Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
  1   2   3   4   5   6   7   8   9   ...   35


 
SURA  SEYİDOVA 
 
 
 
 
 
 
 
 
 
TƏBABƏT 
 
və 
 
HƏQİQƏT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
 
 
Bismillahir rəhmanir rəhim 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnsanların  sağlamlığına  xidmət  edə 
biləcək  bilik  və  sirləri  onlardan  gizlət- 
məyib  hamıya  çatdırmağa  çalışan  bütün 
insanlara,  o  cümlədən,  oxuduğum  kitab- 
ların  müəlliflərinə  dərin  minnətdarlıq 
hissi ilə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
         
 
                           ELM, TƏBABƏT VƏ HƏQİQƏT 
 
 
Min yalan bir doğruya dəyməz. 
Q.Təbrizi 
 
Bir elm öyrənmək istədikdə sən, 
Çalış ki hər şeyi kamil biləsən. 
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. 
 
 
 
 
N. Gəncəvi 
 
 
Hər  şeyin  bundan  –  təkcə  bildiklərimizdən  ibarət  olmadığını 
hiss edirdim. Mənə elə gəlirdi ki, bu cür parəkəndəlik, xaos hər şey 
ola  bilməz,  nəsə  bir  qanunauyğunluq,  özül  olmalıdır,  hər  şeyi  həll 
etməyə qadir olan bir sirr olmalıdır. Və bir gün bu sirr mənə az-çox 
açılanda  təbabət  haqqında  təsəvvürlərim  dəyişdi,  daha  doğrusu, 
gizli təsəvvürlərin üzə çıxdı. 
Bir  gün  tibb  elminin  müvəffəqiyyətləri  və  nəticələri 
haqqında,  verdiyi  fayda  və  səmərələr  haqqında  düşünməyə 
başladım.  Elə  bir  hadisə  xatırlaya  bilmədim  ki  ,  tibb  əsl 
sağlamlığa səbəb olsun, ya heç olmasa, bircə xəstəliyin tamamilə 
aradan  qaldırsın,  onun  geri  qayıtma  yollarını  bağlamış  olsun. 
Həqiqət  belədirsə,  o  zaman  ağıllı  adam  tibb  elminə  etibar  edib, 
onu şəfaverici hesab edə bilərmi? 
Bu sözlər « Kəlilə və Dimnə»dən təbib Bərzuyənin dedikləridir. 
Onları, çoxdan yazmış olduğum yazıları safçürük etdiyim bir vaxta 
təsadüfən  oxudum.  Çox  təəccübləndim.  Həm  təsadüfən  qəribəliyi 


 

kimi,  həm  də  orada  yazılanların  fikirlərimlə  eyniliyindən.  Mən  də 
bu  cür  düşündüyüm  vaxtlar  olub.  Lakin  tibb  elminə  etibar  edib, 
danılmaz uğurlar qazanan ağıllı insanları xatırlayıb düşünmüşəm ki, 
bu peşəni elə adamlar seçə bilərlər ki, onlar oxuduqları, gördükləri, 
öyrəndikləri  hər  şeyi  analiz  etməsinlər  və  təqdir  edilən  hər  şeyi 
olduğu kimi qəbul etsinlər. Doğrudur, o vaxtdan indiyə kimi keçən 
yüz  illər  ərzində  səhiyyə  xeyli  inkişaf  etmiş,  zəngin  təcrübə  və 
nəzəri bilik toplanmışdır. Bunları danmaq haqsızlıq olardı. Xüsusilə, 
reanimasiya sahəsində və cərrahlıqda əldə edilən nailiyyətləri ancaq 
alqışlamaq  olar.  Lakin  o  da  bir  həqiqətdir  ki,  təbabət  bir  çox 
xəstəliklərin  qarşısında  aciz  qalmaqda  davam  edir,  xəstəni 
sağaltmağa  qadir  deyil,  yalnız  onun  vəziyyətini  müvəqqəti 
yaxşılaşdıra bilir. Özü də bu ondan irəli gəlmir ki, hansısa xəstəliyin 
müalicəsi  hələ  tapılmayıb.  Belə  bir  “tapıntı’’  olsa  belə,  bu  da 
özündən əvvəlkilər kimi yanlış olacaq. Çünki təbabət, ümumiyyətlə, 
düzgün yolda deyil. 
Bunu tələbə ikən anlamağa başlamışdım. Tibb dərsliklərindəki 
məntiqsiz  fikirlər,  əsaslandırmalar,  bir–birinə  uyğun  gəlməyən 
nəzəriyyələr, ayrı–ayrı alimlərin fikirlərindəki uyğunsuzluqlar, hətta 
ziddiyyətlər nəzərimdən qaçmırdı. Lakin onlar haqqında indiki kimi 
konkret  düşünmürdüm,  analiz  etmirdim,  necə  deyərlər,  “alimlik 
etmək’’  xəyalında  deyildim.  Sadəcə  olaraq,    bunları  görür  və  qəbul 
edə  bilmirdim.  Mən  heç  də  özümü  bunları  yazan  alimlərdən  ağıllı 
hesab  etmirdim.  Elə  bu  məni  təəccübləndirirdi  ki,  bu  qədər  elmlə 
məşğul olan və əslində heç də az əhəmiyyəti olmayan nəticələr əldə 
edən bu adamlar bu qədər aydın həqiqətləri dərk etmək yox, sadəcə, 
görmürlər. Və bu düşüncələrin nəticəsi olaraq, belə qənaətə gəldim 
ki,  hər  kəs  öz  işini  görməklə  məşğuldur.  Baş  o  qədər  qarışıb  ki, 
dayanıb  kənardan  baxmaq,  hər  şeyi  bütov  görmək,  əlindəki  işin 
nəyə  yarayıb  –  yaramayacağını,  onun  qarşıya  qoyulan  məqsədə, 
tələbə  cavab  verməyəcəyini,  onun  üçün  bu  qədər  çalışmaq  lazım 
olub  –  olmadığını  düşünmək  heç  kəsin  yadına  düşmür.  Kobud 


 

müqayisə  də  olsa,  tibb  elmi  mənə  sanki  xarab  olmuş  maşını 
düzəltmək  üçün  onun  iş  mexanizmini,  iş  prinsipini  öyrənmək 
əvəzinə,  hissə–hissə  sökərək,  bu  hissələrin  quruluşunu,  hansı 
metaldan hazırlandığını belə öyrənmək cəhdi kimi təsir bağışlayırdı. 
Bunu bütövlükdə elmə şamil edirdim. 
Hər bir elm sahəsi qol – budaq ata bilər və atmalıdır. Amma bu 
qol–budaq  əsas  kökdən  ayrılmamalıdır,  belə  halda  o,  onsuz  da, 
yetişə  bilməyəcək,  bar  verə  bilməyəcək.  Köksüz  qol  –  budaq  isə 
yarımçıqdır, bütöv deyil, onun nə qədər dərindən (öyrənib qutarsa ) 
belə,  biliyimiz  yarımçıq  olacaqdır.  (Bütövə  də  əlac  var,  yarıya  da,  dad 
yarımçıq  əlindən.)  Əlbəttə,  mən  heç  də  elmin  sona  qədər  inkişafını 
nəzərdə tutmuram. Heç bir elm sahəsi sona qədər inkişaf edə bilməz. 
Lakin  söhbət  elmin  yarı  yolda  olmasından  yox,  yarımçılıqlığından 
gedir. 
Elə  bu  yarımçılığın,  təbiətə  zidd  getməyimizin  nəticəsidir 
ki,insan əli ilə yaradılan nə varsa, son nəticədə onun özünə qarşı 
çevrilir.  «İlic  lampası»nıdan  tutmuş  kompüterə,  qoca  qarıların 
dediyi kimi «göyü deşən» kosmik raketlərə qədər nə varsa, hamısı 
insanın  düşmənidir  və  bu  «düşmənçilik»  bizim  hesab  etdiyimiz 
qədər  cüzi  deyil.  Elmin  başqa  «təntənələrinin»    atom 
bombasından    fərqi  onların  dağıdıcılığının  gizli, ləng  olmasıdır. 
Geniş  istifadə  etdiyimiz  elektrik  cihazlarının  elektromaqnit 
şüalarını «vecimizə almırıq» .Lakin  onların şüalandırdığı enerji 
insanın biosahəsinə dağıdıcı təsir göstərir. Əlamətləri demək olar 
ki,  hamıda  müşahidə  edilən  «radiodalğa  xəstəliyi»  yayılmaqda 
davam  edir  (ümumi  əzginlik,  yuxunun  pozulması,  daimi  baş 
ağrıları  və  s.  əlamətlər).  Lakin  təkcə  texnikanın  yox,  həm  də 
məişət  kimyasının  inkişafı  insanın  sağlamlığına  zərbədir. 
Məsələn,  «hər  cür  ləkəni  yuyub    aparan»  tozlar  ləkə  ilə  bərabər 
sağlamlığıda yuyub aparır. 
Hansı  elm  sahələri  mövcud  deyil?  Təbabətdə  olduğu  kimi  
bütün başqa elm sahələrində də hərə «öz işi » ilə məşğuldur. Təbiət, 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə