Sünnə və Cəməa anlayışı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix19.07.2018
ölçüsü0,5 Mb.
#56770
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

etmişdir.  Burada  sünnə  fərzin  əksi,  yəni  nafilə  mənasındadır.  Ramazan  ayının 

namazının (təravihin) hökmü ilə bağlı bildiklərimiz də bu cürdür. 

Sələf 

-radıyallahu  anhum-

sünnəni fərz olmayan (nafilə) və  sünnə edilmiş işlər 

haqqında işlətmişlər: 

Məkhul əş-Şaminin 



-rahmatullahi aleyhi-

dediyi və sünnəni qismlərə ayırdığı bu 

sözlərini buna misal vermək olar: “Sünnə iki cürdür. Biri yerinə yetirilməsi fərz 

olan  və  küfrü  tərk  etmək  lazım  olan  sünnədir.  Digəri  isə  yerinə  yetirilməsi 

fəzilət olan, onu tərk edib başqasını etmək təhlükəli olan sünnədir.”

87 


O  sünnəni  daha  geniş  mənası  ilə  vacib

88 


olan  və  olmayan  olmaq  üzrə 

qismlərə ayırmışdır. 

ikincisi,  yəni  vacib  olandan  daha  aşağı mərtəbədə  olan  sünnə  isə  burada 

nəzərdə tutulan sünnədir. 

Bu  cür  sünnəni:  “Peyğəmbərdən 

–cəllalahu  aleyhi  vəssəlləm-

fərz  və  ya  vacib 

etməsi nəzərdə tutulmayan sabit olan şeylərdir”

89 


deyə tərif verdikləri vaxt kimi 

fəqihlərin nəzərdə tutduğu növ də budur. 



e)  “Sünnə” bəzən “ittiba:  tabe  olmaq”  mənası  ilə  sələfin  elm  və 

ə

məldəki halı haqqında da işlədilir 

Sələf sünnəni əshabələrin, tabiinin, ilk dövr müsəlman camaatların və dində 

tabe olunan hidayət rəhbərlərinin təqib etdikləri yol haqqında da işlətmişlər. 



Sünnə 

- Peyğəmbərdən 



–cəllalahu  aleyhi  vəssəlləm-

elm,  söz  və əməl,  nəql 

edilmiş səhih hədislərinə, sirat əl-müstəqimə və haqqa möhkəm sarılıb ona tabe 

olmaq  deməkdir.  Buna  görə  sünnəyə  tabe  olan  haqq  əhlinə  “əhli-sünnə  və



cəməa

” deyərdilər. Ümumi olaraq sələfin bütün sözlərində bu məsələ çox aydın 

görünür. 

Bunlardan  bəziləri:  Əbu  Zərr 



-radıyallahu  anhu-

dedi:  “Allah  elçisi 



–cəllalahu 

aleyhi  vəssəlləm-

bizə  üç  məsələni  tərk  etməməyi  əmr  etdi:  Yaxşılığı  əmr  edib, 

pisliklərdən çəkindirmək və insanlara sünnəni öyrətmək.”

90 


Ömər  bin  əl-Xəttab 

-radıyallahu  anhu-

belə  demişdir:  “Həqiqət  budur  ki, 

yaxınlarda  sizə  Quranın  mütəşabihlərini

91 


ortaya  ataraq  mübahisə  edəcək bəzi 

insanlar gələcəkdir. Siz sünnəyə möhkəm sarılın, çünki sünnə sahibləri Allahın 

kitabını daha yaxşı bilirlər.”

92 


Əli  bin  Əbu  Talib 

-radıyallahu  anhu-

buyurmuşdur:  “Nəfsin  istəyi  sünnəyə 

müxalif olanın qənaətinə görə haqdır. ”

93 


87 

Дарими, 1/145.  

88 

Бунунла йухарыда да гейд етдийимиз шякилдя етигади hюкмляря (усула) вя фярзляря  



ишаря едир  

89 


яш-Шювкани, «Иршаду ял-Фуhул», сяh. 31.  

90 


Дарими, 1/136.  

91 


Гуранын бир-бириня охшар айяляри.  

92 


Дарими, 1/49.  

93 


Ибн Батта, «яш-Шярhу вял-Ибаня», сяh. 122.  

20 



Səid bin Cubeyr 

-rahmatullahi aleyhi-

Uca Allahın: «…yaxşı işlər görüb sonra 



da doğru yolu tutan...» 

(«Ta Ha»,  82) 

sözləri haqqında: “Bu sünnə və camaatda 

bağlı qalıb onlardan ayrılmayan deməkdir” – demişdir

94 


Amr  bin  Qays  əl-Mulai 



-rahmatullahi  aleyhi-

(v.h.  143)  demişdir:  “Sən  bir 

gəncin  əvvəldən  əhli-sünnə  vəl-cəməatla  birlikdə  yetişdiyini  görsən,  ondan 

(xeyirli şeylər) uma bilərsən.”

95 

Malik bin Miğvəl 



-rahmatullahi aleyhi-

(v.h. 159) belə buyurmuşdur: “Əgər bir 

adam  islam  və  sünnədən  başqa  bir  adla  xatırlanarsa

96 


,  sən  onu  istədiyin  dinə 

nisbət edə bilərsən.”

97 

Əl-Auzai 



-rahmatullahi  aleyhi-

(v.h.  157)  belə  söyləmişdir:  “Beş şey  var  ki, 

Peyğəmbərin 

–cəllalahu aleyhi vəssəlləm-

əshabələri onlardan ayrılmamışlar: camaata 

qatılmaq, sünnəyə tabe olmaq, məscidi abadlaşdırmaq, Quran oxumaq və Allah 

yolunda cihad etmək...”

98 

Əz-Zuhri 



-rahmatullahi  aleyhi-

(v.h.  135)  demişdir:  “Bizim  gəlib-getmiş  elm 

adamlarımız: “Sünnəyə möhkəm sarılmaq qurtuluşdur” – deyərdilər.”

99 


Elə  isə  sünnə  hidayətin  və  dinin  özüdür.  Əshabələrin  Peyğəmbərdən 

aldıqları,  tabiinin  də  onlardan  öyrəndikləri  hidayət  imamlarının  bütün  əsrlərdə 

ortaya qoyduqları hidayət və din ilə eyni şeydir. 

Sünnə 

– rəvayətləri  bilən,  Peyğəmbərin 



–cəllalahu  aleyhi  vəssəlləm-

sünnələrini 

götürən, bunları həm rəvayət, həm fəhm, həm də həyat tərzi olaraq nəsillərdən­

nəsillərə miras olaraq ötürən sələfin təqib etdiyi yol və üsuldur. 

ibn  Mənzur  “Lisənül-Ərəb”  adlı  əsərində  belə  deyir:  “Sünnə  təriflənən və 

düzgün  olan  yol  haqqında  işlədilir.  Buna  görə  “filan  adam  sünnə əhlindəndir” 

deyilsə, o təriflənən və düzgün yolun təqibçilərindəndir” - deməkdir

100 


Düzgün  və təriflənən  yol isə  sələf-salehin  yoludur. Bu sünnə üzərində olan 

doğru  yoldur.  Allah tərəfindən təriflənmişdir, çünki  O, bu  yolu  bəndələri  üçün 

seçib  bəyənmiş,  elçisinə  də  ona  tabe  olmağı  tövsiyə  etmişdir.  Digər tərəfdən 

fəzilət və istiqamət sahibi olanlar tərəfindən də təriflənmiş bir yoldur. 

f)  Üsulud-din  (inanc  əsasları)  və əqidə  məsələləri  haqqında  “sünnə” 

ifadəsi 

94 


Ибн Батта, «яш-Шярhу вял-Ибаня», сяh. 128; ял-Лалакаи, «Шярhу усули ял-Етигад», 1/71.  

95 


а.к.я., сяh. 133.  

96 


Бу  ифадядя  бязи  фиргя,  истигамят  вя  жамаатларын  сцння  вя  жамаатдан  башга  онлары  

нисбят  етдикляри  бязи  ясас,  метод,  шцар  вя  адлар  алмаларынын  нюгсанларына  ишаря  

едилир.  

97 


а.к.я., сяh. 137.  

98 


ял-Бяьяви, «Шярhу яс-Суння», 1/209.  

99 


ял-Лалакаи, 1/94; Тядгигатчы буну Ибн ял-Мцбаряк, «яз-Зуhд», 1/281-я нисбят етмишдир;  

Бундан башга, Дарими, «Сцнян»,1/45.  

100 

“Лисянцл-Яряб”, “с-н-н” маддяси, 13/226.  



21 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə