Sünnədən dolğun mənalı dualar



Yüklə 54,68 Kb.
tarix30.10.2018
ölçüsü54,68 Kb.

Sünnədən dolğun mənalı dualar

عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُ قَالَ: كَانَ النَّبِىُّ -صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ- يَدْعُو « رَبِّ أَعِنِّى وَلاَ تُعِنْ عَلَىَّ وَانْصُرْنِى وَلاَ تَنْصُرْ عَلَىَّ وَامْكُرْ لِى وَلاَ تَمْكُرْ عَلَىَّ وَاهْدِنِى وَيَسِّرِْ الهُدَى لِى وَانْصُرْنِى عَلَى مَنْ بَغَى عَلَىَّ اللَّهُمَّ اجْعَلْنِى لَكَ شَاكِرًا لَكَ ذَاكِرًا لَكَ رَاهِبًا لَكَ مِطْوَاعًا لَكَ مُخْبِتًا إلَيْكَ أوَّاهاً مُنِيبًا رَبِّ تَقَبَّلْ تَوْبَتِى وَاغْسِلْ حَوْبَتِى وَأَجِبْ دَعْوَتِى وَثَبِّتْ حُجَّتِى وَاهْدِ قَلْبِى وَسَدِّدْ لِسَانِى وَاسْلُلْ سَخِيمَةَ قَلْبِى ». رواه أبو داود و الترمذي و ابن ماجه.

Abdullah ibn Abbas (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Ona və Ailəsinə Allahın salavatı və salamı olsun!) tez-tez belə dua edərdi:

Rabbi əinni va lə tuin aleyyə, vansurni va lə tənsur aleyyə, vamkur li va lə təmkur aleyyə, vahdini va yəssiril-hudə li, vansurni alə mən bəğa aleyyə, Allahummə-c`alni ləkə şəkiran, ləkə zəkiran, ləkə rahibən, ləkə mitvaən, ləkə muxbitən, ileykə əvvahən munibən, Rabbi təqabbəl təubəti, vağsil həubəti, va əcib də`vəti, va səbbit hüccəti, vahdi qalbi, va səddid lisəni, vaslul səximətə sadri”

Rəbbim mənə yardım et, əleyhimə yardım etmə! Mənə qələbə ver, mənim üzərimdə qələbə çaldırma! Mənim xeyrimə hiylə işlət, əleyhimə hiylə işlətmə! Məni hidayət et və hidayəti mənim üçün asanlaşdır! Mənə qarşı həddini aşanları məğlub etməkdə mənə yardım et! Allahım məni Sənə şükr edənlərdən et, Səni zikr edənlərdən et, Səndən qorxanlardan et, Sənə itaətkar qul et, Sənə müti (qul) et, Sənə çox yalvaran, tövbə edib Sənə üz tutanlardan et! Rəbbim, tövbəmi qəbul et, günahlarımı yu, dualarımı qəbul et, hüccətimi möhkəmləndir, qəlbimə hidayət ver, dilimi doğrult və sinəmdəki pislikləri çıxart!”

Əbu Davud, Ət-Tirmizi və İbni Məca rəvayət etmişlər. Şeyx Albani “Səhihus-Sunən Əbu Davud” əsərində “səhihdir” demişdir.

Şərhi:

Bu əzəmətli dua iyirmi iki istək və diləyi cəm edir. Bunlar qulun ən böyük istəklərindən olub dünya və axirətdə səadət və salamatçılığa nail olmağın səbəbləridir.



Bunların əvvəlincisi:

« رَبِّ أَعِنِّى» “Rabbi əinni” “Rəbbim mənə yardım et!”

Bu Allahdan yardım istəməkdir. Yəni: “Səni xatırlamağa, Sənə şükr etməyə və Sənə gözəl ibadət etməyə məni müvəffəq et. Düşmənlərin əleyhinə yardımın və tovfiqinlə məni dəstəklə”.



Ikincisi:

«وَلاَ تُعِنْ عَلَىّ»َ va lə tuin aleyyə” “Əleyhimə yardım etmə!”

Yəni: “Sənə itaət etməyi mənə qadağan edən, günahları əmr edən nəfsimi və insanlardan və cinlərdən olan şeytanları mənim üzərimdə qalib qılma”.



Üçüncüsü:

«وَانْصُرْنِى» “vansurni” “Mənə qələbə ver!”

Yəni: “Kafir düşmənlərimin və Sənin dininin düşmənlərinin üzərində məni qalib et. Günahları əmr edən nəfsimə qarşı mənə yardım et. Çünki, o ən qatı düşmənimdir”.



Dördüncüsü:

«وَلاَ تَنْصُرْ عَلَىَّ» “va lə tənsur aleyyə” “Mənim üzərimdə qələbə çaldırma!”

Yəni: “yaratdıqlarından heç kimi üzərimdə qalib etmə”.



Beşinci:

وَامْكُرْ لِى» « vamkur li” “Mənim xeyrimə hiylə işlət”

Yəni: “düşmənlərimə qarşı hiylə işlət, onların şərlərindən salamat qalmağa və hiylələrini dəf etmək üçün mənə güclü fikir və sağlam bir hiylə bəxş et, belə ki, düşmənlərim onların düşmənçiliyini və hiyləsini dəf etməkdə mənə göstərdiyin yolu anlamasınlar”.



Altıncı:

وَلاَ تَمْكُرْ عَلَىَّ» « va lə təmkur aleyyə” “Əleyhimə hiylə işlətmə!”

Yəni: “düşmənimə yol göstərmə”.



Yeddinci:

وَاهْدِنِى» « vahdini” “Məni hidayət et!”

Yəni: “məni xeyir qapılarına yönəlt, mənə mənfəətli elm bəxş et və mənə nəfsimin eyiblərini göstər”.



Səkkizinci:

وَيَسِّرِْ الهُدَى لِى» « va yəssiril-hudə li” “Hidayəti mənim üçün asanlaşdır!”

Yəni: “hidayətə tabe olmağı və onu yaşamağı mənim üçün asanlaşdır. Xeyrə aparan səbəbləri mənim üçün rahatlaşdır ki, Sənə itaət etmək mənə çətin gəlməsin və Sənə ibadətdən yayınmayım.



Doqquzuncu:

وَانْصُرْنِى عَلَى مَنْ بَغَى عَلَىّ» « vansurni alə mən bəğa aleyyə” “Mənə qarşı həddini aşanları məğlub etməkdə mənə yardım et!”

Yəni: “mənə zülm edənləri və mənə qarşı həddini aşanları məğlub etməkdə mənə yardım et! İbni Teymiyyə (rahinəhullah) deyir: “”Mənə qarşı həddini aşanları məğlub etməkdə mənə yardım et!” adil insanın duasıdır, həddi aşanın duası deyil. Yəni: istənilən halda düşmənlərimi məğlub etməkdə mənə yardım et”1.



Onuncu:

اللَّهُمَّ اجْعَلْنِى لَكَ شَاكِرًا » « “Allahummə-c`alni ləkə şəkiran” “Allahım məni Sənə şükr edənlərdən et!”

Yəni: “üzərimdə olan nemətlərinə qarşılıq olaraq məni Sənə şükr etməyə ruhlandır!”



On birinci:

لَكَ ذَاكِرًا » « “ləkə zəkiran” “Səni zikr edənlərdən et!”

Yəni: “hər zaman – ayaq üstə olanda, oturanda, uzananda”



On ikinci:

لَكَ رَاهِبًا » « “ləkə rahibən” “Səndən qorxanlardan et!”

Yəni: “şadlıqda da, kədərdə də Səndən qorxanlardan et!”.



On üçüncü:

لَكَ مِطْوَاعًا » « “ləkə mitvaən” “Sənə itaətkar qul et!”

Yəni: “Sənə çox itaət edən qul et! Itaət – boyun əymək, tabe olmaq və itaətkar olmaq deməkdir”.



On dördüncü:

لَكَ مُخْبِتًا » « “ləkə muxbitən” “Sənə müti (qul) et!”

“Mütilik – xüşu (Allahdan qəlbən qorxaraq ibadət etmək), alçaq könüllük və xüdudur (görkəmini Allahdan qorxar şəkildə tutmaq).

Allaha müti olan: Yəni: qəlbi Ona qarşı inamla dolan, qəlbən Ondan qorxan, Ona təslim olan deməkdir. Əlaməti isə - qəlbin Rəbbi qarşısında sınaraq, alçalaraq zəlil olmasıdır.

On beşinci:

إلَيْكَ أوَّاهاً مُنِيبًا » « “ileykə əvvahən munibən” “Sənə çox yalvaran (əvvah), tövbə edib Sənə üz tutanlardan (munib) et!”

Əvvah – ağlayaraq içindən gələn səslə çox dua edəndir.

Munib – çox tövbə edib, əməllərində Allaha dönən deməkdir.

Bu iki xislətin bir yerdə gəlməsinə səbəb biri digərinin sinonimi olub, sanki eyni bir şey olmalarıdır. Çünki Allaha çox tövbə edib Ona üz çevirmək, eyni zamanda Allaha çox yalvarmaqdır. Allah təala buyurur:



إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ

Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaranOna üz tutan bir şəxs idi.

Burada və bundan əvvəl cərr - məcrurun2 öndə işlənməsi ixlasa və xüsusiləşdirməyə dəlalət edir3.



On altıncı:

» َبِّ تَقَبَّلْ تَوْبَتِى « “Rabbi təqabbəl təubəti” “Rəbbim, tövbəmi qəbul et!”

Yəni: “Tövbəmi bütün şərtləri və ədəbləri ilə birlikdə düzgün et!”.



On yeddinci:

وَاغْسِلْ حَوْبَتِى » « “vağsil həubəti” “Günahlarımı yu!”

Yəni: “Günahlarımı və pisliklərimi sil!”.



On səkkizinci:

وَأَجِبْ دَعْوَتِى » « “va əcib də`vəti” “Duamı qəbul et!”

Yəni: “Dualarımı qəbul et!”.



On doqquzuncu:

وَثَبِّتْ حُجَّتِى» « “va səbbit hüccəti” “Hüccətimi möhkəmləndir!”

Yəni: “Dünyada və Axirətdə düşmənlərinə qarşı hüccətimi möhkəmləndir. Dünyada və (qəbirdə) iki mələyin sorğusu zamanı “Lə İləhə İlləllah” sözünü deyib, onu təsdiq etməyim üçün məni sabit et!”.



Iyirminci:

وَاهْدِ قَلْبِى » « “vahdi qalbi” “Qəlbimə hidayət ver!”

Yəni: “Rəbbimi, Onun Peyğəmbərlərinə əmr edib, qullarına təbliğ etmək üçün göndərdiyi haqq və hidayəti tanımaqda mənə yol göstər!”.



Iyirmi birinci:

وَسَدِّدْ لِسَانِى» « “va səddid lisəni” “Dilimi doğrult!”

Yəni: “Dilimi doğru və düz danışan et ki, ondan qeyrisini danışmasın!”.



Iyirmi ikinci:

وَاسْلُلْ سَخِيمَةَ قَلْبِى » « “vaslul səximətə sadri” “Sinəmdəki pislikləri çıxart!”

Yəni: “Sinəmdə kök salmış aldatma, nifrət, kin və həsəd kimi pis əxlaqları çıxart!”.

Bu qısa şərhdən duanın necə də böyük və mühim məsələləri əhatə etməsi aydın olur.

Hafiz Əl-Bəzzər Şeyxul –İslam İbni Teyymiyyənin tərcümeyi-halında qeyd edir ki, “Bu dua Şeyxin ən çox etdiyi dualardan idi”1.



1 “Ər-raddu aləl-Bəkri” (Əl-Bəkriyə rədd) kitabı. 1/208

2 Duada “Sənə” mənasında gələn “Ləkə” və “ileykə” sözlərinin.

3 Yəni: duanı Allaha aid edib yalnız Ondan istəməyə dəlalət edir.

1 “Əl-Ə`lam əl-Aliyyə fi mənəqib ibni Teymiyyə” kitabı səh. 37




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə