Sünnəyə münasibətimiz necə olmalıdır?


Birinci nəşrə yazılmış ön söz



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   74

 11
 
Birinci nəşrə yazılmış ön söz 
 
 Allaha 
hәmd olsun! Salam vә xeyir-dua Peyğәmbәrә, ai-
lәsinә, sәhabәlәrinә, onun nuru ilә gedәnlәrә yetişsin! 
 Vaşinqtondakı Beynәlxalq İslam Fikri İnstitutu vә İorda-
niyanın  İslam Mәdәniyyәti Araşdırmaları Kral Akademiyasın-
dan mәnә tәklif gәldi ki, Qurandan sonra dinin ikinci mәnbәyi 
sayılan Sünnәyә doğru-dürüst münasibәt probleminә dair ay-
rıca kitab yazım. Özü dә Sünnәyә fiqh, qanunvericilik, mәhkә-
mә, dәvәt, tәlim-tәrbiyә baxımından toxunum. Allahın kömәyi 
ilә belә bir kitabı әrsәyә gәtirdim. Düzdür, bu iş bir az uzandı. 
Axı, toxunduğumuz mövzu hәdsiz ciddiyyәt vә  dәqiqlik tәlәb 
edir.  Әhәmiyyәti vә aktuallığı  sәbәbi ilә  bu  mövzunun  hazır-
lanmasında tәlәsmәdim.  
 Kitabda 
mәn Sünnәnin sübutluğundan (legitimliyindәn) 
söz açmamışam. Bu, başqa problemin mövzusudur vә digәr 
kitablarımda bu haqda kifayәt qәdәr yazmışam. Kitabda mәn, 
әsasәn dәvәt vә fiqh sahәsindә Sünnәyә münasibәtin әsas prin-
siplәri haqda danışmışam, onun doğru-dürüst başa düşülmә-
sinin zәruri qaydalarını açıqlamışam. Bu zaman mәn zahirlә ki-
fayәtlәnib mәqsәdi unudan, formadan yapışıb mәzmuna laqey-
dlik göstәrәn hәrfbazların dar zehniyyәtindәn uzaq durmuşam. 
Elәcә dә laqeyd vә xudbin şәxslәrin yersiz tolerantlığına “yox” 
demişәm. O laqeyd vә xudbinlәr ki, mәtlәbsiz danışar, әhli ol-
madıqları  işlәrdә özlәrini dahi sayar, Allah vә peyğәmbәri ba-
rәsindә bilmәdiklәrini söylәyәrlәr.  
 Çalışdım ki, kitabım elmi vә mötәbәr olsun. Odur ki, hәr 
bir fikrin mәnbәyini göstәrdim, hәr bir iddianı  dәlillәrlә  әsas-
landırdım, yalnız vә yalnız sәhih vә “hәsәn” hәdislәrә istinad 
etdim. Hәmçinin, bu mәqsәdlә ümmәtin seçkin alimlәrinin, 
xüsusәn dә  sәhabә  vә  tabein  dövr  ülәmasının  әsәrlәrindәn ya-
rarlandım. Yararlandım ki, onların nurundan mәnә dә pay düş-


 12
sün, üsulları karıma gәlsin. Onu da yәqinliklә  dәrk edirәm ki, 
Mәsum (Mәhәmmәd peyğәmbәr – mütərcim) istisna olmaqla 
heç kәsin hәr sözü, hәr әmәli әxz edilmәz. Bu sәbәbdәn Qura-
nın möhkәm ayәlәri ilә, sәhih hәdislәrlә, şәriәtin mәqsәdlәri vә 
qayda-qanunları ilә kifayәtlәnmişәm. Düşmәnlәri vә bәzi tәrәf-
darlarından fәrqli olaraq Sünnәyә insaflı münasibәt bәslәmi-
şәm. O tәrәfdarlarından ki, saf ürәkli vә sәmimi olmalarına rәğ-
mәn, dar zehniyyәtlәri ucbatından Sünnәyә yamanlıq edirlәr. 
Onlara elә gәlir ki, bu cür davranmaqla Sünnәyә yaxşılıq etmiş 
olurlar. Ancaq bu, belә deyil.  
 Toxunduğum mövzulara dair misallar da gәtirmişәm. İs-
tәmişәm ki, problem oxucuya gün kimi aydın olsun.  
 Ümid 
edirәm ki, qarşıma mәqsәd qoyduğum vә mәndәn 
tәlәb edilәn şeyin öhdәsindәn gәlmişәm. Bәlkә dә buna azacıq 
da olsa nail olmuşam. Ümidvaram ki, yazdıqlarım mәni  Әda-
lәtli Xәlәflәr (əl‐Xələf əl‐Ədul) zümrәsinә daxil edәcәkdir. O xә-
lәflәr ki, peyğәmbәrlik elmini fanatiklәrin tәhrifindәn, batil әh-
linin saxtakarlığından, cahillәrin yozumlarından mühafizә edir-
lәr.  
 Ümid 
edirәm ki, qәlәmә aldıqlarım mәnә peyğәmbәrlә-
rin böyüyü vә sonuncusunun şәfaәtini qazandıracaqdır. 
 Nemәti sayәsindә xeyir işlәrin baş tutduğu Allaha hәmd 
olsun!  
 
“…Bizi bura gәtirib çıxaran Allaha hәmd olsun! Әgәr Al-
lah bizi doğru yola yönәltmәsәydi, biz özümüzә doğru yolu ta-
pa bilmәzdik…” (әl-Әraf, 43). 
 
 
Doha:   şəvval, hicri 1409    
 
    Yusif əl‐Qərdavi 
 
 
   may, miladi 1989      
 
 
 
 
 


 13
Birinci fәsil 
 
İSLAMDA SÜNNƏNİN YERİ; SÜNNƏ 
QARŞISINDA HANSI VƏZİFƏLƏRİMİZ VAR; 
ONA MÜNASİBƏTİMİZ NECƏ OLMALIDIR? 
 
 
 
 
 

 
İslamda Sünnənin yeri 
 

 
Sünnə qarşısında müsəlmanın vəzifələri 
 

 
Sünnəyə münasibətin əsas prinsipləri 


 14
 
İslamda Sünnənin yeri 
 
Qurani-Kәrim  әn qüdrәtli ilahi әlamәt olub Mәhәmmәd 
peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı olsun!) әn bö-
yük möcüzәsidir. O, qorunan әbәdi kitabdır; batil ona sirayәt 
etmәz. Quran başdan-ayağa mötәbәr vә qәti olan İlk Mәnbәdir! 
İslamın bütün mәnbәlәri ona istinad edәr. Digәr mәnbәlәrdәn 
Quran әleyhinә dәlil gәtirilmәz.  
Peyğәmbәrin sünnәsi isә Quranı öyrәnәn, onu izah edәn 
mәxәzdir. Mәgәr Allah öz peyğәmbәrinә belә demәyib:  
“...Sәnә dә Quranı nazil etdik ki, insanlara onlara göndә-
rilәni (hökmlәri, halal-haramı) izah edәsәn...” (әn-Nәhl, 44). 
Mәhz Peyğәmbәr öz sözlәri,  әmәllәri vә  tәsdiqlәyici hә-
rәkәtlәri ilә Quranın izahedicisidir. Bu baxımdan Sünnә Qura-
nın praktik izahıdır, islamın ideal-real tәtbiqidir. Demәli, Pey-
ğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) izah edilmiş 
Quran olub islamın da tәcәssümgahı idi!  
Peyğәmbәrlә şәrәfli hәyat yolu keçdiyi üçün Möminlәrin 
anası Hәzrәti Aişә (Allah ondan razı qalsın!) öz fәhmi vә bәsi-
rәti ilә bu hәqiqәti başa düşmüşdü. Ondan Allahın rәsulunun 
әxlaqı barәdә soruşanlara fәsahәtli vә gün kimi aydın bir cavab 
vermişdi: “Onun әxlaqı Qurandır!”
1
 
Kim islamın praktik metoduna bәlәd olub bu metodun 
xüsusiyyәtlәri vә әsaslarını tanımaq istәyirsә, bunu Peyğәmbә-
rin әmәllәrindә, sözlәri vә tәsdiqlәyici davranışlarında tәcәssü-
münü tapmış Sünnәdәn tәfsilatı ilә öyrәnә bilәr.  
“Sünnә” sözü yol vә metod (üsul) demәkdir. O, Quranın 
açıqlanmasında, islamın mahiyyәti vә  tәlimlәrinin insanlara 
                                                 
1
 Hәdisi İmam Әhmәd, Әbu Davud vә Nәsai rәvayәt etmişlәr. İmam Müslim 
isә “Onun әxlaqı Quran idi” – deyә rәvayәt edib. Hәmçinin, bax: İbn Kәsir. 
“Nun” surәsinin tәfsiri.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə