Sürüncəklik nəzəriyyəsi



Yüklə 34,11 Kb.

tarix08.07.2018
ölçüsü34,11 Kb.


AMEA Riyaziyyat və Mexanika İnstitutunun 

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin 2017-ci ilin I yarımili   

                            üzrə elmi və elmi-təşkilatı fəaliyyəti   haqqında 

HESABATI 

 

       “Sürüncəklik nəzəriyyəsi”  şöbəsində 9 (doqquz) nəfər  əməkdaş  fəaliyyət 

göstərir:  

1.

 



Talıblı Lətif Xəlil oğlu – şöbə müdiri     

2.

 



Kazımova Raisə Əbülfəz qızı – aparıcı elmi işçi    

3.

 



Mir-Səlim-zadə Minavər Vaqif qızı – aparıcı elmi işçi  

4.

 



Məmmədova Mehriban Əli qızı – aparıcı elmi işçi  

5.

 



Məmmədova Hicran Əli qızı – elmi işçi 

6.

 



Bağırov Emin Telman oğlu – elmi işçi  

7.

 



Nağıyeva Nigar Miryaşar qızı – elmi işçi  

8.

 



Əliməmmədov Rəşad Qürbət oğlu – kiçik elmi işçi  

9.

 



Bağırova Səma Asif qızı – böyük laborant  

 

Bunlardan 8 (səkkiz) nəfəri elmi işçi, 1 (bir) nəfər böyük laborantdır. 2017-



ci ilin elmi-tədqiqat planına uyğun olaraq bir mövzu- “Deformasiyası dönməz 

cisimlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi tədqiqat işləri aparılmışdır. 

Planda səkkiz elmi işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan 

elmi işlər hesabat dövrünün planına uyğun olaraq  yerinə yetirilmişdir. 

 

I.Elmi fəaliyyət 

İş: Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması 

vaxtının proqnozlaşdırılması

 

İcraçı:  f-r.e.d., prof  L.X.Talıblı 



 Cisimlərin təsadüfi dəyişən faktorlar (qüvvə, temperatur və s.) altında 

korroziya yorğunluq dağılması vaxtını proqnozlaşdırmağa imkan verən stoxastik 

korroziya dağılması  nəzəriyyəsi təklif edilir. Stoxastik nəzəriyyə müəllifin  

əvvəllər hazırladığı deterministik nəzəriyyə  əsasında qurulmuşdur. Təsadüfi 

kəmiyyətlərin atılma nəzəriyyəsindən istifadə edilir. Nəticə etibarı ilə 

konstruksiyaların   xarakteristik xidmət müddətini təyin etməyə imkan verən düstur 

alınmışdır. Bu düstura xarixi təsirin paylanma qanunu, materialın paylanma 



qanununu xarakterizə edən funksiyalar və sabitlər daxildir. İkinci yarımildə alınmış 

nəzəri nəticənin konkret praktiki məsələlərin həllinə tədbiqi gözlənilir.  

1. N.M.Nagiyeva, L.Kh.Talybly.  Fatigue failure of an oval cross section prismatic 

bar at pulsating torsion // International journal of engineering and innovative 



technology, vol.5, issue 11, may 2016, p.76-83 

2.

 



Latif Kh. Talybly, Mehriban A. Mamedova.  Exact Solutions of Quasielastic 

Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity 

for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering 

Research, 2017, vol.4, Issue 2, p.15-20

  

 

İş:  Temperatur gərginliyi altında sonsuz lövhənin korroziya dağılması 



İcraçı:  f-r.e.n., dos., a.e.i. R.Ə.Kazımova  

         Kənarları bərkidilmiş temperatur sahəsinə malik lövhənin aqressiv mühitdə 

korroziya dağılması  məsələsi həll edilmişdir. Məsələnin qoyuluşu verilmiş, həll 

üsulu seçilmiş və həll nəticəsində baxılan lövhənin onda əmələ gələn  temperatur 

gərginliyi altında korroziya dağılmasına qədərki vaxt proqnozlaşdırılır. Növbəti 

yarımildə  məsələnin xüsusi halları araşdırılacaq, prosesi əks etdirən uyğun 

qrafiklər qurulacaqdır. 

 

İş: Materialı irsi xassəli fırlanan silindrin deformasiyası



 

İcraçı:  f-r.e.n., dos. a.e.i. M.Ə.Məmmədova 

 

Sabit bucaq sürəti ilə  fıralanan uzun silindrin gərginlik deformasiya 



vəziyyətinin təyini məsələsinin riyazi qoyuluşu verilmişdir. Silindrin materialı 

fiziki-xətti irsi xassəli deformasiayalanandır. Məsələnin riyazi qoyuluşu verilmiş 

və  həll üsulu seçilmişdir. Məsələnin riyazi qoyuluşuna daxil olan təyinedici 

tənliklər özlüelastikiyyət nəzəriyyəsinin məlum tənlikləridir. Silindrin materialı 

mexaniki sıxılmayan qəbul edilir. Məsələnin həllində elastikiyyət və 

özlüelastikiyyət nəzəriyyələrinin uyğunluq prinsipindən istifadə olunur. Həll 

nəticəsində  gərginlik və deformasiya tenzorlarının, yerdəyişmə vektorunun 

komponentləri üçün ifadələr alınmışdır.  İkinci yarımildə xüsusi halların analizi 

aparılacaqdır.  

1.

 Mehriban A. Mamedova, Latif Kh. Talybly



. Exact Solutions of Quasielastic 

Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity 

for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering 

Research, 

2017, vol.4, Issue 2, p.15-20  

 

 




İş:  Dəyişən qalınlıqlı yarıqlar sistemi ilə  zəiflədilmiş stringerli perforasiya 

olunmuş lövhə üçün periodik kontakt  məsələsi 

İcraçı:  f-r.e.n. dos.a.e.i. M.V.Mirsəlimzadə 

Dəyişən qalınlıqlı yarıqlar sisteminə malik sonsuz izotrop, elastiki 

deformasiyalanan lövhə periodik yerləşdirilmiş stringerlərlə 

möhkəmləndirilmişdir.  Lövhə yarıqlara perpendikulyar istiqamətində iki tərəfli 

dartılır. Məsələ bu lövhədə yaranan gərginlik deformasiya vəziyyətinin təyinindən 

ibarətdir. Məsələnin riyazi qoyuluşunda stringerlər naməlum topa qüvvələrlə əvəz 

edilmişdir. Qoyulmuş  məsələnin həlli üçün Kolasov-Musxelişvili üsulu 

seçilmişdir. Məsələ həll olunmuş - yarıqlarda yaranan gərginliklər təyin edilmişdir. 

 

 

 



İş: Səthində bucaq altında qüvvə təsir edən yarımsonsuz massivin aqressiv mühitdə 

dağılması vaxtının proqnozlaşdırılması

  

İcraçı:  e.i. H.Ə.Məmmədova 



           Elastiki  deformasiyalanan  yarımsonsuz massivin səthinə bucaq altında 

qüvvə  təsir edir. Massivin səthi aqressiv mühitlə  təmasdadır. Qüvvə  və aqressiv 

mühitin təsirindən massivin səthində korroziya dağılması baş verir və dağılma 

prosesi massivin daxilinə yayılmağa başlayır. Məsələ massivin səthinin ilk 

korroziya dağılması vaxtının və  səthə paralel ixtiyari qatın korroziya dağılması 

vaxtının proqnozlaşdırılmasından ibarətdir. Birinci yarım ildə  məsələnin riyazi 

qoyuluşu verilmiş və məsələ həll edilmişdir. 

1.Мамедова  Х.А.  Коррозионное  разрушение  круговой  концентрической 

пластины  под  внутренним  давлением // Riyaziyyatın nəzəri və  tətbiqi 

problemləri Beynəlxalq elmi konfransın materialları, 2017, s.156 

          

 

İş: Kiçik deşikli lövhə nümunəsində  gərginlik konsentrasiyasının korroziya 



dağılması vaxtına təsirinin tətqiqi 

İcraçı:  m.ü.f.d., e.i. E.T.Bağırov 

 Aqressiv 

mühitdə yerləşdirilmiş kiçik deşikli lövhə iki tərəfli dartılır. 

Lövhənin materialı izotrop, elastiki deformasiyalanandır. Lövhənin kiçik deşiyində 

əmələ  gələ  gərginlik konsentrasiyasının lövhənin korroziya dağılmasına təsiri 

öyrənilir. Baxılan lövhənin korroziya dağılması vaxtı proqnozlaşdırılmışdır; 

dağılma vaxtı üçün təsir edən dartıcı qüvvədən, lövhənin mexaniki xassəsindən və 

həndəsi parametrlərdən asılı olan bir düstur tapılmışdır.  İkinci yarım ildə tapılan 

düstur üzrə müəyyən hesabatın aparılması gözlənilir. 

 



Azərbaycan Respublikası Prezidenti yanında AAK Emin Telman oğlu 

Bağırova “Konstruksiya elementlərinin temperaturunun qeyri-stasionar 

dəyişilməsində korroziya çatlaması” mövzusunda müdafiə etdiyi dissertasiya işi 

əsasında   mexanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vermişdir. 

 

 

İş: Elliptik en kəsiyə malik tirin yorğunluq dağılması  



İcraçı:  e.i. N.M.Nağıyeva 

           Elliptik  en  kəsiyə malik tirin dəyişən elastiki plastik burulma 

deformasiyasında yorğunluq dağılması  məsələsi həll edilir. Məsələnin həlli üç 

mərhələdə  həyata keçirilir. Birinci mərhələdə baxılan tirin ilkin elastiki - plastik 

burulma deformasiyası  məsələsi qoyulur və  həll edilir. Məsələnin həllində A.A. 

İlyuşinin kiçik elastiki plastik deformasiya nəzəriyyəsindən istifadə olunur. İkinci 

mərhələdə tirin dəyişən elastiki plastik burulması məsələsinin qoyuluşu verilir və 

məsələ V.V.Moskvitinin dəyişən yüklənmə teoreminin tədbiq edilməsi ilə  həll 

edilir. Üçüncü mərhələdə yorğunluq dağılması məsələsinin qoyuluşu verilir və həll 

edilir. Nəticədə baxılan tirin yorğunluq dağılmasına gətirən dəyişən burulma 

deformasiyalarının sayı təyin edilir. Gələn yarım ildə xüsusi hallar araşdırılacaq və 

uygun qrafiklər qurulacaqdır. 

1.N.M.Nagiyeva, L.Kh.Talybly  

Fatigue failure of an oval cross section prismatic bar at pulsating torsion // 



International journal of engineering and innovative technologyvol.5, issue 11, 

may 2016, p.76-83 

 

 

 



İş: Ortotrop elastiki zədələnən silindrik örtüyün yorğunluq dağılması  

İcraçı:  k.e.i. R.Q.Əliməmmədov 

        Silindrik  örtüyün  elastiki  plastik  dartılma-sıxılmasında yorğunluq dağılması 

məsələsinin qoyuluşu verilmiş  və  məsələ  həll edilir. Nəticə olaraq örtüyün 

dartılmasına gətirən dartılma – sıxılmaların sayı təyin olunacaq. 

 

 

 

 

 

 

 

 

 



II.Elmi-təşkilatı fəaliyyət 

 

Şöbənin  əməkdaşları hesabat dövründə 2 (iki) məqalə (xarici jurnalda - 



İmpakt faktorlu jurnallarda) və 1 (bir) tezis çap etdirmişlər. Onlar ümuminstitut 

seminarında, mexaniklərin və şöbənin seminarlarında fəal iştirak edirlər. Şöbənin 

əməkdaşı Emin Telman oğlu Bağırova Azərbaycan Respublikası Prezidenti 

yanında AAK “Konstruksiya elementlərinin temperaturunun qeyri-stasionar 

dəyişilməsində korroziya çatlaması” mövzusunda müdafiə etdiyi dissertasiya işi 

əsasında   mexanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vermişdir. Emin Telman 

oğlu Bağırov AMEA Riyaziyyat və Mexanika İnstitutunun dəstəyi ilə bu ilin may 

ayında Sumqayıtda keçirilən Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55 

illiyinə həsr olunmuş beynəlxalq elmi konfransında fəal iştirak etmişdir.  

Hesabat dövründə şöbənin müdiri  Lətif Xəlil oğlu Talıblı elmi şuranın üzvü, 

institutun “Elmi əsərləri” jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət 

göstərmişdir.  Şöbənin  əməkdaşları  fəlsəfə doktoru, dosent Mehriban Əli qızı 

Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə birlikdə 

“Elm Təhsil inteqrasiyası” qrant layihələri üzrə Azərbaycan Respublikasının 

Prezidenti yanında Elmin İnkişafı Fonduna layihə  təqdim etmişdir.  Şöbənin 

əməkdaşı Səma Asif qızı Bağırova vikipediyada iştirak etmək üçün seçilmiş və bu 

işdə fəal iştirakı ilə fərqlənir.  

         Şöbədə hər həftənin bazar ertəsi günü elmi seminar keçirilir. 

 

                 



 

 

 



            

 Şöbə müdiri                             f-r.e.d, prof. L.X.Talıblı    



 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə