Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə74/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   66   67   68   69   70   71   72   73   74

 253
Fotoaparat vә ya video kamera adlandırılan cihazları  işlәdәn, 
şәkil çәkәn fotoqraflar!  
Görәsәn, kameranı  işlәdәnin “tәsvir  әhli”, gördüyü işin 
dә “tәsvir” adlandırılması lüğәvi (hәrfi) adlandırma deyil ki? 
Heç kәs iddia edә bilmәz ki, әrәblәr fotoaparat vә onu iş-
lәdәnlәri xәyallarında canlandırdıqdan sonra “tәsvir” vә “tәsvir 
әhli (musəvvirun)” sözlәrini yaradıblar. Elә isә bu, lüğәvi adlan-
dırma deyil.  
Hәmçinin, kimsә bunun dini adlandırma olduğunu da 
iddia etmir. Çünki bu sәnәt növü şәriәtin tәsis edildiyi әsrdә 
mövcud deyildi. Odur ki, olmayan şeyin – “tәsvir”, şәxsin dә –  
“tәsvir әhli” adlandırılması mәntiqsizlik olardı.  
Әgәr belәdirsә, onda “tәsvir  әhli” kimlәrdir, “tәsvir” dә 
nә demәkdir?   
Şübhәsiz, tәsvir – yeni növ fәaliyyәtdir. Tәsvir әhli dә bi-
zik, ya da foto sәnәtinin yarandığı dövrdә yaşayan ata-babala-
rımızdır.  
Halbuki ata-babalarımız bu işi başqa terminlә adlandıra 
bilәrdilәr. Mәsәlәn, Qatar vә Körfәz әhalisinin dediyi kimi, foto 
– “әks”dir (surәtin әks olunmasıdır). Bu işi görәn dә “әkkas”dır 
(әks etdirәndir). Mәsәlәn, bu ölkәlәrin sakinlәrindәn biri “әk-
kas”ın (fotoqrafın) yanına gedir vә deyir: “İstәyirәm ki, mәni 
әks etdirәsәn (şәklimi çәkәsәn – uridu әn tә`kisәni)”. Sonra sö-
zünә davam edir: “Sәndәn “әkslә”ri (fotoşәkillәri) nә vaxt götü-
rә bilәrәm?” Onların söhbәti bu işin mahiyyәtini daha doğru 
izah edir. Çünki surәtin güzgüdә  әks olunması kimi, foto da 
müәyyәn texniki vasitәlәrlә surәtin  әksinin çıxarılması  işindәn 
başqa bir şey deyil. Vaxtı ilә Misirin baş müftisi, böyük alim 
Şeyx Mәhәmmәd Büxeyt әl-Mütii dә “Fotoşәkil çәkdirmә barә-
dәki suallara qәnaәtbәxş cavab” risalәsindә eyni şeyi söylәmiş-
di.   
Fotoşәkil çәkdirmәyә müasir әrәb dilindә “tәsvir” deyil-
diyi kimi, fiziki surәt vermә dә “yonma sәnәti” (heykәltәraşlıq) 


 254
adlandırılır. Sәlәf alimlәri yonulub düzәldilәn heykәllәri, hey-
kәlciklәri... “kölgәsi olan” adlandırmış, uşaq oyuncaqları istisna 
olmaqla onları yekdilliklә haram saymışlar.  
Görәsәn, bu cür “tәsvir”in “heykәl yonma” adlandırıl-
ması onu tәsvir vә tәsvir әhlinin cәzalandırılacağı haqda deyil-
miş hәdislәrin hökmündәn azad edirmi? 
Qәtiyyәtlә deyirik ki, xeyir! Çünki bu cür tәsvir vermә 
(heykәl yonma) hәm lüğәvi, hәm dә dini mәnada “tәsvir” sö-
zünә daha yaxındır. Axı, bu iş Allahın yaratma sәnәtinә  bәn-
zәyir. Allahın yaratmağı  vә surәt vermәyi dә cismәn yarat-
madır. Sәhih qüdsi hәdisdә deyilir: “Mәnim kimi yaratmağa 
can atanlardan daha zalım kimsә varmı?!” 
 
Söz və cümlələrin izahı  
araşdırma tələb edir 
 
Böyük bir әdibin, şairin yazdığı  bәlağәtli mәtni (şer, he-
kayә...)  şәrh edәnlәr hәmin mәtnә elә  dәqiqliklә izah vermәli-
dirlәr ki, müәllifin nә demәk istәdiyi aydın olsun. Yәni, şәrhlәr 
müәllifin üslubuna uyğun olmalıdır.  
Müqәddәs dini mәtnlәrin şәrhi zamanı mәsuliyyәt daha 
da artır. Ecazkar Quranın ayәlәri, bәşәri bәlağәt vә  fәsahәtin 
zirvәsinә ucalmış  hәdislәrin mәtnlәri bu qәbildәndir. Quran 
әzәmәtli vә ecazkar mәtnlәrin toplusudur. Belә ecazkarlığı izah 
vә bәyan edәn hәdislәr dә üstün bәlağәtә sahibdir. Çünki Allah 
Peyğәmbәrә dәrin mәnalı sözlәri, hikmәti, bilmәdiklәrini öyrә-
dib. Hәqiqәtәn dә Allahın lütfü böyükdür! 
Elә sözlәr var ki, hansı  mәnaya gәldiyini başa düşmәk 
üçün araşdırma aparmaq, izahlı lüğәtlәrә, xüsusәn dә “Qәrib 
әl-Hәdis”
1
 kitablarına müraciәt etmәk lazımdır.   
                                                 
1
 “Qәrib hәdis” ifadәsini “qәrib” hәdis anlayışı ilә sәhv salmamaq lazımdır. 
“Qәrib hәdis” dedikdә hәdislәrin mәtnindә işlәdilmiş, asanlıqla başa düşül-


 255
Bәzәn görürük ki, bir sıra sözlәr mәcazi mәna daşıyır, 
metonimik  çalarlıq ifadә edir.  
İslam dininin terminologiyasında qeyri-әnәnәvi mәna 
kәsb edәn,  әvvәlki mәnasını itirәn sözlәrә  dә rast gәlirik. “Tә-
harәt” (tәmizlik), “vüzu” (dәstәmaz), “tәyәmmüm” (torpaqla 
paklanma), “sәlat” (namaz) belә sözlәrdәndir.  Şәriәt bu qәbil 
sözlәrә yeni mәna vermişdir.  
Bir sıra sözlәrin mәnalarını başa düşmәk üçün onların iş-
lәdildiyi konteksti, şәraiti vә nә üçün deyildiyini nәzәrә almaq 
lazımdır. Biz bu haqda artıq danışmışıq.  
Burunlarını din elmlәrinә soxan bәzi müasirlәrimiz ayә 
vә hәdislәrdәki sözlәrә hәr bir ağıllı vә vicdanlı şәxsdә tәәssüf 
hissi oyadan yozumlar verirlәr. Onların bu yozumları  nә dini, 
nә elmi, nә dә linqvistik mәntiqә әsaslanır. Onlar yalnız vә yal-
nız nәfslәrinә aldanmışlar. Nәfsә aldanmaq isә, İbn Abbasın da 
dediyi kimi, insanın bu dünyada özünә tanrı bildiyi әn şәr ilah-
dır! Allah tәala necә dә gözәl buyurur: 
“(Ya Peyğәmbәr!) Nәfsini özünә tanrı edәn vә Allahın bi-
lәrәkdәn (onu hәlә yaratmamışdan gәlәcәkdә kafir olacağını 
bildiyi üçün) yoldan çıxartdığı, qulağını vә qәlbini möhürlәdiyi, 
gözünә  dә  pәrdә  çәkdiyi kimsәni gördünmü? Allahdan başqa 
kim onu doğru yola sala bilәr?! Mәgәr düşünüb ibrәt almır-
sınız?” (әl-Casiyә, 23). 
 
  
 
 
 
 
 
                                                                                                                   
mәyәn sözlәr başa düşülür. Bu sözlәrin mәnasını izah etmәk üçün әrәb 
dilini mükәmmәl bilmәk tәlәb olunur – tərcüməçinin qeydi.  


 256
 
SON SÖZ 
    
 
Sonda qeyd etmәyimiz vacibdir ki, Peyğәmbәrin sünnәsi 
XXI әsrin әvvәllәrindә Müsәlman ümmәtinә layiqli xidmәt gös-
tәrmәlidir. O Sünnә ki, müsәlmanları haqqa yönәldәn ikinci 
mәsum qaynaqdır. O Sünnә ki, qanunvericilikdә, mәhkәmәdә, 
fiqhdә, dәvәt vә  tәlim-tәrbiyәdә Qurandan sonra gәlәn ikinci 
mәnbәdir. 
Söhbәt bütün elmi islam müәssisәlәrinin birgә fәaliyyәti 
sayәsindә baş tutacaq xidmәtdәn gedir. Belә olarsa, bütün dün-
ya onun sәmәrәsini görәr, dadlı meyvәlәrindәn yeyәr, sәrinlә-
dici kölgәlәrindә dincәlәr. 
Hәr şeydәn әvvәl Böyük  Hədis  Subyektləri  Ensiklope‐
diyası hazırlanmalıdır. Bu ensiklopediyada bütün ravilәr (ya-
lançı vә uydurmaçılar da daxil olmaqla) haqqında mәlumat ve-
rilmәli, hәr bir ravinin mötәbәr vә ya “zәif” olmağı göstәrilmәli, 
bir sözlә, barәlәrindә bizә gәlib çatmış hәr bir informasiya top-
lanmalıdır.   
Daha sonra Hədis Mətnləri Ensiklopediyası tәrtib olun-
malıdır. Bu ensiklopediyada hәdislәrin bütün istinadları vә rә-
vayәt yollarının, Peyğәmbәrdәn nәql olunan vә ona aid edilәn 
bütün hәdis vә  rәvayәtlәrin, hicri V әsrin 60-70-ci illәrinәdәk 
olan әlyazmalarının toplanması olduqca vacibdir.  
Nәhayәt, üçüncü bir ensiklopediyaya da ehtiyac vardır. 
Әslindә, yuxarıdakı iki ensiklopediyanın hazırlanması buna zә-
min hazırlayır. Söhbәt  Səhih  və  “Həsən”  Hədislər  Ensiklope‐
diyasından gedir. Bu hәdislәr ümmәtin keçmiş alimlәrinin 
qoyduğu, müasir mütәxәssislәrin dә tәsdiqlәmәsi zәruri sayılan 
dәqiq elmi meyarlar әsasında saf-çürük edilib seçilmәlidir.  


 257
Belә bir ensiklopediyanı әhatәli fәsillәrә bölmәk, ona ge-
niş fehrist yazmaq olduqca zәruridir. Bununla yanaşı, bu ensik-
lopediyanın Sünnә ilә bağlı dini, humanitar, sosial vә digәr sa-
hәlәrә müvafiq surәtdә tәsnifatını aparmaq uğurlu addım olar-
dı. Belә bir tәsnifatın müxtәlif ixtisaslı mütәxәssislәrә faydası 
şübhәsizdir.  
Bu böyük layihәni reallaşdırmaq üçün Allahın bu әsrdә 
insana öyrәtdiyi hәr bir şeydәn, mütәrәqqi texnoloji nailiyyәt-
lәrdәn istifadә etmәk tәlәb olunur. Belә nailiyyәtlәrin başında, 
tәbii ki, Elektron Hesablayıcı Maşınlar – kompüterlәr gәlir. Hәt-
ta qardaşlarımızdan biri onu “әsrin hafizi” adlandırmışdı. Hә-
qiqәt bundan ibarәtdir ki, kompüter hafizlәrdәn çox iş görür; 
әgәr ondan lazımınca faydalana bilsәk, bizә çox kömәyi dәyә 
bilәr; әvvәlki nәsillәrin bacarmadığı, ya da xәyallarına belә gә-
tirmәdiklәri bütün dәqiq işlәrin öhdәsindәn gәlәr.   
Ümid edirәm ki, Qatarın Sünnә  vә Peyğәmbәrin Hәyatı 
Mәrkәzi  әlaqәdar elmi müәssisәlәrlә  әmәkdaşlıq çәrçivәsindә 
arzusunda olduğum bu işi görәcәkdir.  
Hәmçinin, Sünnә ilә bağlı yeni-yeni şәrh kitabları qәlәmә 
alınmalıdır. Söhbәt hәqiqәtlәri aşkarlayan, qaranlıq mәqamlara 
aydınlıq gәtirәn, şübhәlәrә son qoyan şәrh kitablarından gedir. 
Qeyd etmәk vacibdir ki, bu kitablar müasir dövr insanının 
asanlıqla başa düşdüyü dildә yazılmalı, müasir zehniyyәtlә sәs-
lәşmәlidir. 
Dövrümüzdә Qurani-Kәrim hәqiqi kişilәrin – qüdrәtli 
alimlәrin şahidi olub (Quran buna layiqdir). Bu alimlәr Quranın 
tәfsirindә, hәqiqi mahiyyәtinin üzә  çıxarılmasında böyük iş 
görmüşlәr. Onlar öz mәdәni vә elmi sәviyyәlәri sayәsindә döv-
rün zehniyyәtinә xitab etmiş, ağıllara vә qәlblәrә daha geniş qa-
pılardan daxil olmuşlar.  
Hәmin müfәssir alimlәrә  Mәhәmmәd Rәşid Rzanı, Cә-
malәddin Qasimini, Tahir ibn Aşuru, Әbülәla Mövdudini, Sey-


 258
yid Qütbü, Mahmud Şәltutu, Mәhәmmәd Qәzalini vә digәrlә-
rini göstәrmәk olar.  
Tәәssüf ki, hәdis kitabları, xüsusәn dә  İmam Buxari vә 
İmam Müslimin “Came әs-Sәhih” mәcmuәsinin nәsibinә belә 
nәhәng alimlәr düşmәyib. Düzdür, Pakistanlı  vә Hindistanlı 
alim qardaşlarımız Dörd “Sünәn” kitabına
1
 tәrifәlayiq  şәrhlәr 
yazmışlar. Ancaq hәmin şәrhlәrә tәqlid-rәvayәt üslubu hakim-
dir ki, bu da müasir ziyalı zehniyyәtini qane etmir.  
Allah tәala böyük dәvәtçi alimlәrini  İmam Buxari vә 
İmam Müslimin eyniadlı “Came әs-Sәhih” kitablarına müasir 
elmi şәrhlәr yazmaqda müvәffәq etsin. Bununla da onlar islam 
mәdәniyyәtinә misilsiz xidmәt göstәrmiş olacaqlar. 
Alәmlәrin rәbbi olan Allaha hәmd olsun!   
 
 
 
 
                                                 
1
 Bu dörd “Sünәn” kitabı hәdis alimlәri İbn Macә, Nәsai, Tirmizi vә Әbu Da-
vud tәrәfindәn yazılmışdır – tərcüməçinin qeydi.   


 259
 
 
MÜNDƏRİCAT 
 
 
Tәrcümәçinin ön sözü........................................................................3 
İlahi xәzinәdәn incilәr........................................................................7 
Peyğәmbәrlik çeşmәsindәn incilәr..................................................8 
On dördüncü nәşrә yazılmış ön söz................................................9 
Birinci nәşrә yazılmış ön söz..........................................................11 
 
BİRİNCİ FӘSİL 
İslamda sünnənin yeri; Sünnə qarşısında hansı  
vəzifələrimiz var; Ona münasibətimiz necə olmalıdır? 
İslamda Sünnәnin yeri.....................................................................14 
- Sünnә universal metoddur...........................................................15 
- Sünnә tarazlaşdırıcı metoddur.....................................................16 
- Sünnә bütöv metoddur.................................................................18 
- Sünnә real metoddur.....................................................................20 
- Sünnә asanlaşdırıcı metoddur.....................................................23 
Sünnә qarşısında müsәlmanın vәzifәlәri......................................27 
Tәhlükәli üç bәla...............................................................................29 
- İfratçıların tәhrifi............................................................................30 
- Batil әhlinin uydurmaları..............................................................31 
- Nadanların yozumları...................................................................33 
Sünnәyә münasibәtin әsas prinsiplәri...........................................37 
1. Sünnәnin (hәdislәrin) mötәbәrliyindәn әminlik......................37 
2. Sünnәni doğru-dürüst başa düşmәk.........................................39 
3. Hәdisin әleyhinә daha güclü әks arqumentin  
(hәdis, quran ayәsi vә s.) olub-olmamağı mәsәlәsi.....................40 
Qanunvericilik vә tәşviqatda Sünnә..............................................40 
Uydurma hәdislәri müdafiә etmәk yolverilmәzdir....................43 


 260
Sәhih hәdislәri rәdd etmәk – uydurma hәdislәri  
mәqbul bilmәk demәkdir................................................................45 
Köhnә düşmәnlәrin Sünnә haqda şübhәlәri................................46 
Yeni düşmәnlәri Sünnә barәdә şübhәlәri.....................................49 
“Quranın yolgöstәrәnliyi bizә bәsdir” iddiası.............................50 
Hәdislәrin sәhv fәhm sәbәbi ilә rәdd edilmәsi............................51 
- Sәhv fәhm vә sәhih hәdislәrin rәdd edilmәsi............................52 
1. Hәzrәti Aişәnin “Mәn aybaşı ikәn Allahın  
rәsulu mәnә әmr edir, mәn dә önlüyümü bağlayır, 
o da mәnә toxunurdu” hәdisi.........................................................52 
2. “Allahım, mәni miskin yaşat” hәdisi........................................53 
3. Hәr yüz ildәn bir dini yenilәmә hәdisi.....................................55 
4. “İslam beş әsas üzәrindә bina edilib” hәdisi............................57 
Mәnası aydın olmayan sәhih hәdislәri  
tәlәsik rәdd etmәk böyük riskdir...................................................60 
Bәzi hәdislәrә Hәzrәti Aişәnin baxışı............................................61 
 
İKİNCİ FӘSİL 
Fəqih və dəvətçilərin bilik mənbəyi – Sünnə  
Fiqh vә qanunvericilikdә Sünnә....................................................65 
Bütün fәqihlәr Sünnәdәn mәnbә kimi istifadә etmişlәr.............69 
Hәdislәri fiqhlә vәhdәtdә nәzәrdәn keçirmәk lazımdır.............70 
Fiqh mirasından istifadәnin zәruriliyi..........................................77 
- Qeyri-müsәlmanların qanbahası.................................................77 
- Qadınların qanbahası....................................................................80 
İslamın mövqeyi...............................................................................81 
Dәvәt vә tәşviqatda Sünnә..............................................................82 
Dәlil göstәrilәcәk hәdisin sәhihliyinin araşdırılması..................92 
Әksәr moizәçinin sәhvi...................................................................94 
Hәdislәri sәhv salan xәtiblәrin vәzifәlәrindәn  
uzaqlaşdırılması haqda İbn Hәcәr әl-Heysәminin fitvası..........96 
Hәvәslәndirmә vә çәkindirmә mövzulu  
“zәif” hәdislәrin rәvayәti mәsәlәsi................................................97 


 261
Nәyә diqqәt yetirmәliyik?.............................................................102 
1. Bәzi alimlәr hәvәslәndirmә vә çәkindirmә mövzulu  
“zәif” hәdislәri belә rәdd etmişlәr...............................................103 
2. Cümhurun qoyduğu şәrtlәrin göz-ardı edilmәsi..................105 
3. “Zәif” hәdislәrin qәti ifadәlәrlә 
 rәvayәti yolverilmәzdir………………………………………....105 
4. Sәhih vә “hәsәn” hәdislәr kifayәt qәdәrdir............................106 
5. Әmәllәrin nisbәtini pozmamaq lazımdır................................107 
6. Әmәllәrin fәzilәti haqda “zәif” hәdislәrin rәvayәti  
bu hәdislәr әsasında hökmün çıxarılması  
demәk deyildir................................................................................108 
7. “Zәif” hәdislәri rәvayәt etmәnin iki mükәmmәl şәrti..........113 
a) “Zəif” hədis ağla, dinə, linqvistik qaydalara zidd şişirtmələrdən,  
mübaliğələrdən uzaq olmalıdır..........................................................113 
b) “Zəif” hədis daha tutarlı dini dəlillərə zidd olmamalıdır.............116 
Müdrik dәvәtçi insanlara başa  
düşülmәyәcәk şeylәri danışmamalıdır.......................................117 
“Hәr növbәti zaman әvvәlkindәn daha pisdir” hәdisi.............121 
1. Hədisin doğurduğu təhlükə...........................................................121 
2. Keçmiş dövr alimləri bu hədis barədə............................................122 
a) Hәsәn әl-Bәsrinin yozumu.......................................................122 
b) İbn Mәsudun yozumu...............................................................123 
3. Bizim rəyimiz................................................................................124 
 
ÜÇÜNCÜ FӘSİL 
Sünnəni düzgün başa düşmədə meyar və qaydalar 
Sünnәnin Qurani-Kәrim әsasında öyrәnilmәsi..........................128 
- Qurana zidd olduğu üçün 
 “qәraniq” hәdisinin rәdd edilmәsi.............................................129 
- “Qadınlarla mәslәhәtlәşin, amma  
dediklәrini etmәyin” hәdisi..........................................................130 
Әn doğru görüş Quranla üst-üstә düşәn görüşdür..................130 
 


 262
- “Qız uşağını diri-diri basdıran qadın da,  
basdırılan qız da cәhәnnәmlikdir” hәdisi...................................133 
- “Atam da, atan da cәhәnnәmdәdir” hәdisi..............................134 
Hәdislәrin Qurana әksliyi iddiası haqda....................................138 
Bir mövzu ilә bağlı bütün hәdislәrin öyrәnilmәsi.....................144 
- “Paltarın әtәyinin (vә ya şalvarın 
 balağının) uzadılması (isbal)” hәdisi...........................................144 
“Paltarının ətəyini uzadanlar”  
dedikdə kimlər nəzərdə tutulur?.......................................................145 
- “Kotan (xış)”  hәdisi.....................................................................152 
Zahirәn bir-birinә zidd hәdislәrin uyğunlaşdırılması 
vә münasib variantın seçilmәsi....................................................157 
Әvvәlcә uyğunlaşdırmaq (cəm`),  
sonra seçmәk (tərcih) lazımdır......................................................157 
- Qadınların qәbir ziyarәti ilә bağlı hәdislәr..............................161 
- “Әzl” hәdislәri..............................................................................164 
Hәdislәrin “nәsx”i problemi.........................................................170 
Deyilmә sәbәblәri, şәraiti vә mәqsәdlәri baxımından  
hәdislәri öyrәnmә...........................................................................173 
- “Siz dünyanıza daha yaxşı bәlәdsiniz” hәdisi.........................175 
- “Müşriklәrin arasında qalıb-yaşayan 
hәr bir müsәlmandan uzağam” hәdisi........................................177 
- Qadının mәhrәm şәxslә sәfәrә çıxmağı hәdisi........................180 
- “İmamlar Qüreyşdәn olmalıdır” hәdisi....................................182 
Sәhabәlәr vә tabein nәslinin hәdislәrin  
deyildiyi şәraiti vә sәbәblәri nәzәrә almaları.............................183 
1. Sahibi bilinmәyәn dәvәlәr haqda  
Hәzrәti Osmanın görüşü...............................................................184 
2. Dәyişkәn ürf-adәt vә hәdislәr..................................................185 
2.1. İmam Әbu Yusif ölçü vә çәki haqqında...............................186 
2.2. Nağd pulun iki “nisab”ı.........................................................187 
3. Hәzrәti Ömәrin zamanında “aqilә”nin dәyişmәsi................188 
4. Fitrә zәkatı (sәdәqәsi)................................................................190 


 263
Sünnәdә mәzmun (mәqsәd) vә forma (zahir)............................191 
Fitrәnin pulla verilmәsinә 
qәtiyyәtlә qarşı çıxanların dәlillәri..............................................191 
Hәdislәrdәki sabit mәqsәdlәrin  
dәyişkәn vasitәlәrdәn fәrqlәndirilmәsi.......................................194 
- Mәkkә çәkisi vә Mәdinә ölçüsü ................................................201 
- Ayın görünmәsi vә  
Ramazanın başlanması problemi haqda.....................................203 
Hәdislәri başa düşmәdә müstәqim  
vә mәcazi mәnaların fәrqlәndirilmәsi.........................................214 
Ehkam hәdislәrindә mәcaz...........................................................225 
Mәcazi mәnadan imtinanın müasir  
dövrdә doğurduğu problemlәr....................................................229 
- “Qara daş cәnnәtdәndir” hәdisi................................................231 
- “Nil, Fәrat... cәnnәt çaylarındandır” hәdisi.............................232 
İfrat mәcazi yozumların yolverilmәzliyi....................................234 
Qeyri-mәqbul yozumlar................................................................235 
İbn Teymiyyә vә mәcaz.................................................................237 
Qeyb alәminin reallıqdan fәrqlәndirilmәsi................................238 
Hәdislәrdәki sözlәrin mәnalarına dәrindәn bәlәd olmaq........245 
Dini mәtnlәri qeyri-әnәnәvi terminlәrlә  
izahı etmәyin yolverilmәzliyi.......................................................246 
“Tәsvir” vә “yonma” sözlәri.........................................................247 
Söz vә cümlәlәrin izahı araşdırma tәlәb edir.............................249 
Son söz.............................................................................................251 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 “İDRAK” İctimai Birliyi 
Vidadi küç. 53 
İnternet ünvanı: www.idrak.org.az 
 
 
 
 
Yığılmağa verilib 11.06.2011. Çapa imzalanıb 11.07.2011. 
Format: 60х90 1/16. Çap vərəqi: 16,5 
Sifariş № 059. Тiraj 1000 nüsxə. 
 
 
 
mətbəəsində çap olunub 

Document Outline

    • Страница 1
  • Sunne KON.pdf
    • Страница 1
  • Резервная
    • Страница 2
    • Страница 1
    • Страница 2
  • 88.pdf
    • Страница 1

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə