Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   10   ...   74

 24
Belә peyğәmbәrin sünnәsi insanları dini mәsәlәlәrdә çә-
tinliyә salmaz, dünya işlәrindә dә yormaz. Allahın rәsulu “Sәni 
dә (ey rәsulum!) alәmlәrә (bütün insanlara vә cinlәrә) ancaq bir 
rәhmәt olaraq göndәrdik” ayәsini
1
 izah  edәrkәn deyәrdi: “Hә-
qiqәtәn dә mәn yol göstәrәn bir rәhmәtәm”
2

Peyğәmbәrimiz başqa bir hәdisindә deyib: “Hәqiqәtәn, 
Allah mәni çәtinlәşdirib-qәlizlәşdirәn deyil, öyrәdib-asanlaşdı-
ran göndәrib”
3

O, Әbu Musa vә Müazı Yәmәnә göndәrәrkәn onlara belә 
nәsihәt etmişdi: “Asanlaşdırın, çәtinlәşdirmәyin! Müjdәlәyin, 
nifrәt etdirmәyin! Bir-birinizlә dil tapın, ixtilafa düşmәyin!”
4
 
Daima ümmәtinә bunu öyrәdirdi: “Müjdәlәyin, nifrәt et-
dirmәyin!”
5
 
Mәscidә batıran bәdәvi  әrәbi bәrk azarlayan sәhabәlәri-
nә  dә demişdi: “Sizlәr çәtinlәşdirici deyil, yüngüllәşdirici ola-
raq göndәrildiniz”
6

Tәbliğ etdiyi dini haqda bildirәrdi: “Mәn (sizlәrә) dö-
zümlü (tolerant) hәnifliklә göndәrilmişәm”
7
.  
                                                 
1
 “әl-Әnbiya” surәsi, 107-ci ayә. 
2
 Hәdisi Әbu Salehә istinadәn İbn Sә`d vә Tirmizi rәvayәt ediblәr. Hakim isә 
bu hәdisi hәm Әbu Salehә, hәm dә Әbu Hüreyrәyә istinadәn rәvayәt edib, 
İmam Buxari vә İmam Müslimin sәhihlik şәrtlәri çәrçivәsindә onu sәhih sa-
yıb. Zәhәbi dә bunu tәsdiqlәyib. Yusif әl-Qәrdavinin “Halal vә haram” kita-
bındakı hәdislәrin saf-çürük edәn Әlbani dә hәmin hәdisi sәhih sayıb. Hәdis 
№ 1.  
3
 Hәdisi  İmam Müslim “Came әs-Sәhih” kitabının “Talaq” fәslindә  rәvayәt 
edib. Hәdis № 1478. 
4
 Alimlәr bu hәdisin sәhihliyini yekdilliklә tәsdiqlәyiblәr. Hәmçinin, bax: әl-
Lu`lu` vәl-Mәrcan, hәdis № 1130. 
5
 Alimlәr Әnәs ibn Malikә istinadәn rәvayәt olunmuş bu hәdisin sәhihliyini 
tәsdiqlәmişlәr. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1131. 
6
 Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Buxari, Nәsai vә Tirmizi (“Sünәn” 
kitabı, “Tәmizlik” fәsli) rәvayәt etmişlәr.  
7
 Hәdisi  Әbu Ümamәyә istinadәn Tәbәrani rәvayәt edib. “Mәcmә  әz-Zә-
vaid” kitabında (cild IV, sәh. 302) göstәrildiyi kimi, istinad zәncirindә “zәif” 


 25
Digәr bir hәdisә nәzәr salaq: “Ey insanlar, nәyә gücünüz 
yetir onu edin. Bilin ki, siz bezmәdikcә Allah da bezmәz”
1

Peyğәmbәr qulları üçün asanlıq istәyәn Allahın Quranda 
qoyduğu qaydanı  tәtbiq edirdi. Axı Allah din mәsәlәlәrindә 
qullarının işini çәtinlәşdirmәyib: 
“...Allah sizi çәtinliyә salmaq istәmәz...” (әl-Maidә, 6). 
Başqa bir ayәdә isә rәbbimiz buyurur: 
“Allah istәr ki, üzәrinizdә olanı (ağırlığı) yüngüllәşdir-
sin, çünki insan (şәhvәtini cilovlamaq vә itaәtin çәtinliyinә döz-
mәk baxımından) zәif yaradılmışdır” (әn-Nisa, 28). 
Peyğәmbәr dindә ifrata varmasınlar deyә  sәhabәlәrinә 
vә bütün insanlara xәbәrdarlıq edib. Bu sәbәbdәn rahibliyi, as-
ketizmi, nәfsi xoş nemәtlәrdәn mәhrum etmәyi mәqbul bilmә-
miş, qadağan etmişdi. Hәyatdan, sağa-sola çıxmadan hәzz al-
mağı göstәriş vermişdi. Aşağıdakı hәdislәr dә bunu tәsdiqlәyir: 
“Allah gözәldir, gözәlliyi dә sevir”
1

                                                                                                                   
ravi mövcuddur. Hәdisi Xәtib vә başqaları  zәif istinadla Cabirdәn rәvayәt 
ediblәr. “Feyz әl-Qәdir” kitabında yazılıb: “Ancaq bu hәdisin üç istinadı var. 
Bu sәbәbdәn o, әn azından “hәsәn” hәdisdir. Bax: Әlbani. Qayә  әl-Mәram, 
hәdis №  8. Hafiz İbn Hәcәr bu hәdisi “Fәth әl-Bari” kitabında (cild II, sәh. 
444) Hәzrәti Aişә  Ürvә  Әbu Zәnnad istinadı ilә  Sәrracdan “Hәbәşlәrin 
oyunu” qissәsindә rәvayәt etmişdir. Qissәdәn aydın olur ki, Allahın rәsulu  
deyib: “Yәhudilәr bilsinlәr ki, dinimiz genişdir, (qapalı din deyil). Hәqiqәtәn 
dә  mәn (sizlәrә) dözümlü (tolerant) hәnifliklә göndәrilmişәm”.  İmam  Әh-
mәdin İbn Abbasa istinadәn rәvayәt etdiyi variant isә belә sәslәnir: “Allahın 
rәsulundan hansı dinin Allaha daha xoş olmağı haqda soruşdular. O da ca-
vab verdi ki: “Dözümlü (tolerant) hәnifilik”. Heysәmiyә görә, hәdisin bu 
variantını İmam Әhmәd, “әl-Möcәm әl-Kәbir vәl-Möcәm әl-Övsәt” kitabın-
da Tәbәrani vә  әl-Bәzzar rәvayәt etmişlәr. Bu istinad zәncirindә  İbn  İshaq 
adlı ravi var ki, o da hәdis rәvayәt edib-etmәdiyini açıq şәkildә bildirmәyib. 
“Came  әs-Sәhih” kitabında  İmam Buxari hәdisi qeyd etsә  dә, onun istinad 
ravilәrinin adını çәkmәyib”.  
1
 Alimlәr Hәzrәti Aişәyә istinadәn rәvayәt olunmuş bu hәdisin sәhihliyini 
yekdilliklә tәsdiqlәyiblәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hә-
dis № 7887. 


 26
“Hәqiqәtәn, Allah (bәxş etdiyi) nemәtlәrindәn qullarının 
tәsirlәnmәsini xoşlayır”
2
.  
Hәmçinin, o, tәmizlәnmәdә, namazda, orucda, hәcdә 
yüngüllәşdirici hallar qoymuş, rüsxәtlәr vermişdir. Dәstәmaz 
әvәzinә  tәyәmmüm etmәk (qumla, torpaqla tәmizlәnmәk), na-
mazları  sәfәrdә  qısa vә birlәşdirilәrәk, xәstәlik zamanı da ya 
oturmaqla, ya uzanmaqla, ya da işarәlәrlә  qılmaq Allah rәsu-
lunun qoyduğu rüsxәtlәrdir. Xәstәlәrә, yolçulara, hamilә vә süd 
әmizdirәn qadınlara Ramazanda oruc tutmamaq kimi imtiyaz 
tanımışdı. Peyğәmbәr görәndә ki, sәfәrdә ikәn oruc tutan bir 
şәxsin halı xarablaşıb vә insanlar onu kölgәliyә çәkib üzәrinә su 
tökürlәr, demişdi: “Sәfәrdә oruc tutmaq düzgün deyil”
3
. Yәni, 
bu cür mәşәqqәtli sәfәrdә özünә  әziyyәt vermәk, oruc tutmaq 
doğru deyildir.  
O, Mәdinәdә müsәlmanlara icazә vermişdi ki, hәtta sә-
fәrdә olmasalar belә, günorta vә  әsr,  şam vә yatsı namazlarını 
birlәşdirib qılsınlar.  Әlaqәdar hәdisi rәvayәt etmiş  İbn Abbas-
dan soruşanda ki, Allahın rәsulu nә üçün bu cür edib, belә ca-
vab vermişdi: “İstәmişdi ki, ümmәtinә çәtinlik olmasın”
4
.  
Peyğәmbәrimiz deyәrdi:  
“Allah (qoyduğu) rüsxәtlәrinә әmәl olunmasına sevinәr, 
qadağalarının pozulmasından isә xoşlanmaz”
5

“Allah qәti әmr vә qadağalarına әmәl olunmasına sevin-
diyi kimi, rüsxәtlәrinә dә riayәt edilmәsindәn xoşlanar”
1

                                                                                                                   
1
 Hәdisi İbn Mәsuda istinadәn İmam Müslim rәvayәt edib. 
2
 Hәdisi  İbn Әmrә istinadәn Tirmizi vә Hakim rәvayәt ediblәr. Әlbani “Sә-
hih әl-Came” kitabında hәdisi “hәsәn” sayıb. Bax: hәdis № 1887. 
3
 Alimlәr bu hәdisin sәhihliyini yekdilliklә tәsdiqlәyiblәr. 
4
 Hәdisi İmam Müslim rәvayәt edib.  
5
 Hәdisi İbn Ömәrә istinadәn İmam Әhmәd, İbn Hibban vә “әs-Sünәn” kita-
bında Beyhәqi rәvayәt edib. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, 
hәdis  № 1886. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə