Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   2   3   4   5   6   7   8   9   ...   19

halda...» 

əl-Hicr»,  13)

17 


.  Bu  da  yalan  saydıqlarına  görə,  Uca  Allahın  həmin 

xalqları həlak etməklə sünnə halına gətirdiyi yol mənasındadır. 

2. “Sünən” kəlməsi keçmiş xalqların qarşı-qarşıya gəldikləri dəfələrlə təkrar 

edilən hadisələr və olaylar mənasında da işlədilmişdir. Uca Allahın bu sözü də 

həmin  mənadadır: «Sizdəəvvəl bir çox sünnələr  (vaqiələr) olub  keçmişdir. 

i

ndi  yer  üzünü  dolaşıb  haqqı  təkzib  edənlərin  aqibətinin  necə  olduğunu 



görün!» 

(«Ali-jmran»,  137)

.

Yəni  Uca  Allahın  peyğəmbərləri  təkzib  edən  xalqlar 



haqqında sünnə olaraq baş verən bəzi hadisələri sizdən əvvəl olub keçmişdir. 

3.  “Sünnətullah” kəlməsi  “Onun  hökmü  heç  vaxt  gecikməyən,  dəyişməyən” 

mənasında  da  işlədilmişdir.  Uca  Allahın  Qurandakı  bu  ifadəsini  misal  kimi 

göstərə bilərik: 



«Allahın  (onlardan)  əvvəl gəlib-getmiş  (münafiqlər)  haqqında  qayda­

qanunu  (sünnəsi)  belədir.  Sən  Allahın  qoyduğu  qayda-qanunda  (sünnədə

ə

sla dəyişiklik görməzsən!» 



əl-Əhzab», 62); 

«Allahın  əvvəldən  qoyduğu  qayda-qanun  (sünnə)  belədir.  Sən  Allahın 

qayda-qanununda (sünnəsindəheç vaxt bir dəyişiklik görə bilməzsən!» 

ə

Fəth», 23); 

«Səndən  əvvəl  göndərdiyimiz  peyğəmbərlər  barəsindəki  qayda-qanuna 

(sünnəyə

müvafiq olaraq. Sən Bizim qayda-qanunumuzda (sünnəmizdəbir 

dəyişiklik tapa bilməzsən!» 

əl-jsra», 77). 

Elə isə burada sünnə Uca Allahın hökm etdiyi və qəti olaraq qoyduğu qayda­

qanun, dəyişməz adət mənasındadır

18

. Axırıncı iki məna bir-birinə yaxındır. 



4.  Qurani-Kərimdə ibrahimin 

–aleyhisəlam-

etdiyi  bu  dua  bir  neçə  dəfə  təkrar 

edilmişdir:  «Ey  Tanrımız!  Onların  içərisindən  özlərinə  elə  bir  peyğəmbə

göndər  ki,  Sənin  ayələrini  onlara  oxusun,  Kitabı  və  hikməti  onlara 

öyrətsin...» 

əl-Bəqərə», 129) 

Uca Allah Hz.Məhəmmədə 



–cəllalahu aleyhi vəssəlləm-

belə buyurur: 



«…Çünki  Allah  sənə  Quranı  və  hikməti  nazil  edərək  bilmədiklərini 

öyrətdi…» 

ən-Nisa», 113) 

Başqa  bir  ayədə  də  Uca  Allah  belə  buyurur:  «(Əksgriyyəti  yazıb  oxumaq 



bilməyənlərə

ümmi  ərəblərə  özlərindən  peyğəmbər  göndərən  Odur.  (Bu 



Peyğəmbər)  ə

vvəllər  haqq  yoldan  açıq-aşkar  azsalar  da  onlara  (Allahın) 

ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər» 

ə

Cumuə», 2). 

Beləliklə  bu  ayələrdə  bəhs  edilən “Kitab”  Qurani-Kərimdir,  “Hikmət”  isə 

sünnədir.

19 


Hikmət”  ilə  bildirilən  sünnə  burada  Peyğəmbərin 

–cəllalahu  aleyhi  vəssəllə

hidayəti, sözü, davranışları və həyat tərzi mənasındadır. 

17 

Бундан башга бах: Шювкани, «Фятhул-Гадир»,1/452, бу айянин тяфсири.  



18 

Ибн Кясир, «Тяфсир», 3/49, «Исра», 77-жи айянин тяфсири.  

19 

Бах: Ибн Кясир, «Тяфсир», 1/475 вя 1/162; Бундан башга бах: Шювкани, «Фятhул-Гадир»,  



5/225, бу айянин тяфсири; Ибн Теймиййя, «Мяжмуя ял-Фятава», 3/363.  




SÜNNƏDƏ (PEYĞƏMBƏRiN HƏDiSLƏRiNDƏ) “SÜNNƏ”NiN BƏZi  

MƏNALARI, ƏSHABƏLƏRƏ VƏ  KEÇMiŞ ƏMƏLiSALEHLƏRƏ  

GÖRƏ SÜNNƏ iFADƏSi  

Hz.Peyğəmbərdən 



–cəllalahu aleyhi vəssəlləm-

varid olan və sələfin başa düşdüyü 

şəkildə  sünnənin  mənalarını incələyib qeyd etmək uzun müddət davam edəcək 

bir tədqiqat işidir. Ancaq burada bəzi məsələləri xülasə şəkildə qeyd edəcəyəm: 



a) “Sünnə”nin Qurani-Kərimdən sonra mənbə mənasında işlədilməsi 

Peyğəmbərdən 



–cəllalahu  aleyhi  vəssəlləm-

gələn rəvayətlərdə  Qurani-Kərimdən 

sonrakı  mənbə  mənasında  “sünnə”nin  istifadə  edildiyi  haqqında  rəvayətlər 

gəlmişdir.  Bu,  vəhyin  ikinci  növü  mənasına  gəlir.  Bununla  Qurani-Kərimdən 

başqa  Hz.Peyğəmbərdən 

–cəllalahu  aleyhi  vəssəlləm-

gələn rəvayətlər nəzərdə 

tutulur.  Bu  yöndən  Allahın  Kitabı  və  Allah  elçisinin  sünnəsi  deyilir.  Bu 

səbəbdən də burada sünnə din və şəriətin mənbələrindən ikinci mənbə mənasına 

gəlir. Həmçinin Qurani-Kərimdə Uca Allahın bu ayəsində “sünnə” sözü həmin 

mənada işlədilmişdir: 



«Allahın  evlərinizdə  oxunan  ayələrini  (Quranı)  və  hikməti  (sünnəni) 

xatırlayın…» 

əl-Əhzab», 34); 

«…Sənin ayələrini onlara oxusun Kitabı və hikməti onlara öyrətsin…» 

əl-Bəqərə», 129); 

«…Çünki  Allah  sənə  Quranı  və  hikməti  nazil  edərək  bilmədiklərini 

öyrətdi» 

ən-Nisa», 113); 

«…onlara kitabı və hikməti öyrədər» 

əl-Cumuə», 2). 

Bu ayələrdə və başqalarında “kitab”dan məqsəd Qurani-Kərim, “hikmət”dən 

məqsəd isə sünnədir

20 


. Əvvəl də qeyd etdiyimiz kimi bu ayələrdə sünnə Qurani­

Kərimdən sonra başqa bir mənbədir. 

Həmçinin Hz.Peyğəmbərdən 

–cəllalahu aleyhi vəssəlləm-

gələn rəvayətlərdə də bu 

iki  mənbə  bir-birindən fərqli  iki  ayrı  mənbə  kimi  ifadə  edilmişdir.  imam 

Malikin  «Muvatta»  əsərində  rəvayət  etdiyi  hədis  bunlardan  biridir.  imam 

Malikin bildirdiyinə görə, Allah elçisinin 

–cəllalahu aleyhi vəssəlləm-

belə buyurduğu 

bildirilib:  “Mən  sizə  iki  şey  qoyub  gedirəm.  O  ikisinə  möhkəm  bağlandığınız 

20 


Щикмятин  сцння  олараг  ачыгландыьына  даир  сяляфдян  эялян  рявайятляр  цчцн  бах:  ял­

Лалакаи, «Шярhу  усули  етигади  яhл  яс-Сцнняти  вял-Жямая»,  1/71.  Тяhгиг:  Др.Яhмяд  Сяд 

Щямдан вя Ибн Теймиййя, «Мяжмуя ял-Фятава», 3/366. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə