Sünnə və Cəməa anlayışı


“CƏMƏA” İFADƏSİNDƏN KƏNARDA QALANLAR



Yüklə 3,05 Mb.
səhifə5/7
tarix19.07.2018
ölçüsü3,05 Mb.
#56768
1   2   3   4   5   6   7

“CƏMƏA” İFADƏSİNDƏN KƏNARDA QALANLAR

Dini nəsslər və hidayət imamlarının bu nəsslərə verdiyi açıqlamalarına uyğun olaraq “cəməa” ifadəsinə daxil olanların kimlər olduqlarını öyrəndik. Eyni zamanda dində nəzərdə tutulan camaat ifadəsindən kənarda qalanları da bilməyimiz faydalı olacaqdır:

1. Bidətçilər, nəfsin istəyinə uyanlar və dində olmayan yeni şeylər ortaya çıxaranlar “camaat” ifadəsindən kənarda qalanlardır. Çünki Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm-: “Ümmətim zəlalətdə heç vaxt birləşməz” buyruğu yanında: “Hər bidət bir zəlalətdir” şəklindəki ümumi ifadəsi bunu əsas edir.

Bundan başqa, “Hər kim bizim bu işimizə (islama) ondan olmayan bir şeyi ortaya çıxararsa, o, rədd olunur” sözləri də bunu ifadə edir.169

2. Rafizilər, xaricilər, qədəriyyə, mötəzilə, cəhmiyyə, kəlamçılar və onlardan törəyənlər, sufilər və buna oxşar olanlar ilə bütün bunlardan budaqlanıb ortaya çıxan müxtəlif firqələr, onların istiqamətləri, etiqadi məzhəbləri (köhnəsi ilə, təzəsi ilə) bütün firqə mənsubları da “camaat” ifadəsindən kənardadırlar. Çünki Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- bu ümmətin yetmiş üç firqəyə ayrılacağını, birindən başqa hamısının cəhənnəm atəşində olacağını bildirən ümumi hədisi ilə bu yeganə firqənin də “cəməa” olaraq şərh edilməsi, bunun da Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- özünün və əshabələrin yolları ilə gedənlərin bu yoldan ibarət olduğunu ortaya qoyması bunu əsas edir.170

3. Camaatdan uzaqlaşıb ayrılığa və təfriqəçiliyə, yaxud fitnənin ortaya çıxmasına, qadağan edilmiş şeylərə məhəl qoymamağa, din və dünyasında ümmətin böyük fəsadlara düçar olmasına və ya Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- çəkindirdiyi şeylərin ortaya çıxmasına səbəb olacaq camaat.

Fitnəyə, qadağalara məhəl qoyulmamasına, cihad, yaxşılığı buyurub, pisliklərdən çəkindirmək kimi müsəlmanların böyük məsələlərini həll eiməyəcək, yaxud yolların qorxulu bir hala gəlməsi və kəsilməsi ilə nəticələnib insanları qorxu və dəhşətə salan nəticələrə aparacaq şəkildə dövlətin qəbul edilən idarəçilərinə qarşı çıxan və ya ümmətə qılınc qaldıran, itaətin aradan qalxmasına səbəb olan xaricilər belələrindəndir. Bu cür nəticələrə aparıb çıxaran hər bir iş, camaatdan kənara çıxmaqdır.171

4. Sünnyə uyğun yolu təqib etməyən, tapa bilməyən, elm əhlinə tabe olmayan, dini olaraq nəzərdə tutulan camaatın istiqamətinə boyun əyməyən və beləliklə camaat ifadəsindən kənara çıxaraq onların əhatə dairəsinə daxil olmayan cahillər, düşüncəsizlər, günahkarlar, fasiqlər və araqarışdıranlar da “cəməa” ifadəsindən kənarda qalırlar. Belələri müsəlman camaatdan sayılmazlar, əksinə bunlar ayrılıb uzaqlaşmaq və həlak olmaq yolundadırlar. Camaatın işinin düzgün formada yoluna qoyulması ancaq bu cür adamların bir səviyəyə gətirilməsi və sadəcə haqqın çərçivəsində saxlanmaları ilə mümkün ola bilər.


ÜÇÜNCÜ HİSSƏ: “ƏHLİ-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞI

ƏHLİ-SÜNNƏ VƏL-CƏMƏA” ANLAYIŞININ MƏNASI.


Sünnə ilə camaat kəlmələrinin mənalarına dair dini nəsslərdə və sələfin başa düşüb ifadə etdiyi şəkildəki mənalarına qısaca nəzər salandan sonra əhli-sünnə vəl-cəməanın açıq və sağlam mənasının da aydın olduğunu görürük.

Kimlərdir? Xüsusiyyətləri nədir? Üsulları necədir? Buna görə biz əhli-sünnəni, xüsusiyyətlərini, əlamətlərini və istiqamətlərini nəzərə alaraq müxtəlif yönlərdən tanıda biləcəyimiz kimi, sələfin onları tanıtdığı yöndən də, yəni sələfin özləri özlərini tanıtdığı şəkildə də onları tanıya bilərik. Çünki bir diyarın sakinləri orada nələrin olduğunu daha yaxşı bilir, Məkkə əhalisi Məkkənin yollarını yaxşı bildiyi kimi.

Əhli-sünnəni tanımağımıza imkan yaradan bəzi fikirlər:

1. Onlar sünnəni bilən, onu qəbul edən, lazım olduğu kimi əməl edən, rəvayət edən, zəka və üsul olaraq daşıyan Rəsulullahın –cəllalahu aleyhi vəssəlləm- səhabələridir. Elm, əməl və zaman etibarı ilə hər kəsdən əvvəl sünnəyə qoşulduqları üçün əhli-sünnə olaraq adlandırılmağa ən layiq olan kimsələrdir.

2. Dini əshabələrdən öyrənən, rəvayət edən, bilən və lazım olduğu kimi əməl edən Allah elçisinin –cəllalahu aleyhi vəssəlləm- əshabələrinə tabe olan insanlar da onlardan sonra gəlir. Tabiinə tabe olanlar və qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanlar da bu əhatə dairəsinə daxil olurlar. Çünki bunlar Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- sünnəsinə möhkəm sarılan, bidəti meydana gətirməyən və möminlərin yolundan başqa bir yola tabe olmayan sünnə əhli olan insanlardır.

3. “Əhli-sünnə vəl-cəməa” Kitab və Sünnə əhli olan sələf-salehin elə özüdür. Bunlar Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- göstərdiyi hidayət yolu ilə əməl edirlər172. Əshabələrin və tabiinlərin rəvayətlərinə tabe olurlar. Əhli-sünnə vəl-cəməata bidət gətirməyənlər, dini dəyişdirməyənlər, Allahın dinində ondan olmayan şeyləri sonradan ortaya atmayanlar, dində onlara tabe olunan hidayət rəhbərləri də daxildirlər.

4. Əhli-sünnə vəl-cəməa bütün firqələr arasında “firqəyi-naciyəni” (qurtulmuş firqə) təşkil edirlər. Bunlar isə qiyamət gününə qədər haqq üzrə qalib və ilahi köməyə nail olanlardır.

5. Nəfsin istəklərinin, zəlalət və bidətlərin çoxalıb, zamanın pozulduğu təqdirdə “qərib” olanlar. Bu da Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- bu hədisindən götürülmüşdür: “İslam qərib olaraq başladı. Başladığı kimi yenidən qərib olaraq da qayıdacaqdır. Xoş halına qəriblərin!173

Hz. Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- başqa bir hədisində də belə buyurmuşdur: “Qəribələrə mücdə olsun! Onlar say etibarilə pis adamların arasında olan, saleh olanlardır (azlıq təşkil edənlərdir). Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur.”174

6. Əhli-sünnə vəl-cəməa rəvayət, fəhm, elm və əməl yönündən hədis əhli olan insanlardır. Buna görə bəzi sələf imamlarının ilahi köməyə nail olan və nicat tapan firqə əhli-sünnə vəl-cəməanı (hədis əhli) deyə təfsir etdiklərini görürük. Bu izah İbn əl-Mübarək, Əhməd bin Hənbəl, əl-Buxari, İbn əl-Mədini, Əhməd bin Sinandan175 -Allahın rəhməti üzərlərinə olsun- rəvayət edilmişdir. Bu, əlbəttə doğrudur, çünki bu xüsusiyyətə layiq görülən hədis alimləri əhli-sünnə imamlarıdır.

İmam Əhməd “ilahi yardıma nail olan fipqə” haqqında bunları deyir: “Əgər burada bəhs edilənlər hədis əhli deyilsə, mən bunların kim olduqlarını bilmirəm”.

Qazi İyad da -rahmatullahi aleyhi- bunları bildirir: “Şübhəsiz İmam Əhməd əhli-sünnə vəl-cəməa ilə hədis əhlinin məzhəbinə uyğun etiqad sahibi olanları nəzərdə tutur.”176



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə