X. Orta əsrlərdə Azərbaycan 

mədəniyyət. – B.: Aspoliqraf,  2008. - S.128. 

 

27. Məhsəti Gəncəvi : [XII əsrdə yaşamış şair Məhsəti Gəncəvinin yaradıcılığı 



haqqında] // Gəncəvi M. Rübailər aləmində. - B.: Azərnəşr, 1989. - S. 18-19. 

 

28. Məhsəti Gəncəvi : [XII əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi 



Məhsəti Gəncəvi haqqında] // Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. 

- B.: Ozan, 2008. - S. 103- 118. 

 

29. Məhsəti Gəncəvi : [Məhsəti Gəncəvinin yaradıclığı haqqında] // Səfərli Ə., 



Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. - B.: Maarif, 1982. –  

S. 59-65. 

 

30. Məhsəti Gəncəvi : [Məhsəti Gəncəvi haqqında] // Tərbiyət M. 



Danışməndani - Azərbaycan. - B.: Azərnəşr, 1987. - S. 220. 

 

31. Məhsəti Gəncəvi : [Şairə Məhsəti Gəncəvi haqqında]. // “Varlıq” 



ensiklopedik toplu. - B.: Zaman, 1998. - S. 205. 

  

 



4.2. DÖVRI MƏTBUATDA ÇAP OLUNMUŞ MƏQALƏLƏR 

 

32. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi 



haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // 

Azərbaycan. - 2013. – 17 yanvar. - S. 1. 

 

                                                   *  *  * 



 

33. “ Məhsəti Gəncəvi nəğmələri” : [Görkəmli Azərbaycan şairəsi Məhsəti 

Gəncəviyə həsr olunmuş eyniadlı kitab haqqında] Mədəniyyət. - 2013. - 13 

sentyabr. - S. 11. 

 

34. Qafarlı, V.  Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində // Kaspi. - 



2013. – 24-26 avqust. - S. 11. 

 

35. Qurbanəliyeva, S. Məhsəti Gəncəvinin musiqi dünyası // Mədəni həyat. - 



2013. - № 6. - S. 31-33. 


10 

 

 



Məhsəti Gəncəvi - 900 

 

 



36. Nağısoylu, M.  Məhsəti Gəncəvi rübailərinin  Təbriz nəşri // Ədəbiyyat 

qəzeti. - 2013. - 14 iyun. - S.3. 

 

37. Parisdə Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş ədəbi- bədii 



mərasim keçirilmişdir // Respublika. - 2013. - 4 iyun. - S. 3. 

 

38. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 



fransalı iştirakçıları Gəncədə Məhsəti Gəncəvinin yaradıcılığının 900 

illiyinə həsr edilmiş yubiley tədbirində iştirak etmişlər // Azərbaycan. - 

2013. - 1 iyun. - S. 10. 

 

39. Pişnamazzadə, S. Məhsəti Gəncəvi irsinə dövlət qayğısı // Respublika. - 



2013. – 31 may. - S. 7. 

 

40. Əliyev, F. Qədim Gəncə möhtəşəm yubiley ərəfəsindədir : [Görkəmli 



Azərbaycan şairəsi  Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə bağlı Gəncədə 

görüləcək yubiley tədbirləri haqqında] //Azərbaycan. - 2013. - 30 may. - S.10. 

 

41. Xəlilzadə, F. Şərq şerinin gəncəli ilahəsi : [XII yüzilliyin görkəmli söz 



ustadlarından olan Məhsəti Gəncəvi haqqında] // Azərbaycan. - 2013. - 25 may. 

- S.11. 


 

42. Əliyeva, S. Məhsəti Gəncəvinin 900 illik yubileyinə  həsr olunmuş poçt 

markası buraxılmışdır // Xalq qəzeti. - 2013. - 25 may. - S. 7. 

 

43. Əliyev, Ə. Görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi 



YUNESCO- da təntənə ilə qeyd olundu : [Azərbaycanın Mədəniyyət və Turizm 

Nazirliyinin və ölkəmizin YUNESCO yanındakı daimi nümayəndəliyində 

keçirilən təntənəli mərasim haqqında] //Ədəbiyyat qəzeti. - 2013. - 24  may.  - 

S. 1; Mədəni həyat. - 2013. - № 6. - S. 24-25. 

 

44. Parisdə Məhsəti rüzgarı : [Görkəmli şairə Məhsəti Gəncəvinin 900 illiyi 



YUNESCO -da qeyd olunub] //Mədəniyyət. - 2013. - 22 may. - S. 4. 

 

45. Muzeydə açılmış Məhsəti Gəncəvi güşəsindəki  Gəncə xalçası diqqəti 



daha çox cəlb edir : [AMEA-nın Milli Azərbaycan  Tarixi Muzeyinin foyesində 

orta əsr Azərbay-can  şairəsi Məhsəti Gəncəviyə həsr olunmuş güşə 

haqqında] // Azərbaycan. - 2013. - 18 may. - S. 7. 

 

46. Əliyev, Ə. Görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi 



YUNESCO- da təntənə ilə qeyd olunmuşdur // Azərbaycan. - 2013. - 18 may. - 

S.7; Xalq qəzeti. - 2013. - 18may. - S. 8. 

 



11 

 

 



Məhsəti Gəncəvi – 900 

 

47. Məhsətinin 900 illiyi qeyd olunacaq: [Azərbaycanın YUNESCO-dakı baş 



qərargahında Şərq aləmində tanınan şairə  Məhsəti Gəncəvinin 900 illiyi 

təntənəli şəkildə qeyd olunacaq] //Kaspi. - 2013. - 11-13 may. - S. 14. 

 

48. AMİ-nin Şamaxı filialında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr 



olunmuş elmi-praktik konfrans // Azərbaycan müəllimi. - 2013. - 19 aprel. - S. 

5. 


 

49. Tanrıverdiyev,Y. Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş miniatürlər  

Gəncəyə gətirildi // Ədəbiyyat qəzeti. - 2013. - 5 aprel. - S. 2. 

 

50. Kraliçadan Azərbaycana hədiyyə : [İspaniya kraliçası, Yunan və 



Danimarka şahzadəsi Sofiyanın dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 

900 illiyi münasibətilə N. Gəncəvi Baynəlxalq Mərkəzinə hədiyyə etdiyi qədim 

miniatürlər haqqında ] // Azərbaycan. - 2013. - 15 mart. - S.1. 

 

51. Məhsəti Gəncəvinin nadir əlyazmaları Azərbaycana gətiriləcək // 



Ədalət. - 2013. - 28 mart. - S. 8. 

 

52. Yunisli, F. Həqiqi aşiq, yoxsa  sənət qayğıkeşi?..: [ XII əsrdə yaşayıb-



yaradan azərbaycanlı şairə Məhsəti Gəncəvi haqqında] // Mədəniyyət. - 2013. 

- 1 fevral. – S. 15. 

 

53. Zümrüd. Azərbaycanın ilk şairəsi - Məhsəti Gəncəvi // Səs. - 2013. - 18 



yanvar. - S.12. 

 

54. Fərəcov, S. Müəmmalar arxasınca boylanan sənətkar : [ XII əsrin böyük 



mütəfəkkir şairəsi  Məhsəti Gəncəvi haqqında] // Mədəniyyət. - 2013. - 16 

yanvar. - S.15. 

 

55. Nağısoylu, M. Məhsəti Gəncəvi rübailəri əlyazmalarda  // Ədəbiyyat qəzeti. 



- 2012. - 30 noyabr. - S. 3. 

 

56. “Məhsəti Gəncəvi - 900”: [Böyük mütəfəkkir şairə Məhsəti Gəncəviyə 



həsr olunmuş Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən elmi konfrans 

haqqında] // Ədəbiyyat qəzeti. - 2012. - 30 noyabr. S. 3. 

 

57. Məhsəti Gəncəvini də oğurlayırlar? : [ Orta Asiya və Iranın Azərbaycan 



şairi Məhsəti Gəncəvini öz şairi kimi qəbul etdirmək  istəyinə AMEA 

Əlyazmalar İnstitunun verdiyi cavab haqqında].// Ədalət. - 2012. - 29 noyabr. - 

S. 8. 

 

58. Zərbəliyev, C. Söz sənətinin zərif dühası: Məhsəti Gəncəvi - 900 // 



Mədəniyyət. - 2012. - 28 noyabr. - S. 5. 

 


12 

 

Məhsəti Gəncəvi – 900 

 

 

59. Fərəcov, S. Məhsəti ömrünün gerçəkləri: [Şairə  Məhsəti Gəncəvi 



haqqında].//Mədəniyyət. - 2010. - 20 oktyabr. S. 13. 

 

60. Şirəliyeva, G. “Məhsəti” pyesi və onun səhnə təcəssümü : [ Kəmalə 



Ağayevanın şairə  Məhsəti Gəncəviyə həsr etdiyi “Məhsəti” pyesi və onun 

səhnə təcəssümü  haqqında] // Naxçıvan Müəllimlər İnstitunun Xəbərləri. - 

2005. - № 2. - S. 42-44. 

 

61. Əmrahoğlu, A. Qocalmayan gözəl : [ Rafael Hüseynovun “Məhsəti - necə 



varsa” monoqrafiyası haqqında] // Kommunist. - 1990. - 2 noyabr. 

 

62. Hüseynov, X. Məhsəti Gəncəvinin adı və təxəllüsü // Azərbaycan SSR EA 



xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. - 1989. - № 1. - S. 3 - 7. 

 

63. Hüseynov, R. Məhsəti Gəncəvinin şəhraşubları



 

// Azərbaycan SSR EA 

Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. - 1982. - №1. - S. 26 - 33. 

 

64. Məhsəti “Rübailər”inin müzakirəsi : [Azərbaycan Yazıçılar Ittifaqında 



keçirilən şair N. Rəfibəylinin tərcüməsində təqdim olunmuş Məhsəti 

Gəncəvinin rübailərinin müzakirəsi haqqında] // Ədəbiyyat və incəsənət . - 

1976. - 10 yanvar. - S. 2. 

 

65. Beqdeli, Q., Yusifov X. Məhsətinin rübailəri : [XII əsr Azərbaycan şeirinin 



görkəmli nümayəndəsi Məhsəti Gəncəvi haqqında] // Ədəbiyyat və incəsənət. - 

1975. - 27 dekabr. - S. 16. 



 

4.3. DÖVRI MƏTBUATDA ÇAP OLUNMUŞ  

RESENZIYALAR 

 

66. Hüseynov, R. Məhsəti - necə varsa : Monoqrafiya. - B.: Yazıçı. - 1989. 



Res: Əliyev K. Hər ulduzun yeri var // Kitablar aləmində. - 1990 . - № 4. - S. 

19-20. 


 

67. Hüseynov, R. Məhsəti necə varsa : Monoqrafiya. - B.: Yazıçı, 1989. 

Res: Məmmədbəyli S. Məhsətinin özü və sözü // Azərbaycan müəllimi. - 1990. 

- 8 iyun. - S. 3. 

 

68. Hüseynov, R. Məhsəti Gəncəvi - özü, sözü, izi. - B.: Nurlan, 2005. 



Res: Hüseynoğlu S., R. Hüseynov Məhsəti Gəncəvi- özü, sözü, izi //Ədəbiyyat 

qəzeti. - 2005. - 22 aprel. - S. 5. 

 

69. Yusifov, X. Məhsəti Gəncəvi : Monoqrafiya. - B.: Yazıçı, 1984. 



 Res.: Səfərli Ə. Rübailərdə yaşayan ömür // Ədəbiyyat və incəsənət. - 1985. - 

24 may. - S. 6 




13 

 

 



Məhsəti Gəncəvi - 900 

 



 

MƏHSƏTI GƏNCƏVIYƏ HƏRS EDILMIŞ ƏSƏRLƏR 

 

 



70. Dilbazi, Mirvarid Paşa qızı.  Məhsəti : Pyes // Dilbazi M. Seçilmiş əsərləri. 

- B.: Lider, 2004. - S. 249 - 270. 

 

71. Kəmalə, A. Məhsəti : Mənzum pyes. - B.: 2002. – 96 s. 



 

72. Kəmalə, A. Məhsəti : Mənzum pyes // Kəmalə A. Sən olmasaydın. - B.: 

Azərnəşr, 1974. - S. 30-138. 

 

73. Kəmalə, A. Məhsətiyə : Şeir // Kəmalə A. O dağlarda gözüm qaldı. - B.: 



Yazıçı, 1987. - S. 94 - 95. 

 

74. Mustafayeva, G. Məhsəti Gəncəvi : Portret // Güllü Mustafayeva. 



Azərbaycan SSR əməkdar rəssamı. - B.: İşıq, 1983 - S.14. 

 

75. Ordubadi, Məmməd Səid. Qılınc və qələm : Roman 2 c-də. - B.: Şərq - 



Qərb, 2005. – 760 s. (Əsərdə Məhsəti Gəncəvidən bəhs edilir). 

 

76. Rübail. Rübailər : Şeirlər Məhsəti Gəncəviyə həsr olunub // Ədəbiyyat 



qəzeti. - 2013. - 28 iyun. - S. 8. 

 

77. İslamzadə, K. Məhsətinin şairə bacıları və susmayacaq saatlar: [Xalq 



rəssamı Oqtay Salamzadənin çəkdiyi “Məhsəti Gəncə şairləriylə” əsərinin 

üzgördüsü (prezedentasiyası) haqqında] // Ədəbiyyat qəzeti. - 2004. - 28 may.       

- S. 5. 

 

 



 

 

 



 

 

 



Tərtib edən :  Cəfərova Nazxanım 

                                                                    Redaktoru   :  Həsənova Rəna 



Yüklə 99,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə