Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   2   3   4   5   6   7   8   9   ...   19

cəllalahu  aleyhi  vəssəlləm-

və  raşidi  xəlifələrin  etiqadlarına,  əməl və  sözlərinə 

möhkəm  sarılmağı  əhatə  edər.  Kamil  sünnə  budur.  Buna  görə  sələf  əvvəllər 

sünnə  adını  ancaq,  bütün  bunları  ehtiva  edən  şeylər  haqqında  işlədərdilər.  Bu 

mənadakı  sözlər  əl-Həsən,  əl-Auzai  və  Fudayl  bin  iyaddan  rəvayət 

edilmişdir.”

47 

Şeyxülislam  ibn  Teymiyyə 



-rahmatullahi  aleyhi-

isə  belə  demişdir:  “Sünnə 

şəriətin özüdür. Sünnə Allah və Allah elçisinin din olaraq hökm verdikləridir.”

48 


Adi  bin  Müsafir 

-rahmatullahi  aleyhi-

onun  ardınca  gedənlərə  yazdığı «əl­

Vasiyətu  əl-Kübra»  adlı  risaləsində  bunları  bildirir:  “Siz 

-Allah  sizi  islah  etsin­

bilirsiniz  ki,  tabe  olunmalı  olan,  sahibləri  təriflənən və  onlara  müxalifət 

edənlərin  qınandığı  sünnə,  Allah  elçisinin 

–cəllalahu  aleyhi  vəssəlləm-

etiqadi, 

ibadətlə  bağlı  və  dinlə əlaqəli  başqa  məsələlərdəki  sünnəsidir.  Bu  isə  ancaq 

Peyğəmbərdən 



–cəllalahu  aleyhi  vəssəlləm-

gələn  söz və  fellərini, tərk etdiyi söz  və 

əməllərini  bildirən hədisləri,  bundan  başqa,  öndə  gedənlərin  (“əs-sabiqun”)  və 

onlara düzgün tabe olanların təqib etdikləri yolları bilməklə mümkündür.”

49 

Belə  isə,  onlara  görə  sünnə  hədis  haqqında  işlədilən mənasından  daha 



genişdir. 

imam Abdürrəhman bin Mehdi  də 



-rahmatullahi  aleyhi-

(v.h.  198)  belə  deyir: 

“insanlar müxtəlifdir. Bəziləri sünnədə də, hədisdə də imamdır. Bəzisi isə təkcə 

hədisdə  imamdır.  Sünnədə  və  hədisdə  imam  olan  şəxs  isə  Süfyan  əs­

Sauridir...”

50 


O bu sözləri ilə hədisdən daha geniş mənası olan sünnəni nəzərdə tutmuşdur. 

c) Peyğəmbərin 

–cəllalahu aleyhi vəssəlləm-

hökm verdiyi, yaxud təqrir etdiyi, 

dində  sonradan  uydurulma  şeylərin  ziddi  mənasına  gələn “sünnə” 

kəlməsi 

Sünnə 

Rəsulullahın 



–cəllalahu  aleyhi  vəssəlləm-

şəriətə  uygun bildiyi  və dindəki 

bidətlərin ziddi mənası ilə varid oldugu kimi, onun iqrar etdiyi əməl mənasını da 

verir. Yəni ondan sonra yox, onun dövründə ortaya çıxarılan şey mənasına gəlir. 

Çünki ondan sonra ortaya çıxarılan şeylərə “bidət” (dində yenilik) deyilir. Bu da 

Peyğəmbərin 



–cəllalahu  aleyhi  vəssəlləm-

: “jşlərin  ən  pisləri  sonradan  ortaya 



çıxarılan  şeylərdir.  Sonradan  ortaya  çıxarılan  hər  bir  şey  isə  bidətdir

51 



hədisindən  alınmışdır.  əl-Buxari  ilə  Müslim  Peyğəmbərimizin 

–cəllalahu  aleyhi 

47 


«Жамиу ял-Улуми вя ял-Щикям», 203.  

48 


«Мяжмуя ял-Фятава», 4/436.  

49 


«Мяжмуя ял-Фятава», 3/378.  

50 


«ял-Жярhу вя ят-Тадил», 1/118 -Мцгяддимя-; ял-Лалакаи, 1/63.  

51 


Ибн  Яби  Асым, «яс-Сцння»  24,  I,  16-да  рявайят  етмишдир.  ял-Ялбани  сяhиh  олдуьуну  

сюйлямишдир.  

14 



vəssəlləm-

belə  buyurduğunu  qeyd  etmişlər:  “jşlərin  ən  pisləri  sonradan  ortaya 



çıxarılanlardır

”. Müslimdə bu əlavə var: “Hər bidət də zəlalətdir.

52 

Peyğəmbərin 



–cəllalahu  aleyhi  vəssəlləm-

: “Kim  jslamda  gözəl  bir  sünnə  ortaya 



qoyarsa,  həmin  adama  həm  onun  mükafatı,  həm də  ondan  sonra  onunla  əmə

edənlərin mükafatı verilir və onlardan heç birinin mükafatından heç bir şey də 

azalmır. Kim isə jslamda pis bir sünnə ortaya qoyarsa, həm onun günahı, hə

də  ondan  sonra  onunla  əməl  edənlərin  günahı  həmin  adamın  üzərinə  olur  və 

onlardan heç birinin günahından hər hansı bir şey də azaldılmır

53 



– buyurduğu 

da belə şərh olunur: 

Bəzi bidətçilər bu cür hədislərə əsaslanaraq həmin hədislərin onların “gözəl” 

deyə  adlandırdıqları  bidətləri  təsdiq  etdiyini  iddia  edirlər.  Mövlud,  qəndillər, 

sufilərin uca səslə qrup halında zikr etmələri və buna oxşar bidətləri misal kimi 

göstərmək  olar.  Ancaq  bu  hədis  bu  cür  bidətlərin  doğruluğunu  ortaya  qoyan 

dəlil olaraq göstərilə bilməz. Çünki Peyğəmbər 

–cəllalahu aleyhi vəssəlləm-

sonradan 

ortaya çıxarılan şeyləri və bidətləri qadağan etmiş, bunların qeyd-şərtsiz zəlalət 

yolu,  zəlalət  olduğunu  açıqlamışdır.  Digər tərəfdən  bu  hədis  Peyğəmbər 



– 

cəllalahu  aleyhi  vəssəlləm-

sağ  olanda  əshabələrin  ictihadları  ilə  ortaya  çıxardıqları 

bəzi  əməlləri  adlandırmaq  və  həmin  əməlləri  qəbul  etdiyini  ifadə  etmək  üçün 

söylənmişdir. Dolayısı ilə bunlar onun bir şəriətlə əlaqəli hökmləri olur. Bundan 

sonra  da  əshabələr  bidətlərə  (sonradan  uydurulanlara)  qarşı  mübarizə 

aparmışlar, bununla bağlı sözlər söyləmişlər və bu əməldən çəkindirmişlər. 

Hz.Peyğəmbərin 

–cəllalahu aleyhi vəssəlləm-

bu sözləri də həmin mənaya dəlalət 

edir: “Muaz sizə bunu belə sünnə etdi. Artıq siz də onu edin.”

54 


Bu,  camaatla  birlikdə  namaz  qılarkən  imamın  arxası  ilə  çata  bilməyən və 

sonradan  qılınan  namazın  qəzası  ilə əlaqəlidir.  Bu  da,  Peyğəmbərin 



–cəllalahu 

aleyhi  vəssəlləm-

bunu  qəbul  etdiyi  üçün  düzgün  və  gözəl  sünnəsi  kimidir. 



Sünnə

dən bəzən  əvvəlki  ümmətlərin  dində  ortaya  çıxardıqları  pis  davranış  və 

zəlalətləri başa salmaq  üçün  də istifadə edilmişdir. Peyğəmbərin 

–cəllalahu  aleyhi 

vəssəlləm-

bu  sözü  bununla  bağlıdır:  “And  olsun  ki,  özünüzdən  əvvəlkilərin 



sünnəsinə tabe olacaqsınız...

55 



Bu  da  “dində  bidətlər gətirməklə  bağlı  məsələlərdə  onların  təqib  etdikləri 

yollara  və  onların  etdiklərinə  tabe  olacaqsınız”  deməkdir.  Bu  ifadə  lüğət 

mənasına uyğun olaraq işlədilmişdir. 

Sünnə 

Peyğəmbərin 



–cəllalahu  aleyhi  vəssəlləm-

hədislərində  yaşayış  və  gedilən 

yol mənasında çox istifadə edilmişdir. ibn əl-Əsir belə deyir: “Hədisdə sünnə və 

sünnənin  kökündən  törəyən kəlmələr  çox  təkrar  olunmuşdur.  Bunların  əsl 

52 

ял-Бухари  вя  Мцслим  рявайят  етмишдир.  Бах:  ял-Бухари  «Фятh  ял-Бари»  иля  бирликдя,  



13/249; Мцслим, 2/592.  

53 


Мцслим, 15, Щядис: 1017, 4/2059-2060.  

54 


Яhмяд, «ял-Мцсняд», 5/246.  

55 


ял-Бухари, “Итисам”, 14; «Фятh ял-Бари», 13/300; Мцслим, Щядис: 2669.  

15 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə