Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə2/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   74

 
6
Ümidvarıq ki, qәdirbilәn oxucu kitabın müәllifini, tәrcü-
mәçisini vә bu işdә yaxından kömәyi olanları öz dualarında xa-
tırlayacaqdır. 
  
Elvüsal Məmmədov 
 
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun 
əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru 


 
7
 
İlahi xəzinədən incilər 
 
Uca Allah buyurur: 
 

 
“Allah möminlәrә lütf etdi. Çünki onların öz içәrisindәn 
özlәrinә (Allahın) ayәlәrini oxuyan, onları (pis әmәllәr-
dәn) tәmizlәyәn, onlara Kitabı (Quranı) vә hikmәti öyrә-
dәn bir peyğәmbәr göndәrdi. Halbuki bundan әvvәl on-
lar açıq-aydın zәlalәt içәrisindә idilәr” (Ali-İmran, 164); 

 
“Ey iman gәtirәnlәr! Allaha, Peyğәmbәrә vә özünüzdәn 
olan ixtiyar (әmr) sahiblәrinә itaәt edin! Әgәr bir iş barә-
sindә mübahisә etsәniz, Allaha vә qiyamәt gününә ina-
nırsınızsa, onu Allaha vә Peyğәmbәrә  hәvalә edin! Bu 
daha xeyirli vә  nәticә etibarilә daha yaxşıdır.” (әn-Nisa, 
59); 

 
“Peyğәmbәri çağırmağı öz aranızda bir-birinizi çağırma-
ğınızla eyni tutmayın! (Peyğәmbәri özünüz bir-birinizi 
çağırdığınız kimi çağırmayın. Ona “Mәhәmmәd, nә de-
yirsәn?” yox, “Bәli! Buyur, ey Allahın elçisi, ey Allahın 
peyğәmbәri!” – deyә cavab verin. Vә ya Peyğәmbәrin 
duasını öz duanız kimi hesab etmәyin. Onun duası, si-
zinkilәrdәn fәrqli olaraq, Allah dәrgahında mütlәq qәbul 
olunar). Hәqiqәtәn, Allah sizlәrdәn (xütbә zamanı  mәs-
ciddәn) xәlvәt sovuşub aradan çıxanları bilir. Onun (Al-
lahın, yaxud Peyğәmbәrin)  әmrinә qarşı  çıxanlar başla-
rına gәlәcәk bir bәladan, yaxud düçar olacaqları şiddәtli 
bir әzabdan hәzәr etsinlәr!” (әn-Nur, 63); 

 
“...Peyğәmbәr sizә  nә verirsә, onu götürün; nәyi qada-
ğan edirsә, ondan әl çәkin. Allahdan qorxun...” (әl-Hәşr, 
7). 
 
 


 
8
 
Peyğəmbərlik çeşməsindən incilər 
 
Allahın elçisi (Ona Allahın xeyir-duası vә salamı olsun!) deyib: 
 

 
“Cәmi ümmәtim cәnnәtә girәcәkdir. Ancaq tәkzib edәn-
lәr istisnadır. (Soruşdular:) “Kimlәrdir tәkzib edәnlәr, ey 
Allahın rәsulu?” Cavab verdi: “Mәnә itaәt göstәrәnlәr 
cәnnәt girәr, asi çıxanlar da tәkzib edәrlәr”
1
;  

 
“Sizә iki şey qoyub gedirәm. Onlara sarıldıqca yolunuz-
dan azmayacaqsınız. Bunlar Allahın kitabı  vә  mәnim 
sünnәmdir”
2


 
“Sizi gecәsi gündüztәk bәyaz olan aydınlıq içәrisindә 
tәrk edib gedirәm. Sünnәmdәn vә  mәndәn sonrakı Ra-
şidi xәlifәlәrinin yolundan ayrılmayın. Ondan bәrk-bәrk 
yapışın”
3
.  
 
 
 
 
                                                 
1
 Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Buxari rәvayәt edib.   
2
 Hәdisi Әbu Hüreyrәyә istinadәn Hakim rәvayәt edib. 
3
 Hәdisi  әl-Әrbaza istinadәn  Әhmәd ibn Hәnbәl vә “Sünәn” kitablarının 
müәlliflәri rәvayәt etmişlәr. 


 
9
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə! 
 
On dördüncü nəşrə yazılmış ön söz 
 
 Allaha 
şükür olsun! O Allaha ki, nemәti sayәsindә xeyir 
işlәr görürük; mәhz Onun fәzilәti sayәsindә yer üzünә xeyir-bә-
rәkәt enir, mәqsәd vә mәtlәblәr baş tutur.  
Xeyir-dua vә salam alәmlәrә lütf, möminlәrә nemәt, cә-
mi insanlara da ilahi dәlil olaraq göndәrilmiş böyüyümüz, ima-
mımız, nümunәmiz, istәklimiz vә müәllimimiz Mәhәmmәdә, 
ailәsinә, sәhabәlәrinә, onun yolu ilә gedәnlәrә, sünnәsi ilә qiya-
mәtәdәk hidayәt tapanlara yetişsin!  
Sünnә ikinci vәhydir, tәcrübi vәhydir; Quranın Peyğәm-
bәr tәrәfindәn izahıdır. Sünnә, hәm dә şәriәtin ikinci mәnbәyi-
dir, davranış normalarıdır.  
Bu sәbәbdәn Sünnәni doğru-dürüst anlamaq müsәlman-
lara fәrzdir. Onlar Sünnәni dәrindәn başa düşmәli, ona inanıb 
әmәl etmәli, davranışlarında ona bağlanmalı, ona dәvәt etmәli, 
onu insanlara öyrәtmәlidirlәr.  Әlәlxüsus, tariximizin tәnәzzül 
mәrhәlәsindә müsәlmanların hәm Qurana, hәm dә Sünnәyә 
sәhv münasibәt bәslәmәlәrindәn sonra bu, olduqca vacibdir.  
Müsәlman alimlәri, dәvәtçilәr, mütәfәkkirlәr – dinin ye-
nilәnmәsi, ümmәtin islahı  vә maariflәndirilib oyadılması ilә 
maraqlanan hәr kәs bu istiqamәtdә iş görmәlidir.  
Bu işdә  mәnim dә payım olsun deyә Beynәlxalq  İslam 
Fikri İnstitutunun istәyi ilә qәlәmә aldığım bu kitab son on bir 
il  әrzindә Misirdә, Beyrutda dәfәlәrlә çap olunub. Bu vaxt әr-
zindә mәn onda bәzi dәyişikliklәr apardım, әlavәlәr dә etdim, – 
bu, müәyyәn sәbәblәr üzündәn mәnә az hallarda müyәssәr 
olan  şeydir. Ancaq bu kitabın “bәxti gәtirdi”: üzәrindә ciddi-
cәhdlә işlәdim; ayrıca bütöv paraqraflarla yanaşı, mәtnin özünә 
vә alt haşiyәlәrә bir sıra tamamlayıcı paraqraflar әlavә etdim. 


 10
Bir sözlә, kitabı  tәkmillәşdirdim. Nәticәdә onun hәcmi artdı. 
Bu, Allah tәalanın bir lütfüdür. Bu sәbәbdәn mәn kitabımı di-
gәr dillәrә  tәrcümә etmiş qardaşlarımdan xahiş edirәm ki, әv-
vәlki tәrcümәlәrini tәkmillәşdirmәk üçün bu nәşrdәn faydalan-
sınlar. Faydalansınlar ki, tәrcümәlәr kitabın tәkmillәşdirilmiş 
әrәbcә әslindәn fәrqlәnmәsin.  
Bir neçә kitab qәlәmә almaqla Sünnәnin xidmәtindә dur-
mağı mәnә müvәffәq edәn Allaha hәmd olsun. Bu kitablar aşa-
ğıdakılardır: 
1. Sünnә – bilik vә mәdәniyyәtin mәnbәyi kimi  
2. Sünnәnin öyrәnilmәsinә giriş 
3. Peyğәmbәr vә elm 
4. Münzirinin “әt-Tәrğib vәt-Tәrhib” kitabından seçilmiş 
hәdislәr 
5. İslamın ali mәnbәlәri – Quran vә Sünnә 
6. İslam hәr bir dövrün, coğrafiyanın dinidir 
7. İslam şәriәtinin öyrәnilmәsinә giriş 
8. Müasir dövrdә müsәlmanlar üçün fiqhin asanlaşdırıl-
ması (birinci cild) vә s. 
Әlavәlәr edilib tәkmillәşdirilmiş bu kitabı çap etdiyi 
üçün “Dar әş-Şüruq” nәşriyyatının müdiriyyәti vә kollektivinә 
minnәtdarlığımı bildirirәm. Allahdan ricam budur ki, oxuyan-
lar, tәrcümәçilәr vә dәvәtçilәr üçün bu kitabı faydalı etsin. Hә-
qiqәtәn, O eşidәndir, cavablandırandır!  
Hәr zaman Allaha şükür olsun!  
 
Qahirə: cəmadəlüla, hicri 1421      Allahın әfvinә möhtac 
avqust, miladi 2000                            
 Yusif əl‐Qərdavi 
 
   
 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə