Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

 27
Şәfqәtli vә ürәyiyanan Peyğәmbәr sәhabәlәrinә ardı-arda 
(nafilә) orucu tutmağı qadağan etmiş, iftarı tezlәşdirib obaşdan-
lığı da gecikdirmәklә onların işini yüngüllәşdirmişdi.  
Bәzi sәhabәlәr Peyğәmbәrә  şikayәt edirlәr ki, Әmr ibn 
As “cünub”
2
 ikәn qüsl almadan tәyyәmmümlә namaz qılıb. Al-
lahın rәsulu Әmr ibn Asdan bu haqda soruşur. Әmr bildirir ki, 
hәmin vaxt gecә şaxtalı olduğundan bu cür edib. Hәm dә ki Al-
lahın bu kәlamını xatırlayıb: “...özünüzü öldürmәyin! Hәqiqә-
tәn, Allah sizә qarşı  mәrhәmәtlidir!”
3
 Bunu  eşidәn Allahın rә-
sulu gülümsәyir, – bu göstәrir ki, Peyğәmbәr Әmrin elәdiyi ilә 
razılaşıb. 
Bir dәfә bir kişi yaralanmış, sonra da “cünub” olmuşdu. 
Bәzi insanlar “fitva” çıxarıb onu mәcbur edirlәr ki, qüsl alsın. 
Kişi qüsl alır, yaraları  ağırlaşır vә ölür. Peyğәmbәrә bu xәbәr 
çatanda deyir: “Onu öldürdülәr, Allah da onları öldürsün! Әgәr 
bilmirlәrsә, nә üçün dә gәlib soruşmurlar? Mәgәr cәhalәtin şә-
fası soruşmaqda deyil?!”
4
  
 
Sünnə qarşısında müsəlmanın vəzifələri 
 
Aydın olur ki, Sünnә hәm müsәlman fәrdin, hәm dә cә-
miyyәtin hәyatında әhәmiyyәtli yerә malik izahedici metoddur. 
Dediyimiz kimi, o, Quranın praktik izahı, islamın da mücәssә-
mәsidir.  
                                                                                                                   
1
 Hәdisi  İbn Ömәrә istinadәn  İmam  Әhmәd vә Beyhәqi,  İbn Abbas vә  İbn 
Mәsuda istinadәn isә  Tәbәrani rәvayәt edib. Hәmçinin, bax: Әlbani. Sәhih 
әl-Came әs-Sәğir, hәdis  № 1885. 
2
 Cünub: cinsi әlaqә vә ya pollyusiyadan sonra yuyunaraq tәmizlәnmәyi zә-
ruri edәn hal – tərcüməçinin qeydi.  
3
 “әn-Nisa” surәsi, 29-cu ayә. 
4
 Hәdisin Cabirә istinadәn  Әbu Davudun rәvayәt etdiyi digәr variantında 
bu sözlәr mövcuddur: “Ona tәyәmmüm kifayәt idi”. 
 


 28
Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) öz 
hәyatı – sözlәri, әmәllәri vә tәsdiqlәyici hәrәkәtlәri ilә Quranın 
şәrhçisi, islamın da mücәssәmәsi idi. O, aşkarda vә gizlindә, sә-
fәrdә vә elindә, yatdıqda vә ayıq ikәn, sosial vә fәrdi hәyatında, 
Allahla, insanlarla, yaxın-uzaq әqrәbası ilә, dostları vә düşmәn-
lәri ilә münasibәtlәrindә, savaşlarda vә dinc zamanlarda, şәrdә 
vә xeyirdә Quranın izah salnamәsi, islamın da tәcәssümgahı sa-
yılırdı! 
Hәr bir müsәlmanın vәzifәsi bu müfәssәl metodu dәrin-
dәn öyrәnmәk, onun xüsusiyyәtlәrinә  hәrtәrәfli bәlәd olmaq-
dır. Dedik ki, Sünnәnin xüsusiyyәtlәrinә universallıq, tamlıq, 
tarazlaşdırma, reallıq vә asanlaşdırma daxildir. Hәmçinin, mü-
sәlmanlar Sünnәdәki hәm sabit rәbbani, hәm törәmә-bәşәri, 
hәm dә fundamental-etik mahiyyәtlәri bir-birindәn fәrqlәndir-
mәyi bacarmalıdırlar. Onlar Sünnәni yaşam nümunәsi seçmәli-
dirlәr. Allah tәala da bunu bizlәrә bәyan edir: 
“Hәqiqәtәn, Allahın rәsulu Allaha, qiyamәt gününә 
ümid bәslәyәnlәr (Allahdan, qiyamәt günündәn qorxanlar) vә 
Allahı çox zikr edәnlәr üçün gözәl örnәkdir!” (әl-Әhzab, 21); 
“...Peyğәmbәr sizә nә verirsә, onu götürün; nәyi qadağan 
edirsә, ondan әl çәkin. Allahdan qorxun. Hәqiqәtәn, Allahın cә-
zası çox şiddәtlidir!” (әl-Hәşr, 7); 
“(Ya rәsulum!) De: “Әgәr siz Allahı sevirsinizsә, mәnim 
ardımca gәlin ki, Allah da sizi sevsin vә günahlarınızı bağış-
lasın. Allah bağışlayandır, mәrhәmәtlidir!” (Ali-İmran, 31). 
Bu isә öz növbәsindә  zәruri edir ki, müsәlmanlar Sün-
nәni doğru-dürüst başa düşsünlәr, davranış vә düşüncәlәrindә 
ondan düzgün istifadә etsinlәr. Bu ümmәtin  әn xeyirli övlad-
larının – sәhabә vә tabein nәslinin etdiyi kimi! Sәhabә vә tabein 
nәsli Peyğәmbәr mәktәbinin  әlaçı  tәlәbәlәri idilәr; onlar hәm 
öyrәnmiş, hәm dә  tәtbiq etmişdilәr. Özü dә  әn layiqli şәkildә! 
Nәhayәtindә isә xalqlara islamı әn gözәl surәtdә öyrәtmişdilәr.  


 29
İndiki dövrdә müsәlmanların әn böyük problemi düşün-
cә – zehniyyәt problemidir. Düşünürәm ki, zehniyyәt problemi 
vicdan problemindәn daha tәhlükәlidir. Çünki düşüncә  tәsәv-
vürü formalaşdıran, ona yol göstәrәn әsas amildir. İnsanın әmә-
li fәaliyyәti isә onun tәsәvvürlәrindәn asılıdır.   
Zehniyyәt problemi Sünnәni dәrkdә özünü qabarıq for-
mada göstәrir.  İslam oyanışını  tәmsil edәn bәzi cәrәyanlar bu 
problemdәn әziyyәt çәkir. O cәrәyanlar ki, nәzәrlәr onlara diki-
lib; insanlar onlara ümid bәslәyib bel bağlayıblar.  Şәrqdә  dә, 
Qәrbdә  dә müsәlmanlar boynubükük halda ümidlә onlara ba-
xırlar. Ancaq bu cәrәyanlar Pak Sünnәni çox vaxt yetәrincә an-
lamayıb ona dar çәrçivәdәn baxdıqları üçün onu bәzi formal 
mәsәlәlәrlә, tәzahürlәrlә  mәhdudlaşdırırlar; Sünnәnin müdrik 
mahiyyәtinә nüfuz edә bilmirlәr.  
 
Təhlükəli üç bəla 
 
Hәdislәrdә peyğәmbәrlik elmi vә risalәt (dinin insanlara 
çatdırılması missiyası – mütərcim) irsinin mәruz qalacağı bәla-
lardan, tәhlükәlәrdәn söz açılır. Xәbәrdarlıq edilir ki, Sünnәyә 
ifratçılar, batil әhli vә cahillәr xәlәl gәtirәcәkdir.  İbn Cәrir vә 
İbn  Әdiyy ilә yanaşı, “Fәvaid” kitabında hәm dә  Tәmmam rә-
vayәt edir ki, Allahın rәsulu (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) deyib: “Bu elmә (Sünnәyә) hәr bir nәslin әn adil fәrdlәri 
sahib çıxacaq, onu ifratçıların tәhrifindәn, batil әhlinin  әsassız 
iddialarından, cahillәrin dә yozumlarından qoruyacaqlar”
1
.  
                                                 
1
 Hәdisi “Miftah Dar әs-Sәadәt” kitabında qeyd etmiş İmam İbn әl-Qәyyim 
müxtәlif istinadlarla rәvayәt olunduğu üçün onu “qüvvәtli” saymışdır. Bax: 
eyniadlı әsәr, cild I, Beyrut: “Dar әl-Kütub әl-Elmiyyә” nәşriyyatı, sәh. 163-
164. Hәmçinin, hәdisin sәhih vә ya “hәsәn” olduğunu tәsdiqlәyәn  Әllamә 
İbn әl-Vәzir geniş mәlumatlı vә mötәbәr olduqları üçün hәm İmam Әhmәd 
vә Hafiz ibn Әbdülbәrrin hәdisi sәhih saymaları üzündәn, hәm dә Üqeylin 
istinad seçimi sәbәbi ilә  hәdisi “qüvvәtli” hesab etmişdir. Bax: әr-Rövz  әl-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə