Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   74

 21
pağa, hәm dә Allaha çәkәn xüsusiyyәtlәr var. Axı o, hәm tor-
paqdan yaradılıb, hәm dә Allahın nәfәsi ona üfürülüb.  
Tәbiidir ki, insan hәm ucala, hәm enә, hәm irәlilәyә, hәm 
büdrәyә, hәm doğru yolu tuta, hәm yolunu aza, hәm asi, hәm 
dә tövbәkar ola bilәr. 
Bәzi sәhabәlәr özlәrini münafiq sayardılar. Çünki evdә 
bir cür olurdular, Peyğәmbәrin yanında başqa cür. Bir gün bu 
sәhabәlәrdәn biri – Hәnzәlә evindәn çıxır, Peyğәmbәrin yanına 
tәlәsir ki, düşdüyü halәti ona danışsın. Yol boyu hey deyirdi: 
“Hәnzәlә münafiqdir, Hәnzәlә münafiqdir”. Peyğәmbәrin yanı-
na çatır, başına gәlәnlәri ona danışır: “Ey Allahın rәsulu, sәnin 
yanında qәlbim riqqәtә gәlir, gözlәrim yaşarır; rәbbimi xatırla-
yıram, axirәti göz önünә  gәtirirәm. Elә ki evә getdim, hәr  şey 
tәrsinә dönür: uşaqlarımla oynaşıram, zövcәmlә  dә  hәmçinin. 
Hәr  şeyi unuduram”. Peyğәmbәr gülümsәyir: “Ey Hәnzәlә, 
әgәr siz mәnim yanımdakı halәtinizdә davamlı olsaydınız, mә-
lәklәr әllә sizә salam verәrdilәr. Ancaq, ey Hәnzәlә, bu halәt ya-
nı-sıra olur”
1
.  
Bununla da Peyğәmbәr tәsdiqlәmiş olurdu ki, insan hәm 
tәmiz vә saf, hәm dә qafil mәxluqdur. Bir insanın öz hәyatını 
hәm rәbbinә, hәm dә özünә, hәm dünyasına, hәm dә axirәtinә 
ayırmağında bir qәbahәt yoxdur. Belә bir deyim var: “Bir saatı-
nı qәlbinә, bir saatını da rәbbinә ayır!”  
Peyğәmbәrin sünnәsi insanın zәifliyini nәzәrә alaraq, 
“mübah”ların
2
 sayını çoxaltmış, haramların dairәsini isә kiçilt-
mişdir. Sәhabәlәrdәn  Әbu Dәrda rәvayәt edir ki, bir dәfә Al-
lahın rәsulu (Allahın xeyir-duası  vә salamı olsun!): “Öz kita-
bında Allahın halal bildiyi şey halal, haram saydığı şey dә ha-
ramdır. Danışmadığı şeylәr isә bir lütfkarlıqdır. Allahın lütfünü 
                                                 
1
 Hәdisi İmam Müslim vә başqaları rәvayәt edib.  
2
 Mübah: (әrәb. “icazәli”). Dindә edilib-edilmәmәyi sәrbәst sayılan әmәllәr. 
Bu cür әmәllәri edәnlәr savab qazanmadıqları kimi, onu etmәyәnlәr dә 
günah  işlәmiş hesab olunmazlar – tərcüməçinin qeydi


 22
qәbul edin vә (bilin ki,) O, heç nәyi yaddan çıxartmayıb”
1
, – 
dedi vә ardından bu ayәni oxudu: “...Rәbbin unudan deyil-
dir...”
2
  
Sünnә, hәmçinin, bu sәbәbdәn qadağalarda zәrurәtin nә-
zәrә alınması qaydasını  tәsis edib. Sünnә  bәşәri ehtiyaclara la-
qeyd yanaşmamış, zәrurәt vә ehtiyac anında bәzi haram әmәl-
lәri “mübah” qılmışdır. Mәgәr Peyğәmbәr qotur xәstәliyindәn 
şikayәtlәnәn iki nәfәrә ipәk paltar geyinmәyi icazә vermәmiş-
di?!  
Sünnә insan reallığından çıxış edәrәk, günah etdiyi za-
man onun zәifliyini nәzәrә alır. Bu sәbәbdәn tövbә qapılarını 
qapamamış,  әksinә, onları günahkarların üzünә taybatay aç-
mışdır. Açmışdır ki, tövbә edib Allahdan bağışlanma dilәsinlәr. 
Hәdislәrin birindә oxuyuruq: “Allah gecәlәr әlini açar ki, gün-
düzlәr günah işlәyәnin tövbәsini qәbul etsin. Gündüzlәr dә әli-
ni açar ki, gecәlәr günah işlәyәnin tövbәsini mәqbul bilsin. Bu, 
günәş qәrbdәn çıxanadәk (Qiyamәt qopanadәk – mütərcim) da-
vam edәcәkdir”
3
.  
Digәr bir hәdisdә isә deyilir: “Mәhәmmәdin canını Әlin-
dә tutana (Allaha) and olsun ki, әgәr günah işlәmәsәniz, bağış-
lanma dilәmәsәniz, Allah sizi (dünyadan) aparar, yerinizә baş-
qalarını  gәtirәr. Onlar günah edib bağışlanma dilәyәrlәr, O da 
onları bağışlayar”
4

Sünnәdә insanların fәrqli xüsusiyyәtlәri vә halәtlәri diq-
qәtә alınıb. Bu üzdәn Peyğәmbәr bir neçә  şәxsin eyni sualına 
                                                 
1
 Hәdisi Hakim (2/375) rәvayәt etmiş  vә  sәhih saymışdır.  İmam Zәhәbi dә 
Hakimin rәyi ilә razılaşır. “әl-Mәcmә” kitabında (cild I, sәh. 171) Heysәmi 
yazır: “Hәdisi Bәzzar, “әl-Kәbir” kitabında da Tәbәrani rәvayәt edib. İsti-
nadı “hәsәn”, ravilәri dә mötәbәrdirlәr”.  
2
 “Mәryәm” surәsi, 64-cü ayә.  
3
 Hәdisi  Әbu Musaya istinadәn  İmam Müslim vә  İmam  Әhmәd rәvayәt 
etmişlәr.  
4
 Hәdisi İmam Müslim rәvayәt edib. 


 23
fәrqli-fәrqli cavablar verәrmiş. O bilirdi ki, insanlar psixoloji, fi-
ziki vә zehni baxımdan eyni deyillәr. Odur ki, qocalarla qoca, 
uşaqlarla uşaq, gәnclәrlә  gәnc... kimi davranardı.  İnsanlara çı-
xılmaz hallarda bir çox imtiyaz tanıyardı, onların vәziyyәtlәrini 
diqqәtlә qiymәtlәndirәrdi.  
Peyğәmbәrimiz xalqların adәtlәrini, fәrqli xüsusiyyәtlә-
rini nәzәrdәn qaçırmazdı. Mәsәlәn, hәbәşlәrә icazә vermişdi ki, 
bayram günü mәscidindә çalıb oynasınlar. Hәmçinin, yaşı az 
olduğundan Hәzrәti Aişәyә özünün arxasında durub onlara ta-
maşa etmәk icazәsi vermişdi.  
Elәcә, Allahın rәsulu istirahәtә vә әylәncәyә olan ehtiyacı 
nәzәrә alaraq, toylarda әylәnmәni vә kәnar şәxslәrin orada işti-
rakını dini baxımdan mәqbul saymışdı
 1
.  
Belә faktların, misalların sayını artırmaq mümkündür. 
Bütün bu fakt vә misallar göstәrir ki, Peyğәmbәrin metodu real 
idi.  
 
Sünnə asanlaşdırıcı metoddur 
 
Peyğәmbәrin metoduna hәm dә asanlıq, yüngüllük vә 
tolerantlıq xasdır. Çünki Sünnә reallığa uyğundur. Bu metodun 
sahibi Quranın dediyi kimi, Tövrat vә  İncildә belә  tәsvir olu-
nur: 
“...(O Peyğәmbәr) onlara yaxşı işlәr görmәyi buyurar, pis 
işlәri qadağan edәr, tәmiz (pak) nemәtlәri halal, murdar (na-
pak) şeylәri haram edәr, onların ağır yükünü yüngüllәşdirәr vә 
üstlәrindәki buxovları açar (şәriәtin çәtin hökmlәrini götürәr)” 
(әl-Әraf, 157). 
                                                 
1
 Bax: Yusif әl-Qәrdavi. Müsәlman cәmiyyәtinin xüsusiyyәtlәri, “Әylәncә vә 
incәsәnәt” fәsli; Yusif әl-Qәrdavi.  İslam vә incәsәnәt, “Mәktәbә  Vәhbә” 
nәşriyyatı, 1996. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə