Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   2   3   4   5   6   7   8   9   ...   19

Sünnənin bu cür başa düşülməsi bəzi üsul alimləri ilə dilçilərin də sünnəyə 

verdikləri tərifə uyğun gəlir. 

Əş-Şatibi 

-rahmatullahi  aleyhi-

(v.h.  790)  «əl-Muvafaqat»  adlı  əsərində  belə 

deyir:  “Sünnə  kəlməsi  (xüsusi  olaraq)  Əziz  Kitabda  haqqında  nəss  olmayan 

(dəlil  buyrulmayan)  və  Peyğəmbərdən 



–cəllalahu  aleyhi  vəssəlləm-

nəql  yolu  ilə 

gələn şeylər haqqında işlədilir.”

35 


ibn Mənzur da «Lisənül-Ərəb» əsərində belə deyir: “Hədisdə sünnə kəlməsi 

və bu  kökdən törəyən sözlər  çox təkrar edilmişdir. Bunun  əsl  mənası:  “Yol  və 

həyat  tərzidir.  Şəriətdə  sünnə  işlədilsə,  onunla  Peyğəmbərin 

–cəllalahu  aleyhi 

vəssəlləm-

əmr  və  qadağan  etdiyi,  həmçinin  həvəsləndirdiyi,  Əziz  Kitabın  ifadə 

etmədiyi  məsələlər  (söz  və  ya  hərəkətlər)  nəzərdə  tutulur.  Buna  görə  şəriətin 

dəlilləri: Kitab və Sünnədir, yəni Quran və hədisdir” – deyilir.”

36 

b) Peyğəmbərin 

–cəllalahu aleyhi vəssəlləm-

elmi, əməli, rəhbərliyi və mütlə

olaraq onun gətirdiyi həşey mənasında “Sünnə” kəlməsi. 

Hədisdə  “sünnə”nin  Peyğəmbərin 



–cəllalahu  aleyhi  vəssəlləm-

rəhbərliyi  və 

etdikləri haqqında çox istifadə edildiyi məlumdur. Peyğəmbərdən 

–cəllalahu aleyhi 

vəssəlləm-

rəvayət  edən  Abdullah  bin  Amrdan 



-radıyallahu  anhu-

gələn  bu  hədis 

bunlardan biridir: “Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyil.”

37 


Elə  isə  sünnə,  Peyğəmbərin 

–cəllalahu  aleyhi  vəssəlləm-

rəhbərliyi,  tətbiqatı  və 

davranışıdır. 

Sünnə 

Peyğəmbərdən 



–cəllalahu aleyhi vəssəlləm-

rəvayət edilən söz, əməl, təqrir, 

həyat  tərzi,  şəriət və  Qurani-Kərimlə,  sünnənin  gətirdiyi  din  ilə əlaqəli  olaraq 

gələn  bütün  rəvayətlər mənasında  da  istifadə  edilə  bilər.  Yəni  sünnənin  daha 

geniş  mənası  ilə  də  işlədilir.  Peyğəmbərin 

–cəllalahu  aleyhi  vəssəlləm-

əl-irbad  bin 

Sariyənin 

-radıyallahu  anhu-

rəvayət  etdiyi  hədisində  bu  məna  işlədilmişdir: 

...Allahdan qorxun və (müsəlman idarəçilərə) tabe olun və itaət edin. Həqiqə

budur  ki,  məndən  sonra  aranızda  uzun  müddət  yaşayanlar  çoxlu  ayrılıqların 

ş

ahidi  olacaqlar.  O  vaxt  siz  mənim  sünnəmə  və  raşidi  xəlifələrin  sünnəsinə 



möhkəm sarılmağa çalışın. Bu sünnəyə azı dişlərinizlə yapışın

.”

38 



35 

«ял-Мувафагат», 4/3.  

36 

«Лисянцл-Яряб», 13/225. Бундан башга бах: Ибн ял-Ясир, «ян-Ниhайя», 2/409-410.  



37 

Бухари, “Никаh”,  Баб: “ят-Тярьибу  фин-Никаh”,  Щядис:  5063;  «Фятh  ял-бари»,  9/104;  

Яhмяд, «Мцсняд»,  2/158;  Ибн  Яби  Асым, «яс-Сцння»,  1/31,  Щядис:  62;  ял-Ялбани  бунунла  

баьлы  гейдиндя  беля  дейир: “Сяняди  сяhиhдир.  Бцтцн  равиляри  Мцслимин  шяртиня  эюря  

етибарлы (сига) равилярдир”.  

38 


Ибн  Яби  Асым, «яс-Сцння»,  1/39,  фясил:  16,  Щядис:  54;  ял-Ялбани  бунунла  баьлы  

гейдиндя  беля  дейир: “Сяняди  сяhиhдир.  Равиляри  етибарлыдыр  (сига)”.  Буна  охшар  башга  

бир рявайяти Ябу Давуд, «Лцзумус-Суння», Щядис: 4607; Тирмизи, «Елм», 16, Щядис: 2678;  

Яhмяд, «ял-Мцсняд», 4/126; ял-Бейhаги, «ял-Итигад», сяh. 131.  

12 



Burada “sünnə” Allah elçisinin 

–cəllalahu aleyhi vəssəlləm-

gətirdiyi bütün vəhy, 

şəriət, din, rəhbərlik və əməl mənasında işlədilmişdir. Raşidi xəlifələrin əməli də 

bunların əhatəsinə daxildir. Bu da əvvəlki mənadan daha geniş tərifdir. 

Eyni şəkildə sələfin “sünnə” ifadəsini Allah elçisinin 

–cəllalahu aleyhi vəssəllə

gətirdiyi  din  və  şəriət  haqqında,  mütləq  olaraq  elm  və əməl  haqqında,  bundan 

başqa, əshabələrin, tabiinin və bu ümmətin sələfinin dinin üsulu

39 


və fürud-din

40 


ilə əlaqəli  olaraq  başa  düşdüklərinin  hamısı  haqqında  da  işlətdiklərini  görmək 

mümkündür.  Bu  məna  sünnənin  sələf tərəfindən  başa  düşülən  ən  geniş  və ən 

əhatəli  mənasıdır.  Çünki  bu  məna  Allah  elçisinin 

–cəllalahu  aleyhi  vəssəlləm-

həm 


Qurani-Kərimdə, həm  sünnədə  gətirdikləri  və əshabələrin  bizə  nəql  etdikləri 

islamın elm, əməl, əqidə, əhkam, fəzilətlər və gözəl əxlaqa dair bütün məsələləri 

ehtiva edir. Bu həm də, “raşidi xəlifələrin sünnəsi”ni də əhatə edir. Hətta burada 

sünnə  Allahın  peyğəmbərini,  islamı,  həm  xüsusi,  həm də  ümumi  olaraq  ifadə 

edər.  Bu  da  haqq  din  və  “sirat  əl-müstəqim”in  (düz  yol)  özüdür,  möminlərin 

yoludur, ibrahimin həniflik dinidir. 

Əbu  Bəkr  əs-Siddiqin 

-radıyallahu  anhu-

dediyi:  “Sünnə  Allahın  sağlam 

ipidir”

41 


sözü də bu mənadadır. 

Übeyy  bin  Kəb 



-radıyallahu  anhu-

demişdir  ki,  “Sizə  o  yola  və  sünnəyə 

möhkəm  sarılmağınızı  tövsiyə  edirəm.  Çünki  kim  o  yolda  və  sünnədə  olarsa, 

Rəhmanı  (Allahı)  xatırladığı  vaxt  Onun  qorxusundan  gözləri  yaşla  dolarsa, 

həmin adama Allah əzab verməz.”

42 


Böyük  tabiinlərindən  olan  Abdullah  bin  əd-Dəyləmi 

-rahmatullahi  aleyhi-

belə 


demişdir:  “Mən təcrübəmdən  bildiyimə  görə,  dinin  yox  olması  sünnəni  tərk 

etməklə başlanır.”

43 

Başqa  bir  dəfə  o  belə  demişdir:  “Bir  parçanın  süzülməsi  kimi,  sünnə  də 



yavaş-yavaş unudulacaqdır.”

44 


Həsən əl-Bəsri və Süfyan 

-Allahın rəhməti üzərlərinə olsun-

Uca Allahın: «Sonra 



səni  də  dində  şəriət  sahibi  etdik.  Sən o  şəriətə  tabe  ol…» 

əl-Casiyə»,  18) 

buyruğunu: “Sünnə üzrə etdik” deyə açıqlamışdılar.

45 

Məkhul  də 



-rahmatullahi  aleyhi-

(v.h.  113)  belə  demişdir:  “Sünnə  iki  cürdür. 

Birincisi, qəbul edilməsi fərz və tərki küfr olan sünnə, digəri isə qəbul edilməsi 

fəzilət, onu tərk edib başqasına yönəlmək isə günah olan sünnədir.”

46 

Bu məna ilə dinin üsulunu (əqidə) və fürunu (digər hökmlərini) ehtiva edər. 



ibn  Rəcəb 

-Allahın  rəhməti  üzərinə  olsun– 

«Camiu  əl-Ulumi  və əl-Hikəm»  adlı 

əsərində  bunları  söyləyir:  “Sünnə  yol  və  yaşayış  deməkdir.  Bu  Peyğəmbərin 

– 

39 


“Цсулуд-дин“ – динин етигади щюкмляри  

40 


“Фцруд-дин“ - фигhи вя башга hюкмляр  

41 


«яш-Шярhу вял-Ибаня», сяh. 120.  

42 


Ябу Нуейм, «ял-Щилйя», 1/352-353; ял-Лалакаи, 1/54, N:10.  

43 


Дарими, 1/45; Ибн Ваддаh, «ял-Бидя», сяh. 38.  

44 


Ибн Ваддаh, «ял-Бидя», сяh. 66.  

45 


Бах: ял-Лалакаи, 1/69 вя ялагяли гейд.  

46 


Дарими, 1/145.  

13 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə