Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   74

 15
izahında peyğәmbәrlik hikmәtini – müdrikliyi ifadә edir. Allah 
öz peyğәmbәrinә Kitabı  vә hikmәti göndәrmiş, ümmәtin for-
malaşmasında müdrik davranmağı ona vәzifә bilmişdir
1

 
Sünnə universal metoddur 
 
Әgәr Quran hәrtәrәfli vә mükәmmәl kitabdırsa
2
, onda 
Sünnәnin metodu da ona uyğun olmalıdır. Axı Sünnә Quranın 
izahıdır! 
Sünnә insan hәyatını bütövlükdә – uzunu, eni vә dәrin-
liyi baxımından özündә birlәşdirir. Biz uzunluq dedikdә insa-
nın tәkcә doğumundan ölümünәdәk olan zaman kәsiyini deyil, 
hәm dә ana bәtni vә axirәtdәki hәyatını nәzәrdә tuturuq. Yәni, 
hәyatın şaquli zaman kәsiyi onun uzunluğudur. 
En dedikdә  hәyatın üfüqi tәrәfi başa düşülür vә o, hә-
yatın bütün sahәlәrini әhatә edir. Bu baxımdan Sünnә evdәdir, 
bazardadır, mәsciddәdir, ictimai yerlәrdәdir, işdәdir, Allahla, 
ailә ilә, müsәlmanlarla, qeyri-müsәlmanlarla, digәr canlılarla, 
cansız tәbiәtlә, insanın özü ilә münasibәtlәrdәdir.  
Dәrinlik isә insan hәyatının mahiyyәtini ifadә edir. O, 
bәdәni, ağıl vә ruhu, zahir vә batini, sözü, әmәli vә niyyәti bir 
arada cәm edir.  
                                                 
1
 Allah  tәala buyurur: “Allah möminlәrә lütf etdi. Çünki onların öz içәri-
sindәn özlәrinә (Allahın) ayәlәrini oxuyan, onları (pis әmәllәrdәn) tәmiz-
lәyәn, onlara Kitabı (Quranı) vә hikmәti öyrәdәn bir peyğәmbәr göndәrdi. 
Halbuki bundan әvvәl onlar açıq-aydın zәlalәt içәrisindә idilәr” (Ali-İmran, 
164). Hәmçinin, Allah Peyğәmbәrin xanımlarına belә xitab edir: “Allahın 
evlәrinizdә oxunan ayәlәrini (Quranı) vә hikmәti (Peyğәmbәrin qoyduğu 
qayda-qanunu) xatırlayın...” (әl-Әhzab, 34). O kәsә ki, Allah Quranı endirib 
vә onu insanlara çatdırmağı  әmr edib, aydınlaşdırma vә öyrәtmәdә ondan 
daha layiqli kim ola bilәr axı?! 
2
 Quranda bu haqda deyilir: “Biz Quranı sәnә hәr şeyi izah etmәk üçün nazil 
etdik!” (әn-Nәhl, 89).  


 16
Çox tәәssüf ki, bәzi müsәlmanlar Sünnә dedikdә saqqal-
dan, paltarın  әtәyinin qısaldılmasından, “misvak”dan (diş  tә-
mizlәmәk üçün istifadә edilәn ağac – mütərcim) söz açırlar. On-
lar bilmirlәr ki, Peyğәmbәrin metodu – Sünnә universaldır. Bu-
rada hәr kәsә – qocalara, cavanlara, evlilәrә, subaylara, varlı-
lara, kasıblara, mülki vә hәrbiçi şәxslәrә, hakimlәrә vә tәbәәlәrә 
yer vardır. 
 
Sünnə tarazlaşdırıcı metoddur 
 
 Sünnәdә tarazlaşdırıcı xüsusiyyәt vardır. O, ruh vә  bә-
dәn, ağıl vә qәlb, dünya vә axirәt, ideya vә reallıq, nәzәriyyә vә 
praktika, qeyb alәmi vә real hәyat, azadlıq vә mәsuliyyәt, fәrdi-
lik vә kollektivçilik, tәqlid vә yaradıcılıq arasında müvazinәt 
yaradır.  
Bu, mötәdil metod olub mötәdil ümmәtin yoludur. Mö-
tәdil metod çәkidә nә hәddi aşar, nә dә çәkini әskildәr: 
“Ona görә ki, çәkidә hәddi aşmayasınız (insafı әldәn ver-
mәyәsiniz). 
Tәrәzini düz tutun, çәkini  әskiltmәyin! (Çәkidә insaflı 
olun, tәrәzini korlamayın!)” (әr-Rәhman, 8-9).  
Bu sәbәbdәn Peyğәmbәr (Ona Allahın xeyir-duası vә sa-
lamı olsun!) görәndә ki, sәhabәlәri dindә ifrata vә ya laqeydliyә 
meyl edirlәr, dәrhal onları mötәdilliyә qaytarar, mövcud tәhlü-
kәdәn onları xәbәrdar edәrdi.  
Bir dәfә üç sәhabә gәlib Peyğәmbәrdәn (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) ibadәt haqda soruşurlar. Belә güman 
edirlәr ki, ibadәtlәrindә çatışmazlıq var. Birincisi ömrü boyu 
oruc tutmağı, ikincisi gecәlәri yatmayıb ibadәt etmәyi, üçüncü-
sü dә qadınlardan uzaq durub evlәnmәmәyi qәrara alır. Pey-
ğәmbәr bundan xәbәr tutduqda onları çağırıb danlayır: “Mәn 


 17
Allahdan sizdәn çox qorxuram, sizdәn dә  tәqvalıyam
1
. Amma 
hәm oruc tutur, hәm dә yeyirәm, gecәlәri hәm ibadәtlә keçirir, 
hәm dә yatıram. Qadınlarla da evlәnirәm. Kim sünnәmdәn üz 
çevirәrsә, mәndәn deyildir!”
2
 
Hәmçinin, Abdullah ibn Әmr ibn Asın ifrat formada 
oruc tutduğu, gecә ibadәt edib Quran oxuduğu xәbәri gәlib 
Peyğәmbәrin qulağına çatanda, onu çağırmış  vә demişdi: “Bә-
dәninin sәnin üzәrindә (dincәlmә) haqqı vardır. Gözlәrinin sә-
nin üzәrindә (yuxu) haqqı vardır. Ailәnin sәnin üzәrindә (әziz-
lәmә, yaxın olma) haqqı vardır. Qonaqlarının da sәnin üzәrindә 
(hörmәt göstәrib qaynayıb-qarışma) haqqı vardır. Haqq sahibi-
nә haqqını ver”
3
.  
Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
insanlar üçün mötәdillik vә tarazlıq nümunәsi idi. Sünnәsi vә 
hәyatı göstәrir ki, o, rәbbi ilә, nәfsi ilә, ailәsi ilә, sәhabәlәri vә 
bütün digәr insanlarla münasibәtindә mötәdillik vә tarazlığı 
әlindә bayraq edibmiş
4
.  
Peyğәmbәrin tez-tez etdiyi dua belә  sәslәnirdi: “Ey rәb-
bimiz, bizә dünyada da, axirәtdә dә gözәl nemәtlәr ver, bizi cә-
hәnnәm әzabından qoru!”
5
  
Hәmçinin, tez-tez bu cür dua edәrdi: “Allahım dinimi 
(mәnә) yararlı et. O mәni qoruyandır. Dünyamı (mәnә) yararlı 
et. O mәnim mәskәnimdir. Axirәtimi (mәnә) yararlı et. Qayıdı-
                                                 
1
 Təqva: Allahdan qorxma; ruha vә nәfsә nәzarәt; Allaha yaxınlaşma; nәfsәn 
tәmizlәnmә (ruhәn, daxilәn saflaşma, imanca kamillәşmә, mәnәvi tәrbiyә) 
anlayışlarını özündә ehtiva edәn geniş  mәnalı dini termin – tərcüməçinin 
qeydi
2
 Hәdisi  Әnәs ibn Malikә istinadәn  İmam Buxari vә  İmam Müslim rәvayәt 
etmişlәr.  
3
 Hәdisi Abdullah ibn Әmr ibn Asa istinadәn İmam Buxari vә İmam Müslim 
rәvayәt etmişlәr.  
4
 Yusif әl-Qәrdavi. Rәbbani hәyat vә elm, sәh. 53-65. 
5
 “әl-Bәqәrә” surәsi, 201-ci ayә.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə